Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2401/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh qarşı (açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi; iddia müddəti) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh qarşı “borcun ödənilməsi və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) Cavabdeh qarşı “borcun ödənilməsi və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2004-cü il tarixli 1030AK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 2884,65 (iki min səkkiz yüz səksən dörd ABŞ dolları 65 sent) ABŞ dolları əsas borc, 2,01 (iki ABŞ dolları 01 sent) ABŞ dolları faiz borcu, 1466,36 (bir min dörd yüz altmış altıABŞ dolları 36 sent) ABŞ dolları cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə hesablanmış 2750,00 (iki min yeddi yüz əlli ABŞ dolları, 00 sent) ABŞ dolları faiz ümumilikdə 7103,02 (yeddi min bir yüz üç ABŞ dolları 02 sent) ABŞ dolları və iş üzrə ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumunun tutulması – tutmanın ipoteka predmeti «VAZ-2106» minik markalı, 2004-cü il buraxılışlı, mühərrik 7817490, ban XTK**********7873 olan ** MU ***dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2004-cü il tarixli 1030AK nömrəli kredit müqaviləsinə əsasən «VAZ-2106» minik markalı, 2004-cü il buraxılışlı, mühərrik 7817490, ban XTK**********7873olan ** MU ***dövlət nömrə nişanlı avtomobilinin alınması məqsədi ilə cavabdehə 25 (iyirmi beş) faiz ödənilməsi şərti ilə 18 (on səkkiz) ay müddətinə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan «VAZ-2106» minik markalı, 2004-cü il buraxılışlı, qırmızı, mühərrik 7817490, ban XTK**********7873 olan ** MU ***dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə xx.xx.2004-cü il tarixli, ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanılmış İpoteka müqaviləsinin 3.1-ci bəndinə əsasən kreditin təminatı kimi «VAZ-2106» minik markalı, 2004-cü il buraxılışlı, qırmızı, mühərrik 7817490, ban XTK**********7873 olan ** MU *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2025-ci il tarixli, 12-5/2-H-21-4543/2025 məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdehsəf oğlunun xx.xx.2025-ci il tarixinə kredit üzrə cəmi borcu7103,02 (yeddi min bir yüz üç ABŞ dolları 02 sent) ABŞ dolları təşkil edir ki, bununda 2884,65 (iki min səkkiz yüz səksən dörd ABŞ dolları 65 sent) ABŞ dolları əsas borc, 2,01 (iki ABŞ dolları 01 sent) ABŞ dolları faiz borcu, 1466,36 (bir min dörd yüz altmış altı ABŞ dolları 36 sent) ABŞ dolları cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə hesablanmış faiz 2750,00 (iki min yeddi yüz əlli ABŞ dolları, 00 sent) ABŞ dolları faiz borcudur. Kredit müqaviləsinin 4.3-cü bəndinə əsasən “kredit alan” tərəfindən kredit,faizlər və digər pul tələbləri üzrə öhdəliklərin “Kredit veren”ə icra olunduğu andan ləgv edilir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və onun təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, müqavilədən artıq 20 il ötüb. Avtomobil bankda girovda olub. Avtomobili etibarnamə əsasında satmış və bu barədə banka məlumat vermişdir. İddia müddətinin tətbiq edilməsini xahiş edir. Cavabdeh xx.xx.2025-ci il tarixdə iddia ərizəsinə etiraz təqdim edərək iddia qanunsuz və əsassız olduğundan, həmçinin iddia müddəti ötürüldüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən kredit müqaviləsi 21 il əvvəl, yəni 09 avqust 2004-cü il tarixdə bağlanmışdır. Həmin kredit müqaviləsi üzrə ipoteka predmeti olan «VAZ-2106» minik markalı, 2004-cü il buraxılışlı, mühərrik 7817490, ban XTK**********7873 olan ** MU *** dövlət qeydiyyat nişanlı avtomobili 2005-ci il tarixdə yəni 20 il bundan əvvəl etibarnamə əsasında başqa bir şəxsə satmışam və avtomobil satıldığı gündən mülki etibarnaməni İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təqdim edərək avtomobilin satılması barədə məlumat vermişdir. Digər tərəfdən qevd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 09 avqust 2004-cü il tarixli 1030AK nömrəli kredit müqaviləsi üzrə iddia müddətini ötürmüşdür. Artıq müqavilə üzrə icra müddətindən 20 il ötmüş və belə olan halda iddia tələbi təmin oluna bilməz, çünki artıq iddia müddəti keçmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: -İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2004-cü il tarixli 1030AK saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən borcluya 18 ay müddətinə illik 25 % olmaqla 3000 ABŞ dolları məbləğində kredit verilmişdir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2004-cü il tarixli ipoteka müqaviləsindən görünür ki, VA-2106 markalı avtomobil kredit müqaviləsinin təminatı qismində ipotekaya qoyulmuşdur. - İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanmış 09 aprel 2025-ci il tarixli bildirişlə müəyyən olunur ki, ondan borcun 3 gün ərzində ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş 14 mart 2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2004-cü il tarixli müqavilə üzrə xx.xx.2025-ci il tarixdə müqavilə üzrə ümumi borc 7103,02 ABŞ dolları təşkil edir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında cavabdehə 18 ay müddətinə illik 25 % ödəmək şərti ilə 3000 ABŞ dolları məbləğində kredit verilməsinə dair xx.xx.2004-cü il tarixli müqavilə imzalanmışdır. Kredit müqaviləsi üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh kredit məbləği ilə təmin edilmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Müqavilənin müddəti xx.xx.2006-cı il tarixdə bitmişdir. İddiaçı xx.xx.2025-cüi il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Stanyo Belçikaya qarşı” iş üzrə 07 iyul 2009-cu il tarixli Qərarında iddia müddətinin məqsədi ilə bağlı göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında iddia müddəti institutunun mahiyyətinə, qanunvericilikdə təsbit edilmə məqsədinə və yerinə yetirdiyi hüquqi funksiyaya aydınlıq gətirməklə göstərmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarlar). Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilməməklə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Bununla belə, məhkəmə araşdırması zamanı cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Mülki dövriyyənin sabitliyinin qorunması məqsədilə qanunvericiliyə iddia müddətinə dair maddi hüquq normaları (AR MM-in 18-ci fəsli) daxil edilmişdir. İddia müddətinin tətbiq edilməsinə dair ərizə cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsidir. İddia müddəti institutu şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verir. Məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddia müddəti ötürülmüşdür. Belə ki: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. -374.1-ci maddəsinə əsasən, əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. -375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. - 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 3 iyun 2013-cü il tarixli qərarında Plenum belə nəticəyə gəlmişdir: 1.Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. 2.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə əsasən, hazırki tələb üzrə iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır və bu tələblərə üç illik iddia müddəti tətbiq edilir. İş materiallarından göründüyü kimi, xx.xx.2004-cü il tarixli müqavilə 18 ay müddətinə bağlanmışdır. Müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2006-cı il tarixdə bitmiş və iddiaçı tərəfindən iddia ərizəsi iddia müddəti başa çatandan sonra – xx.xx.2025-ci il tarixdə verilmiş, yəni iddianın verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi rədd edildiyindən AR MPM-nin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu da onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ləğv prosesindədir) Cavabdeh qarşı “borcun ödənilməsi və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 124, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Açıq Səhmdar Cəmiyyəti (ləğv prosesindədir) Cavabdeh qarşı “İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 09 avqust 2004-cü il tarixli 1030AK nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 2884,65 (iki min səkkiz yüz səksən dörd ABŞ dolları 65 sent) ABŞ dolları əsas borc, 2,01 (iki ABŞ dolları 01 sent) ABŞ dolları faiz borcu, 1466,36 (bir min dörd yüz altmış altıABŞ dolları 36 sent) ABŞ dolları cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə hesablanmış 2750,00 (iki min yeddi yüz əlli ABŞ dolları, 00 sent) ABŞ dolları faiz ümumilikdə 7103,02 (yeddi min bir yüz üç ABŞ dolları 02 sent) ABŞ dollarıvə iş üzrə ödənilmiş 127 (bir yüz iyirmi yeddi) manat dövlət rüsumunun tutulması – tutmanın ipoteka predmeti «VAZ-2106» minik markalı, 2004-cü il buraxılışlı, mühərrik 7817490, ban XTK**********7873 olan ** MU *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər.
Hakim Səbinə Nuriyeva