Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2535/2022 25.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh Məmmədova (Qasımova) Aytəkin Şakir qızının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Məmmədova (Qasımova) Aytəkin Şakir qızı və "xxxx" ASC-nə qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Məmmədova (Qasımova) Aytəkin Şakir qızı və "xxxx" ASC-nə qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Məmmədova (Qasımova) Aytəkin Şakir qızından və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2012-ci il tarixli, BAK-İ-12/74 №-li kredit müqaviləsinə əsasən əsas borc üzrə 28481,45 manat, faiz borcu üzrə 297,60 manat olmaqla, cəmi 28779,05 manat kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 176,34 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək, cavabdehlər Məmmədova (Qasımova) Aytəkin Şakir qızından və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 27895,24 manat, faiz borcu üzrə 27,01 manat, cəmi isə 27922,25 manat kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 176,34 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı "xxxx" ASC xx.xx.2022-ci il tarixdə iddia tələbinə dəqiqləşdirmə təqdim edərək, cavabdehlər Məmmədova (Qasımova) Aytəkin Şakir qızından və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 26993,70 manat əsas, 348,21 manat faiz, cəmi 27341,91 manat borcun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 176,34 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin “Nərimanov” filialı ilə cavabdeh Məmmədova (Qasımova) Aytəkin Şakir qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, BAK-İ-12/74 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 230 ay müddətinə, 12 faiz dərəcəsi ilə 36675,21 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılıq xəbərdarlıq edilməsinə baxmayaraq o, öz öhdəliklərini yerinə yetirmir və borcun ödənilməsini təmin etmir. Kredit müqaviləsinin təminatı olaraq bank ilə "xxxx" ASC arasında xx.xx.2012-ci il tarixli, BAK-İ-12/74 nömrəli zaminlik müqaviləsi imzalanmışdır. xx.xx.2012-ci il tarixli, BAK- İ-12/74 nömrəli kredit müqaviləsinə əsasən cavabdehin 26993,70 manat əsas, 348,21 manat faiz, cəmi 27341,91 manat borcu mövcuddur. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbini azaldılmış həcmdə müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Məmmədova (Qasımova) Aytəkin Şakir qızının nümayəndəsi X5 iddia tələbinin əsassız olduğunu, cavabdehin aylıq ödənişləri vaxtı vaxtında ödədiyini, bank verilmiş kreditin müqabilində əsassız olaraq borc pul tutduğunu, bu səbəbdən də iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, onu iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin “Nərimanov” filialı ilə Məmmədova (Qasımova) Aytəkin Şakir qızı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, BAK-İ-12/74 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 230 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə hesablanmaqla, 36675,21 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli, BAK-İ-12/74 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə "xxxx" ASC ilə "xxxx" ASC-nin “Nərimanov” filialı arasında zaminlik müqaviləsi bağlamışdır. İş materiallarında olan 26 sentyabr 2022-ci il tarixli 2774 nömrəli maliyyə arayışından görünür ki, cavabdeh Məmmədova (Qasımova) Aytəkin Şakir qızının 26 sentyabr 2022-ci il tarixə banka əsas borc üzrə 26993,70 manat, faiz borcu üzrə 348,21 manat olmaqla, ümumilikdə 27341,91 manat kredit borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" ASC tərəfindən Məmmədova (Qasımova) Aytəkin Şakir qızına ünvanlanmış xəbərdarlıqdan görünür ki, öhdəliyin 5 gün ərzində yerinə yetirilməyəcəyi təqdirdə bankın borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin tutulması barədə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/5142 nömrəli, 02 avqust 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən maliyyə arayışı və "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, BAK-İ-12/74 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh1 20 iyun 2022-ci il tarixinədək banka olan borcu - əsas borc üzrə 27835,68 manat, faiz borcu üzrə 149 manat; rəy verilən tarixə, yəni 02 avqust 2022-ci il tarixədək banka olan borcu - əsas borc üzrə 27835,68 manat, faiz borcu 538,69 manat müəyyən olunur. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş iddia üzrə cavabdeh "xxxx" ASCnə münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilələrdə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edir, kredit müqaviləsi üzrə əsas və faiz borcu onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə mülki işə əlavə olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Məmmədova (Qasımova) Aytəkin Şakir qızından və "xxxx" ASC-dən müştərək qaydada əsas borc üzrə 26993,70 manat, faiz borcu üzrə 348,21 manat olmaqla, ümumilikdə 27341,91 manat kredit borcu, 176,34 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 176,34 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4 maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Məmmədova (Qasımova) Aytəkin Şakir qızından və "xxxx" ASC-dən müştərək qaydada əsas borc üzrə 26993,70 manat, faiz borcu üzrə 348,21 manat olmaqla, ümumilikdə 27341,91 manat kredit borcu, 176,34 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Məmmədova (Qasımova) Aytəkin Şakir qızından və "xxxx" ASC-dən müştərək qaydada tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2535/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2535/2022
25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver