Məhkəmə qərarları › İş №e-2(005)-2434/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2434/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2434/2023 24.05.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı «müəyyən hərəkətləri etməyə məcbur etmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı «müəyyən hərəkətləri etməyə məcbur etmə» tələbinə dair iddia ərizəsi ilə müraciət edərək müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların vəkili və nümayəndəsi Vəkil xx.xx.2023-cü il tarixində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh Tikinti Kooperativinə qarşı «müəyyən hərəkətləri etməyə məcbur etmə» tələbinə dair iddia ərizəsi icraata götürülmədən geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-159, 163, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizə təmin edilsin. İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MTK-na qarşı «müəyyən hərəkətləri etməyə məcbur etmə» tələbinə dair iddia ərizəsi icraata götürülmədən geri qaytarılsın. İddia ərizəsinin verilməsi üçün "xxxx" ASC vasitəsilə xx.xx.2023-cü il tarixli, 19393 nömrəli qəbz üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu İddiaçı2 geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar