Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2640/2021 22.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Dəmirçizadə küçəsi, 2 nömrəli evin 81 nömrəli mənzilinə mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1995-ci ildə X8 ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşdur. 1996-cı ildən etibarən həyat yoldaşı Qurbanov Etibarla Bakı şəhəri, Dəmirçizadə küçəsi, 2 nömrəli evin 81 nömrəli mənzilinə köçərək həmin mənzildə təsərrüfatı birgə idarə etməklə bir ailə kimi yaşamış və həyat yoldaşı 18 fevral 2016-cı ildə vəfat etmişdir. Qeyd edir ki, yaşadığı mənzil qayınatası X3 mülkiyyətində olmuş və o, 23 mart 2021-ci ildə vəfat etmişdir. Ölümündən öncə qayınatası Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, onun Bakı şəhəri, Dəmirçizadə küçəsi, 2 nömrəli evin 81 nömrəli mənzilinə qeydiyyata alınmağına etiraz etmədiyini bildirmişdir. Bundan başqa, onun X9 ilə birgə nikahından 1996-cı il təvəllüddlü X20, 1999-cu il təvəllüdlü X10 və 2009-cu il təvəllüdlü X6 dünyaya gəlmişdir və hər 3 uşağı yaşadıqları Bakı şəhəri, Dəmirçizadə küçəsi, 2 nömrəli evin 81 nömrəli mənzilində qeydiyyatdadırlar. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, onun təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdər olunmuş, lakin məhkəməyə gəlməmiş və gəlməmənin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq, toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: 36 saylı MKİS-in 05.03.2021-ci il tarixli 36/3301 №-li arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsindəki 2 saylı evin 81 №-li mənzilində X15, Cavabdeh2, Cavabdeh1, X10, X20, X4, X21 qeydiyyatdadırlar. Mənzilin icarədarı X16 23.03.2012-ci il tarixdə vəfat etmişdir. X11 tərəfindən Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə ünvanlanmış və 16 yanvar 2008-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, X11-ona məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsindəki 2 saylı evin 81 №-li mənzilinə, gəlini İddiaçı qeydiyyata alınmasına etiraz etmir. Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 29.03.2012-ci il tarixdə verilmiş AZ-İ 534746 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 23 mart 2012-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu baradə ölüm haqqında akt qeydləri kitabında 2012-ci ilin 03 ayınln 29-cu günündə 235 № ilə qeyd edilmişdir. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 27.10.2010-cu il tarixdə verilmiş AZ-İİ seriyalı 564427 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 02 noyabr 2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası İddiaçı İsrayıl qızıdır; Bakı şəhəri Nərimanov Rayon VVADQ şöbəsi tərəfindən 11.02.1998-ci il tarixdə verilmiş Vİ- JQ seriyalı 452543 nömrəli nikah haqqında şəhadətnamənin məzmunundan görünür ki, X8 ilə İddiaçı arasında 11 fevral 1998-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 53 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir; Nərimanov rayon VVAQ şöbəsi tərəfindən 18 iyun 1997-ci il tarixdə verilmiş V-JQ 280178 №li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 18 iyun 1997-ci il tarixdə Bakı şəhərində ölməsi 432 № ilə qeyd edilmişdir; Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən 01 mart 2016-cı il tarixdə verilmiş AZ-İ 796965 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 18 fevral 2016-cı il tarixdə Bakı şəhərində ölmüşdür. Bu baradə ölüm haqqında akt qeydləri kitabında 2016-cı ilin 03 ayınln 01-ci günündə 85 № ilə qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 23.06.2021-ci il tarixli, **********09 №-li məktubundan görünür ki, məhkəmənin Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi, ev 2, 81 nömrəli mənzilə dair məlumatın və müvafiq sənədlərin təqdim edilməsi ilə bağlı müraciətinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sorğu ilə əlaqədar bildirilir ki, Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi, ev 2, 81 nömrəli mənzilin qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar edilməmişdir. Azərbaycan SSR Bakı şəhər X13 İcraiyyə komitəsinin 199780 №-li, 20 may 1986-cı il tarixli orderindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Dəmirçizadə küçəsi, ev 2, 81 nömrəli mənzil 7 nəfər ailə üzvü ilə birlikdə X7 verilmişdir. İş materialları ilə müəyyən edildiyi kimi X8 ilə İddiaçı arasında 11 fevral 1998-ci il tarixdə nikah bağlanmış, yəni tərəflər arasında hüquq münasibətləri həmin tarixdə yarandığından hazırki mübahisəyə 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra-Mənzil Məcəlləsi) müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli qərarından görünür ki, 2000-ci il sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 2001-ci ilin sentyabrın 1-dək qüvvədə olmüş Mənzil Məcəlləsinin: 51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir; 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildiyi kimi, Bakı şəhər X14 İdarəsinin 199780 nömrəli orderinə əsasən ünvan 2 ünvanı 20 may 1986-cı ildə X7 verilmiş, göstərilən mənzilin icarədarı hesab edilmişdir. X11 23 mart 2012-ci il tarixdə və onun orderdə göstərilən ailə üzvü, iddiaçının əri olan X12 isə 18 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Mənzil hüquq münasibətləri, o cümlədən yaşayış sahəsinə köçürmək, Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 54-cü maddəsində müəyyən edildiyi kimi icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Göründüyü kimi icarədar tərəfindən yaşadığı sahəyə başqa şəxsin köçürülməsinin yeganə şərti onunla birlikdə yaşayan ailə üzvlərinin razılığıdır. Həmçinin həmin Məcəllənin 85-ci maddəsinə əsasən icarədarın ailə üzvü yaşayış sahəsinin bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-buluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Hazırki iş üzrə mübahisəli mənzil dövlət mənzil fonduna aid olan mənzildir, yəni iddiaçının iddia etdiyi kimi qaynatası X3 mülkiyyətində olmamış və sonuncunun ölümündən sonra həmin mənzilə vərəsəlik hüququ yaranmamışdır. Mənzil Məcəlləsinin tələblərinə əsasən isə göstərilən mənzilə ailə üzvləri və ya başqa şəxsləri köçürmək hüququ icarədara məxsusdur. Hazırki halda mübahisəli mənzilin icarədarı müəyyən edilməmiş, yəni icarədarın ölümündən sonra mənzildə yaşayan və onun ailə üzvləri olan şəxslər mənzilin icarədarının müəyyən edilməsi üçün müraciət etməmişlər. Məhkəmə hesab edir ki, mübahisəli mənzilin icarədarı müəyyən edildikdən sonra İddiaçı icarədarın razılığı ilə göstərilən mənzilə istifadə hüququnun tanınması ilə əlaqədar hüququnu həyata keçirdə və ya yaranan mübahisə ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bölməsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №e-2(005)-2640/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2640/2021
22.07.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver