Məhkəmə qərarları › İş №e-2(005)-2697/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2697/2025

14.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2697/2025 14.08.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi, Cəfərov Davud Rauf oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmək haqqı və ya digər gəlirlərdən tutulmaqla aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı əmək haqqı və ya digər gəlirlərdən tutulmaqla aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2426/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2019-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh fərdi sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirinin 1/4 hissəsində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək, xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində aliment və övladının məktəbəqədər tərbiyə müəssisəsinə, futbol və digər dərnəklərə getməsini nəzərə alaraq hər ay 200 manat pul olmaqla, ümumilikdə 393 manat pulun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-2697/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı iddiasının xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay 193 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona verilməsi hissəsində xitam olunması qərara alınmışdır. İddianı onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2018-ci il tarixdə rəsmi dövlət qeydiyyatından keçməklə nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2019-cu il təvəllüdlü X9 dünyaya gəlmişdir. Daha sonra Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2426/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında nikah pozulmuş,xx.xx.2019-cu il təvəllüdlü Tağızadə Davud onun yanında saxlanılaraq hər ay xx.xx.2022-ci il tarixdən başlayaraq övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün 193 manat aliment ödənilməsi qət edilmişdir. O, uşağın bağçasına hər ay 50 manat, “Mübariz” futbol məktəbinə hər ay 40 manat, “EDU GRATA” təhsil mərkəzində məktəbəqədər tədris üçün hər ay 100 manat məbləğində pul ödəyir. Həmçinin övladının yemək, tibbi və zəruri mövsümi paltarlarının xərcləri də qeyd edilsə, cavabdeh öz gəlirinə uyğun olaraq pul verməlidir. Vəkil sorğusuna cavab məktubuna əsasən cavabdehin ********** nömrəli VÖEN ilə vergi uçotuna alınması və fəaliyyətinin hazırda aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Dövlət Baş Yol Polisi İdarəsinin cavab məktubuna görə cavabdeh xx.xx.2024-cü il tarixində “LEXUS GX 460” markalı minik avtomobili almış və xüsusi mülkiyyət hüququ ilə dövlət qeydiyyatından keçirmişdir. Həmçinin cavabdeh özünü “Vətən Fondu”nun, “Anmedia.az” saytının təsisçisi, “Aydinlar.az” saytının baş redaktoru və X2 rəhbəri kimi müxtəlif sosial şəbəkələrdə və dövlət qurumlarında təqdim edir, o cümlədən, X7 əməkdaş olduğunu iddia edir. Mədəniyyət TV-yə 2025-ci ilin mart ayında verdiyi müsahibədə özü şəxsən 3 ildir ki, “Vətən” adlı layihənin şimaldan-cənuba, Mərkəz Aran, Bakıdan Naxçıvana bütün ölkəni əhatə edən bir layihəyə sahib olduğunu bildirmişdi. Belə bir qənaətə gəlmək olar ki, cavabdehin aktiv əmək müqaviləsi olmasa da, lüks həyat yaşamaq, tez-tez xarici ölkələrə səfərlər edə biləcək qədər gəliri var. Lakin həmin gəlirlərini qanuni şəkildə aliment ödəməmək üçün gizlədir. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq bildirdi ki, ərizədə qeyd olunan əsaslar iddiaçıya əvvəldən məlum idi və baxış iclasında iddianın dəyişdirilməsi ilə bağlı ərizənin verilməsinə iddiaçıda əlavə əsas yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə AR Ali Məhkəməsi Plenumun 20,12,2024-cü il tarixli, 15 nömrəli qərarına əsasən “Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir”. Qeyd olunanlara əsasən o, iddiaçının iddianın dəyişdirilməsi barədə ərizəsinin icraata qəbul edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə etiraz edərək, iddianın rədd olunmasını xahiş etdi Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Nərimanov Rayon Məhkəməsinin 2(005)-2462/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh olan nikahın pozulması, xx.xx.2019-cu il təvəllüdlü X3 anasının yanında saxlanılması, Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaraq, X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir; “Gənclik İK”-nın arayışından görünür ki, X3 valideyni İddiaçı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay “Gənclik İK” futbol məktəbinə fərdi dərslər üçün 50 manat ödəniş etmiş, növbəti aylar üçün dərslərin ödənişi 100 manat təşkil edəcəkdir; xx.xx.2025-ci il tarixli, 809587 saylı mədaxil qəbzindən görünür ki, X6 göstərilən xidmət qarşılığında 100 manat ödəniş edilmişdir; İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, tərəflər mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir; Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Cavabdeh adında qeydiyyatda **-UP-*** dövlət qeydiyyat nişanlı, “LEXUS GX 460” markalı avtomobili mövcuddur; xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanıda Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məktubundan görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi uçotuna alınması və fəaliyyətin hazırda aktiv vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir; xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanıda Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin məktubundan görünür ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sadələşmiş vergi bəyannamələrinə əsasən Cavabdeh dövriyyəsinin 0 manat təşkil etməsi müəyyən olunmuşdur; xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanıda Dövlət Vergi Xidməti Bakı şəhəri X10 və Uçotun Təşkili Baş İdarəsinin məktubundan görünür ki, Cavabdeh vergi ödəyicisi kimi xx.xx.2017-ci il tarixdə vergi uçotuna alınması, fəaliyyətinin xx.xx.2017-ci il tarixdən xx.xx.2022-ci il tarixədək dayandırılması, vaxtı çatdığı üçün xx.xx.2022-ci il tarixdən bərpa olunması, xx.xx.2025-ci il tarixdən dayandırılması barədə məlumat verilmişdir; Qəbzlərin surətlərindən görünür ki, Cavabdeh tərəfindən övladı X1 üçün daimi əsaslarla pul məbləğləri müvafiq kart hesabına köçürülmüşdür; xx.xx.2025-ci il tarixli, 028 saylı “EDUNOVA TƏDRİS MƏRKƏZİ”-nin arayışından görünür ki, X8 həftənin şənbə və bazar günləri saat 10:00-dan 13:00-dək kursda məktəbəqədər proqram üzrə hazırlıqda olur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X9 doğulmuşdur. Tərəflərin münasibətləri pisləşmiş, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2462/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikahın pozulması, uşağın ananın yanında saxlanılması və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq X4 ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı övladının təhsili və dərsdənkənar fəaliyyətləri ilə əlaqədar çəkdiyi xərclərin yüksəkliyinə və cavabdehin kifayət qədər gəlirə malik olmasına istinad etməklə, hər ay əlavə olaraq 200 manat pul vəsaitinin də cavabdehdən tutulmasını xahiş edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Məhkəmə iddiaçının uşağın müxtəlif dərnəylərə getdiyi üçün cavabdehdən 200 manat pulun tutulması tələbinə münasibətdə qeyd edir ki, uşağın saxlanılması üçün tutulan alimentə həmçinin qeyd edilən xərclər də daxildir. Belə ki, iş materiallarından olan qəbzlərdən görünür ki, cavabdeh daimi şəkildə övladı üçün pul məbləğləri ödəməklə onun saxlanması xərclərində iştirak edir. Həmçinin iddiaçı ərizəsində cavabdehin zəngin həyat tərzi yaşamasını rəhbər tutlmaqla, əlavə vəsait tələb etsə də, cavabdehin zəruri vəsaitə malik olmasına dair onun tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Belə ki, iş materiallarından olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanıda Dövlət Vergi Xidmətinin arayışlarından Cavabdeh sahibkarlıq fəaliyyətini dayandırması və dövriyyəsinin 0 manat təşkil etməsi müşahidə olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddianın həmin hissədə təmin edilməsi cavabdehin üzərinə icrası mümkün olmayan öhdəliyin qoyulması ilə nəticələnə bilər. Ailə Məcəlləsinin: 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər; 81.2-ci maddəsinə əsasən valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur; 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Qeyd olunan normalardan görünür ki, valideynlərin əlavə xərclərə cəlb edilməsi valideynlərin aliment öhdəliklərindən fərqlidir. Belə ki, aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda (Ailə Məcəlləsinin 75-ci maddəsi), əlavə xərclərin əsasını Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş müstəsna hallar təşkil edir. Bu hallara - uşağın ağır xəstə olması, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə nəzərə çatdırır ki, hazırda iddia təmin olunmadığından, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı xx.xx.2019-cu il təvəllüdlü X3 məktəbəqədər tərbiyə müəssisəsinə, futbol və digər dərnəklərə getməsi üçün hər ay 200 manat pulun Cavabdeh tutulması barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar