Məhkəmə qərarları › İş №e-2(005)-2538/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2538/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2538/2024 25.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc, tutmanın əmlaka yönəldilməsi və əmlakın açıq hərracdan satılması” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc, tutmanın əmlaka yönəldilməsi və əmlakın açıq hərracdan satılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kreditin əsas borcu üzrə 5184,16 manat məbləğində qalıq, ona hesablanmış 1445,24 manat məbləğində faiz borcu, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1222 manat məbləğində dəbbə pulu, cəmi 7851,40 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 98.52 manat məbləğində pulun tutulması və tələbin Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 858-ci məhəllə, ev 79, 16 saylı mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiymətinin 195.000 AZN məbləğində müəyyən olunmaqla açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti kreditin əsas borcu üzrə hesablanmış 5184,16 manat məbləğində qalıq, ona hesablanmış 1445,24 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1222 manat məbləğində dəbbə pulu, cəmi 7851,40 manat manat borcun və dövlət rüsumu kimi ödənilmiş 99 manat məbləğində pulun İddiaçı BOKT ASCyə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00259-01EY №-li Krеdit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 6500 manat məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsinin təminatı оlaraq Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 858-ci məhəllə, ev 79, 16 saylı mənzilini (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, xx.xx.2013-cü il tarixli, Qeydiyyat № **********, Daşınmaz əmlakın reyester № **********00-05301-093032) ipoteka predmeti kimi İddiaçı BOKT ASC-yə təqdim etmiş və bu barədə xx.xx.2022-ci il tariхli, 2022/00259-01EY №-li İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi xx.xx.2022-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir (Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ÇİXARİŞ, Qeydiyyat № **********, Daşınmaz əmlakın reyester № **********00- 05301- 093032). İpoteka ilə yüklü edilmiş əmlakın dəyəri tərəflərin razılığına əsasən 195.000 AZN məbləğində müəyyən edilmişdir. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi, cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKT ASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən cavabdehə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Məktubun çatdırılmasına dair qaimələrdən də göründüyü kimi, cavabdehə bildirişin verilməsi mümkün olmamışdır. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. İddianın qiyməti: xx.xx.2024cü il tarixinə kreditin əsas borcu üzrə 5184,16 manat məbləğində qalıq, ona hesablanmış 1445,24 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 1222 manat məbləğində dəbbə pulu, cəmi 7851,40 manat məbləğində borc yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş lakin, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə EMİS vasitəsi ilə ərizə təqdim edərək məhkəmə baxış iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4 və 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab edir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00259-01 nömrəli istehlak krediti müqaviləsinin surətindən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh illik faiz dərəcəsi 36% оlmaqla 36 ay müddətinə, 6500 manat məbləğində kredit verilmişdir. Müqavilənin 1.4-cü maddəsində müəyyən edilmişdir ki, kredit borcalana istehlak məqsədi üçün verilir. - xx.xx.2022-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, müqavilə ilə müəyyən edilən 6500 manat məbləğ Cavabdeh hesabına köçürülmüşdür. - İddiaçı BOKT ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 2022/00259-01 EY saylı ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsi 858-ci məhəllə, ev 79 ünvanda yerləşən 103,30 kv.metr ümumi sahədən ibarət olan 16 saylı mənzil kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmiş, mənzilin ümumi dəyəri 195.000 manat məbləğində müəyyən edilmişdir. - İddiaçı BOKT ASC -nin AR ƏMDK yanında DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş olunmuşdur. - xx.xx.2024-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 2022/00259-01EY saylı kredit müqaviləsi üzrə banka ödənilməmiş borcu cəmi 7851,40 manat təşkil edir. - İddiaçı BOKT ASC -nin Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli “kredit borcunun ödənilməsinə dair” xəbərdarlıq bildirişlərdən görünür ki, borcludan 21 gün müddətində banka olan borcunun ödənilməsi tələb edilmiş əks halda borc üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi prosedura başlanacağı bildirilmişdir. - Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resteri tərəfindən çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 103.30 kv.m ümumi sahədən ibarət mənzilin Cavabdeh adına tam payda xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bu barədə xx.xx.2013-cü il tarixdə, ********** №-li qeydiyyat aparılmışdır. - Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət resteri tərəfindən çıxarışdan görünür ki, Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 103.30 kv.m ümumi sahədən ibarət mənzil İddiaçı BOKT ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və daşınmaz əmlak dövlət reyestrində 1759 nömrəli reyestr kitabının 161703 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, hesabdam çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli 2022/00259-01EY saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı BOKT ASC -yə olan borcu aşağıdakı kimi müəyyən edilir: Maliyyə arayışı müddətinə, yəni xx.xx.2024-cüi il tarixə: -əsas borc üzrə 5050,63 manat, -faiz borcu üzrə 1373,77 manat Rəy verilən müddətə, yəni xx.xx.2024-cü il tarixə: -əsas borc üzrə 5050,63 manat, -faiz borcu üzrə 1858,63 manat -“X4 Mərkəzi” MMC-nin 19 avqust 2024-cü il tarixli YDQM № 005-031/2024-MR saylı hesabatdan görünür ki, ünvan 2 ünvanında yerləşən 103.30 kv.m ümumi sahədən ibarət adına olan mənzil bazar dəyəri 250 000 AZN, likvid dəyəri isə 220.000 AZN müəyyən edilmişdir. -Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 99 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. xx.xx.2022-ci il tariхli, 2022/00259-01EY №-li Krеdit Müqaviləsinə əsasən İddiaçı BOKT ASC borcalan Cavabdeh 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 6500 manat məbləğində krеdit vеrilmişdir. Həmçinin cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi ipoteka qoyan Cavabdeh ilə bağlanmış xx.xx.2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən sonuncuya məxsus əmlak ilə təmin edilmişdir. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan etibarən onun tərəfindən tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun Cavabdeh tutulmasını, tutmanın cavabdeh ipoteka qoyan Cavabdeh məxsus ipoteka predmetinə yönəldilməsini məhkəmədən xahiş edir. İddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Hazırkı işdə qeyd olunan maddələrin dispozitiv şərtləri mövcuddur. Belə ki, borc (kredit) müqaviləsinin bağlanması və İddiaçı BOKT ASC tərəfindən borcalan Cavabdeh 36 ay müddətinə, illik 36 faiz olmaqla 6500 manat məbləğində kredit verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, hesabdan çıxarış, həmçinin maliyyə arayışı ilə təsdiq olunur. İddiaçı tərəfindən həmin məbləğ verilmiş, cavabdeh isə müqavilədə və ödəniş cədvəlində nəzərdə tutulmuş məbləğləri müəyyənləşdirilmiş şərtlərlə və müddətlərdə ödəməyərək müqavilə öhdəliklərini pozmuşdur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Belə ki, ekspert rəyini mötəbər sübut kimi götürərək məhkəmə hesab edir ki, iddiaçı həmin müqavilə üzrə ödənilməmiş 5184,16 manat əsas borcun geri qaytarılmasını tələb etməkdə qismən haqlıdır. Ekspert rəyinə əsaslanaraq əsas borc hissəsində ödənilməli olan məbləğ 5050,63 manat miqdarında təmin edilməlidir. Faiz borcunun məbləğinə gəlincə qeyd edilməlidir ki, iddiaçı tərəfindən borcluya göndərilmiş xx.xx.2024-cü tarixli pretenziya məktubundan görünür ki, cavabdehdən əsas borca görə 5184,16 manat, faiz borcuna görə 1445,24 manat, cərimə borcuna görə 1222 manat olmaqla, cəmi 7851,40 manat məbləğində borcunun 21 gün müddətində ödənilməsi tələb edilmişdir. Qeyd olunmalıdır ki, cavabdehə borcun tam qaytarılması haqqında bildirişin göndərilməsi müqavilənin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edilməsi sayıldığı üçün həmin tarixdən sonra artıq qüvvədə olmayan müqavilədəki (adi) faizin hesablanması və tələb edilməsi yolverilməzdir. Belə ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2cimaddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia faiz borcuna görə 1445,24 manat pulun tutulması hissəsində təmin edilməli, bildirişdə göstərilmiş məbləğdə, yəni 1445,24 manat hissədə təmin edilərək Cavabdeh tutulmalıdır. Cərimə borcu ilə əlaqədar məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 462 və 467-ci maddələrinə uyğun olaraq, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilən hüquq normalarının tələblərindən çıxış edərək məhkəmə hesab edir ki, hazırki iş üzrə tələb olunan cərimə borcu (1222 manat) tənasübsüz surətdə yüksək olduğundan iddiaçının cərimə borcu hissəsində tələbi də qismən təmin edilməli, Cavabdeh 350 manat dəbbə pulu (cərimə) tutulmalıdır. İddianın, Cavabdeh məxsus mənzilə tutma yönəldilməsi, ipoteka predmetinin açıq hərrac vasitəsilə satılması və kreditorun tələbinin satılmış əmlak hesabına ödənilməsi hissəsinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından göründüyü kimi, İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00259-01EY №-li Krеdit Müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tərəflər arasında xx.xx.2022-ci il tariхli, 2022/00259-01EY №-li İpoteka Müqaviləsi bağlanılmışdır. Həmin ipoteka müqaviləsinə əsasən, Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 858-ci məhəllə, ev 79, 16 saylı mənzil İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cu maddəsində ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Bunlardan biri də ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin baş verməsidir. İş materiallarından göründüyü kimi, borclu müqavilənin şərtlərinə əməl etməyərək öhdəliyin icrasını 90 təqvim günündən artıq müddətə pozmuşdur. Bu səbəbdən ipoteka saxlayanın tələbini ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsini tələb etmək hüququ yaranmışdır. “İpoteka haqqında” Qanunun 41.1-ci maddəsinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsinə uyğun olaraq əmlakın açıq bazar və ya hərrac vasitəsilə satılması razılaşdırılmışdır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndircinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İddia tələbinin ipoteka predmetinin ilkin satış qiymətinin 195 000 manat müəyyən edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, ipoteka müqaviləsində ipteka predmetinin ilkin satış qiyməti 195 000 manat göstərilsə də, qanunvericilikdə, mübahisə olduqda ilkin satış qiymətinin müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi imkanının nəzərdə tutulduğunu nəzərə alaraq, həmçinin gələcəkdə əsassız məhkəmə mübahisələrinin qarşısının alınması məqsədilə əmlakın məhkəmə tərəfindən qiymətləndirilməsini zəruri hesab etmişdir. Yuxarıda sadalanan normalara əsasən və “X4 Mərkəzi” MMC tərəfindən ipoteka predmetinin likvid dəyərinin 220 000 manat həcmində qiymətləndirildiyi nəzərə alınaraq məhkəmə hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməli, ipoteka predmetinin, yəni ipoteka qoyan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 858-ci məhəllə, ev 79, 16 saylı mənzilin ilkin satış qiyməti 220.000 manat müəyyən edilməklə, həmin əmlak açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına borc tələbi ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5050,63 manat əsas borc, 1445,24 manat faiz borcu, 350 manat cərimə borcu olmaqla, cəmi 6845,87 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 99 manat pul tutularaq İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinə ödənilməli, tutma ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 858-ci məhəllə, ev 79, 16 saylı mənzilə yönəldilməli, mənzilin ilkin satış qiyməti 220.000 manat müəyyən edilməklə açıq hərracda satılmalı və satışdan əldə olunan məbləğ borc tələbinin ödənilməsinə yönəldilməli, satışdan artıq qalan vəsait Cavabdeh qaytarılmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı Bank Olmayan Kredit X6 Cəmiyyətinin xeyrinə, 5050,63 manat əsas və 1445,24 manat faiz, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 350 manat dəbbə pulun borcu olmaqla, cəmi 6845,87 (altı min səkkiz yüz qırx beş manat səksən yeddi) manat borc və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 99 (doxsan doqquz) manat dövlət rüsumu tutulsun. Borc tələbi ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən mənzilə yönəldilsin. Həmin daşınmaz əmlak açıq hərraca çıxarılsın, ünvan 2 ünvanında yerləşən mənzilin açıq hərracda ilkin satış qiyməti 220.000 (iki yüz iyirmi min) manat müəyyən edilsin. Qeyd olunan daşınmaz əmlak açıq hərracda satılsın və satışdan əldə ediləcək vəsait Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilsin, borc ödənildikdən sonra ipoteka predmetinin satışından artıq qalan məbləğ Cavabdeh qaytarılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Aparılmış daşınmaz əmlakların qiymətləndirilməsi barədə hesabatın dəyəri olan 500 manat cavabdeh X1 tutulsun, VÖEN **********, Hesablaşma hesabı: AZ75PAHA40060AZNHC**********, Bank: Paşa Bank ASC, VÖEN:**********, Müxbir hesab: AZ82NABZ********************, KOD:505141, S.W.İF.T BİK:PAHAAZ22 “X4 Mərkəzi” MMC-nin hesabına keçirilsin. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul Cavabdeh tutulsun, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar