Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2752/2020 17.09.2020 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili –Nümayəndə Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Baki şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(005)-4827/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, xx xxxxxxx 2005-ci il tarixdə anadan olmuş X2 və xx xxxxxx 2010-cu ildə anadan olmuş X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər birinə 300 (üç yüz) manat olmaqla ümumilikdə hər ay sabit pul məbləğində 600 (altı yüz) manat aliment Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə xx xxxxxxx 2004-cü il tarixdə nikaha daxil olmuşdur. Birgə nikahdan xx xxxxxxx 2005-ci ildə X3, xx xxxxxx 2010-cu il tarixdə X6 anadan olmuşlar. Nikahın pozulmasına və aliment tələbinə dair iddia qaldırmışdır. Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(005)-4827/2018 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, Cavabdeh ilə onun arasında nikah xx xxxxxxx 2004-cü il tarixdə bağlanmış və 2588 sayla Bakı şəhəri Səadət sarayı tərəfindən qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra uşaqlar onun himayəsində saxlanılmış, uşaqların saxlanılması üçün hər ay hər bir uşağa 154 manat olmaqla, ümumilikdə 308 manat pul məbləğində alimentin alınması, alimentin tutulmasının xx.xx.2018-ci il tarixdən hesablanması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yöndəldilmişdir. Qeyd edir ki, cavabdeh Vergi ödəyicisi olaraq fiziki şəxs kimi qeydiyyatdadır, VÖEN **********-dir, aylıq gəlir dövriyyəsi 3000 manat təşkil edir. (Bu sənədi məhkəmə sorğu edərsə əldə edə bilər). Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh məhkəməyə verdiyi izahatında iddia tələbini qismən qəbul edərək yaşayış minimumu üzrə alimentin tutulması barədə qətnmə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş AZ-İ seriyalı 311214 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindər görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah xx xxxxxx 2019-cu il tarixdə ləgv edilmişdir. İşdə olan Bakı şəhəri Nizami Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx xxx 2006-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2006-cı il tarixdə 781 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; İşdə olan Bakı Nikah evi tərəfindən xx xxxx 2010-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 oglu xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 430 nömrə ilə qeyd edilmişdir. Atası Cavabdeh, anası İddiaçıdır; İşdə olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(005)- 4827/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh ilə İddiaçı qızı arasında nikah xx xxxxxxx 2004-cü il tarixdə bağlanmış və 2588 sayla Bakı şəhəri Səadət sarayı tərəfindən qeydə alınmış nikah pozulmuş, nikah pozulduqdan sonra uşaqlar İddiaçı himayəsində saxlanılmış, uşaqların saxlanılması üçün hər ay hər bir uşağa 154 manat olmaqla, ümumilikdə 308 manat pul məbləğində alimentin alınması, alimentin tutulmasının xx.xx.2018-ci il tarixdən hesablanması qət edilmişdir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, tərəflər arasında bağlanmış nikah məhkəmə qaydasında pozulmuş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(005)-4827/2018 saylı nömrəli qətnaməsi ilə tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmamış uşaqları analarının yanında saxlanılması, uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər bir uşağa 154 manat olmaqla, ümumilikdə 308 manat pul məbləğində alimentin alınması, alimentin tutulmasının xx.xx.2018-ci il tarixdən hesablanması qət edilmişdir. İddiaçı Cavabdeh qarşı “müəyyən edilmiş aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxx 2005-ci il tarixdə anadan olmuş X2 və xx xxxxxx 2010cu ildə anadan olmuş X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün hər birinə 300 (üç yüz) manat olmaqla ümumilikdə hər ay sabit pul məbləğində 600 (altı yüz) manat aliment Cavabdeh alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir; 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2020-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 170 (bir yüz yetmiş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə, yetkilik yaşına çatmayanlar üçün 2020-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələbləri nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, birgə nikahdan anadan olmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə tutulmalı olan alimentin miqdarı hər uşağa 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməli, iddianın qalan hissəsi təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(005)-4827/2018 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilsin. xx xxxxxxx 2005-ci il təvəllüdlü X2 və xx xxxxxx 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa ayrılıqda 170 (bir yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin tutulması qətnamə qanuni qüvvəsini aldığı tarixdən hesablansın. Qalan hissədə iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №e-2(005)-2752/2020
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2752/2020
17.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver