Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2731/2020 28.08.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz məbləğinin, ödənilmiş dövlət rüsumunun qaytarılması” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı “kredit müqaviləsi üzrə hesablanmış əsas və faiz məbləğinin, ödənilmiş dövlət rüsumunun qaytarılması” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı X1 xeyrinə 852,23 (səkkiz yüz əlli iki manat iyirmi üç qəpik) manat məbləğində əsas və 264,91 (iki yüz altmış dörd manat doxsan bir qəpik) manat məbləğində faiz borclu olmaqla, cəmi 1.117,14 (bir min bir yüz on yeddi manat on dörd qəpik) manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X3 kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı X3 ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli, 123GTZK8883287AA nömrəli kredit müqaviləsinə əsasən ona 24 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 1.150 (bir min bir yüz əlli) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx xxxx 2020ci il tarixə İddiaçı X2 852,23 (səkkiz yüz əlli iki manat iyirmi üç qəpik) manat məbləğində əsas və 264,91 (iki yüz altmış dörd manat doxsan bir qəpik) manat məbləğində faiz borclu olmaqla, cəmi 1.117,14 (bir min bir yüz on yeddi manat on dörd qəpik) manat məbləğində borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), borcun qaytarılması təmin edilməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: İddiaçıX1 Abşeron rayon filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli 123GTZK8883287AA nömrəli kredit müqaviləsinin surətindən görünür ki, müvafiq müqaviləyə əsasən bank tərəfindən cavabdehə gündəlik tələbat məqsədləri üçün 24 aymüddətinə illik 28%ödəmək şərtilə 1.150 (bir min bir yüz əlli) manat məbləğində kredit vəsaiti ayrılmışdır; xx xxxxx 2019-cu il tarixli 123GTZK8883287AA nömrəli kredit müqaviləsinə əlavə edilmiş ödəniş qrafikinin surətindən görünür ki, Cavabdeh 24 ay müddətində hər ay 63,12 (altmış üç manat on iki qəpik) manat (sonuncu ay 63,95 (altmış üç manat doxsan beş qəpik) manat) məbləğində aylıq ödəniş etməyi bank qarşısında öhdəsinə götürmüşdür; xx xxxxx 2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, İddiaçıX1 Abşeron rayon filialı tərəfindən Cavabdeh 1.150 (bir min bir yüz əlli) manat məbləğində kredit vəsaiti verilmişdir; xx xxxx 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdehnun İddiaçı X2852,23 (səkkiz yüz əlli iki manat iyirmi üç qəpik) manat məbləğində əsas və 264,91 (iki yüz altmış dörd manat doxsan bir qəpik) manat məbləğində faiz borclu olmaqla, cəmi 1.117,14 (bir min bir yüz on yeddi manat on dörd qəpik) manat məbləğində borcu vardır; xx xxxxxx 2020-ci il tarixli 16/4686 nömrəli İddiaçıX1 Cavabdeh ünvanladığı bildirişin surətindən görünür ki, müvafiq kredit müqaviləsi üzrə gecikmə borcunun ödənilməsi 5 (beş) təqvim günü ərzində təmin edilməsi, əks təqdirdə qanuna uyğun müvafiq tədbirlərin görülməsi barədə xəbərdar edilmişdir. Müvafiq bildiriş cavabdeh şəxsin qeydiyyat ünvanına göndərilmişdir; xx xxxx 2020-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün İddiaçı X3 tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir; Beləliklə, müəyyən olundu ki, Cavabdeh xx xxxxx 2019-cu il tarixli 123GTZK8883287AA nömrəli kredit müqaviləsinə əsasən İddiaçıX1 Abşeron rayon filialından illik 28 faizlə 24 ay müddətinə gündəlik tələbat məqsədləri üçün 1.150 (bir min bir yüz əlli) manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilə şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Nəticədə cavabdehin xx xxxx 2020-ci il tarixə İddiaçı X2 852,23 (səkkiz yüz əlli iki manat iyirmi üç qəpik) manat məbləğində əsas və 264,91 (iki yüz altmış dörd manat doxsan bir qəpik) manat məbləğində faiz borclu olmaqla, cəmi 1.117,14 (bir min bir yüz on yeddi manat on dörd qəpik) manat məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə: “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən: “Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir”.Bu halda isə borclunun risk dairəsinə aid olan məsələlər onun tərəfindən kreditin ödənilməsi üçün kifayət qədər gəlirliyinin təmin olunmasıdır; 448.2-ci maddəsinə əsasən: “Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz”. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək, yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 852,23 (səkkiz yüz əlli iki manat iyirmi üç qəpik) manat məbləğində əsas və 264,91 (iki yüz altmış dörd manat doxsan bir qəpik) manat məbləğində faiz borclu, cəmi 1.117,14 (bir min bir yüz on yeddi manat on dörd qəpik) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı X1 xeyrinə tutulsun. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №e-2(005)-2731/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2731/2020
28.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver