Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2452/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 0137/14 saylı kredit müqaviləsi üzrə cavabdehdən İddiaçı BOKT ASC-nin xeyrinə 696.05 manat məbləğində əsas borcun, 1694.14 manat məbləğində faiz borcu olmaqla, cəmi 2390.19 manat məbləğində borcun və ödənilmiş 44 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi icraata götürülərək qanuna müvafiq prosessual hərəkətlər edilmişdir. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərdən 696.05 manat əsas borcun, 1716,34 manat faiz borcunun və iş üzrə ödənilmiş 40 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlərdən ümumilikdə əsas borc üzrə 696,05 manat, faiz borcu üzrə 1716,34 manat, cəmi 2412,39 manat borcun müştərək qaydada tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında bağlanmış 16 iyul 2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarılmasını xahiş etmiş, barışıq sazişini məhkəməyə təqdim etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 52.4-cü maddəsinə əsasən, məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Tərəflər bir tərəfdən Azərbaycan Respublikasının Qanunvericiliyi əsasında Nizamnamə ilə hüquqi şəxs qismində fəaliyyət göstərən "Finex Kredit” BOKT ASC-nin (bundan sonra kreditor adlanacaq (VÖEN: **********)) İdarə Heyətinin sədri X1 və digər tərəfdən fiziki şəxs qismində çıxış edən borclu Cavabdeh3 Firodun oğlu (ş/v AZE 15876726; ASAN 1 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, yaşayış ünvanı ünvan 1 şərtlərlə barışıq sazişini təsdiq edirlər:
1. Borclunun hüquq və vəzifələri: 1.1 İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cı il tarixli, 5000 manat məbləğində olan kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdə Cavabdeh3 tərəfindən 500 AZN ödəniş etməklə sonuncunun adına olan kredit müqaviləsi üzrə əsas borcun qalığı 696.05, faiz borcundan 50% güzəşt etməklə qalıq 358.17 manat cəmi 1054.22 manat kredit borcunu 1 il müddətinə hər ayın 16-dan gec olmamaqla xx.xx.2025ci il tarixədək ödəməyi öhdəsinə götürür.
2. Kreditorun hüquq və vəzifələri: 2.1 Borclu Cavabdeh3 xx.xx.2014-cü il tarixdə verilmiş 5000 manat məbləğində kredit üzrə xx.xx.2024-cü il tarixə hesablanmış 1716.34 manat faiz borcundan 50% güzəşt etməklə(858.17 manat), əsas borcun qalığı 696.05 manat və faiz borcunun qalığı 858.17 manat olmaqla (xx.xx.2024-cü il tarixdə borclu tərəfindən edilmiş 500 manat ödənişi nəzərə almaqla qalıq faiz borcu 358.17 manat təşkil edir) cəmi 1054.22 manat qalıq borcuna dair barışıq sazişini təsdiqləməyi öhdəsinə götürür. 2.2. Nərimanov rayon məhkəməsində baxılan borclu Cavabdeh3 qarşı "xxxx" BOKT ASC tərəfindən qaldırılmış iddianın baxılmamış saxlanılmasına dair müraciət ünvanlamağı öhdəsinə götürür; 2.3. Kreditorun bu barışıq sazişinə əsasən borclunun hər ayın 16-dan gec olmamaqla aylıq ödənişləri 2 dəfədən çox gecikdirdiyi halda müvafiq məhkəmədə iddia qaldırmaq hüququ var.
3. Barışıq sazişi 3 nüsxədə tərtib olunur, 2 (iki) nüsxəsi kreditorda, 1 (bir) nüsxəsi borcluda saxlanılır. Yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək, mübahisənin məhkəmədən kənar qaydada həllinə dair barışıq sazişi bağladıqlarından, həmin saziş tərəflərin iradə ifadəsi olduğundan, həmçinin mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, hazırki mülki iş üzrə tərəflərin barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah edilir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə dövlət rüsumu geri qaytarılır. Beləliklə yuxarıda göstərilən maddi hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 114, 191, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair e-2(005)-2452/2024 saylı mülki iş üzrə tərəfər arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. Borclunun hüquq və vəzifələri: 1.1 İddiaçı BOKT ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cı il tarixli, 5000 manat məbləğində olan kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixdə Cavabdeh3 tərəfindən 500 AZN ödəniş etməklə sonuncunun adına olan kredit müqaviləsi üzrə əsas borcun qalığı 696.05, faiz borcundan 50% güzəşt etməklə qalıq 358.17 manat cəmi 1054.22 manat kredit borcunu 1 il müddətinə hər ayın 16-dan gec olmamaqla xx.xx.2025ci il tarixədək ödəməyi öhdəsinə götürür.
2. Kreditorun hüquq və vəzifələri: 2.1 . Borclu Cavabdeh3 xx.xx.2014-cü il tarixdə verilmiş 5000 manat məbləğində kredit üzrə xx.xx.2024-cü il tarixə hesablanmış 1716.34 manat faiz borcundan 50% güzəşt etməklə (858.17 manat), əsas borcun qalığı 696.05 manat və faiz borcunun qalığı 858.17 manat olmaqla (xx.xx.2024-cü il tarixdə borclu tərəfindən edilmiş 500 manat ödənişi nəzərə almaqla qalıq faiz borcu 358.17 manat təşkil edir) cəmi 1054.22 manat qalıq borcuna dair barışıq sazişini təsdiqləməyi öhdəsinə götürür. 2.2. Nərimanov rayon məhkəməsində baxılan borclu Cavabdeh3 qarşı "xxxx" BOKT ASC tərəfindən qaldırılmış iddianın baxılmamış saxlanılmasına dair müraciət ünvanlamağı öhdəsinə götürür; 2.3. Kreditorun bu barışıq sazişinə əsasən borclunun hər ayın 16-dan gec olmamaqla aylıq ödənişləri 2 dəfədən çox gecikdirdiyi halda müvafiq məhkəmədə iddia qaldırmaq hüququ var.
3. Barışıq sazişi 3 nüsxədə tərtib olunur, 2 (iki) nüsxəsi kreditorda, 1 (bir) nüsxəsi borcluda saxlanılır. İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair e-2(005)-2452/2024 saylı mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. İddia ərizəsinin verilməsi üçün İddiaçı BOKT ASC tərəfindən xx.xx.2022-ci il tarixdə (893728762 saylı qəbz üzrə) ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu İddiaçı BOKT ASC -yə geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) şikayət verilə bilər. Sədrlik edən: Səbinə Nuriyeva