Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-276/2023 25.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-nə qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi”nə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-nə qarşı “borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 44.260,23 manat – bundan 22.446,12 manat əsas, 19.871,21 manat faiz, 972.58 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 970.32 manat faiz borcu və iş üzrə ödənilmiş 222.78 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 bina, 51 blok, 40 saylı mənzil, ümumi sahə 45,50 kv.m olan 1 otaqdan ibarət mənzilə yönəlməsi, yuxarıdakı mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 və "xxxx" ASC-dən tutulması, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və mənzil satıldıqdan 1 ay sonra Ləğv prosesində olan İddiaçı ASC-nə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 119 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 23787.39 manat məbləğində kredit verilmişdir. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi AK 360 saylı ipoteka müqaviləsinə əsasən Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 bina, 51 blok, 40 saylı mənzil, ümumi sahə 45,50 kv.m olan 1 otaqdan ibarət mənzilin ipoteka ilə yüklü edilməsi barədə razılığa gəlmişlər. Kredit müqaviləsinə əsasən borc alan krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. İddiaçı ASC ilə “X5” ASC arasında şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün Şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi barədə 05 mart 2010-cu il tarixində birgə fəaliyyət haqqında müqavilə imzalanmışdır. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xəbərdarlıq məktubları göndərilməsinə baxmayaraq cavabdehlər banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişlər. Bankla tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən bank üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilələr üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Nəticədə 01 avqust 2022-ci il tarixinə cavabdehlərin banka hesablanmış cəmi 44.260,23 manat – bundan 22.446,12 manat əsas, 19.871,21 manat faiz, 972.58 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 970.32 manat faiz borcu yaranmışdır. İddiaçı ASC ilə "xxxx" ASC arasında bağlanmış “Birgə fəaliyyət haqqında” Müqavilə qarışıq müqavilədir. Tərəflər qarışıq müqavilə bağlamaqla orada birgə fəaliyyət göstərilməsi, kreditin verilməsi öhdəliyi və zaminlik müqaviləsinin ünsürləri əhatə olunmuşdur. Sözügedən müqavilədən göründüyü kimi müqavilə yazılı şəkildə, onun iştirakçıları tərəfindən imzalanmaqla bağlanmış və orada kreditin öhdəlikləri aydın şəkildə göstərilmişdir. Şirkət həmin müqavilə çərçivəsində hərəkət edərkən satdığı mənzilə görə onun hesabına götürülmüş kreditin məbləğindən, kreditin müddətindən və ona hesablanmış faizlərdən və digər şərtlərdən tam xəbərdar olmuş və zamin kimi bank qarşısında öhdəlik daşımışdır. Həmçinin, Şirkət “Birgə fəaliyyət haqqında” müqaviləni imzalamaqla eyni zamanda gələcəkdə yarana biləcək öhdəliklərini müəyyən edən müqavilə bağlanmışdır. Daha sonra iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cəmi 44.693,91 manat – bundan 22.446,12 manat əsas, 19.871,21 manat faiz, 972.58 manat cərimə, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1404 manat faiz borcu və iş üzrə ödənilmiş 224.08 manat dövlət rüsumunun müştərək qaydada cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 bina, 51 blok, 40 saylı mənzil, ümumi sahə 45,50 kv.m olan 1 otaqdan ibarət mənzilə yönəlməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 və "xxxx" ASC-dən Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmasına dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh2 və "xxxx" ASC məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, iştirak etməmiş (nümayəndəsinin iştirakını təmin etməmiş), bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı təqiq edilmiş: AK-360 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Binəqədi filialı tərəfindən Cavabdeh2 119 ay müddətinə, illik 12 faiz ödəmək şərti ilə 23787.39 manat məbləğində kredit verilmişdir. 14713 saylı, xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 51 blok, 40 saylı 1 otaqdan ibarət, ümumi sahəsi 45,50 kv.m olan mənzili Cavabdeh2 satmağı, sonuncu isə aldığı mənzilin dəyərini müqavilədə nəzərdə tutulmuş qaydada ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin Binəqədi filialı ilə Cavabdeh2 arasında bağlanmış AK-360 saylı ipoteka müqaviləsinə əsasən Abşeron rayonu Xırdalan qəsəbəsi bina 1, blok 51, mənzil 40, ümumi sahəsi 45,50 kv.m olan 1 otaqdan ibarət mənzil AK-360 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsinin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaçı ASC ilə “X5” ASC arasında balanmış xx.xx.2010-cu il tarixli birgə fəaliyyət haqqında müqaviləyə əsasən tərəflər Şirkət tərəfindən tikilmiş, tikilməkdə olan və ya gələcəkdə tikiləcək yaşayış binalarındakı mənzillərin maliyyələşdirilməsi üçün Şirkətin inşa etdikləri mənzillərin satışının Bank tərəfindən kreditləşdirilməsi yolu ilə həyata keçirilməsi üzrə bu müqavilədə göstərilən şərtlərlə birgə fəaliyyət göstərməyi öhdəsinə götürürlər. xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, cavabdehlərdən kredit borcunun 3 gün müddətində banka ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən İddiaçı ASC ilə Cavabdeh2 arasındakı AK-360 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 LPO İddiaçı ASC-nə 22.446,12 manat məbləğində əsas borcu, müqavilə müddəti üçün hesablanmış 19.871,21 manat faiz borcu, 972.58 manat məbləğində cərimə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış 1404 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 44.693,91 manat məbləğində borcu vardır. xx.xx.2022-ci il tarixli 9/7824 №-li AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 20 oktyabr 2011-ci il tarixli, AK-360 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 02 dekabr 2022ci il tarixinə (maliyyə arayışı üzrə tarixə) İddiaçı ASC-nə olan borcu 42.202,57 manat məbləğində müəyyən edilir, o cümlədən: 20 sentyabr 2022-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): -əsas borc üzrə 20.962,04 manat, -faiz borcu üzrə 19.982,81 manat. 02 dekabr 2022-ci il tarixə (rəyin verildiyi tarixə): -əsas borc üzrə 20.962,04 manat, -faiz borcu üzrə 21.240,53 manat, -faiz borcu üzrı (5%lə) 1257.72 manat. Məhkəmə ilk olaraq iddia tələbi üzrə “22.446,12 manat əsas borcun, 19.871,21 manat faiz borcunun, 972.58 manat cərimənin və 1404 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcunun cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən tutulması” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Beləliklə, məhkəmə ekspertiza rəyini əsas götürərək hesab edir ki, iddia tələbi üzrə 20.962,04 manat məbləğində əsas borc, 19.871,21 manat məbləğində faiz borcu, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1257,72 manat məbləğində faiz borcu cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, AK-360 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsiüzrə 972.58 manat cərimə borcu yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 500 manata endirilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının “kredit borcu üzrə tutmanın mənzilə yönəldilməsi, mənzilin hərracdan satılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən tutulması” ilə bağlı iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, belə tələb irəli sürməkdə iddiaçı haqlı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 271.1-ci maddəsinə əsasən əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Mülkiyyətçi olmayan şəxsdən ipoteka (girov) hüququnun əldə edilməsinin hüquqi nəticələri bu Məcəllənin 140- cı və 182-ci maddələrinin müddəalarına uyğun olaraq müəyyən edilir. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilməlidir. İpoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməlidir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən görə ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 (doxsan) təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəlt-mək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Belə ki, 14713 saylı, xx.xx.2011-ci il tarixli mənzilin alqı-satqı müqaviləsinə əsasən "xxxx" ASC satdığı Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 51 blok, 40 saylı 1 otaqdan ibarət, ümumi sahəsi 45,50 kv.m olan mənzili tikinti işləri başa çatdıqdan sonra Cavabdeh2 təhvil verməyi, sonuncu isə mənzili qəbul edib mənzilin razılaşdırılmış dəyərini müqaviləyə əlavə edilmiş cədvəl üzrə və ya birdəfəlik ödəniş şəklində ödəməyi öhdəsinə götürmüşdür. Lakin hazırda göründüyü kimi Abşeron rayonu ərazisində Xırdalan qəsəbəsi Sumqayıt şossesi 7 km inşa etdirdiyi 1 saylı binanın, 51 blok, 40 saylı 1 otaqdan ibarət, ümumi sahəsi 45,50 kv.m olan mənzil ipoteka ilə yüklü edilmiş əmlak kimi dövlət qeydiyyatından keçməmişdir. İddiaçı isə kredit borcunun ödənilməsinin təminatı kimi tutmanın həmin mənzilə yönəldilməsini xahiş edir və iddia tələbini bu hissədə qanunvericiliyin ipoteka haqqında müddəalarına əsaslanmaqla irəli sürür. Göründüyü kimi iddiaçı hazırda mənzilə dair hər hansı rəsmiləşdirilmə olmadan (ipoteka müqaviləsi olmadan), çıxarış alınmadan müvafiq müddəaya əsaslanmaqla, tutmanın mübahisəli mənzilə yönəldilməsini tələb edir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddiaçının belə tələb irəli sürməsinin hüquqi əsası olmadığından həmin hissədə iddia tələbi təmin edilə bilməz. Beləliklə yuxarıda göstərilən qanunvericiliyin tələbləri baxımından məhkəmə hesab edir ki, AK-360 saylı ipoteka müqaviləsi özü özlüyündə qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, bu məqsədlə ipoteka müqaviləsinin bağlanması və əmlakın yüklü edilməsi nəzərdə tutulan mənzil xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Mülki Məcəllənin 271.1-ci maddəsinin tələbi baxımından əşyanı girov qoyan (ipoteka qoyan) yalnız onun mülkiyyətçisi ola bilər. Bundan başqa Daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Beləliklə, məhkəmə təqdim edilmiş sübutları nəzərdən keçirməklə belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada 20.962,04 manat məbləğində əsas borc, 19.871,21 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1257,72 manat məbləğində faiz borcu, cəmi 42.590,97 manat məbləğində pul vəsaiti iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 224.08 manat dövlət rüsumu, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutularaq iddiaçının xeyrinə, habelə 100 manat mühasibatlıq ekspertizasının xərci cavabdehlər cavabdehlər Cavabdeh2 və "xxxx" ASCdən müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada 20.962,04 manat məbləğində əsas borc, 19.871,21 manat məbləğində faiz borcu, 500 manat məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 1257,72 manat məbləğində faiz borcu, cəmi 42.590,97 manat məbləğində pul vəsaiti və 224.08 manat dövlət rüsumu iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) hesabına keçirilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-276/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-276/2023
25.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver