Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-243/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" ASC-yə qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" ASC-yə qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cəmi 72 216.74 (yetmiş iki manat iki yüz on altı manat, 74 qəpik) manat bundan 36 625.06 (otuz altı min altı yüz iyirmi beş manat 06 qəpik) manat əsas, 35 591.68 (otuz beş min beş yüz doxsan bir manat 68 qəpik) manat faiz borcu borcunun və iş üzrə ödənilmiş 306.65 (üç yüz altı manat 65 qəpik) manat dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və "xxxx" ASC-dən ləğv prosesində olan İddiaçı ASCnin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı ASC ilə “X7” ASC arasında Şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün Şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi barədə 05 mart 2010-cu il tarixində birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Bundan sonra, Cavabdeh1 ilə İddiaçı ASCnin arasında bağlanmış 02 mart 2012-ci il tarixli AK-108643/1666 saylı redit müqaviləsinə əsasən Cavabdeh1 180 (bir yüz səksən) ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 42287.41 (qırx iki min iki yüz səksən yeddi manat, 41 qəpik) AZN məbləğində kredit vermişdir. Kredit Müqaviləsinə əsasən, Borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borcverənə qaytarmağı öhdəsinə götürür. Həmçinin, Birgə fəaliyyət haqqındamüqavilənin 2.12-ci maddəsinə qeyd edilmişdir ki, Kredit müqaviləsi üzrə borcalan həmin müqavilə üzrə kreditin və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda Bankın tələbi ilə 20 (iyirmi) iş günü müddətində borcalan tərəfindən ödənilməmiş kreditin və hesablanmış faizlərin şirkətin bankda olan hesabından xəbərdarlıq edilmədən silinməsi öhdəliyini “Şirkət” öz üzərinə götürür. Bu halda “Şirkət” borcalanın “Bank” qarşısında icra edilməmiş öhdəliyi (kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər) üçün zamin kimi çıxış edir (həmin öhdəliyin bank tərəfindən) və tərəflər arasındakı münasibətlərə qüvvədə olan mülki qanunvericiliyin zaminliyə dair müddəaları tətbiq olunur. “Şirkət”in zaminliyi kredit müqaviləsinin qüvvəyə mindiyi tarixdən həmin müqavilə üzrə kreditin qalıq məbləği və kreditdən istifadəyə hesablanmış faizlər “Bank”a ödənilənə qədər qüvvədədir. Həmin müqavilənin 3.1-ci maddəsində qeyd edilmişdir ki, Bu müqavilənin şərtlərini pozulması və ya yerinə yetirilməməsi nəticəsində tərəflər bir-birinə vurduqları zərərə görə məsuliyyət daşıyırlar. Bank tərəfindən Cavabdeh1 borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********517 saylı xx.xx.2023-cü il tarixli, xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Bank tərəfindən **********631 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu "xxxx" ASC-ə göndərilmiş, cavabdehlər Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişlər. Tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən Bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdirlər. Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 72 216.74 (yetmiş iki manat iki yüz on altı manat, 74 qəpik) manat təşkil edir. Bundan 36 625.06 (otuz altı min altı yüz iyirmi beş manat 06 qəpik) manat əsas, 35 591.68 (otuz beş min beş yüz doxsan bir manat 68 qəpik) manat faiz borcu təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X2 ərizə təqdim edərək, tərəflər arasında barışıq əldə olunması səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ərizə təqdim edərək, tərəflər arasında barışıq əldə olunması səbəbindən iş üzrə icraata xitam verilməsini xahiş etmişdi. Digər cavabdeh "xxxx" ASC “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə ərizə ilə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 06 aprel 2023-cü il tarixli Barışıq Sazişinə əsasən: Bir tərəfdən ləğv prosesində olan İddiaçı ASC, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini X6 şəxsində (bundan sonra - Kreditor), Digər tərəfdən Cavabdeh1 (ŞA/ AA5940153, xx.xx.2024-cü ilədək etibarlıdır) (bundan sonra - “Borclu”) və ’’Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC adından qanuni təmsilçisi Keskinkılıç Ayhan şəxsində (MYİ 0584850) (bundan sonra - “Zamin”). Kreditor, Borclu və Zamin (Bundan sonra birlikdə- “Tərəflər”) mübahisə ilə bağlı aşağıdakı şərtlərlə və qaydada bu Barışıq Sazişini imzaladılar. 1.1. Bu Sazişin məqsədi AK-108643/1666 saylı 02 mart 2012-ci il tarixli Kredit müqaviləsi (bundan sonra-Kredit müqaviləsi) üzrə cəmi 72.216,74 (yetmiş iki min iki yüz on altı manat, 74 qəpik) manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 306,65 (üç yüz altı manat, 65 qəpik) manat pul vəsaitinin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulması tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan e-2(005)- 243/2024 saylı mübahisənin barışıq yolu ilə həll edilməsidir. 1.2. Tərəflər təsdiq edirlər ki, “X7” ASC tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin satışının İddiaçı ASC tərəfindən kreditləşdirilməsi barədə 05 mart 2010-cu il tarixində birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. 1.3. Tərəflər təsdiq edirlər ki, AK-108643/1666 saylı 02 mart 2012-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 “X7” ASC-dən mənzil alınması üçün 180 (bir yüz səksən) ay müddətinə, illik 12 (on iki) faiz ödəmək şərtilə 42.287,41 (qırx iki min iki yüz səksən yeddi manat 41 qəpik) manat məbləğində kredit verilmişdir. 2.1.Tərəflər təsdiq edirlər ki iddia tələbi üzrə 05 iyun 2023-cü il tarixinə 36.625,06 (otuz altı min altı yüz iyirmi beş manat 06 qəpik) manat əsas, 35.591,68 (otuz beş min beş yüz doxsan bir manat 68 qəpik) manat faiz, cəmi 72.216,74 (yetmiş iki min iki yüz on altı manat, 74 qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 306,65 (üç yüz altı manat, 65 qəpik) manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Kredit müqaviləsi üzrə 27 mart 2024-cü il tarixə X5 36.625,06 (otuz altı min altı yüz iyirmi beş manat 06 qəpik) manat əsas, 38.365,39 ( otuz səkkiz min üç yüz altmış beş manat 70 qəpik) manat faiz və 791,35 (yeddi yüz doxsan bir manat 35 qəpik) manat cərimə borcu olmaqla, cəmi 75.781,80 (yetmiş beş min yeddi yüz səksən bir manat, 80 qəpik) manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.3 Kreditor Borclu tərəfindən 50.000 (əlli min) manat məbləğində vəsaitin xx.xx.2024-cü il tarixdə ödədiyini nəzərə alaraq X5 hesablanmış cərimə borcuna tam, faiz borcunun isə təqribi 39.07% miqdarına, yəni 15.781,80 (on beş min yeddi yüz səksən bir manat 80 qəpik) manat məbləğində güzəşt tətbiq edərək 10.000 (on min) manat məbləğin 36 (otuz altı) ay ərzində bərabər hissələrə bölünməklə ödənilməsinə razılıq vermişdir. 2.4. Borclu bu Sazişin 2.3-cü bəndində göstərilən 50.000(əlli min)manat məbləğində borcu ödədikdən sonra qalan 10.000 (on min) manat məbləğindəki borcun ən geci 20 may 2024-cü il tarixindən başlayaraq 36 (otuz altı) ay ərzində bərabər hissələrə bölünməklə ödənilməsi öhdəliyini öz üzərinə götürür. 2.5. Borclu bu Sazişin 2.4-cü bəndindəki öhdəliyini 2 (iki) ay ərzində ardıcıl icra etmədikdə bu Sazişin pozulması kimi qiymətləndirilir. 2.6. Bu Sazişin 2.5-ci bəndindəki hal baş verdikdə bu Sazişin 2.3-cü bəndindəki güzəşt ləğv edilərək Kreditor tərəfindən qalıq borc məbləğinin Borclu və Zamindən tutulması ilə bağlı icra vərəqəsinin verilməsi üçün müvafiq məhkəməyə müraciət ediləcəkdir. 2.7. Borclu tərəfindən bu Sazişin 2.4-cü bəndi tam və vaxtında icra edildikdən sonra X3q faiz və cərimə borcların silinməsi öhdəliyini kreditor öz üzərinə götürür. 3.1.Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyrimüəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.4 və 2.5-ci bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3.Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.4.Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.5.Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. Azərbaycan Respublikası MPM-nin 5.4-cü maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmayıbsa, tərəflər məhkəmə araşdırmalarını barışıq sazişi ilə tamamlaya bilər, irəli sürülən tələbi etiraf, yaxud rədd edə bilərlər. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, "xxxx" ASC-yə qarşı müqavilə üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. İddiaçı LPO İddiaçı ASC və Cavabdeh1 arasında 06 aprel 2024-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Bir tərəfdən ləğv prosesində olan İddiaçı ASC, ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun müavini X6 şəxsində (bundan sonra - Kreditor), Digər tərəfdən Cavabdeh1 (ŞA/ AA5940153, xx.xx.2024-cü ilədək etibarlıdır) (bundan sonra - “Borclu”) və ’’Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC adından qanuni təmsilçisi Keskinkılıç Ayhan şəxsində (MYİ 0584850) (bundan sonra - “Zamin”). Kreditor, Borclu və Zamin (Bundan sonra birlikdə- “Tərəflər”) mübahisə ilə bağlı aşağıdakı şərtlərlə və qaydada bu Barışıq Sazişini imzaladılar. 1.2. Tərəflər təsdiq edirlər ki, “X7” ASC tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin satışının İddiaçı ASC tərəfindən kreditləşdirilməsi barədə 05 mart 2010-cu il tarixində birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. 1.3. Tərəflər təsdiq edirlər ki, AK-108643/1666 saylı 02 mart 2012-ci il tarixli Kredit müqaviləsinə əsasən Cavabdeh1 “X7” ASC-dən mənzil alınması üçün 180 (bir yüz səksən) ay müddətinə, illik 12 (on iki) faiz ödəmək şərtilə 42.287,41 (qırx iki min iki yüz səksən yeddi manat 41 qəpik) manat məbləğində kredit verilmişdir. 2.1. Tərəflər təsdiq edirlər ki iddia tələbi üzrə 05 iyun 2023-cü il tarixinə 36.625,06 (otuz altı min altı yüz iyirmi beş manat 06 qəpik) manat əsas, 35.591,68 (otuz beş min beş yüz doxsan bir manat 68 qəpik) manat faiz, cəmi 72.216,74 (yetmiş iki min iki yüz on altı manat, 74 qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 306,65 (üç yüz altı manat, 65 qəpik) manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Kredit müqaviləsi üzrə 27 mart 2024-cü il tarixə X5 36.625,06 (otuz altı min altı yüz iyirmi beş manat 06 qəpik) manat əsas, 38.365,39 ( otuz səkkiz min üç yüz altmış beş manat 70 qəpik) manat faiz və 791,35 (yeddi yüz doxsan bir manat 35 qəpik) manat cərimə borcu olmaqla, cəmi 75.781,80 (yetmiş beş min yeddi yüz səksən bir manat, 80 qəpik) manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.3. Kreditor Borclu tərəfindən 50.000 (əlli min) manat məbləğində vəsaitin xx.xx.2024-cü il tarixdə ödədiyini nəzərə alaraq X5 hesablanmış cərimə borcuna tam, faiz borcunun isə təqribi 39.07% miqdarına, yəni 15.781,80 (on beş min yeddi yüz səksən bir manat 80 qəpik) manat məbləğində güzəşt tətbiq edərək 10.000 (on min) manat məbləğin 36 (otuz altı) ay ərzində bərabər hissələrə bölünməklə ödənilməsinə razılıq vermişdir. 2.4. Borclu bu Sazişin 2.3-cü bəndində göstərilən 50.000(əlli min)manat məbləğində borcu ödədikdən sonra qalan 10.000 (on min) manat məbləğindəki borcun ən geci 20 may 2024-cü il tarixindən başlayaraq 36 (otuz altı) ay ərzində bərabər hissələrə bölünməklə ödənilməsi öhdəliyini öz üzərinə götürür. 2.4. Borclu bu Sazişin 2.3-cü bəndində göstərilən 50.000(əlli min)manat məbləğində borcu ödədikdən sonra qalan 10.000 (on min) manat məbləğindəki borcun ən geci 20 may 2024-cü il tarixindən başlayaraq 36 (otuz altı) ay ərzində bərabər hissələrə bölünməklə ödənilməsi öhdəliyini öz üzərinə götürür. 2.5. Borclu bu Sazişin 2.4-cü bəndindəki öhdəliyini 2 (iki) ay ərzində ardıcıl icra etmədikdə bu Sazişin pozulması kimi qiymətləndirilir. 2.6. Bu Sazişin 2.5-ci bəndindəki hal baş verdikdə bu Sazişin 2.3-cü bəndindəki güzəşt ləğv edilərək Kreditor tərəfindən qalıq borc məbləğinin Borclu və Zamindən tutulması ilə bağlı icra vərəqəsinin verilməsi üçün müvafiq məhkəməyə müraciət ediləcəkdir. 2.7. Borclu tərəfindən bu Sazişin 2.4-cü bəndi tam və vaxtında icra edildikdən sonra X3q faiz və cərimə borcların silinməsi öhdəliyini kreditor öz üzərinə götürür. 3.1.Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyrimüəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Könüllü icra edilməmə Sazişin 2.4 və 2.5-ci bəndləri ilə müəyyən edilmiş şərtlərin pozulması başa düşülür. 3.3.Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.4.Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.5.Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. Mülki iş üzrə ödənilmiş 306.65 (üç yüz əlli beş manat əlli qəpik ) manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-yə qaytarılsın. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-243/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-243/2024
08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver