Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-270/2023 17.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20400 manat məbləğində vəsaitin, 151.20 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış 004 saylı müqaviləyə əsasən cavabdeh sahibliyində olan Bakı şəhəri, Nərimanov rayonu Z.Xəlil küçəsində yerləşən Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 109 saylı sərəncamına əsasən qəzalı və ətraf mühitə hormoniyasını itirmiş vəziyyətdə olan mənzilini İddiaçınə təhvil verməyi, İddiaçı isə bunun əvəzinə həmin ərazidə yerləşən binada cavabdehə 1 otaqlı, təmirsiz 31 kv.m olan mənzili təhvil verməyi öz öhdəliklərinə götürürlər. Tərəflər razılığa gəldikdən sonra iddiaçının sahibliyində olan sahə sökülmüş və tikinti planına uyğun vaxtda tikilməyə davam etdirilmişdir. Lakin, bundan bir müddət sonra, Cavabdeh iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək onun sahibliyində olmuş yaşayış sahəsinin söküntüsünə görə 180000 manat məbləğində, evdən məcburi çıxarıldıqdan sonra tərəfindən ödənilmiş kirayə xərcləri ilə əlaqədar vurulmuş zərərə görə 4800 manat məbləğində kompensasiyanın, vurulmuş mənəvi zərərə görə 20000 manat məbləğində kompensasiyanın, hüquqi xidmət müqaviləsinə əsasən, tərəfindən ödənilmiş 1000 manat məbləğində ödəniş haqqının və 30 manat məbləğində tərəfindən ödənilmiş dövlət rüsumunun - ümumilikdə cəmi 205830 manat məbləğində pulun İddiaçı MMC-dən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsi 2(005)- 201/2021 №-li iş üzrə qəbul etdiyi 01 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsini təmin etməmişdir. Bundan sonra, iddiaçı apellyasiya qaydasında qətnaməni mübahisələndirmişdir. Apellyasiya instansiyası məhkəməsində mülki işə baxılan zaman hakim tərəflərə mübahisəninin barışıq yolu ilə həll edilməsini təklif etmişdir. Bundan sonra, İddiaçı MMC-nin ofisinə gəlmiş və onunla xx.xx.2021-ci il tarixdə barışıq sazişi formasında əqd bağlanaraq İddiaçı MMC tərəfindən iddiaçıya 20400 manat pul verilmişdir. Cavabdeh 20400 manat pulu alsa da, apellyasiya instansiyası məhkəməsində barışıq sazişinin təsdiqlənilməsindən imtina etmiş və buna görə də apellyasiya məhkəməsi işə mahiyyəti üzrə baxmağa davam edərək apellyasiya şikayətinin təmin edilməməsi haqqında qətnamə qəbul etmişdir. İddiaçı aldığı 20400 manat pulu geri qaytarmamasına baxmayaraq apellyasiya məhkəməsinin qətnaməsindən şikayət vermiş, lakin onun şikayəti yenidən təmin edilməmişdir. Bundan sonra, Cavabdeh xx.xx.2021-ci il tarixdə yenidən Nərimanov rayon Məhkəməsinə müraciət edərək tərəflər arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış 004 saylı müqavilədə nəzərdə tutulmuş mənzilin ona verilməsi haqqında qətnamə qəbul edilməsini məhkəmədə xahiş etmiş və məhkəmə iddiaçının iddia ərizəsini xx.xx.2022-ci il tarixdə təmin etmişdir. Qeyd olunan qətnamədən apellyasiya şikayəti verilməsinə baxmayaraq məhkəmənin qətnaməsi qüvvədə saxlanılmışdır. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-3605/2022 nömrəli qətnaməsinsən də göründüyü kimi tərəflər arasında barışıq sazişinin bağlanması, həmin barışıq sazişinə əsasən "xxxx" MMC-nin iddiaçı Cavabdeh 20.400 manat pul verməsi işin mübahisəsiz halıdır. Belə ki, Cavabdeh apellyasiya məhkəməsində vermiş olduğu izahatında həqiqətən də, "xxxx" MMC-dən bu məbləğdə pul aldığını etiraf etmişdir. Həmin məbləğdə pulun "xxxx" MMC tərəfindən Cavabdeh verilməsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kassa məxaric orderləri ilə də təsdiq edilir. Beləliklə göründüyü kimi, cavabdeh həm iddiasından imtina etmək adı ilə 20400 manat pulu iddiaçıdan alsa da, verdiyi sözə əməl etməmiş və aldığı 20400 manat pulu geri qaytarmamaqla da "xxxx" MMC hesabına əsassız varlanmışdır. Cavabdehin iddiaçıdan pulu alması həm işə əlavə edilmiş qəbzlə, həm də ki, bundan əvvəl olan məhkəmə proseslərində onun pulu almağı etiraf etməsi ilə də təsdiq olunur. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərərək məhkəmədən iddianın təmin edilməsi ilə bağlı qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh izahat verərək məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184.2-ci maddəsinin tələbinə uyğun olaraq cavabdehlərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 1000 manat məbləğində pulu götürmüş və bunu öz imzası ilə təsdiq etmişdir. xx.xx.2021-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh 19400 manat pulu götürmüş və bunu öz imzası ilə təsdiq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 29103)-3605/2022 saylı qətnaməsindən və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 29102)- 5240/2022 saylı qərarından müəyyən olunur ki: Cavabdeh 1991-ci ildən ünvan 1 ünvanında yerləşən 3 otaqlı, 48 kv.m sahəsi olan fərdi yaşayış evində yaşamışdır; 2019-cu ildə Bakı şəhəri, Nərimanov rayonu, Z.Xəlil küçəsi, 11 ünvanında yerləşən 4 mərtəbəli bina pilot layihə əsasında söküldüyündən, həmin binanın həyətində yerləşən, Sədri Qədirovun yaşadığı fərdi yaşayış evi də sökülmüşdür; İddiaçı ilə bağlanmış 20 avqust 2019-cu il tarixli, K/H-004 nömrəli müqaviləyə əsasən, MMC ünvan 2 ünvanda yerləşən, Nərimanov rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 10 saylı sərəncamına əsasən qəzalı və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan binada Cavabdeh məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək, bu binada mülkiyyətində olan fərdi yaşayış evinin əvəzinə 1 otaqlı, təmirsiz 31 kv.metr mənzili Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür; Cavabdeh həmin müqavilə üzrə öhdəliyini icra etməmişdir; Cavabdeh bundan əvvəl cavabdeh "RR Construction” MMC-yə qarşı evin sökülməsinə görə "kompensasiyanın, kirayə xərclərinin və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 201/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmişdir; Bu qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-5699/2021 nömrəli qətnaməsi ilə təmin olunmamışdır. Həmin qətnamədə göstərilmişdir ki, Cavabdeh qanunla müəyyən edilmiş qaydada göstərilən 3 hərəkətdən birini etmək imkanı var: 1) müqaviləni mübahisələndirmək; 2) müqavilənin ləğvini tələb etmək; 3) müqavilə öhdəliklərinin icrasını tələb etmək; İddiaçı Cavabdeh İddiaçı MMC-nə qarşı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə müqavilə ilə ona verilməli olan 31 kv.m mənzilin Cavabdeh verilməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir; "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş, iddiaçı ilə MMC arasında bağlanmış 06 iyul 2021-ci il tarixli barışıq sazişində qeyd olunur ki, Cavabdeh bu barışıq sazişinin 1 bəndində göstərilmiş tələblərdən imtina etməsi şərti ilə, "xxxx" MMC Cavabdeh nağd şəkildə, bir dəfəyə 20400 manat məbləğində pul vəsaiti ödəyir. Tərəflər razılığa gəlirlər ki, ünvan 4 ünvanında, hüquq müəyyənedici sənəd olmadan iddiaçının sərəncamında olmuş ev, torpaq sahəsi, kirayə haqqları, mənəvi zərər, məhkəmə xərcləri ilə bağlı iddiaçının cavabdehə qarşı heç bir tələbi qalmamışdır və iddiaçı gələcəkdə belə tələblərlə bağlı məhkəməyə müraciət etməyəcəkdir; Bu barışıq sazişi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-201/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə baxılarkən apelyasiya instansiyası məhkəməsinə təqdim olunmuş, lakin həmin barışıq sazişi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5699/2021 saylı mülki işi üzrə məhkəmə kollegiyası tərəfindən təsdiq edilməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı həmin barışıq sazişini imzalasa da, sonradan izahatında sazişin onun iradəsinə uyğun olmadığını bildirərək, sazişin təsdiq edilməsinə etiraz etmişdir; Nərimanov Rayon Məhkəməsinin 16 fevral 2022-ci il tarixli, 2(005)-389/2022 nömrəli qətnaməsi ilə (hakim Aytən Novruzova) iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, K/H-004 saylı müqavilə üzrə 1 otaqlı 31 kv.metr təmirsiz mənzilin iddiaçı Cavabdeh təhvil verilməsi öhdəliyi cavabdeh İddiaçı MMC-nin üzərinə qoyulmuşdur; Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir; Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 10 iyun 2022-ci il tarixli, 2(103)- 3605/2022 nömrəli qətnaməsi ilə (hakimlər R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və Ş.Ə.Məhərrəmova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır; Apellyasiya instansiyası məhkəməsi barışıq sazişi ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında barışıq sazişinin bağlanması, həmin barışıq sazişinə əsasən MMC-nin iddiaçıya 20.400 manat pul verməsi işin mübahisəsiz halıdır. Belə ki, iddiaçı apellyasiya məhkəməsində vermiş olduğu izahatında həqiqətən də, cavabdehdən bu məbləğdə pul aldığını etiraf etmişdir. Həmin məbləğdə pulun cavabdeh tərəfindən iddiaçıya verilməsi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş kassa məxaric orderləri ilə də təsdiq edilir. Cavabdeh bildirmişdir ki, cavabdehlə aralarında daha böyük məbləğdə pulun verilməsinə dair razılaşma olmuş, cavabdeh bu məbləğin bir hissəsini versə də, qalan məbləği ona ödəməkdən imtina etmiş, bu səbəbdən o, barışıq sazişini məhkəmədə imzalamaqdan imtina etmiş və sonradan almış olduğu 20.400 manat pulu MMC-nin direktoruna qaytarmışdır. Lakin iddiaçı onların arasında belə bir razılaşmanın olmasını, habelə almış olduğu 20.400 manat pulu qaytarmasını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir; "xxxx" MMC-nin vəkili Nümayəndə kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir; Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 29102)-5240/2022 saylı qərar ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3605/2022 nömrəli, 10 iyun 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mülki iş materiallarından və tərəflərin izahatlarından müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı arasında arasında xx.xx.2019-cu il tarixdə bağlanılmış 004 saylı müqaviləyə əsasən cavabdeh sahibliyində olan Bakı şəhəri, Nərimanov rayonu Z.Xəlil küçəsində yerləşən Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli 109 saylı sərəncamına əsasən qəzalı və ətraf mühitə harmoniyasını itirmiş vəziyyətdə olan mənzilini İddiaçınə təhvil verməyi, İddiaçı isə bunun əvəzinə həmin ərazidə yerləşən binada cavabdehə 1 otaqlı, təmirsiz 31 kv.m olan mənzili təhvil verməyi öz öhdəliklərinə götürürlər. Tərəflər razılığa gəldikdən sonra iddiaçının sahibliyində olan sahə sökülmüşdür. Cavabdeh bundan əvvəl cavabdeh "RR Construction” MMC-yə qarşı evin sökülməsinə görə "kompensasiyanın, kirayə xərclərinin və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-201/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qətnaməsi ilə onun iddiası rədd edilmişdir. Bundan sonra iddiaçı mənzil tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Onun iddiasına baxılan zaman tərəflər arasında barışıq sazişi bağlanmışdır. Həmin sazişə əsasən iddiaçının iddia tələblərindən imtina etməsi müqabilində cavabdeh tərəfindən ona 20400 manat pul ödəniləcəkdir. Lakin həmin barışıq sazişi apellyasiya instansiyası məhkəməsi tərəfindən təsdiq olunmamışdır. Həmin məhkəmə qərarından kassasiya şikayəti verən cavabdeh tərəflər arasında barışıq sazişinə əsasən 20400 manat pulun iddiaçıya ödənmiş olmasının əsas götürərək, tərəflər arasında iddiaçıya mənzil verilməsinə dair bağlanmış müqavilənin ləğv edilməsini xahiş etmişdir. Lakin işə baxan məhkəmə barışığın təsdiq edilməməsini, həmçinin həmin barışıq müqaviləsində müqavilənin ləğv edilməsi ilə yanaşı barışığın ayrılmaz tərkib hissəsi olan digər şərtlərin olmasına görə həmin barışıqdan, ödəniş edilməsinə görə müqaviləyə xitam verilməsi hissəsinin çıxarılaraq ayrıca barışıq kimi təsdiq edilməsinin mümkünsüzlüyünü əsas götürərək, şikayəti təmin etməmişdir. Son olaraq İddiaçı Cavabdeh mənzil vermək öhdəliyinin olması məhkəmə qaydasında təsdiq edilmişdir. Hazırda İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilin ona verilməyəcəyi müqabilində ödənilmiş 20400 manat pulun geri qaytarılmasını tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəlləinin 14.2-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları sırasına daxildir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən pullar və sənədli qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli Plenum Qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, K/H-004 nömrəli müqaviləyə əsasən İddiaçı tərəfindən Cavabdeh mənzil vermək öhdəliyinin icra edilməməsi əvəzində Cavabdeh 20400 manat pulun verilməsi faktı artıq təsdiq olunmuşdur və sübut edilməsinə ehtiyac yoxdur. Belə ki, iş materiallarında olan qanuni qüvvəyə minmiş apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qətnamə və qərarlarında həmin pul məbləğinin Cavabdeh verilmiş olması işin mübahisəsiz halı kimi qeyd edilmiş, həmçinin həmin faktın doğruluğunun Cavabdeh özü tərəfindən və məhkəməyə təqdim olunmuş kassa məxaric orderləri ilə təsdiq olunduğu qeyd edilmişdir. Mülki işin materiallarından aydın olur ki, həmin pul məbləği İddiaçı tərəfindən Cavabdeh verilməli olan mənzilin verilməməsi qarşılığı olaraq ödənilmişdir və bu barədə barışıq sazişi imzalanmışdır. Lakin həmin saziş məhkəmə tərəfindən təsdiq olunmamışdır. İddiaçı tərəfindən Cavabdeh mənzil verilməsi öhdəliyi qalmışdır. Belə olan halda İddiaçı kassasiya şikayəti verərək, pulun ödənilməsinin əsas götürülərək tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini xahiş etmişdir. Kassasiya instansiya məhkəməsi pulun həmin müqavilənin ləğvi əvəzində ödənildiyini qəbul etsə də, pulun ödənilməsi üçün əsas olmuş barışıq sazişinin təsdiq olunmamasını və pulun ödənilməsi müqabilində müqavfilənin ləğvi barədə bəndlərin sazişdən çıxarılaraq ayrıca təsdiq edilməsinin mümkün olmamasını göstərmişdir. Məhkəmə hesab edir ki, mülki işin hallarından mübahisənin hüquqi təbiətinin əsassız varlanma olduğu müəyyən olunur. Belə ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsində qeyd edildiyi kimi həyata keçirilməmiş əsasa, yəni tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsinə istinad edərək xx.xx.2021-ci il tarixli barışıq müqaviləsinə əsasən 20400 manat məbləğində pulu Cavabdeh ödəmişdir. Sonradan pul məbləğinin verilməsi üçün əsas həyata keçməmişdir. Belə ki, tərəflər arasına bağlanmış barışıq sazişi təsdiq edilməmiş, İddiaçı Cavabdeh mənzil vermək öhdəliyi qalmışdır. Belə olan halda İddiaçı ASC tərəfindən 20400 manat pul ödənilmiş Cavabdeh əsassız varlanmış şəxs olur. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı ASC-dən 20400 manat pul məbləğini qəbul etməklə əsassız varlandığı iş materialları ilə sübuta yetirilir. Bu səbəbdən də Cavabdeh əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olduğundan, İddiaçı tərəfindən tələb olunan 20400 manat pul məbləğini ona qaytarmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20400 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etdiyindən Cavabdeh 151.20 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20400 (iyirmi min dörd yüz) manat məbləğində pul, 151.2 (bir yüz əlli iki manat iyirmi qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-270/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-270/2023
17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver