Məhkəmə qərarları › İş №e-2(005)-2628/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2628/2024

17.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2628/2024 17.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı “X1mayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı (açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi ilə, İddiaçı “X1mayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. İşin mahiyyəti: İddiaçı “X1mayan Kredit Təşkilatı” MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 may 2023-cü il tarixli 279/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 2300.67 (iki min üç yüz manat, altmış yeddi qəpik) manat, faiz borcu isə 155.99 (bir yüz əlli beş manat doxsan doqquz qəpik) manat olmaqla ümumilikdə 2456.66 (iki min dörd yüz əlli altı manat, altmış altı qəpik) manat, 30 avqust 2023-cü il tarixli 666/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 359 (üç yüz əlli doqquz) manat, faiz borcu isə 46.80 (qırx altı manat, səksən qəpik) manat olmaqla ümumilikdə 405.80 (dörd yüz sıfır beş manat, səksən qəpik) manat olmaqla cəmi 2862.66 (iki min səkkiz yüz altmış iki manat, altmış altı qəpik) manat kredit borcu həmçinin 49 (qırx doqquz) manat, dövlət rüsumu olmaqla cəmi 2911.66 (iki min doqquz yüz on bir manat, altmış altı qəpik) manat Cavabdeh tutularaq “X1mayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 1) 12 may 2023-cü il tarixli 279/SM-23 saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə 2800.00 (iki min səkkiz yüz manat sıfır qəpik) manat məbləğində, 2) 30 avqust 2023-cü il tarixli 666/SM-23 saylı kredit müqaviləsinə əsasən 13 ay müddətinə 550.00 (beş yüz əlli manat sıfır qəpik) manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit öhdəliyini vaxtında və lazımi şəkildə icra etməmiş, nəticədə "xxxx" MMCyə 1) 12 may 2023-cü il tarixli 279/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 2300.67 (iki min üç yüz manat, altmış yeddi qəpik) manat, faiz borcu isə 155.99 (bir yüz əlli beş manat doxsan doqquz qəpik) manat olmaqla ümumilikdə 2456.66 (iki min dörd yüz əlli altı manat, altmış altı qəpik) manat, 2) 30 avqust 2023-cü il tarixli 666/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 359 (üç yüz əlli doqquz ) manat, faiz borcu isə 46.80 (qırx altı manat, səksən qəpik) manat olmaqla ümumilikdə 405.80 (dörd yüz sıfır beş manat, səksən qəpik) manat olmaqla cəmi 2862.46 (iki min səkkiz yüz altmış ikimanat, qırx altı qəpik) manat kredit borcu yaranmışdır. Cavabdeh Azərbaycan Respublikası MPMnin 149.2.4-cü maddəsinin tələblərinə əsasən yaranmış borcun ödənilməsinə və nizama salınmasına dair Pretenziya (Bildiriş) göndərilməsinə baxmayaraq cavabdeh buna məhəl qoymamış, "xxxx" MMC qarşısında öhdəliklərini icra etməməyə davam etmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 1) 12 may 2023-cü il tarixli 279/SM-23 saylı müqavilə üzrə 18 faizlə, 2) 30 avqust 2023-cü il tarixli 666/SM-23 saylı müqavilə üzrə isə 36 faiz olmaqla, kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktikisayına görə hər gün illik faiz hesablanır. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən Borc alan tərəfindən kredit üzrə Borc verenə çatmalı olan faizlər bu müqavilədə müəyyən olunmuş müddətdən sonra 10 gün ərzində ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur. Həmin müqavilələrin 7.1-ci bəndinə əsasən borc öhdəliyinin icra edilməməsinin “Borc verən” tərəfindən vaxtından əvvəl tələb edilməsi aşağıdakı hallarda mümkündür: a) əlverişsiz şəraitin yaranması nəticəsində “Borc alanın” lazımi qaydada borc ödəmək qabiliyyəti olmadıqda b) kreditin qaytarılması ilə bağlı “Borc verənə” maddizərərin vurula biləcəyini güman etməyə əsas verən hallar baş verdikdə, v) bu Müqavilənin müddəaları Borc alan tərəfindən yerinə yetirilmədikdə, Həmin müqavilənin 8.1-ci bəndinə əsasən borc öhdəliyi vaxtında icra edilmədikdə və Tərəflər bu Müqavilənin 6.1-ci bəndində nəzərdə tutulmuş müddətin uzadılması barədə razılığa gəlmədikdə gecikdirilmiş borc yaranır və gecikdirilmiş borc hesablarında əks etdirilir. Yuxarıda qeyd olunan 12 may 2023-cü il 279/SM-23 saylı kredit müqaviləsinin 8.2-ci bəndinə əsasən kredit üzrə vaxtı keçmiş borc əmələ gəldikdə Borc alan Borc verənə vaxtı keçmiş ödəniş tarixindən borcun faktiki olaraq ödənildiyi tarixədək plan dövr üçün faiz illik 36 %-lə, 30 avqust 2023-cü il 666/SM-23 saylı kredit müqaviləsinə əsasən isə 72 %-lə hesablanan cərimə faizləri ödənilməlidir. Həmin müqavilələrin 11.2-ci bəndinə əsasən bu Müqavilənin 7.1-ci bəndində nəzərdə tutulan hallarda kreditin verilməsini dayandırmaq və yaxud kreditə hesablanmış, lakin ödənilməmiş faizlərlə birlikdə borcun vaxtından əvvəl qayatarılmasını tələb etmək hüququna malikdir. Həmin müqavilələrin 15.2-ci bəndinə əsasən bu müqavilə “Borclu”nun “Kreditor” qarşısında öhdəlikləri tam yerinə yetirildikdən sonra qüvvədən düşür. Həmin müqavilələrin 17-ci bəndinə əsasən tərəflər mübahisənin məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər. İddiaçı "xxxx" MMC-nn nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 1) 12 may 2023-cü il tarixli 279/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 2300.67 (iki min üç yüz manat, altmış yeddi qəpik) manat, faiz borcu isə 155.99 (bir yüz əlli beş manat doxsan doqquz qəpik) manat olmaqla ümumilikdə 2456.66 (iki min dörd yüz əlli altı manat, altmış altı qəpik) manat, 2) 30 avqust 2023-cü il tarixli 666/SM-23 saylı kredit müqaviləsinə əsasən əsas borc 359 (üç yüz əlli doqquz) manat, faiz borcu isə 46.80 (qırx altı manat, səksən qəpik) manat olmaqla ümumilikdə 405.80 (dörd yüz sıfır beş manat, səksən qəpik) manat olmaqla cəmi 2862.66 (iki min səkkiz yüz altmış iki manat, altmış altı qəpik) manat kredit borcu həmçinin 49 (qırx doqquz) manat, dövlət rüsumu olmaqla cəmi 2911.46 (iki min. doqquz yüz om bir manat, altmış altı qəpik) manat Cavabdeh tutularaq “X1mayan Kredit Təşkilatı” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. II. Tərəflərin mövqeləri: Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onların iştirakı olmadan baxılmasını və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirmişdir ki, borcu qəbul edir. Maddi imkanı zəif olduğu üçün ödəniş edə bilmir. Qeyd olunanlara əsasən borcunu ödəməsi üçün vaxt verilməsini xahiş edir. Həmçinin Cavabdeh xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəsilə yazılı ərizə təqdim edərək, iddia ərizəsində qeyd olunan borcu qəbul etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. III. İşin faktiki halları: İş materiallarında olan: - “X1mayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 12 may 2023-cü il tarixli 279/SM-23 saylı kredit müqaviləsinə əsasən, “Borc verən” “Borc alan”a Şəxsi məqsəd ilə 36 ay müddətinə illik 18 % olmaqla 2800 AZN məbləğində kredit verməyi öhdəsinə götürür. - “X1mayan Kredit Təşkilatı” MMC ilə Cavabdeh arasında bağlanmış 30 avqust 2023cü il tarixli 666/SM-23 saylı kredit müqaviləsinə əsasən, “Borc verən” “Borc alan”a Şəxsi məqsəd ilə 13 ay müddətinə illik 36 % olmaqla 550.00 AZN məbləğində kredit verməyi öhdəsinə götürür. - “X1mayan Kredit Təşkilatı” MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə göndərilmiş 23 aprel 2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx-xx-2023-cü il tarixli, 666/SM-23 saylı kredit müqaviləsi üzrə öhdəliyinizi icra etmədiyi üçün "xxxx" BOKT MMC-yə 392 (üç yüz doxsan iki) manat 25 (iyirmi beş) qəpik məbləğində borcu yarandığı, borcun 10 gün ərzində könüllü olaraq ödənilmədiyi halda qanunvericiliyə uyğun olaraq tutulub "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - “X1mayan Kredit Təşkilatı” MMC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixdə göndərilmiş 23 aprel 2024-cü il tarixli bildirişdən görünür ki, "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış 12 may 2023-cü il tarixli 279/SM-23 saylı kredit müqaviləsi üzrə öhdəliyinizi icra etmədiyi üçün "xxxx" BOKT MMC-yə 2420 (iki min dörd yüz iyirmi) manat 08 (səkkiz) qəpik məbləğində borcu yarandığı, borcun 10 gün ərzində könüllü olaraq ödənilmədiyi halda qanunvericiliyə uyğun olaraq tutulub "xxxx" BOKT MMC-nin xeyrinə ödənilməsi üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - 30 avqust 2023-ci il tarixli, 666/SM-23 nömrəli "Kredit Müqaviləsi" Cavabdeh "xxxx" MMC-nin qarşısında 22 may 2024-cü il tarixinə borcu barədə maliyyə arayışından görünür ki, Cavabdeh, 30 avqust 2023-ci il tarixli, 666/SM-23 nömrəli "Kredit Müqaviləsi" üzrə 22 may 2024-cü tarixinə kredit borcunun qalıq hissəsi 359 (üç yüz əlli doqquz) manat əsas, 46 (qırx altı) manat 80 (səksən) qəpik faiz borcu olmaqla cəmi 405 ( dörd yüz beş) manat 80 (səksən) qəpik borcu mövcuddur. - 12 may 2023-ci il tarixli, 279/SM-23 nömrəli "Kredit Müqaviləsi" Cavabdeh "xxxx" MMC-nin qarşısında 22 may 2024-cü il tarixinə borcu barədə maliyyə arayışından görünür ki, Cavabdeh, 12 may 2023-ci il tarixli, 279/SM-23 nömrəli "Kredit Müqaviləsi" üzrə 22 may 2024-cü il tarixli kredit borcunun qalıq hissəsi 2300 (iki min üç yüz) manat 67 (altmış yeddi) qəpik əsas, 155 (bir yüz əlli beş) manat 99 (doxsan doqquz) qəpik faiz borcu olmaqla cəmi 2456 (iki min dörd yüz əlli altı) manat 66 (altmış altı) qəpik "xxxx" MMC qarşısında borcu mövcuddur. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12 may 2023-cü il tarixli 279/SM-23 saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə 18%-lə 2800 manat məbləğində, 30 avqust 2023-cü il tarixli 666/SM-23 saylı kredit müqaviləsinə əsasən 13 ay müddətinə 36 %-lə 550 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə iddiaçı öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh kredit məbləği ilə təmin edilmişdir. Lakin iddiaçı kredit müqavilələri üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh müqavilələr üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddia tələbini qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; -385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilələr üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Lakin Cavabdeh tərəfindən kredit müqavilələri üzrə ödənişlər edilməməklə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da cavabdeh müqavilələrin şərtlərini pozmuşdur. Buna görə cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq 12 may 2023-cü il tarixli 279/SM-23 saylı kredit müqaviləsinə əsasən 2300.67 (iki min üç yüz manat, altmış yeddi qəpik) manat əsas borc, 30 avqust 2023-cü il tarixli 666/SM-23 saylı kredit müqaviləsinə əsasən 359 (üç yüz əlli doqquz) manat əsas borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin 12 may 2023-cü il tarixli 279/SM-23 saylı kredit müqaviləsinə əsasən illik 18% və 30 avqust 2023-cü il tarixli 666/SM-23 saylı kredit müqaviləsinə əsasən 36 % dərəcəsinə görə hesablanan 155.99 (bir yüz əlli beş manat doxsan doqquz qəpik) manat və 46.80 (qırx altı manat, səksən qəpik) manat faiz borcunun tutulması hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Tərəflər arasında bağlanmış 12 may 2023-cü il tarixli 279/SM-23 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 18%, 30 avqust 2023-cü il tarixli 666/SM-23 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 36% müəyyən olunmuşdur. Həmin müqavilələrin 5.3-cü bəndinə əsasən Borc alan tərəfindən kredit üzrə Borc verenə çatmalı olan faizlər bu müqavilədə müəyyən olunmuş müddətdən sonra 10 gün ərzində ödənilmədikdə həmin faizlər vaxtında ödənilməyən faizlər hesab olunur. Yuxarıda qeyd olunan hallara əsasən cavabdeh tərəfindən müqavilələr üzrə götürülmüş kreditə dair hesablanmış faiz müqavilələr üzrə öhdəliklərdir. Hazırda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh müqavilələr üzrə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş, aylıq ödənişləri etməmişdir. Belə olan halda Cavabdeh əsas məbləğlər üzrə qalıq borcu ilə bərabər, ona əlavə olaraq hesablanmış faiz borcunu da ödəməlidir. Odur ki, hazırda iddia tələbi üzrə 12 may 2023-cü il tarixli 279/SM-23 saylı kredit müqaviləsinə əsasən 155.99 (bir yüz əlli beş manat doxsan doqquz qəpik) manat, 30 avqust 2023-cü il tarixli 666/SM-23 saylı kredit müqaviləsinə əsasən 46.80 (qırx altı manat, səksən qəpik) manat faiz borcu hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bununla yanaşı, məhkəmə araşdırması zamanı cavabdeh xx.xx.2024-cü il tarixdə dəftərxana vasitəslə yazılı ərizə təqdim edərək iddia ərizəsində qeyd olunan borc ilə razı olduğunu bildirmişdir. Məhkəmə cavabdehin hazırki halda iddianı etiraf etməsinin qanuni olduğunu, habelə üçüncü şəxslərin mənafelərinə zidd olmadığını nəzərə alaraq, cavabdeh tərəfindən iddianın etiraf edilməsini təsdiq edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. - 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci və 124-cü maddələri ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hazırkı iddia təmin edildiyindən və Cavabdeh dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 49 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 12 may 2023-cü il tarixli 279/SM-23 saylı kredit müqaviləsinə əsasən 2300,67 (iki min üç yüz manat, altmış yeddi qəpik) manat əsas borc, 155.99 (bir yüz əlli beş manat doxsan doqquz qəpik) manat faiz borcu, 30 avqust 2023-cü il tarixli 666/SM-23 saylı kredit müqaviləsinə əsasən 359 (üç yüz əlli doqquz) manat əsas borc, 46.80 (qırx altı manat, səksən qəpik) manat faiz borcu olmaqla ümumilikdə 2862.46 (iki min səkkiz yüz altmış iki manat, qırx altı qəpik) manat kredit borcu və 49 (qırx doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “X1mayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulmalıdır. V. Nəticə: Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 124, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 12 may 2023-cü il tarixli 279/SM-23 saylı kredit müqaviləsinə əsasən 2300,67 (iki min üç yüz manat, altmış yeddi qəpik) manat əsas borc, 155.99 (bir yüz əlli beş manat doxsan doqquz qəpik) manat faiz borcu, 30 avqust 2023-cü il tarixli 666/SM-23 saylı kredit müqaviləsinə əsasən 359 (üç yüz əlli doqquz) manat əsas borc, 46.80 (qırx altı manat, səksən qəpik) manat faiz borcu olmaqla ümumilikdə 2862.46 (iki min səkkiz yüz altmış iki manat, qırx altı qəpik) manat kredit borcu və 49 (qırx doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “X1mayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar