Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-270/2024 18.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X1, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X4, Cavabdeh nümayəndəsi Fərzəli-zadə Fuad Teymur oğlunun iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi “Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4407.32 manat əsas, 2.80 manat faiz olmaqla, cəmi 4410.12 manat məbləğində kredit borcunun və dövlət rüsumu kimi ödənilən 64.11 manat məbləğində xərcin tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM032000236 nömrəli restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 1% ödənilmək şərtilə 7523.09 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 4407.32 manat əsas, 2.80 manat faiz olmaqla, cəmi 4410.12 manat borcu mövcuddur. Cavabdehə xx.xx.2020-ci il tarixli, LM032000236 nömrəli restrukturizasiya müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması bildirilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində əldə olunmuş rəyə razı olduğunu bildirərək bu rəyə uyğun iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Fərzəli-zadə Fuad Teymur oğlu iddia tələbində və ekspert rəyində qeyd edilən kredit borcunun məbləği ilə razı olmadığını bildirərək iddianın qismən təmin edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM032000236 nömrəli restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 1% ödənilmək şərtilə 7523.09 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür; xx.xx.2020-ci il tarixli, LM032000236 nömrəli restrukturizasiya müqaviləsinə dair ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 128.6 manat, sonuncu ay isə 128,46 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2020-ci il tarixli, LM032000236 nömrəli restrukturizasiya müqaviləsinə dair maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 07 iyul 2023-cü il tarixə 4407.32 manat əsas, 2.80 manat faiz olmaqla, cəmi 4410.12 manat borcu vardır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 28 aprel 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə yaranmış borcun 5 iş günü ərzində qaytarılmayacağı halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 31 oktyabr 2023-cü il tarixli 9/7850 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh və İddiaçı ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, LM032000236 nömrəli kredit müqaviləsi üzrə borclanın banka xx.xx.2023-cü il tarixə olan əsas borcu 4409,89 manat, faiz borcu 0,49 manat, xx.xx.2023-cü il tarixə banka əsas borcu 4409,89 manat, faiz borcu 11,02 manat təşkil edir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: İddiaçı ASC və Cavabdeh mülki qanunvericiliyin müqavilələr azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsiplərindən çıxış etməklə sərbəst iradələrini aralarında mülki müqavilə bağlayaraq ifadə etmişlər. Bu müqavilənin bağlanması ilə onlar nisbi mülki hüquq münasibətlərinə daxil olmuşlar. Bu münasibətlərin məzmunu İddiaçı ASC-nin müqavilə predmeti olan borc pul məbləğini Cavabdeh mülkiyyətinə vermək vəzifəsindən və Cavabdeh müqavilə üzrə razılaşdırılmış qaydada və müddətlərdə ödənişlər edilməsini tələb etmək hüququndan, Cavabdeh borc məbləğini əldə edərək öz mülkiyyətinə daxil etmək hüququ və əsas borc və ona hesablamış faizləri razılaşdırılmış qaydada və müddətdə İddiaçı ASC-yə ödəmək vəzifəsindən ibarətdir. İddiaçı ASC müqavilə üzrə öz öhdəliklərini lazımınca yerinə yetirmiş, lakin Cavabdeh öhdəliklərini lazımi qaydada icra etməmişdir. Belə ki, müqavilə üzrə ödənişləri vaxtında ödəməmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdehə 60 ay müddətinə, illik 1% ödənilmək şərtilə 7523.09 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin məbləğdə krediti qəbul etmişdir. Lakin kredit müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə qaytarmamışdır. Bununla da müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, nəticədə banka borcu yaranmışdır. Məhkəmə aparılmış araşdırmanın nəticələrinə istinadən belə qənaətə gəlir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə iddia üzrə tələb edilən kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, iddia ərizəsində qeyd edilən əsas və faiz borc məbləğləri cavabdehdən tutulmalıdır. Belə ki, verilmiş ekspert rəyində həm əsas, həm də faiz borc məbləği iddia tələbində qeyd edilən məbləğlərdən artıqdır. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iddianın iddia tələblərini artırmadığını nəzərə alaraq iddia tələbində qeyd edilən əsas və faiz borc məbləğinin cavabdehdən tutulmasını qanuni hesab edir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4407.32 manat əsas, 2.80 manat faiz olmaqla, cəmi 4410.12 manat məbləğində kredit borcu ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etdiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 64.11 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Aparılmış məhkəmə ekspertizanın xərci olaraq 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 216-220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 4407.32 manat əsas, 2.80 manat faiz olmaqla, cəmi 4410.12 manat məbləğində kredit borcu və dövlət rüsumu olaraq ödənilən 64.11 manat məbləğində pul ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Aparılmış məhkəmə ekspertizanın xərci olaraq 50 manat pul Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-270/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-270/2024
18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver