Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2653/2024 27.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi Nümayəndə, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “pulun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıların xeyrinə Cavabdeh 100000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh birgə iddiaçılar qarşısında 109060 manat məbləğində pul vəsaitinin qaytarılması öhdəliyini daşıyır. Qeyd edilən pul vəsaitinin tələb edilməsi əsası tərəflər arasında yekunlaşmış mülki məhkəmə mübahisəsi ilə bağlıdır. Həmin mülki mübahisə üzrə mahiyyəti üzrə yekun məhkəmə qərarı Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3981/2023 saylı qətnaməsi olmuşdur. Həmin qətnamədən hazırki iş üzrə iddiaçı olan Əfəndiyeva Naibə kassasiya şikayəti versə də, Ali Məhkəmənin xx.xx.2024-cü il tarixli, 2 (102)-757/2024 saylı Qərarı ilə onun kassasiya şikayəti təmin edilməmişdir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-3981/2023 saylı qətnaməsi ilə “iddiaçı (birləşdirilmiş iş üzrə cavabdeh) İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsi; Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması” qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Əfəndiyeva X5 Cavabdeh qarşı “torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılma” tələbinə dair iddiasının rədd edilməsi; iddiaçı Cavabdeh Əfəndiyeva X7 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddiasının təmin edilməsi, İddiaçı2 ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, məhkəmə xərclərinin iddiaçılara aid edilməsi qət edilmişdir. Hazırda Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Həmin məhkəmə qətnamələri ilə müəyyən edilmiş hallara görə, cavabdeh tərəf birgə iddiaçılardan müxtəlif vaxtlarda hissə-hissə 109060 manat borc pul almış, həmin məbləği qaytara bilmədiyi üçün bunun müqabilində özünə məxsus ünvan 1 ünvandakı torpaq sahəsini və yaşayış evini borcun müqabilində birgə iddiaçılardan X1 adına alqı-satqı müqaviləsi ilə rəsmiləşdirmişdir. Tələb edilən 109060 manatın 39000 manat məbləği həmin daşınmaz əmlaka dair xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi zamanı həmin müqavilə üzrə cavabdehə ödənilmişdir (verilmişdir). Bununla bağlı cavabdeh (notariat işində) pul vəsaitinin qəbul edilməsi ilə bağlı qəbzə imza etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsinin və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(103)-3981/2023 saylı qətnaməsinin mövqeyinə əsasən, satıcı- Cavabdeh ilə alıcı-İddiaçı2 arasında Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi həqiqətdə hazırki cavabdeh X11 Hümbətovaya və İddiaçı2 olan borc münasibətlərinin pərdələnməsi məqsədi ilə bağlanmışdır. Belə olan halda həmin qərarlardan görünür ki, cavabdehin iddiaçılar qarşısında pul vəsaitinin qaytarılması öhdəlikləri yaranmışdır. Cavabdehdən iddiaçılar hazırda cəmi 109060 manat məbləğində pul vəsaitini tələb edirlər və bununla bağlı Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə eyni vaxtda iddia ərizəsi ilə müraciət edilmişdir. Cavabdeh nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsinin 70060 manat (17700 manat da daxil olmaqla) məbləğində borca münasibətdə iddia müddətinin tətbiq edilməklə təmin olunmamasını xahiş etmiş və ərizəsini belə əsaslandırılmışdır ki, 39.000 manat məbləğində pul vəsaitinin İddiaçı2 tərəfindən cavabdehə verilmədiyi artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir və hazırkı iş üzrə yenidən mübahisələndirilə və sübut edilə bilməz. Bundan başqa, iddiaçıların nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, 2020-ci ilin oktyabr ayından başlayaraq alqı-satqı müqaviləsi bağlanana qədər cavabdehə 15.000+2700+30.000+14.700 manat məbləğində pul verilmişdir. Halbuki, Cavabdeh İddiaçı1 cəmi 17.700 (15.000+2700) manat məbləğində borc pul almış, həmin pulu da faizləri ilə birlikdə tam şəkildə İddiaçı1 qaytarmışdır. İddia tələbində göstərilən qalan məbləğlərdə borc ümumiyyətlə Cavabdeh verilməmişdir. Həmin borc məbləğlərinin alqısatqı müqaviləsində göstərilmiş 39.000 manat da daxil olmaqla Cavabdeh verilmədiyi qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir. 70.060 manat (109.060-39.000) borc hissəsində iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən, həmin tələbə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməlidir. Belə ki, 70.060 manat məbləğində borca daxil olan 17.700 məbləğində borcun İddiaçı1 tərəfindən cavabdehə verildiyi vaxtdan, yəni iddiaçı tərəfin bildirdiyi kimi 2020-ci ilin oktyabr ayından 3 il 7 ay keçdikdən sonra, yəni 2024-cü ilin may ayında məhkəməyə müraciət edilmiş, bununla da həmin tələb (17.700) üzrə iddia müddəti ötürülmüşdür. 17.700 manat çıxılmaqla, 70.060 manata daxil olan digər məbləğlərdə borcun tələb edilməsinə dair iddia özü-özlüyündə əsassız olduğundan və həmin pul məbləğlərinin verilməməsinə dair hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə qətnamələri mövcud olduğundan rədd edilməlidir. Həmçinin, 17.700 manat çıxılmaqla, 70.060 manata daxil olan digər məbləğlərdə borc da alqı-satqı müqaviləsi bağlanan tarixə qədər verildiyi iddia edilən pul məbləğləri olduğundan və alqı-satqı müqaviləsinin bağlanmasından da 3 il 10 ay 5 gün müddət keçdiyindən, həmin tələb üzrə də iddia müddəti ötürülmüşdür. İddiaçı1 məhkəmə iclasında iştirak edən nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa müvafiq izahat verərək bildirmişdir ki, əslində tələb olunan borc məbləği 109.060 manatdır. 2020-ci ilin oktyabr ayından tərəflər arasında hissə-hissə borc pulun alınıb-verilməsinə başlanmışdır. Borc 56.000 manat olduqdan sonra cavabdeh əlavə olaraq 39.000 manat da borc pul istəmişdir. 39.000 manat məbləğində pulu təminat altına almaq üçün alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh İddiaçı1 15.000 manat və 2700 manat məbləğində pul aldığını etiraf edib. Həmin məbləğlər 2020-ci ilin oktyabr ayından başlayaraq verilən pullardır. İddiaçı1 Cavabdeh 17.700 (15.000+2700) manat məbləğində pul verib. İddiaçı2 Cavabdeh verdiyi 39.000 manat borc pul məbləğinə dair alqı-satqı müqaviləsi bağlanıb. Daha sonra çıxarış almaq üçün 14.700 manat pul xərclənib, çünki alqı-satqı zamanı çıxarış yox idi. Tərəflər arasındakı razılığa əsasən çıxarışın alınması üçün xərcləri İddiaçı1 ödəyəcək, Cavabdeh isə həmin xərci borc kimi qaytaracaq. 14.700 manat məbləğində pula dair sübut yoxdur, amma bu məbləğ tərəflər arasındakı danışıqlar və şahid ifadələri ilə təsdiq olunur. İddiaçı2 Cavabdeh qızı Nailənin vasitəsi ilə tanıyıb. Nailə anasından Esmiraya 39.000 manat pul verməsini xahiş etmişdir. Nailə və Nayibə bir yerdə yaşayır. 2020-ci ilin oktyabr ayından başlayaraq verilən məbləğlər 14700+15.000+2700+39.000 manatdır. Bu bildikləridir. Əlavə verilmiş borclar da vardır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddia tələbi üzrə hər bir iddiaçının cavabdehə qarşı yönələn tələbi dəqiq şəkildə göstərilməmişdir. İkincisi, alqı-satqıya qədər guya cavabdehə 56.000 manat borc pul verildiyi bildirilsə də, iddiaçıların nümayəndəsi və vəkili tərəfindən alqı-satqıya qədər verilən pul məbləğləri toplandıqda cəmi məbləğ 62.400 (15.000+2700+30.000+14.700) manat təşkil edir. Bu da 56.000 manatdan fərqli məbləğdir. Göründüyü kimi iddiaçılar alqı-satqı müqaviləsi bağlanana qədər guya cavabdehə verdikləri borcun məbləğini dəqiq bilmirlər ki, bu da həmin məbləğdə borcun cavabdehə verilmədiyini təsdiq edir. Bundan başqa, sual yaranır. Cavabdeh guya aldığı 56.000 manat borcu ödəmədiyi halda, İddiaçı2 tanımadığı və ilk dəfə alqı-satqı müqaviləsi bağlanan gün gördüyü (bu hal qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir) insana (cavabdehə) 39.000 manat borc verməkdə məqsədi nə olmuşdur. İddiaçıların 39.000 manatdan daha böyük (17.000 manat artıq) məbləğ olan 56.000 manat borcu deyil, məhz 39,000 manat borcu təminat altına almaları üçün İddiaçı2 cavabdehlə alqısatqı müqaviləsi bağlaması reallığı əks etdirmir. Həmin müqavilənin görünüş üçün bağlandığı və 39.000 manat məbləğində pul vəsaitinin cavabdehə verilmədiyi artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilmişdir və hazırkı iş üzrə yenidən mübahisələndirilə və sübut edilə bilməz. Alqı-satqı müqaviləsi torpaq sahəsi ilə bağlı bağlanmış və həmin torpaq sahəsinin çıxarışı olmuşdur. Qanunvericiliyə əsasən çıxarış olmasa idi, notariat ofisində alqı-satqı müqaviləsinin bağlanması mümkün olmazdı. Digər tərəfdən, çıxarışın alınması üçün 14.700 manat məbləğində pulun xərclənməsinə dair məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Bununla bağlı iddiaçı tərəfin sübut kimi istinad etdiyi şahid ifadələri də bir-biri ilə ziddiyyət təşkil edir. Göründüyü kimi 14.700 manat məbləğində borcun verilməsi hissəsində iddia tələbi əsassızdır və tərəflər arasında olmuş əvvəlki məhkəmə prosesində İddiaçı2 tərəfindən Ümumiyyətlə, iddiaçı tərəfin də bildirdiyi kimi hazırkı iddia tələbinin əsasını qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri təşkil edir. Həmin məhkəmə qətnamələri ilə müəyyən edilmişdir ki, “Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair Cavabdeh ilə İddiaçı2 arasında xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi formal tələblərə uyğun bağlansa da, alqı-satqı müqaviləsi bağlanan zaman Cavabdeh əsl niyyəti torpaq sahəsini satmaq deyil, E.Əfəndiyevanın qızı İddiaçı1 qarşısında yaranmış borc öhdəliyinin icrasını təmin etmək olmuşdur. Belə ki, Cavabdeh alqı-satqı müqaviləsi bağlanan günə qədər İddiaçı2 tanımamış, borc münasibətləri İddiaçı2 qızı İddiaçı1 ilə Cavabdeh arasında yaranmışdır. Cavabdeh aldığı 15.000 manat borcun təminatı qismində özünə məxsus torpaq sahəsini İddiaçı2 adına rəsmiləşdirmişdir. Alqı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti İddiaçı1 təklifi ilə borc məbləğində, yəni 15.000 manat deyil, 39.000 manat göstərilmiş, həmin pul məbləği Cavabdeh verilməmişdir. Göründüyü kimi, Cavabdeh ilə İddiaçı2 müqavilə bağlanmamışdan əvvəl bir-birini tanımaları, iddiaçılar tərəfindən cavabdehə 109.060 manat məbləğində borc pulun verilməsi, verilmiş borc pulun əvvəlki məhkəmə proseslərində dindirilmiş şahid ifadələri və məhkəmə qətnamələri ilə təsdiq olunması barədə iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 dəlilləri həqiqəti əks etdirmir, həmin dəlillər iddiaçı tərəfin də istinad etdiyi və hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edən məhkəmə qətnamələri ilə təkzib olunur. Odur ki, iddia tələbini əsassız hesab edir. Cavabdeh məhkəmə iclasında iştirak edən nümayəndəsi Nümayəndə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi formal bağlanmışdır. Belə ki, müqavilədə əmlakın dəyəri kimi göstərilmiş 39.000 manat notariusun depozit hesabına daxil edilmişdir. Cavabdeh özü də orada iştirak etmiş, verdiklərə sənədlərə qol çəkmişdir. Qəbzə qol çəkilsə də, pul vəsaitini cavabdeh almamışdır. Əksinə sənədləşmədən sonra İddiaçı1 ona həmin puldan yalnız 15.000 manat pulu borc olaraq vermiş, qalan 24.000 manatı isə özü götürmüşdür. İddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İşin müəyyən olunmuş və mübahisələndirilməyən hallarına əsasən, Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi Cavabdeh məxsus olmuş, cavabdeh Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən mülkiyyətçisi olduğu həmin torpaq sahəsini 39.000 manata İddiaçı2 satmışdır. İşin müəyyən olunmuş və mübahisələndirilməyən digər hallarına görə, İddiaçı2 Cavabdeh qarşı “Cavabdeh və onun ailə üzvlərinin Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 6 sot torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılmaları”, o cümlədən Cavabdeh İddiaçı2 qarşı “onunla İddiaçı2 arasında xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 50 saylı notariat ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə bir icraatda birləşdirilmiş iddialarına Bakı şəhəri Xəzər Rayon Məhkəməsində baxılmış, Məhkəmənin 2(003)-93/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Əfəndiyeva X5 iddiasının təmin olunmaması, Cavabdeh iddiasının təmin edilməsi qət edilmişdir. Həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3981/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-757/2024 saylı, xx.xx.2024-cü il-cü il tarixli qərarına əsasən). Həmin məhkəmə qərarlarından aydın olur ki, məhkəmə İddiaçı2 və Cavabdeh arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış AN-İ seriyalı ******* nömrəli, xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız olması barədə mövqeyini həmin müqavilənin formal tələblərə uyğun bağlandığı halda, Cavabdeh müqaviləni torpaq sahəsini satmaq niyyəti ilə deyil, İddiaçı2 qızı olan İddiaçı1 qarşısında yaranmış borc öhdəliyinin icrasını təmin etmək məqsədilə bağlaması ilə əsaslandırmış, habelə göstərmişdir ki, Cavabdeh alqı-satqı müqaviləsi bağlanan günə qədər İddiaçı2 tanımamış, borc münasibətləri İddiaçı2 qızı İddiaçı1 və Cavabdeh arasında yaranmışdır. Həmin məhkəmə qərarlarından həmçinin görünür ki, İddiaçı2 və Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat kontorunda bağlanmış AN-İ seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab edilsə də, məhkəmə etibarsız hesab edilən həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsini həll etməmişdir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 və Cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmış, həmin borc öhdəliyinin təmin edilməsi məqsədilə İddiaçı2 ilə Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat kontorunda AN-İ seriyalı ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi bağlanaraq Cavabdeh mülkiyyətçisi olduğu Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi 39.000 manata İddiaçı2 satılmış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh iddiası təmin edilərək sözügedən alğı-satqı müqaviləsi etibarsız hesab olunmuş, qətnamə yuxarı instansiya məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçılar Cavabdeh İddiaçı1 qarşısında yaranmış borc məbləği, o cümlədən xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında ödənilmiş pul vəsaiti də daxil olmaqla ümumilikdə 100000 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb etməkdədirlər. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə əsasən isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, İddiaçı1 və Cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətlərinin yaranmış olduğu hazırkı işin mübahisəsiz halı kimi qəbul edilməlidir; əvvəla bu hal qanuni qüvvədə olan məhkəmə aktları ilə təsdiq olunmuşdur. Digər tərəfdən, tərəflərin özləri də işin bu halını mübahisələndirmirlər. Tərəflər arasındakı mübahisə borcun məbləğinə dairdir; iddiaçılar borcun (xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında ödənilmiş pul vəsaiti də daxil olmaqla) 109060 manat məbləğində olduğunu iddia etdikləri halda, cavabdehin mövqeyinə görə, iddiaçılardan İddiaçı1 alınmış 17 700 (15 000 + 2700) manat borc faizləri ilə qaytarılmış, digər İddiaçı2 isə cavabdehə xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsi əsasında 39 000 manat pul vermədiyi qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmişdir, bütün bunlarla yanaşı iddiaçılar tərəfindən iddia müddəti ötürülmüşdür. İlk növbədə iddia tələbinin İddiaçı1 aid hissəsinə hüquqi qiymət verilməsini məqsədə uyğun hesab edən məhkəmənin qənaətinə görə, onun irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin borc müqaviləsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, tərəflər arasında hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 739.1 və 739.2-ci maddələrinin tələblərinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddia ərizəsinin məzmunundan belə aydın olur ki, iddiaçıların tələb etdikləri pul məbləğinin 70.060 (109.060-39.000) manat hissəsi İddiaçı1 və Cavabdeh arasında yaranmış borc münasibətinə aiddir. Bu o deməkdir ki, hər nə qədər iddia ərizəsində açıq şəkildə göstərilməsə belə, İddiaçı1 cavabdehə 70.060 manat borc verdiyini və cavabdehin həmin məbləğləri ona ödəmədiyini iddia etməkdədir. O, bu iddiasını Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-93/2023 nömrəli mülki iş üzrə çıxarılmış məhkəmə aktları ilə təsbit edilmiş hallar, o cümlədən həmin işdə dindirilmiş şahid ifadələri ilə sübut etməyə çalışmışdır. Cavabdeh (nümayəndəsi) isə istər sözügedən həmin məhkəmə mübahisəsi, istərsə də hazırkı işdə verdiyi yazılı ərizə və izahatlarında iddiaçıdan 15000 və 2700 manat borc aldığını etiraf etməklə yanaşı, həmin borcu faizləri ilə qaytardığını bildirmişdir. Bu baxımdan məhkəmənin qənaətinə görə, iddiaçıya borclu olduğunu etiraf etdiyi pul məbləğini qaytarmış olduğunu sübutetmə yükü cavabdehin üzərinə düşmüşdür. Bununla belə, cavabdeh etiraf etdiyi həmin pul məbləğini həqiqətən də iddiaçılara qaytarması barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh İddiaçı1 2700 manat borc aldığını etiraf etsə də, borcunu qaytardığını sübut edə bilmədiyi üçün İddiaçı1 ona qarşı yönəlmiş tələbi etiraf edilən həmin hissədə əsaslıdır. İddia tələbinin etiraf edilməyən hissəsinə gəldikdə isə məhkəmənin qənaətinə görə, həmin hissədə iddia tələbi təmin edilə bilməz; çünki iddiaçı tələb etdiyi məbləğlə etiraf edilən məbləğ arasındakı fərq olan pul məbləğinin cavabdehə verildiyini təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçıların əvvəlki mülki iş üzrə şahid ifadələri ilə borcun məbləğinin təsdiq edilməsi dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-93/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin aid olduğu mülki iş üzrə dindirilmiş şahidlərdən X10 və X9 ilə iş yoldaşı, X4 ilə qonşu, X2 ilə bacı olduğu müəyyən edilmişdir. Bu mənada həmin şahid izahatlarını “əsaslı şübhədən kənar” sübut kimi qəbul etmək mümkün deyildir. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti, incumbit probation” (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında həmin Məhkəmə mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Cavabdehin etiraf etdiyi digər 15000 manata gəlincə məhkəmə qeyd edir ki, cavabdeh 15000 manat borc aldığını etiraf etsə də, bu pul İddiaçı1 münasibətdə deyil, İddiaçı2 münasibətdə təmin edilməlidir. Belə ki, cavabdeh tərəfin də izahatından göründüyü kimi, alğı-satqı müqaviləsi bağlandıqdan sonra elə həmin gün də ona 15000 manat pul verilmişdir. İşin hallarından da göründüyü kimi, pulu hətta X3 Hümbətova cavabdehə vermiş olsa belə, həmin pul faktiki olaraq İddiaçı2 məxsus olmuşdur. Belə ki, alğı-satqı müqaviləsi onunla bağlanmışdır. İddia müddəti (bu müddətin keçib-keçmədiyi) irəli sürülən iddia tələbinin təmin edilibedilməməsinə birbaşa təsir etdiyindən məhkəmə, cavabdehin iddiaya etirazının əsası kimi irəli sürdüyü həmin arqumentə (“70 060 manat borcun tutulması tələbinə münasibətdə iddia müddətinin ötürülməsi” dəlilinə) də qiymət verməyi zəruri hesab edir: Mülki Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfındən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunmalıdır ki, hər hansı müddətin, o cümlədən iddia müddətinin ötürülübötürülməməsi nəticəsinə gəlmək üçün, mütləq qaydada həmin müddətin başlama, yəni müddətin axımının başlanğıc günü müəyyən olunmalıdır. Bunu, yəni müddətin axımı gününü müəyyən etmədən, hər hansı bir müddətin ötürülüb-ötürülməməsi nəticəsinə gəlmək isə qeyri-mümkündür. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən də, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır; 382-ci maddəsinə görə isə, iddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fıziki şəxsin pozulmuş hüququ müdafıə edilməlidir. İş materiallarından aydın olur ki, İddiaçı1 cavabdehlə səmimi münasibətləri olmuş, cavabdehin özünün də etirafına əsasən o, iddiaçıdan borc almışdır. İş materiallarından həmçinin aydın olur ki, həmin borcu təmin etmək məqsədilə İddiaçı1 anası İddiaçı2 və Cavabdeh arasında sonuncunun mülkiyyətçisi olduğu Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsinə dair xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsi bağlanmış, həmin əmlakla bağlı tərəflər arasında başlanmış məhkəmə mübahisəsi isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 757/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə yekunlaşmışdır. Cavabdeh xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsızlığına nail olmaqla borcunu qaytarmadığını görən iddiaçıların iddia ərizəsi isə xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun E.Həkimovun şikayəti üzrə 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyekiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir”. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı1 3 il ərzində məhkəməyə müraciət etməyərək iddia müddətini ötürdüyü qənaətinə gəlmək işin hallarına uyğun olmamaqla ədalətli deyildir. İddiaçıların hər ikisinin yaxın qohumluq münasibətlərində olduğu (ana-bala) nəzərə alınaraq, tərəflər arasında bağlanmış müqavilənin yekun olaraq 2024-cü ildə etibarsız sayılmasına əsaslanaraq, məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir. İddia tələbinin İddiaçı2 aid olan “39 000 manat pulun cavabdehdən tutulması” hissəsinə gəldikdə isə, həmin tələb etibarsız hesab edilən əqd (xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsi) üzrə alınanların (ödənilən pulun) geri qaytarılması (restitusiya) ilə bağlıdır. Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında müəyyən edilmiş hüquqi mövqeyə görə, ...əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Bu mənada məhkəmənin qənaətinə görə, iddia tələbinin İddiaçı2 aid hissəsinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilə bilər; belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Yuxarıda qeyd edildiyi kimi, İddiaçı2 və Cavabdeh arasında Bakı şəhəri 50 saylı Notariat Ofisində bağlanmış AN-İ seriyalı, ******* nömrəli xx.xx.2021-ci il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsində yerləşən 0.06 ha torpaq sahəsi 39.000 manata İddiaçı2 satdığı, həmin müqavilənin qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə etibarsız hesab edilməsinə rəğmən, məhkəmənin etibarsız hesab edilən həmin əqd üzrə alınanların geri qaytarılması (restitusiya) məsələsini həll etmədiyi hazırkı işin mübahisəsiz halıdır. Məhkəmənin sorğusu əsasında əldə edilmiş alğı-satqı müqaviləsinə dair notariat işindən də görünür ki, alğı-satqı müqaviləsinin predmeti olan torpaq sahəsinə görə 39.000 manat pul vəsaitinin notariusun depozit hesabı vasitəsilə ödənilməsi təmin edilmişdir. Cavabdehin nümayəndəsi də qeyd edilənləri mübahisəndirməmiş, bununla belə notariusun depozit hesabı vasitəsilə ödənilən həmin puldan 15.000 manatın borc olaraq cavabdehə verildiyini, qalan 24.000 manatın isə İddiaçı1 tərəfindən götürüldüyünü bildirmiş (istər Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin icraatında olmuş 2(003)-93/2023 nömrəli mülki iş üzrə baş tutmuş məhkəmə iclaslarında, istərsə də hazırkı işdə verdiyi yazılı ərizə və izahatlarında), lakin iddiaya etirazının əsaslandığı həmin faktiki hallara dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı2 qeyd edilən iddia tələbi özünün qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmaqdadır. Mülki Prosessual Məcəllənin 81ci maddəsinin tələblərinə uyğun olaraq, tərəflərin izahatlarına nisbətdə ödəniş qəbzi daha mötəbər sübut olmaqla iş üçün mühüm əhəmiyyət kəsb edir. Cavabdehin (nümayəndəsinin) “39.000 manat məbləğində pul vəsaitinin cavabdehə verilmədiyinin qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə müəyyən edilməsi” dəlili ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır (Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Bu baxımdan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində borcun məbləği ilə bağlı qeyd edilmiş hallar hazırki iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2700 manat pul tutularaq İddiaçı1, 39000 manat pul tutularaq digər İddiaçı2 ödənilməli, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 128 manat pulun 53 manat məbləğində hissəsi Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2700 (iki min yeddi yüz) manat pul tutularaq İddiaçı1, 39000 (otuz doqquz min) manat pul tutularaq İddiaçı2 ödənilsin. İddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 128 manat pulun 53 (əlli üç) manat məbləğində hissəsi Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəfə rəsmi qaydada təqdim olunduğu gündən sonra bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva
Məhkəmə qərarları › İş №e-2(005)-2653/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2653/2024
27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver