Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2482/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı (açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5667.22 manat məbləğində əsas kredit borcunun, 119.76 manat məbləğində razılaşması üzrə hesablanmış faiz borcunun, 1.23 manat məbləğində cərimə borcunun, cəmi 5788.21 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 77.89 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən Cavabdeh 48 ay müddətinə illik 18% dərəcəsi ilə 10700 manat məbləğində kredit verilmişdir. Cavabdeh onunla bağlanmış razılaşmasının şərtlərinə əməl etmədiyindən, ona dəfələrlə şifahi və rəsmi (pretenziya) müraciət edilməsinə baxmayaraq, o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələnöhdəliklər lazımi qaydada icra etməmişdir. Cavabdehin banka borcu xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 5667.22 manat əsas, 119.76 manat faiz, 1.23 manat cərimə olmaqla, ümumi kredit borcunun məbləği 5788.21 manat təşkil edir. II. Tərəflərin mövqeləri: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə elektron qaydada məhkəməyə müraciət edərək bildirmişdir ki, banka ödənişləri gecikmişdir. İşləmədiyi üçün ödəniş etmək imkanı olmamışdır. Maddi durumu yaxşı olmamışdır. Hal-hazırda işləyir və işlədiyi gündən hər ay ödənişi etmişdir. Məhkəmə prosesi ərəfəsində ödənişini gecikdirmədən ödəmişdir. İddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakları olmadan baxılmasını və təqdim olunmuş sübutlar əsasında iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən Cavabdeh 48 ay müddətinə illik 18% dərəcəsi ilə 10700 manat məbləğində kredit ayrılmışdır. - Cavabdehnın xx.xx.2025-ci il tarixə olan hesabdan çıxarış məlumatları ilə müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə Cavabdehnın bankın Şirvan filialı tərəfindən hesabına 10700 manat mədaxil edilmişdir. - xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə kredit borcunun faizlərinin və penyanın hesablanması haqqında arayışdan görünür ki, verilmiş kreditin məbləği 10700 AZN, illik faiz dərəcəsi 18%, əsas kredit borcunun məbləği 5667,22 manat, faiz borcu 119,76 manat, cərimə üzrə məbləğ 1,23 manat, borc üzrə cəmi məbləğ 5788,21 manatdır. - İddiaçı ASC Bank tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən borcun 3 iş günü ərzində ödənilməsi tələb olunmiş, əks təqdirdə borcun qaytarılması tələbinə dair məhkəməyə müraciət olunacağı bildirilmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit razılaşmasına əsasən Cavabdeh 48 ay müddətinə illik 18% dərəcəsi ilə 10700 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Lakin iddiaçı kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdehlər aylıq ödənişləri etməyərək müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. İddiaçı tərəfindən borcun ödənilməsi barədə cavabdehə bildiriş məktubu ünvanlanmışdır. Bununla belə, borc ödənilməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da cavabdeh müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq borcunu iddiaçıya ödəməlidir. Cavabdeh tərəfindən ödənilməli olan borc məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixə olan hesabdan çıxarış məlumatları ilə müəyyən olunur ki, iddia ərizəsi məhkəməyə təqdim olunduğu tarixdən (xx.xx.2025-ci il) sonra cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə 293 manat, xx.xx.2025-ci il tarixdə 293 manat və xx.xx.2025-ci il tarixdə 293 manat ödəniş edilmişdir. Ödənilmiş cəmi 879 manat məbləği komissiya xərci (1,47 manat x 3 = 4,41 manat) çıxılmaqla 557,99 (151,53+135,48+270,98) manat əsas borc, 302,57 (117,46+17,62+134,70+16,69+16,10) manat faiz borcu, 14,03 (on dörd manat üç qəpik) manat cərimə borcunun ödənişi kimi silinmişdir. Göründüyü kimi, iddiaçı iddia tələbi ilə cavabdehdən 5667,22 manat məbləğində əsas kredit borcunun, 119,76 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun və 1,23 manat məbləğində cərimə borcunun tutulmasını xahiş etmiş, iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəfindən 557,99 manat əsas, 302,57 manat faiz borcu (iddia tələbində göstərilən faiz məbləğindən 182,81 manat artıq) və 14,03 (iddia tələbində göstərilən cərimə məbləğindən 12,8 manat artıq) manat cərimə ödənişi edilmişdir (əsas borc : 5667,22 – 557,99 = 5109,23 manat; faiz borcu: 119,76 – 302,57 = - 182,81; cərimə borcu: 1,23 - 14,03 = - 12,8). Məhkəmə, iddiaçının cavabdehin borc məbləği barədə etiraflarını, o cümlədən, məhkəməyə təqdim edilən ərizə və xx.xx.2025-ci il tarixə olan hesabdan çıxarışı, cavabdehdən tərəfindən ödənilmiş əsas, faiz və cərimə borcu üzrə ödəniş məbləğlərini, edilmiş ödənişlərlə iddiaçı tərəfindən tələb olunan faiz (119,76) və cərimə (1,23) məbləğlərinin tam - daha artıq ödənildiyini nəzərə almaqla, əsas borcun iddia tələbində göstərilən məbləğə uyğun olaraq deyil, 4913,62 (əsas borc: 5667,22 manat – 557,99 manat - 182,81 manat – 12,8 manat) manat məbləğ həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia qismən təmin edildiyindən və tərəflərin dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 77,89 manat dövlət rüsumunun 66,12 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4913,62 (dörd min doqquz yüz on üç manat altmış iki qəpik) manat əsas borc və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 66,12 (altmış altı manat on iki qəpik) manat tutularaq İddiaçı ASCnin xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4913,62 (dörd min doqquz yüz on üç manat altmış iki qəpik) manat əsas borc və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 66,12 (altmış altı manat on iki qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2482/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2482/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver