Məhkəmə qərarları › İş №e-2(005)-2694/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2694/2024

30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2694/2024 30.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh (Qanuni nümayəndə) qarşı “kredit müqaviləsi üzrə borcun vərəsədən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin faktiki halları: İddiaçı "xxxx" ASC ilə cavabdehin mərhum anası Abdulova Raziyə Ağadadaş qızı arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. 11 iyun 2019-cu il trixli kredit müqaviləsinə əsasən "xxxx" ASC borcalan Abdulova Raziyə Ağadadaş qızına kredit verməyi, borcalan isə müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin 04 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2021-ci il tarixdə vəfat etmiş Abdulova Raziyə Ağadadaş qızının mirası qəbul etmiş vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-519/2022 saylı, 19 yanvar 2022ci il tarixli qətnaməsinə əsasən ərizə təmin edilmiş, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə təyin edilmişdir. Hazırda iddiaçı müqavilə öhdəliklərinin lazımınca icra edilmədiyini əsas gətirərək kredit müqaviləsi üzrə yaranmış borcun cavabdehin vərəsələrindən tutulmasını məhkəmədən xahiş edir. İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı "xxxx" ASC-nin Cavabdeh (Qanuni nümayəndə) qarşı kreditin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abdulova Raziyə Ağadadaş qızının mirası qəbul etmiş vərəsəsi Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********85 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 1171.41 manat əsas və 4.88 manat faiz borcu olmaqla, cəmi 1176.29 manat məbləğində vəsaitin, ödənilmiş 31.77 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Abdulova Raziyə Ağadadaş qızı arasında xx.xx.2019-cu il tarixli, BPM**********85 saylı Kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Abdulova Raziyə Ağadadaş qızına60 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 1580 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. AZ-İİ №160228 saylı ölüm haqqında şəhadətnaməyə əsasən Abdulova Raziyə Ağadadaş qızı xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 5 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisinin məlumatına əsasən Abdulova Raziyə Ağadadaş qızının mirası qəbul etmiş vərəsəsinin Cavabdeh olduğu müəyyən edilmişdir. Bankın Gənclik filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Abdulova Raziyə Ağadadaş qızının xx.xx.2024-cü ilədək Banka ödənilməmiş 1171.41 manat əsas və 4.88 manat faiz borcu qalmışdır. Cavabdeh (Qanuni nümayəndə) mərhum Abdulova Raziyə Ağadadaş qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədənkənar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixində 6-2-22/2- 32535/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq sonuncu öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etirazlarını yazılı şəkildə məhkəməyə təqdim etməmişdirlər. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında bildirir ki, bacısı vəfat etdikdən sonra ölüm haqqında şəhadətnaməni banka təqdim etmişdirlər və bank da borcun silinəcəyini bildirmişdir. Hazırda bank 4 il sonra müraciət etmişdir. O borcun silinməsini istəyir. Cavabdeh hazırda onunla yaşayır, vərəsəlik qaydasında cavabdehə keçən mənzil isə kirayə verilmişdir. O fəhlə kimi işləyir və borcu ödəmək üçün kifayət qədər imkanı yoxdur. Mülki işin materialları "xxxx" ASC ilə Abdulova Raziyə Ağadadaş qızı arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********85 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 60 ay müddətinə illik 20 faiz ödəmək şərtilə 1580 manat məbləğində kredit verilmişdir. Cavabdeh Abdulova Raziyə Ağadadaş qızının mirası qəbul etmiş vərəsəsi Cavabdeh ünvanlanan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, xx.xx.2019-cu il tarixli, BPM**********85 saylı kredit müqaviləsi üzrə Abdulova Raziyə Ağadadaş qızının mirası qəbul etmiş vərəsəsi Cavabdeh kredit müqaviləsinə əsasən nağd kredit borcu üzrə əsas borca görə 1171,41 manat və buna müvafiq olaraq hesablanmış faiz borcu mövcuddur. Kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin 3 gün müddətində yerinə yetirilməsi xahiş olunur. 04 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Abdulova Raziyə Ağadadaş qızının mirası qəbul etmiş vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3A, 10 saylı mənzildir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-519/2022 saylı, 19 yanvar 2022ci il tarixli qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Mülki işə tətbiq edilən hüquq İddia tələbinin qanuni əsaslarından biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 741-ci maddələrinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (Mülki Məcəllənin 445.2.1 və 445.1-ci maddələri). Eyni Məcəllənin 448.1 və 448.2-ci maddələrinə görə isə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Həmin Məcəllənin 72.4-cü maddəsinə əsasən qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən adından yerinə yetirirlər. İşə baxan məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Eyni Məcəllənin 1255-maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Eyni Məcəllənin 1244-cü maddəsinə əsasən mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsilə qəbul edirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göründüyü kimi, 04 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş Abdulova Raziyə Ağadadaş qızının mirası qəbul etmiş vərəsəsi Cavabdehdır və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3A, 10 saylı mənzildir. Bu baxımdan, cavabdeh-vərəsə Cavabdeh (Qanuni nümayəndə) borclu şəxsin vərəsəlik hüququ əsasında hüquqlarına sahib olduğu kimi eyni zamanda onun öhdəliklərini də yerinə yetirməyə borcludur. Bu da öz növbəsində bankın cavabdeh şəxsdən borclunun kreditor qarşısında olan öhdəliklərini tələb etmək hüququnu yaradır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, "xxxx" ASC-nin hazırkı iddiası əsaslıdır, iddiaçı bank iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, Abdulova Raziyə Ağadadaş qızının mirası qəbul etmiş vərəsəsi Cavabdeh (Qanuni nümayəndə) "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********85 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 1171.41 manat əsas və 4.88 manat faiz borcu olmaqla, cəmi 1176.29 manat məbləğində vəsait, ödənilmiş 31.77 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abdulova Raziyə Ağadadaş qızının mirası qəbul etmiş vərəsəsi Cavabdeh (Qanuni nümayəndə) "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********85 saylı Kredit müqaviləsi üzrə ödənilməmiş 1171.41 (min yüz yetmiş bir manat qırx bir qəpik) manat əsas və 4.88 (dörd manat səksən səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 1176.29 (min yüz yetmiş altı manat iyirmi doqquz qəpik) manat məbləğində vəsait, ödənilmiş 31.77 (otuz bir manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar