Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2656/2020 14.10.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əmirxanova Kəmalə Fərman qızının sədrliyi Məmmədova Nigar Ülfət qızının katibliyi İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X1 cavabdeh X4 qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi X2 cavabdeh X4 qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini onunla əsaslandırmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 26 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik faiz 25% ödənilmək şərtilə 5000 AZN (beş min manat) məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuşdur. Hazırda borclunun banka ödənilməmiş pul borcu 3.400,39 manat əsas borc, 1156,76 manat faiz, 1766,27 manat cərimə, 509,48 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 6832,90 AZN (altı min səkkiz yüz otuz iki manat, 90 qəpik) məbləğində borcu mövcuddur. Qeyd edilənləri nəzərə alaraq, Cavabdeh ilə “İddiaçı ASC” arasında bağlanmış kredit müqaviləsi üzrə 3.400,39 manat əsas borc, 1156,76 manat faiz, 1766,27 manat cərimə, 509,48 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 6832,90 AZN (altı min səkkiz yüz otuz iki manat, 90 qəpik) məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçıASC-nin nümayəndəsi X5 iddia tələbinə uyğun izahat verərək, iddianı müdafiə edərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azər-bay-can Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 26 nömrəli kredit müqaviləsinin məzmunundan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Universal” filialı Cavabdeh 24 ay müddətinə illik 25 faiz olmaqla, 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 26 nömrəli kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, müqavilə üzrə aylıq ödəniş 267 manat, son ay üçün isə 263 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli **********713 nömrəli maliyyə arayışından görünür ki, cavabdehin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu 3400,39 manat, faiz borcu 1156,76 manat, cərimə borcu 1766,27, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu 509,48 manat, cəmi 6832 manat borcu vardır. İş materiallarına əlavə edilmiş kassa məxaric orderindən görünür ki, Cavabdeh bank tərəfindən 4875 manat məbləğində pul verilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Universal” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 26 nömrəli kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir. Bundan əlavə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Universal” filialı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsində tərəflər razılaşmışlar ki, borcalan borcu və hesablanmış faizləri kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə, ödəniş cədvəlinə uyğun ödəyir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə xx.xx.2015-ci il tarixli, 26 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas və faiz borcunu maliyyə arayışı ilə birgə nəzərdən keçirib, hesab edir ki, iddia tələbi əsas, faiz və gecikdirilmiş günə görə hesablanmış faiz borcunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Cərimə borcuna gəldikdə isə məhkəmə 3400,39 manat əsas borca nisbətdə 1766,27 manat cərimə borcunu tənasübsüz dərəcədə yüksək hesab edir və 100 manat məbləğində tutulması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təminedilməli, Cavabdeh xx.xx.2015-ci il tarixli, 26 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 3400,39 manat əsas, 1156,76 manat faiz, 100 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 509,48 manat, cəmi 5166,63 (beş min yüz altmış altı manat, altmış üç qəpik) manat və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli, 26 nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş 3400,39 manat əsas, 1156,76 manat faiz, 100 manat cərimə borcu, kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanan 509,48 manat, cəmi 5166,63 (beş min yüz altmış altı manat, altmış üç qəpik) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-2656/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2656/2020
14.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver