Məhkəmə qərarları › İş №e-2(005)-2543/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2543/2022

05.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2543/2022 05.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi ilə, İddiaçı ASC “Xalq” Bank-nın Cavabdeh qarşı “kredit tələbinə dair” iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC “Xalq” Bank Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kiçik iddia ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli MD-14504/2 №-li Kredit xətti müqaviləsi üzrə (xx.xx.2021-ci il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) Cavabdeh iddiaçı ASC “Xalq” Bankı qarşısında 699 (altı yüz doxsan doqquz) manat məbləğində vaxtı keçmiş əsas borcu və xx.xx.2021 -ci il tarixinə qədər kredit xəttindən istifadəyə görə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 152,81 (bir yüz əlli iki manat 81 qəpik) manat məbləğində adi faizlər üzrə borcu, 97,30 (doxsan yeddi manat 30 qəpik) manat cərimə faizləri üzrə borcu olmaqla, cəmi 949,12 (doqquz yüz qırx doqquz manat 12 qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ASC “Xalq” Bank ilə xx.xx.2019-cu il tarixli MD-14504/2 №-li Kredit xətti müqaviləsinə (əmək haqqı kartı vasitəsilə) müvafiq olaraq İddiaçı tərəfindən Cavabdeh 12 (on iki) ay müddətinə, illik 18 % (on səkkiz faiz) ödənilməsi şərtilə, 700 (yeddi yüz) manat məbləğində kredit xətti açılmışdır. xx.xx.2021-ci il tarixli 01 №-li Əlavə sazişə ilə kredit xətti anuitet ödəniş şərtli kreditə çevrilmiş və buna müvafiq olaraq kredit üzrə hesablaşma qaydası dəyişdirilmiş, habelə kreditləşmə müddəti xx.xx.2021 -ci il tarixədək uzadılmışdır. Cavabdeh kredit müqaviləsinin 2.7-ci bəndinə əsasən kredit üzrə mövcud olan əsas borcu 1.1-ci bəndlə müəyyənləşdirilmiş 12 aylıq müddətin sonuncu günündən gec olmayaraq tam olaraq Banka qaytarmağı, faizlərin son ödənişini isə 2.6-cı bəndə əsasən kreditin son ödənişi ilə birlikdə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditin qaytarılması müddətinin bitdiyi tarixə, yəni xx.xx.2021-ci il tarixinə kredit üzrə əsas borc məbləğini və əsas borc məbləğinə hesablanmış faizləri tam şəkildə Banka qaytarmamışdır. Bundan əlavə Cavabdeh kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir. Beləliklə, xx.xx.2022-ci il tarixinə Borc alanın Kreditor qarşısında ümumi borcu 949,12 (doqquz yüz qırx doqquz manat 12 qəpik) manat olmuşdur ki, bunun da 699 (altı yüz doxsan doqquz) manatı vaxtı keçmiş əsas borc, 152,81 (bir yüz əlli iki manat 81 qəpik) manatı hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc, 97,30 (doxsan yeddi manat 30 qəpik) manatı isə cərimə faizləri üzrə borc məbləğini təşkil etmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2021-ci il tarixli 430 №-li Xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, Borc alan tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Cavabdeh rəsmi qaydada bildiriş göndərilmiş, Cavabdeh tərəfindən qeyd olunan ünvanda yaşamadığından qəbul edilməmiş, beləliklə cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə daxil olmamış və məhkəmə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxaraq belə nəticəyə gəlir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh iddia tələbinə münasibət bildirməmişdir. Belə ki, iş materiallarında olan: - ASC “Xalq” Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli MD- 14504/2 №-li Kredit xətti müqaviləsinə (əmək haqqı kartı vasitəsilə) müvafiq olaraq İddiaçı tərəfindən Cavabdeh 12 (on iki) ay müddətinə, illik 18 % (on səkkiz faiz) ödənilməsi şərtilə, 700 (yeddi yüz) manat məbləğində kredit xətti açılmışdır. -Bank tərəfindən aidiyyəti məhkəmə orqanlarına ünvanlanmış maliyyə arayışından görünür ki, müvafiq xx.xx.2019-cu il tarixli MD-14504/2 №-li Kredit xətti müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə Cavabdeh banka olan ümumi borcu 949,12 (doqquz yüz qırx doqquz manat 12 qəpik) manat olmuşdur ki, bunun da 699 (altı yüz doxsan doqquz) manatı vaxtı keçmiş əsas borc, 152,81 (bir yüz əlli iki manat 81 qəpik) manatı hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc, 97,30 (doxsan yeddi manat 30 qəpik) manatı isə cərimə faizləri təşkil edir. -Bank tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2021-ci il tarixli 430 №-li Xəbərdarlıq məktubundan görünür ki, o, xx.xx.2019-cu il tarixli MD-14504/2 №-li Kredit xətti müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün banka yaranmış borcu ödəməsi tələb olunur. - AZE 16652898 nömrəli şəxsiyyət vəsiqəsinin və Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. - İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ********* №-li mədaxil qəbzinin surətindən görünür ki, ASC “Xalq” Bank tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən borcun məbləğini nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və xx.xx.2022-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 20 (iyirmi) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh xx.xx.2019-cu il tarixli MD-14504/2 №-li Kredit xətti müqaviləsi üzrə (xx.xx.2021-ci il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) 699 (altı yüz doxsan doqquz) manat məbləğində vaxtı keçmiş əsas borc, 152,81 (bir yüz əlli iki manat 81 qəpik) manat məbləğində faiz borcu, 97,30 (doxsan yeddi manat 30 qəpik) manat cərimə borcu olmaqla, cəmi 949,12 (doqquz yüz qırx doqquz manat 12 qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli MD-14504/2 №-li Kredit xətti müqaviləsi üzrə (xx.xx.2021-ci il tarixli 01 №-li Əlavə saziş nəzərə alınmaqla) 699 (altı yüz doxsan doqquz) manat məbləğində vaxtı keçmiş əsas borc, 152,81 (bir yüz əlli iki manat 81 qəpik) manat məbləğində faiz borcu, 97,30 (doxsan yeddi manat 30 qəpik) manat cərimə borcu olmaqla, cəmi 949,12 (doqquz yüz qırx doqquz manat 12 qəpik) manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı ASC “Xalq” Bankının xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar