Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2557/2023 31.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nadir qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Gursu Hamitə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı cavabdeh Gursu Hamitə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Gursu Hamitdən 25000 ABŞ dolları (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq manatla) əsas borcun, illik 5% hesablanmaqla 830 ABŞ dolları faiz borcunun tutularaq İddiaçı ödənilməsi; iddia ərizəsinin verilməsi üçün ödənilmiş 228 manat dövlət rüsumunun, etibarnamənin verilməsi ödənilmiş 17 manat dövlət rüsumunun və 2000 manat vəkil xidmət haqqının cavabdeh Gursu Hamitdən tutularaq İddiaçı ödənilməsi barədə məhkəmə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh Gursu Hamit arasında xx.xx.2022-ci il tarixili notarial təsdiqli kredit müqaviləsinə bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Gursu Hamita 15000 ABŞ dolları pul vəsaiti borc vermişdir. Borc alan isə öz növbəsində xx.xx.2022-ci il tarixinədək "Borc verənə" qaytarmağı öhdəsinə götürüb. Həmçinin xx.xx.2022-ci il tarixili notarial təsdiqli kredit müqaviləsinə əsasən, iddiaçı cavabdehə 10000 ABŞ dolları məbləğində pul borc verib, "Borc alan" isǝ krediti xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürüb. Öhdəliyin icrası üçün müəyyən edilmiş müddətdən 8 aydan çox vaxt keçməsinə baxmayaraq cavabdeh Gursu Hamit tərəfindən heç bir ödəniş olunmamış və hazırda 25000 ABŞ dolları ödənilməmiş borcu qalmışdır. Cavabdeh Gursu Hamit İddiaçı 25000 ABŞ Dolları pul vəsaiti 8 aydan çoxdur ki qanunsuz olaraq saxlayır. Həmin müddət ərzində iddiaçı öz pul vəsaitindən məhrum olmuşdur. Buna görədə həmin pul vəsaiti cavabdehdən tutularkən pul öhdəliklərinin icrası ilə bağlı müddəalar tətbiq edilməli həmin 8 aylıq müddət üçün Mərkəzi Bankı uçot dərəcəsi miqdarında illik faiz hesablanmalıdır. “Kredo” Vəkil Bürosu ilə İddiaçıarasında xx.xx.2023-cü il tarixli 364 saylı hüquqi yardımın göstərilməsi haqqında müqavilə bağlanmış və onun tərəfindən 2000 manat vəkil xidmət haqqı ödənilmişdir. Eyni zamanda, İddiaçı tərəfindən onu təmsil etmək üçün vəkilə etibarnamənin verilməsinə görə 17.25 manat dövlət rüsumu ödənilmişdir (ödənilmiş rüsumun dəyəri etibarnamənin üzərində qeyd edilib). Həm hüquqi yardımın göstərilməsinə görə ödənilən vəsait, həm də etibarnamənin verilməsi üçün ödənilmiş rüsum, həm də iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının təxirə salınması barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: a)Mülki işin materialları xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı 15000 ABŞ dolları pulu manat şəklində 25500 manat olmaqla Gusru Hamitə borc vermişdir. Borc alan krediti Gursu Hamit xx.xx.2022-ci il tarixədək borcverənə ABŞ dollarının kredit müqaviləsi bağlanan tarixə uyğun manatla qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin fazisiz verilməsini şərtləndiriblər. xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, borcverən İddiaçı 10000 ABŞ dolları pulu manat şəklində 17000 manat olmaqla Gursu Hamitə borc vermişdir. Borc alan krediti Gursu Hamit xx.xx.2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin fazisiz verilməsini şərtləndiriblər. İddiaçı tərəfindən Gursu Hamitə ünvanlanmış xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Gursu Hamitə kredit müqaviləsi üzrə borcunu 3 gün müddətində ödəməyəcəyi halda, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İddiaçı və “Kredo” Vəkil Bürosu arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 364 saylı müqaviləyə əsasən vəkil Nümayəndə ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, İddiaçı isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürmüşdür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 2000 manat müəyyən olunur. "xxxx" ASC-nin tapşırıq məktubundan görünür ki, İddiaçı müqavilə N 364 üzrə xidmət haqqı təyinatı ilə 2000 manat pul Kredo vəkil bürosunun hesabına köçürülmüşdür. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı Gursu Hamitə kredit müqaviləsində göstərilmiş tarixədək pul borc verməyi, Gursu Hamit isə tərəflər arasında razılaşdırılmış tarixədək kredit borcunun qaytarmağı öhdəsinə götürmüşdür. Lakin bu borcunu qaytarmamış, bununla da qanunvericiliyin tələblərini və müqavilə şərtlərini pozmuşdur. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, kredit müqavilələri üzrə borc manatla verildiyindən iddia əsas borc məbləğinin tutulması hissəsində qismən təmin edilməli, cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 25500 manat pul, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə isə 17000 manat pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan «istifadə hüququna» həsr olunmuş 152.3cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in «öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti» nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada «faydalanma» və «(qanunsuz) istifadə» sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Bununla bağlı məhkəmə iddiaçının “830 ABŞ dolları faiz borcunun” tələbi üzrə qeyd edir ki, birincisi, iddiaçı həmin tələbini kifayət qədər aydın şəkildə əsaslandırmamışdır; ikincisi, tərəflər arasında bağlanmış müqavilədə cavabdehin iddiaçıya faiz ödəyəcəyi nəzərdə tutulmamışdır (мцгавилянин 3-ъц бянди); üçüncüsü isə, məhkəmənin müvafiq nəticəyə gələrkən istinad etdiyi mülki qanunvericilik normalarının mənasına görə şəxs yalnız qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama hərəkətlərinə yol verməklə özgənin pul vəsaitindən faydalanır: hazırkı işdə isə, cavabdehin iddiaçıya məxsus pul vəsaitindən faydalanaraq müəyyən gəlir, artım, bəhər və s. əldə etmiş olduğu barədə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Məhkəmə etibarnamənin verilməsi üçün ödənilmiş 17 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, qeyd edilən etibarnamənin verilməsi üçün ödənilməli dövlət rüsumunun məbləği 15 manat, xidmətə görə tutulan haqq isə 2,25 manat olduğunu, mülki iş üzrə tərəfin vəkili bir sıra prosessual hərəkətləri etməsi üçün tərəfin nümayəndəsi qismində səlahiyyətlərə malik olmasının zəruri olduğu nəzərə alaraq etibarnamənin verilməsi üçün ödənilmiş 17 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını qanuni hesab edir. Məhkəmə 2000 manat vəkil xidmət haqqının cavabdehdən tutulması hissəsində iddia tələbi ilə bağlı qeyd edir ki, məhkəmə təqdim edilmiş hüquqi yardımın göstərilməsi haqqında müqavilədən aydın olur ki, vəkilə ödənilməli haqq tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Belə olan halda, məhkəmə Azərbaycan Respublikasının Mülki prosessual Məcəlləsinin 14.1-ci, 167-ci, 183-cü maddəsinin tələblərini, mülki hüququnun ağlabatanlıq prinsipini nəzərə alaraq iddia tələbinin bu hissədə qismən təmin olunması və vəkilə ödənilmiş xidmət haqqı olaraq 200 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulmasını daha ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən 228 manat dövlət rüsumu Gursu Hamitdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216- 220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Gursu Hamitdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc olaraq 25500 manat, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc olaraq 17000 manat, vəkilə verilən etibarnamənin təsdiqi üçün ödənilmiş 17 mаnat və vəkil xidmət haqqı olaraq 200 manat pul İddiaçı xeyrinə tutulsun. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 228 manat dövlət rüsumu cavabdeh Gursu Hamitdən İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2557/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2557/2023
31.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver