Məhkəmə qərarları › İş №e-2(005)-2557/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2557/2025

23.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2557/2025 23.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4648.26 manat məbləğində əsas kredit borcunun, 347.73 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, 31.96 manat məbləğində cərimənin, cəmi 5027.95 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 70.28 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC – onun nümayəndəsi X1 xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə təqdim edərək, mülki işin və sənədlərin geri qaytarılması haqqında qərardad qəbul edilməsini və ödənilmiş dövlət rüsumunun geri qaytarılması üçün rekvizitlərin qərardada əlavə edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ünvan: AZ 1000, Bakı ş, Xaqani küç. 21 Tel.: +99412 *** ** ** E-mail: Elektron ünvan Bank: İddiaçı ASC Hesab AZN: AZ25BRES******************** Bankın VÖEN-i: ********** M/H: AZ80NABZ******************** S.W.İ.F.T BİK: BRESAZ22 Bankın kodu: 505668 VÖEN: 99000019 Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iştirak etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə mülki iş üzrə məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin geri qaytarılması barədə ərizə verdiyindən, cavabdeh isə məhkəmə iclasında iştirak etməməklə - işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən və iş hazırda məhkəmə baxışı mərhələsində olduğundan Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlandıqda, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmçinin iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, GPP **********08 nömrəli mədaxil qəbzi məlumatlarından görünür ki, iddiaçı tərəfindən 70,28 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından ödənilmiş dövlət rüsumu da iddiaçıya tam geri qaytarılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər, habelə ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264, 267,268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2025-ci il tarixli, GPP **********08 nömrəli qəbz üzrə ödənilmiş 70,28 (yetmiş manat iyirmi səkkiz qəpik) manat dövlət rüsumu İddiaçı ASC-yə (İddiaçı Açıq Səhmdar Cəmiyyəti Ünvan: AZ 1000, Bakı ş, Xaqani küç. 21 Tel.: +99412 *** ** ** E-mail: Elektron ünvan Bank: İddiaçı ASC Hesab AZN: AZ25BRES******************** Bankın VÖEN-i: ********** M/H: AZ80NABZ******************** S.W.İ.F.T BİK: BRESAZ22 Bankın kodu: 505668 VÖEN: ********) geri qaytarılsın. Qərardadın icrası dövlət rüsumunun qaytarılması hissəsində Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsinə və Bakı şəhəri Səbail rayon İcra şöbəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar