Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2500/2023 04.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “sənədlərin təhvil verilməsi” tələbinə dair mülki iş (açar sözlər: mülkiyyət hüququnun qeydə alınması üçün zəruri olan sənədlərin verilməsi öhdəliyi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “sənədlərin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzil tikinti kooperativin üzərinə iddiaçının sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 7-ci mərtəbədə, ümumi sahəsi 161,4 kv metr olan 3 otaqlı 160-nömrəli mənzilə hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş yuxarıda qeyd olunan hüquqverici sənədlərin iddiaçıya verilməsi vəzifəsinin qoyulması və tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun, vəkil üçün çəkdiyi xərc olan 120 manat pulun iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh MTK arasında bağlanmış 23 may 2009-cu il tarixli, 203-nömrəli müqaviləyə əsasən iddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 7-ci mərtəbədə, ümumi sahəsi 161,4 kv metr olan 3 otaqlı 160-nömrəli mənzili almış və dəyərini tam ödəmişdir. Həmin mənzil hazırda iddiaçının sahibliyində və istifadəsindədir. Bu mənzilin dəyəri tam ödənilmiş, Cavabdeh MTK tərəfindən iddiaçıya 02/11-№-li, 04 yanvar 2011-ci il tarixli maliyyə arayışı verilmişdir. Mənizin iddiaçı tərəfindən alınması və dəyərinin ödənilməsi Cavabdeh MTK-da olan sənədlər, müqavilə, məhkəmə qətnaməsi və qərarı ilə təsdiq olunmuşdur. 2017-ci ilin, təxminən payız aylarında iddiaçı maliyyə arayışını itirmişdir. Bu barədə Cavabdeh MTK-ya müraciət edəndə, onlar bildirmişlər ki, problem yoxdur, bir neçə günə gəlib götürərsiniz. Sonra bir neçə dəfə getmiş, onu getgələ salmışdırlar. O ərəfələrdə qaynı Elvin Novruzovla Cavabdeh MTKarasında narazılıqlar var, bununla bağlı qaynatası Vəli Novruzov Cavabdeh MTK-ya gedib gəlir. Mənzilin alınmasında iddiaçının qaynatasının xüsusi rolu olduğuna, mənzili onun aldığına və MTK-nın əməkdaşlarını o tanıdığına görə xahiş etdi ki, iddiaçının mənzili üçün alınan, sonradan itirdiyi maliyyə arayışını da təkrar alsın. Lakin cavabdeh maliyyə arayışını təkrar olaraq verməmişdir. Sonra eşitmişdir ki, qaynatası Vəli Novruzov Cavabdeh MTKnın qanunsuz hərəkətlərindən müvafiq orqanlara şikayətlər etmişdir. Həmin şikayətlərdən sonra qaynının mənzilinin elektrik enerjisi MTK-tərəfindən kəsilmiş, bununla bağlı qaynı Elvin Novruzov məhkəməyə müraciət etmişdir. Bundan sonra Cavabdeh MTK Bakı şəhəri Nərimanov rayon Məhkəməsində iddiaçıya qarşı qeyd etdiyi mənzilə görə cavabdehlə onun arasında bağlanmış müqavilənin ləğv olunması və iddiaçının mənzildən çıxarılmağı barədə iddia qaldırmışdır. Bakı şəhəri, Nərimanov rayon Məhkəməsinin 2(005)-2862/2019- №-li, 09 sentyabr 2019-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya məhkəməsinin 2(103)-14408/2019-№-li, 19 dekabr 2019-cü il tarixli qətnaməsi ilə Narimanov rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-2336/2020-№-li, 01 iyul 2020-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Cavabdeh MTK-ya qeyd olunan mənzilə mülkiyyət hüququnun qeydə alınması məqsədi ilə qanunla nəzərdə tutulmuş yuxarıda qeyd olunan hüquqverici sənədlərin iddiaçıya verilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin rəsmi müraciət etməyindən bir aydan artıq müddət keçməsinə baxmayaraq cavabdeh iddiaçının müraciətinə rəsmi cavab verməməklə, faktiki olaraq həmin sənədləri iddiaçıya verməkdən boyun qaçırır. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsi səbəblərinin üzrlü olması barədə sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Həmin Məcəllənin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil yazılı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirdi. İddiaçı etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2500/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. III. İşin faktiki halları: - Cavabdeh və İddiaçı arasında bağlanmış 23 may 2009-cu il tarixli 203 №-li müqavilədən görünür ki, müqavilənin predmetini Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa olunan 20 mərtəbəli yaşayış evinin 3-cü blokunun (İİ korpus) 7ci mərtəbəsində ümumi sahəsi 161,4 kv.metr olan izolə olunmuş 3 otaqlı 160 nömrəli mənzil təşkil etmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən payçı mənzilin dəyəri olaraq hər kv.metri üçün 800 manat olmaqla 129120 manat ödəyir. Müqavilənin 2.2-ci bəndinə əsasən payçı məbləğin ilkin pay kimi 40000 manatını ödəyir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14408/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdehin apelyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli 2(005)- 2862/2019 nömrəli qətnaməsi ləğv edilərək, iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı qarşı Cavabdeh MTK ilə İddiaçı arasında imzalanmış ünvan 1 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 3 blok (İİ korpus) 7 mərtəbədə ümumi sahəsi 161,4 kv.m olan 160 nömrəli 3 otaqlı mənzilə dair 23 may 2009-cu il tarixli müqavilənin ləğv edilməsi, MTK-ya ödənilmiş 40 000 manat məbləğində pulun İddiaçı qaytarılmaqla ünvan 1 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 3 blok (İİ korpus) 7 mərtəbə ümumi sahəsi 161.4 kv.m olan 160 nömrəli 3 otaqlı mənzilin cavabdeh İddiaçı qanunsuz sahibliyindən alınaraq iddiaçı Cavabdeh MTK-ya təhvil verilməsi və həmin mənzildən İddiaçı çıxarılması” barədə iddia tələbinin təmin olunmaması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)-2336/2020 saylı qərarından görünür ki, kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın X1 Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məlumatın verilməsi barədə məktubdan görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış binasının, 160 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evində yerləşən hər hansı mənzilə dair mülkiyyət hüququnun qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. IV. Məhkəmə baxışının hədləri: Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. V. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iclasında təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında 23 may 2009-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa olunan 20 mərtəbəli yaşayış evinin 3-cü blokunun (İİ korpus) 7-ci mərtəbəsində ümumi sahəsi 161,4 kv.metr olan izolə olunmuş 3 otaqlı 160 nömrəli mənzilin satılmasına dair müqavilə bağlanmışdır. Müqavilə predmeti olan mənzil hazırda iddiaçının sahiblik və istifadəsindədir. Cavabdeh tərəfindən iddiaçıya müqavilə predmeti olan həmin əmlaka dair sənədlər təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçı tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən pozulduğunu əsas gətirərək məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddia tələbi üzrə iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıbuzlaşmamasına hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisial əlaqəsi yaranmış olur. Qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)-14408/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsi ilə işin müəyyən olunmuş hallarından görünür ki, ünvan 1 ünvanında yerləşən 20 mərtəbəli yaşayış evinin 3 blok (İİ korpus) 7 mərtəbə ümumi sahəsi 161.4 kv.m olan 160 nömrəli 3 otaqlı mübahisəli mənzil cavabdeh İddiaçı sahibliyində olmuş, cavabdehin qayınatası Vəli Novruzovla məhkəmə mübahisəsi olmuş, bundan sonra iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, maliyyə arayışı itirildiyi halda, mənzilin tam dəyərinin ödənilməsi haqqında maliyyə arayışını verməkdən imtina etmişdir. Cavabdeh artıq 8 ildən artıq müddətdir ki, mübahisəli mənzilin sahibidir. Cavabdehin göstərilən müddət ərzində mənzilin dəyərini ödəmədən həmin mənzilə sahiblik etməsi, iddiaçının isə bu müddətdə heç bir tələb irəli sürməməsi ağalabatan deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 113.2-ci maddəsinə görə bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən, mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tərəfinfən müəyyən edilmişdir ki, tərəflər arasında 2009-cu ildə bağlanmış müqavilə üzrə Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa olunan 20 mərtəbəli yaşayış evinin 3-cü blokunun (İİ korpus) 7-ci mərtəbəsində ümumi sahəsi 161,4 kv.metr olan izolə olunmuş 3 otaqlı 160 nömrəli mənzildə yaşayır. Cavabdeh artıq 10 ildən artıq müddətdir ki, mübahisəli mənzilin sahibidir. Lakin uzun müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən lazımı sənədlər verilmədiyi üçün iddiaçı əmlakını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirə bilmir. Bu səbəbdən də mənzilə dair sənədlərin verilməsinə dair hazırki tələb ilə məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə cavabdeh müqavilə üzrə iddiaçı tərəfindən alınmış mənzili ona təhvil verməsinə baxmayaraq, mənzilə dair bütün zəruri sənədləri təhvil verməmişdir. Bu səbəbdən də iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 7-ci mərtəbədə, ümumi sahəsi 161,4 kv metr olan 3 otaqlı 160-nömrəli mənzilə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş hüquqverici sənədlərin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1.6-cı maddəsinə görə mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmçinin vəkil üçün çəkdiyi xərc olan 120 manat pulun cavabdeh tərəfindən ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı və bu zaman iddia tələbinin qiyməti nəzərə alınmalıdır. Məhkəmə hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 120 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyindən və cavabdehin dövlət rüsumundan azad olması hallar məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 7-ci mərtəbədə, ümumi sahəsi 161,4 kv metr olan 3 otaqlı 160-nömrəli mənzilə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş hüquqverici sənədlərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulmalı, İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və vəkil üçün ödənilmiş 120 manat Cavabdehndən alınaraq İddiaçı xeyrinə ödənilməlidir. VI. Nəticə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsində inşa edilmiş 20 mərtəbəli yaşayış evinin 3-cü blok (İİ korpus) 7-ci mərtəbədə, ümumi sahəsi 161,4 kv metr olan 3 otaqlı 160-nömrəli mənzilə İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsas olan qanunla nəzərdə tutulmuş hüquqverici sənədlərin İddiaçı verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və vəkil üçün ödənilmiş 120 (yüz iyirmi) manat pul məbləği Cavabdehndən alınaraq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2500/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-2500/2023
04.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver