Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2634/2022 21.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi tələbinə” tələbinə dair ilk, iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin ləğv edilməsi və dəymiş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarındakı xx.xx.2022-ci il tarixli müqavilənin ləğv edilməsi, Cavabdeh MMC-dən onun xeyrinə ödənilməmiş icarə haqqı borcu olaraq birdəfəlik 20000 (iyirmi min) manat, ödənilməmiş kommunal xidmətlərə görə 8979 manat və qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətinə qaytarılması üçün tələb olunan təmir-bərpa xərcinin əvəzi olaraq 800000 (səkkiz yüz min) manat, əldən çıxmış fayda şəklində 20.000 manat olmaqla cəmi 848.979 (səkkiz yüz qırx səkkiz min doqquz yüz yetmiş doqquz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh MMC ilə cavabdeh İddiaçı əvəzinə X2 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pr, ev 116C saylı qeyriyaşayış obyektində təmir-tikintiyə və əşyaların alınmasına xərclənmiş 200.000 manat məbləğində vəsaitin cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh MMC-yə ödənilməsi, cavabdeh İddiaçı əldən çıxmış faydaya görə 50.000 manat məbləğində vəsait tutularaq iddiaçıya ödənilməsi, ödənilmiş 540 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia ərizəsi qismən təmin edilmişdir. Tərəflərə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci, 229.2-ci maddələrinin tələblərinə əsasən işə oların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi «qeyri yaşayış sahəsində əşyalara vurulmuş zərərin tutulması» hissəsində təmin edilməlidir. İlk iddia ərizəsinin məzmunundan görünür ki, söküntü-dağıntı işləri və avadanlıqlara vurulmuş ziyanın aradan qaldırılması və bərpası, əmlakın əvvəlki vəziyyəti qaytarılması çəkilməli olan xərcin məbləğinin müəyyənləşdirilməsi üçün ixtisaslaşmış qiymətləndirici müəssisəyə müraciət olunmuş və qiymətləndirmə hesabatı alınmışdır. Müstəqil qiymətləndirici şirkət tərəfindən aparılmış hesablamalarla cavabdeh MMC-nin mülkiyyətində olan qeyri-yaşayış sahəsinə yuxarıda göstərilən qaydada vurduğu maddi ziyanın aradan qaldırılması, əmlakın əvvəlki vəziyyətinə qaytarılması üçün görülməli olan təmirbərpa işlərinin ümumi dəyəri 800000 (səkkiz yüz min) manat müəyyənləşdirilmişdir. Mütəxəssislərin ilkin rəyinə görə bu işlərin görülüb, obyektin əvvəlki vəziyyətinə bərpa edilməsi üçün azı 2 ay vaxt tələb olunur. İş üzrə keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/4386-9/4902 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, 1-ci və 2-ci suallar üzrə: Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti, 116A ünvanda yerləşən, qeyri-yaşayış (otel) binasının cavabdeh tərəfindən söküntü işləri aparılmamışdan əvvəlki yararlı vəziyyətinə gətirilməsi üçün və ya dəymiş ziyanın aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin ümumi dəyəri təqribən 365627,0 manat məbləğində müəyyən edilmişdir. Tədqiq olunan qeyri-yaşayış binasının mərtəbələri üzrə sökülmüş sahələrin, divarların, arakəsmələrin, hörgülərin ölçüləri və həcmi, yararsız hala salınmış tavan və döşəmənin sahəsi rəyə əlavə edilmiş smetada ətraflı göstərilmişdir. 3-cü və 4-cü suallar üzrə: Tədqiq olunan qeyri-yaşayış obyektinin əvvəlki vəziyyəti nəzərə alınmaqla otel təyinatını restoran təyinatına dəyişdirilməsi üçün aparılmış təmir-tikinti işlərinə dair smeta və istifadə olunmuş tikinti materiallarının alınmasma dair qaimə sənədləri təqdim edilmədiyindən, həmin işlərin həcmini və dəyərini müəyyən etmək mümkün olmadı. Ekspertiza tədqiqatına təqdim edilən və iş materiallarında adları göstərilən (faktiki ortada olmayan) malların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 206.146,50 (177395,00+28751,50) manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. İlk iddiaçının məhkəmə çıxışından aydın olur ki, iş üzrə keçirilmiş ekspertiza aparılması zamanı məhkəmənin yerli baxışında da icarə obyektinin hər mərtəbəsində cavabdeh tərəfindən hansı söküntülərin aparıldığı, nə kimi işlər görüldüyü, nə kimi işlərin görülmədiyi (yarımçıq saxlandığı), otel binasının avadanlığının yararsız hala salındığı, otel otaqlarının təyinatının dəyişdirildiyi, arakəsmə divarlarının sökülərək otaqların yararsız hala salındığı və s. əyani şəkildə müşahidə olunmuşdur. Otel binasında cavabdehin hər mərtəbə üzrə - 1-ci mərtəbədə restoran hissəsində müəyyən hissələrin sökülməsi, avadanlıqların götürülməsi, bir sıra mətbəx avadanlıqlarının ümumiyyətlə, itirilməsi, yuxarı mərtəbələrdə isə arakəsmələrin sökülməsi, divarlar, qapılar, sanqovşaqlar, elektrik avadanlıqları, döşəmə kovralinləri, yataq mebelləri və dəstlərinin yararsız hala salınması tərəfimzidən iddia ərizəsinə əlavə edilmiş foto-video çəkilişlərdə, aktlarda və s. dəlillərdə öz təsdiqini tapmışdır. Bununla yanaşı, məhkəmə tərəfindən təyin olunmuş ekspertiza tədqiqatının nəticəsində iddiaçının təqdim etdiyi kimi, otel binasının bütün mərtəbələrində cavabdeh MMC tərəfindən sökülmüş, yararsız hala salınmış otaqlar, avadanlıqlar üzrə real vəziyyət əks olunmuş, ekspertiza tərəfindən aparılmış tədiqat nəticəsində: - İcarə obyektinin cavabdeh tərəfindən söküntü işləri aparılmamışdan əvvəlki yararlı vəziyyətinə gətirilməsi və ya dəymiş ziyanın aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin ümumi dəyəri təqribən 365627.0 manat müəyyən edilmişdir. - Eyni zamanda, cavabdehin müqaviləni pozaraq, icarə obyektində mülkiyyətçi (iddiaçı) tərəfindən ona təhvil verilmiş avadanlıq və malların (syahısı iş materialında və ekspertiza rəyində göstərilən, lakin faktiki olaraq obyektdə aşkar olunmayan) orta bazar dəyəri təxminən 206.146.50 manat müəyyən edilmişdir. 13. Beləliklə, ekspertiza rəyində: 1) İcarə obyektinin icarəyə verilən zaman (cavabdeh tərəfindən yararsız hala salınmamışdan əvvəlki) mövcud olmuş vəziyyətdə bərpa edilməsi üçün aparılmalı olan təmir-bərpa işlərinin smetası təqdim olunaraq – 365 627 manat müəyyən edilmişdir; 2) İcarə obyekti təhvil verilən zaman icarəçiyə (cavabdehə) təhvil verilmiş və cavabdeh tərəfindən qaytarılmayan avadanlıq, lavazimat və malların dəyəri (hər birinin dəyəri siyahıda göstərilməklə) – 206.145.50 manat müəyyən edilmişdir. Bununla, ekspertiza tədqiqatının nəticəsində bazar dəyəri təxmini qeyd olumaqla, cavabdeh İcraçi tərəfindən müqavilə şərtlərini və qanunun tələblərini pozaraq aparılmış söküntü, təmir, avadanlıqların daşınmazı, itirilməsi və s. nəticəsində icarə obyektinə - İddiaçıya vurulmuş zərərin məbləği – (365 627 manat + 206.145.50 man) = 571 772.50 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının təqribi – bir çox mallar və işlər üzrə hesablamanı minimum qiymətlə hesablaması səbəbindən, hesab edirik ki, bu rəqəmlər real bazar dəyərini tam əhatə etmədiyindən, iddia tələbində göstərilən zərər məbləği (800 min manat) daha realdır və ona görə də iddia tələbini tam həcmdə müdafiə edir. İş üzrə çıxarılmış qətnamə ilə dəymiş ziyanın aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin ümumi dəyəri təqribən 365627.0 manat tutulması qət edilsə də, məhkəmə ilk iddia tələbinin «qeyri yaşayış sahəsində olan əşyalara vurulmuş zərərin tutulması hissəsinə» hüquqi qiymət verməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 229.1-ci maddəsinin tələbi baxımından, işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, həmin tələblər barədə qətnamə çıxarılmamışsa, məhkəmə əlavə qətnamə çıxara bilər. Göründüyü kimi, iş üzrə keçirilmiş ekspert rəyi işə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq pr, ev 116C saylı qeyri-yaşayış sahəsi təhvil verilən zaman icarəçiyə (cavabdehə) təhvil verilmiş və cavabdeh tərəfindən qaytarılmayan avadanlıq, lavazimat və malların dəyəri (hər birinin dəyəri siyahıda göstərilməklə) – 206.145.50 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi qeyd olunan hissədə təmin olunmalı, dəymiş zərər olaraq 206.145.50 manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası MPM-nin 229-cu maddəsinə görə, iş üzrə qətnamə və ya qərardad çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə və ya əlavə qərardad çıxara bilər : işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə və ya qərardad çıxarılmamışsa., hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Həmin maddənin 229.2-ci maddəsinə görə əlavə qətnamənin və ya əlavə qərardadın çıxarılması barədə məsələyə qətnamənin və ya qərardadın qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Əlavə qətnamə və ya əlavə qərardad məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məsələyə baxmağa mane olmur. 229.3-cü maddəsinə əsasən, Əlavə qətnamə və ya əlavə qərardad çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən və ya əlavə qərardaddan şikayət verilə bilər. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilk iddia tələbi «qeyri yaşayış sahəsində əşyalara vurulmuş zərərin tutulması» hissəsində təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 229-cu maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi, icarə haqqının və vurulmuş ziyanın ödənilməsi tələbinə” tələbinə dair ilk iddia tələbi «qeyri-yaşayış sahəsində əşyalara vurulmuş zərərin tutulması» hissəsində təmin edilsin. Qeyri–yaşayış sahəsinə dəymiş zərər olaraq 206.145.50 (iki yüz altı min yüz qırx beş manat əlli qəpik) manat pul Cavabdeh MMC-dən tutularaq İddiaçı verilsin. Əlavə qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2634/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Əlavə qətnamə — İş №e-2(005)-2634/2022
21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver