Məhkəmə qərarları › İş №e-2(005)-2671/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2671/2023

09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2671/2023 09.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Nərgiz Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tutulması, tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6 sentyabr 2022-ci il tarixli, YSLMB-09025 saylı kredit müqaviləsi üzrə əsas borca görə 4270,15 manat, faiz borcuna görə 546,15 manat, cərimə borcuna görə 946 manat, cəmi 5762,3 manat pul və dövlət rüsumu kimi ödənilmiş 77,63 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, qolbaq - 1 ədəd, çəkisi- 19,7, əyarı–750, üzük – 2 ədəd, çəkisi- 9, əyarı–750, Sep – 1 ədəd, çəkisi- 27,2, əyarı–583, sırğa – 3 ədəd, çəkisi- 11,5, əyarı–583, üzük – 2 ədəd, çəkisi- 12, əyarı–583, cəmi: 79,4 qr. qızıl-zinət əşyalarının hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 6 Sentyabr 2022-ci il tarixli, YSLMB-09025 saylı kredit müqaviləsi üzrə cəmi 5762,3 manat pul və dövlət rüsumu kimi ödənilmiş 77,63 manat məbləğində pulun ödənilməsi, grov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 6 Sentyabr 2022-ci il tarixli, YSLMB-09025 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh arasında bağlanmış 6 Sentyabr 2022-ci il tarixli, YSLMB-09025 saylı kredit müqaviləsinə əsasən illik 27,5 % dərəcəsi olmaqla 24 ay müddətinə 4730 manat məbləğində cavabdehə kredit verilmişdir. 6 Sentyabr 2022-ci il tarixli, YSLMB-09025 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh 6 sentyabr 2022-ci il tarixli, YSLMB-09025 saylı kredit müqaviləsi üzrə borcu əsas borca görə 4270,15 manat, faiz borcuna görə 546,15 manat, cərimə borcuna görə 946 manat, cəmi 5762,3 manat təşkil edir. 6 sentyabr 2022-ci il tarixli, YSLMB-09025 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları 6 sentyabr 2022-ci il tarixli, YSLMB-09025 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 6 Sentyabr 2022-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Yasamal” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: qolbaq - 1 ədəd, çəkisi- 19,7, əyarı–750, üzük – 2 ədəd, çəkisi- 9, əyarı–750, Sep – 1 ədəd, çəkisi- 27,2, əyarı–583, sırğa – 3 ədəd, çəkisi- 11,5, əyarı–583, üzük – 2 ədəd, çəkisi- 12, əyarı–583, cəmi: 79,4 qr. Tərəflər arasında bağlanmış 6 Sentyabr 2022-ci il tarixli, YSLMB-09025 saylı kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər”. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə baxışının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 banka borcları olduğunu, qızıl-zinət əşyalarının satılmasına razı olduqlarını bir neçə ay əvvəl banka da bildirdiklərini, bu səbəbdən qızılların satılmasına etiraz etmədiklərini bildirmiş və cərimə məbləğinin azaldılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, YSLMB-09025 saylı ümumi şərtlər üzrə qızıl-zinət əşyalarının girovu ilə kreditin götürülməsinə dair əsas şərtlər-razılaşmaya əsasən borc verən İddiaçı ASC borc alan Cavabdeh 24 ay müddətinə illik 27,5% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 4730 manat məbləğində kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür; -İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış saxlanc girovu haqqında xx.xx.2022ci il tarixli, YSLMB-09025 saylı müqavilənin surətindən görünür ki, girov qoyan müqavilədə göstərilən müqavilə öhdəliklərini icra etmədiyi hallarda girov saxlayan İddiaçı ASC girov qoyulmuş əşyanın dəyərindən təminat almaq hüququna malikdir; -Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, qolbaq (750 əyar, 19,7 qr.); üzük (750 əyar, 9qr.); sep (583 əyar, 27,2 qr.); sırğa (583 əyar, 11,5 qr.) və üzük (583 əyar, 12 qr.) adlı qızıl-zinət əşyaları (cəmi 79,4 qr) girov kimi qoyulmuş, onların cəmi dəyəri 4826,2 manat, bazar dəyəri 7150,79 manat olaraq qiymətləndirilmişdir; - xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, 4730 manat pul Cavabdeh kredit olaraq verilmişdir; -İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, o borcun 3 iş günü ərzində ödənilməsi barədə xəbərdar olunmuşdur; - İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4270,15 manat əsas, 546,15 manat faiz, 946 manat cərimə borcu olmaqla, cəmi 5762,3 manat borcu vardır; - Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 77,63 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında kredit və girov müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Kredit müqaviləsinə əsasən İddiaçı ASC borcalan Cavabdeh kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin bağlanmış kredit müqaviləsinin təminatı kimi qızıl-zinət əşyalarının girova qoyulması məqsədilə eyni tərəflər arasında saxlanc girovu müqaviləsi bağlanmışdır. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehdən tutulmasını və tutumanın girov predmetinə yönəldilməsini məhkəmədən xahiş edir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). İddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 269.1 və 276.1-ci maddələrinə uyğun olaraq, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka predmeti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər. İddia tələbinin digər qanuni əsasını təşkil edən Mülki Məcəllənin 279 və 295-ci maddələrinə görə, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydasını müəyyən edən Mülki Məcəllənin 296.1 və 297-ci maddələrinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun 15.2, 17.3 və 18.1.1-ci maddələrinə görə, borclu yüklülüklə təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yüklülük sahibi öz sahibliyində olan yüklülük predmetini bu Qanunla müəyyən olunmuş qaydada sata bilər. Yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. Yüklülük predmetinin satılmasından əldə olunan məbləğ yüklülük sahibi tərəfindən ilk növbədə yüklülük predmetinin saxlanması, salamatlığı, yaxşılaşdırılması və onun satılmasına çəkilmiş xərclərin ödənilməsinə bölüşdürülür. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmiş, yəni tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə müəyyən edilmiş məbləği Cavabdeh vermiş, cavabdeh isə qaytarmalı olduğu kredit məbləğini banka ödəməkdən yayınmış və nəticədə onun xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4270,15 manat əsas, 546,15 manat faiz borcu yaranmışdır. Qeyd olunmalıdır ki, kredit müqaviləsinin bağlanması və İddiaçı ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 27,5 faiz olmaqla 4730 manat məbləğində kreditin verilməsi yazılı qaydada tərtib olunmuş kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış, kassa məxaric orderi, həmçinin cavabdehin nümayəndəsinin izahatı ilə təsdiq olunur. Bu səbəbdən o, Mülki Məcəllənin 448-ci maddəsinə müvafiq olaraq, risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit müqaviləsi üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. İddiaçı həmin müqavilə üzrə ödənilməmiş əsas və faiz borcunun geri qaytarılmasını tələb etməkdə haqlıdır. Cərimənin ödənilməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, Mülki Məcəllənin 462.1 və 462.3-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Cərimənin əsas borca münasibətdə yüksək olmasını, həmçinin tərəflərin əmlak mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarının azaldılaraq 60 manat məbləğində müəyyən edilməsi daha ədalətli və ağlabatandır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair” 09 iyul 2009-cu il tarixli Qərarına əsasən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə borcun girov predmetinə yönəldilməsi tələbi ilə əlaqədar hesab edir ki, Cavabdeh əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının girov predmetinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Bu səbəbdən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair” akta əsasən girov qoyulmuş 750 əyarlı, 1 ədəd, xalis çəkisi 19,7 qram olan qolbaq; 750 əyarlı, xalis çəkisi 9 qram olan, 2 ədəd üzük; 583 əyarlı, 1 ədəd, xalis çəkisi 27,2 qram olan sep; 583 əyarlı, 3 ədəd, xalis çəkisi 11,5 qram olan sırğa; 583 əyarlı, 2 ədəd, xalis çəkisi 12 qram olan üzük açıq hərracdan satılmalı, qızıl-zinət əşyalarının satılmasından əldə edilən vəsait borcun ödənilməsinə yönəldilməli, artıq qalan vəsait iddiaçıya qaytarılmalıdır. Məhkəmə qızıl-zinət əşyalarının ilkin satış qiymətlərinin müəyyənləşdirilməsini zəruri hesab etmir. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli saxlanc girovu haqqında müqavilənin 5.1-ci maddəsində tərəflər qızıl-zinət əşyaları satılarkən bankın onları yenidən qiymətləndirmə apararaq satmaq hüququ barədə razılaşmışlar. Həmçinin Mülki Məcəllənin və “Daşınar əmlakın yüklülüyü haqqında” Qanunun girovun satışı ilə bağlı müəyyənləşdirdiyi qaydaların (16.1,17.2, 17.5 və 17.6-cı maddələrinin) mənasına görə də, qətnamə ilə ilkin satış qiymətinin müəyyənləşdirilməsi girov qoyanın hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə bilər. Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, qalan hissənin cavabdehdən tutulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehdən tutulmalı olan ümumi borc məbləği qətnamə ilə müəyyən edildiyindən, satışdan əldə edilən vəsait kifayət etmədikdə, əlavə olaraq qalan məbləğin də cavabdehdən tutulmasının müəyyən edilməsinə hər hansı bir zərurət yoxdur. Belə ki, Mülki Prosessual Məcəllənin 222.2-ci maddəsinin tələblərinə uyğun olaraq, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə qətnamələri dövlətin adından çıxarılır və onların icrası məcburidir. Bu baxımdan girov predmetinin satışından əldə edilən vəsait tam borcun ödənilməsinə yetməzsə, qalan borcun tutulması “İcra haqqında” Qanunun tələblərinə uyğun olaraq qanunamüvafiq qaydada icra edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 4270,15 manat əsas borc, 546,15 manat faiz borcu, 60 manat cərimə borcu olmaqla, cəmi 4876,3 manat məbləğində pul və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 77,63 manat pulun 65 manatı tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma girov predmeti olan 750 əyarlı, 1 ədəd, xalis çəkisi 19,7 qram olan qolbaq; 750 əyarlı, xalis çəkisi 9 qram olan, 2 ədəd üzük; 583 əyarlı, 1 ədəd, xalis çəkisi 27,2 qram olan sep; 583 əyarlı, 3 ədəd, xalis çəkisi 11,5 qram olan sırğa; 583 əyarlı, 2 ədəd, xalis çəkisi 12 qram olan üzük adlı qızıl-zinət əşyalarına yönəldilməli, həmin qızıl-zinət əşyaları açıq hərracdan satılmalı, onların satılmasından əldə edilən vəsait borc tələbinin ödənilməsinə yönəldilməli, vəsait artıq qalacağı təqdirdə cavabdehə qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4270,15 manat əsas borc, 546,15 manat faiz borcu, 60 manat cərimə borcu olmaqla, cəmi 4876,3 manat məbləğində pul (dörd min səkkiz yüz yetmiş altı manat, otuz qəpik) və iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumu kimi ödənilmiş 77,63 manat pulun 65 (altmış beş) manatı tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma girov predmeti olan 750 əyarlı, 1 ədəd, xalis çəkisi 19,7 qram olan qolbaq; 750 əyarlı, xalis çəkisi 9 qram olan, 2 ədəd üzük; 583 əyarlı, 1 ədəd, xalis çəkisi 27,2 qram olan sep; 583 əyarlı, 3 ədəd, xalis çəkisi 11,5 qram olan sırğa; 583 əyarlı, 2 ədəd, xalis çəkisi 12 qram üzük adlı qızıl-zinət əşyalarına yönəldilsin. Həmin qızıl-zinət əşyaları açıq hərracdan satılsın, onların satılmasından əldə edilən vəsait borc tələbinin ödənilməsinə yönəldilsin, vəsait artıq qalacağı təqdirdə cavabdehə qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərgiz Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar