Məhkəmə qərarları › İş №e-2(005)-279/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-279/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-279/2025 18.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia ərizəsinin dəlilləri İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh- Cavabdeh 12961 (on iki min doqquz yüz altmış bir) manat əsas məbləğ və ödənilmiş 10696 manat əldən çıxmş fayda,300 manat ödənilmiş cərimə,158 (yüz əlli səkkiz) manat dövlət rüsumunun iddiaçı Baku Transport MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.(İddia tələbi dəqiqləşdirilmişdir). İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Baku Transport MMC ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli, 246 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi Kia Optima markalı **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi günlük 80 (səksən) manat ödəmək şərtiylə icarəyə verilmişdir. Bildirilir ki, Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində qəza törədilmiş və nəqliyyat vasitəsinə külli miqdarda zərər dəymişdir.Cavabdeh barəsində İXM-nin 327.8-ci maddəsi inzibati təneh növü tətbiq edilmişdir.Belə ki, cavabdeh- Cavabdeh tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərər müstəqil ekspert tərəfindən 12961 (on iki min doqquz yüz altmış bir) manat məbləğində hesablanmışdır. Əlavə olaraq, cavabdehlə aralarında bağlanılmış xx.xx.2024cü il tarixli, müqavilənin 3.9-cu bəndinə əsasən qəza baş verən gündən avtomobil təmirdən çıxan günədək, təmirdə qalan günlərin hər günü üçün icarəyə götürdüyü avtomobilin bir günlük qiymətinin 70 faizini icarəyə verənə ödəməlidir. Qəza xx.xx.2024-cü il tarixdə baş vermiş və cavabdeh tərəfindən servislərin birində saxlanılmışdır. Nəqliyyat vasitəsi hal-hazırdakı müddətədək təmir mərkəzindədir.Borcun ödənilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət edilsə də cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmış, yaranmış problemin aradan qalxması üçün heçbir səy göstərməmişdir. Bu səbəblə iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən idda tələbinə yazılı etiraz daxil olmamışdır. Məhkəmə iclasında verilən izahatlar Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilmədiyindən, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığı olduğundan məhkəmə müvafiq qərardad qəbul etməklə işə tərəflərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Mülki işin materialları - xx.xx.2024-cü il tarixli, 246 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinin surətindən görünür ki,”İcarəyə verən”- İddiaçı ona məxsus olan “Kia Optima” markalı **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini “icarədar”- Cavabdeh müvəqqəti istifadəsinə vermişdir.İcarəçi avtonəqliyyat vasitəsinin istifadəsinin hər “1” sutkası üçün 80 manat ödəyir.Toplam 560 AZN.Həmin icraə müqaviləsi xx.xx.2024-cü il tarixdən saat 14:50-dən xx.xx.2024-cü il tarix saat 14:30-dək qüvvədədir. - 11 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki,X1 yol nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi,sürücü Cavabdeh Azərbaycan respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə toplanmış material Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. - xx.xx.2024-cü il tarixli müstəqil ekspert rəyindən görünür ki, Kia Optima markalı **- BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin miqdarı 12961 manat müəyyən edilmişdir. - İddiaçı tərəfindən Cavabdeh göndərilmiş “borcun ödənilməsi barədə” pretenziya məktubundan görünür ki, Cavabdeh tərəfindən qəza törədilmiş və Kia Optima markalı **- BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərər 12961( on iki min doqquz yüz altmış bir) manat müəyyən edilmişdir. Qeyd edilən borc məbləğinin 3(üç) iş günü ərzində ödənilməsinin təmin edilməsi qərarara alınmışdır. - 20 iyul 2024-cü il tarixli,002-0093 nömrəli məlumatdan görünür ki,DQN 77BD225 nömrəli olan KİA Optima 27 may 2024-cü ildə,11:48-də,Anaşkin 39 ünvanında yerləşən rəsmi KİA servisə Cavabdeh tərəfindən qəza vəziyyətində təhvil verilmişdir.Ödəniş olunmayıb.Avtomobil üzərində servis işi aparılmayıb. - “Cərimələr” bölməsindən görünür ki,İXP6391169 nömrəli protokola əsasən Cavabdeh xx.xx.2024-cü il tarixdə Kia Optima markalı **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan respublikasının İXM-nin 327.8,327.1-327.6,328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi nəticəsində 300 manat cərimələnmişdir. - Ödəniş qəbzindən görünür ki, İddiaçı İXP6391169 nömrəli protokol üzrə 09 sentyabr 2024-cü il tarixdə 303 manat cərimə ödənişi etmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2025-ci il tarixli rəyindən görünür ki, Kia Optima markalı **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 11 adda ehtiyat hissələrinin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablanma yolu ilə təxminən 2199 manat müəyyən edilmişdir. - "xxxx"MMC-nin 04 avqust 2025-ci il tarixli hesabatından görünür ki, Kia Optima markalı **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 10 220 (on min iki yüz iyirmi) manat təşkil edir. - Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 158 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinin tələbinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur 700.2-ci maddəsinin tələbinə görə, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü tə'sir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin tə'siri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair e'tibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məs'uliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında göstərilmişdir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114- cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. “İcarə haqqında” Azərbaycan Respublikasının Qanunu: 1-ci maddəsinə əsasən icarə əmlaka, torpağa və digər təbii ehtiyatlara müqavilə əsasında, əvəzi ödənilməklə müddətli sahib olmaq və bunlardan istifadə etməkdir. 6.İcarə haqqı tərəflərin razılığı ilə natura, pul formalarında və ya qarışıq formada təyin edilə bilər. 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; 8.1. İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir. 12-ci maddəsinə əsasən icarənin müddətləri müqavilə ilə müəyyənləşdirilir. 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. 25.1.3.-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2015-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 390-cı maddəsində müəyyən edilən müqavilə azadlığı Konstitusiyanın 29-cu və Mülki Məcəllənin 152.1-ci maddələrində nəzərdə tutulmuş mülkiyyət, eləcə də Konstitusiyanın 59-cu maddəsində təsbit edilmiş azad sahibkarlıq hüquqlarının reallaşdırılması elementlərindən biri kimi çıxış edir. Qanunun həmin tələbi fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

242. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.

244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

248. Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

İşə baxan məhkəmənin mövqeyi:

Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, tərəflərin arasında icarə müqaviləsindən irəli gələn öhdəli mnasibətləri yaranmış və cavabdehin təqsirli əməlləri nticəsində iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, icarəyə verən İddiaçı MMC ilə icarəçi Cavabdeh arasında bağlanmış 246 saylı avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən icarəyə verən mülkiyyət hüququ ilə ona məxsus olan (etibarnamə ilə istifadəsində olan) 2016-ci il buraxılışlı, “Kia Optima” markalı **-BD-*** qeydiyyat nişanlı nəqliyyatvasitəsini icarədarın müvəqqəti istifadəsinə verir. İcarədar isə həmin avtonəqliyyat vasitəsindən istifadəyə görə bu müqavilə ilə müəyyən olunmuş məbləği icarə verənə ödəyir və avtonəqliyyat vasitəsi tərəflərin razılığına əsasən 560 AZN manat dəyərində qiymətləndirilir. Müqavilənin 2.2.1-ci maddəsinə əsasən, icarəçi avtonəqliyyat vasitəsini təyinatına uyğun istifadə edir və avtonəqliyyat vasitəsindən istifadəyə görə müqavilə üzrə müəyyən edilmiş məbləği vaxtında İcarə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2.4-cü maddəsinə əsasən icarəçi geri təhvil verərkən avtonəqliyyat vasitəsi Təhvil təslim 1 aktına uyğun olmalıdır. Avtonəqliyyat vasitəsində qüsur aşkar edilərsə,qüsurların aradan qaldırılması xərcləri hesablanır və İcarəçi tərəfindən dərhal ödənilir. İddiaçı bildirir ki,Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində qəza törədilmiş və nəqliyyat vasitəsinə külli miqdarda zərər dəymişdir. Cavabdeh barəsində azərbaycan resöublikasının İXM-nin 327.8-ci maddəsi inzibati təneh növü tətbiq edilmişdir. Hazırda iddiaçı Baku Transport” MMC Cavabdeh müvəqqəti istifadəsinə-icarəyə verdiyi Kia Optima markalı **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin materiallarından görünür ki, 11 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarın surətindən görünür ki,X1 yol nəqliyyat hadisəsi zamanı xəsarət alması faktına dair toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi,sürücü Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə toplanmış material Nərimanov RPİ-nin DYPŞ-si vasitəsi ilə Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır.Həmçinin,cavabdeh barəsində İXP6391169 nömrəli protokola tərtib edilərək,Cavabdeh xx.xx.2024-cü il tarixdə Kia Optima markalı **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.8,327.1- 327.6,328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi nəticəsində 300 manat cərimələnmiş, İddiaçı İXP6391169 nömrəli protokol üzrə 09 sentyabr 2024-cü il tarixdə 303 manat cərimə ödənişi etmişdir. Yenə də mülki işin materialları ilə müəyyənləşdirilir ki, avtomobilə dəymiş ziyan xx.xx.2024-cü il tarixdə qiymətləndirilmiş, dəymiş zərərin məbləği ehtiyat hissələrinin- 11021 manat, işçiliklərin cəmi-1940 manat olmaqla 12961 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehə “borcun ödənilməsi barədə” pretenziya məktubu göndərmiş, Cavabdeh tərəfindən qəza törədildiyi və Kia Optima markalı **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəyən zərər 12961( on iki min doqquz yüz altmış bir) manat borc məbləğinin 3(üç) iş günü ərzində ödənilməsinin təmin edilməsi qərarara alınmışdır. Tərəflər arasında bağlanan müqavilənin 2.2.4-cü maddəsinə əsasən icarəçi geri təhvil verərkən avtonəqliyyat vasitəsi Təhvil təslim 1 aktına uyğun olmalı,avtonəqliyyat vasitəsində qüsur aşkar edilərsə,qüsurların aradan qaldırılması xərcləri hesablanmalı və İcarəçi tərəfindən dərhal ödənilməlidir. Buradan da görünür ki, iddiaçı cavabdehdən nəqliyyat vasitəsinə dəymiş ziyanın ödənilməsi tələbini əsaslı hesab edir. 1İddia tələbi əsas borc münasibətdə təmin edilməlidir. Digər tərəfdən İddiaçı tərəfindən iddia tələbində irəli sürülən 300 manat cərimə və 10696 manat əldən çıxmış faydaya görə pul tələbinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməlidir. Belə ki,iş materiallarında olan İXP6391169 nömrəli protokola əsasən,Cavabdeh xx.xx.2024-cü il tarixdə Kia Optima markalı **-BD-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.8,327.1-327.6,328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi nəticəsində 300 manat cərimələndiyi və İddiaçı İXP6391169 nömrəli protokol üzrə 09 sentyabr 2024-cü il tarixdə 303 manat cərimə ödənişi etdiyi görünür. İş materiallarında olan Kia Motors AZ MMC-nin 20 iyul 2024-cü il tarixli,002-0093 nömrəli məlumatdan görünür ki,DQN 77BD225 nömrəli olan KİA Optima 27 may 2024-cü ildə,11:48-də, Anaşkin 39 ünvanında yerləşən rəsmi KİA servisə Cavabdeh tərəfindən qəza vəziyyətində təhvil verilmişdir. Ödəniş olunmayıb. Avtomobil üzərində servis işi aparılmamışdır.Tərəflər arasında bağlanan müqavilənin 3.9-cu maddəsinə əsasən nəqliyyat vasitəsininn təmirdə qaldığı hər günə görə günlük 56 (əlli altı) manat “İcarə verən”ə-İddiaçınə ödənilməlidir.Belə ki,iddia tələbi bu hissədə də təmin edilməli, nəqliyyat vasitəsinin təmirdə qaldığı hər günə görə günlük 56 (əlli altı) manat (56x191= 10696 manat) ümumilikdə 10696 (on min altı yüz doxsan altı) manat borc məbləği Cavabdeh tutulmalıdır. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Beləliklə məhkəmə hesab edir ki,iddia tələbi təmin edilməli,Cavabdeh 12961 (on iki min doqquz yüz altmış bir) manat məbləğində dəymiş ziyan, inzibati tənbeh barədə protokol üçün ödənilmiş 300 manat, 10696 (on min altı yüz doxsan altı) manat təmir xərci, 158 (yüz əlli səkkiz) manat dövlət rüsumu iddiaçı Baku Transport MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 12961 (on iki min doqquz yüz altmış bir) manat məbləğində dəymiş ziyan, inzibati tənbeh barədə protokol üçün ödənilmiş 300 manat, 10696 (on min altı yüz doxsan altı) manat təmir xərci, 158 (yüz əlli səkkiz) manat dövlət rüsumu i tutularaq İddiaçınə ödənilsin. Cavabdeh qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar