Məhkəmə qərarları › İş №e-2(005)-282/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-282/2024

08.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-282/2024 08.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı (X35 və X33 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ******* manat məbləğində pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 1119,8kv.m qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətində olmuşdur. Həmin qeyri-yaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və İddiaçı adına RX seriyalı ******* №-li xx.xx.2016-cı il tarixli reyestrdən çıxarış verilmişdir. İddiaçı Xaçmaz rayonunda müxtəlif sahələrdə biznes layihələri üzrə fəaliyyət göstərmişdir. Bu məqsədlə bəzən İddiaçı pul lazım olurdu. Cavabdeh çoxdan tanıyırdı və bir dəfə onun da iştirak etdiyi işgüzar görüşlərin birində gələcək iş planları üçün nağd pul vəsaitinə ehtiyacının olacağını bildirmişdi. Cavabdeh sonrakı görüşlərin birində onun banklarda yaxşı tanışlarının olduğunu, onların vasitəsilə böyük məbləğdə kredit götürə biləcəyini, amma təminat üçün daşınmaz əmlakı olmadığını bildirdi. İddiaçı təminat üçün daşınmaz əmlakı olduğunu bildirmişdir. O, əmlakın harada olduğunu soruşdu və İddiaçı mülkiyyətində yuxarıda qeyd etdiyi qeyriyaşayış sahəsinin olduğunu ona bildirdi. Cavabdeh İddiaçı bildirdi ki, həmin sahəni ya satmaq, ya da banka girov qoyub pul götürmək üçün ona etibarnamə verilsə, o, həmin əmlak hesabına nağd pul tapa bilər. Cavabdehlə bu söhbətlərdən təxminən 2-3 ay sonra, 2017-ci ilin may ayında İddiaçı Bakı şəhəri 51 saylı notariat kontorunda cavabdehə həmin əmlaka dair etibarnamə verdi. Cavabdeh etibarnaməni alıb ona bildirdi ki, həmin əmlakı girov qoyub bankdan pul götürə biləcək. Bunun üçün ona vaxt lazım olduğunu, münasib şərtlərlə kredit verən bank tapmaq üçün əlaqələrini işə salacağını bildirdi. İddiaçı də ona tam etibar edib öz işləri ilə məşğul oldu. İddiaçı işləri ilə əlaqədar olaraq daha çox Xaçmaz rayonunda olurdu və Bakıya gec-gec gəlirdi. Odur ki, Bakı şəhərindəki həmin qeyri-yaşayış sahəsini tam olaraq cavabdehə etibar edib ondan cavab gözləyirdi. Cavabdeh də İddiaçı qəti əmin etmişdi ki, müsbət xəbərlər olduqda ona məlumat verəcək. Bununla belə, İddiaçı Bakıya gəldiyi vaxtlar özü də cavabdehə xəbər vermədən həmin qeyri-yaşayış sahəsinə baş çəkir, vəziyyətlə yerində tanış olurdu. Hər dəfə də görürdü ki, qeyri-yaşayış sahəsi əvvəlki vəziyyətindədir və heç bir dəyişiklik edilməyib, giriş qapılarının qıfılları dəyişilməyib, təmir, yenidənqurma işləri aparılmayıb, üçüncü şəxslərin hər hansı təsirinə məruz qalmayıb. Bununla da müəyyən edirdi ki, ona məxsus sahə satılmayıb. Düşünürdü ki, əgər cavabdeh sahəni başqa şəxslərə satıbsa, o halda yeni mülkiyyətçi sahədə təmir, yenidənqurma işləri aparmış olar, ən azı giriş qapısının qıfıl və açarlarını dəyişmiş olar. Odur ki, cavabdehin sözlərinə və vədlərinə inanırdı. Lakin bu ilin yazında, təxminən may ayında İddiaçı bir nəfər tanışı bildirdi ki, Cavabdeh verdiyi etibarnamə əsasında həmin qeyri-yaşayış sahəsini başqa şəxsə satıb. İddiaçı bu deyilənlərə əvvəlcə inanmadı. Amma hər ehtimala qarşı təcili olaraq Bakı şəhərinə gəldi və qeyri-yaşayış sahəsinə baş çəkdi. Orada bir dəyişiklik olmadığını, hər şeyin əvvəlki vəziyyətdə olduğunu gördü. Bununla belə, cavabdehə demədən özü şəxsi əlaqələri hesabına həmin sahənin satılıb-satılmadığını öyrənməyə çalışdı. Məlum oldu ki, həqiqətən Cavabdeh İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən 1119,8 kv.m qeyri-yaşayış sahəsini 24 yanvar 2018-ci il tarixli alqı-satqı müqaviləsi əsasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 ******* manata satmışdır. Alqı-satqı müqaviləsi Bakı şəhəri, 41 saylı notariat kontorunda rəsmiləşdirilmişdir. İddiaçı bütün baş verənləri bildikdən sonra notariat kontoruna müraciət edərək alqı-satqıya dair sənədlərin surətlərini götürdü. Sənədlərdən görünür ki, həm Cavabdeh, həm də üçüncü şəxs X35 23 yanvar 2018-ci il tarixli ərizə ilə Bakı şəhəri 41 saylı notariat kontoruna müraciət edərək alqı-satqı məbləğinin 200000 manat hissəsinin dərhal ödəniləcəyini, qalan ******* manat hissəsinin isə 30 yanvar 2018-ci ilədək ödəniləcəyini bildirmişlər. Notariat işində olan xx.xx.2018-ci il tarixli ödəniş sənədinə əsasən müəyyən olunur ki, həmin tarixdə 200000 manat pul, xx.xx.2018-ci il tarixli ödəniş sənədinə əsasən 500000 manat pul, xx.xx.2018-ci il tarixli ödəniş sənədinə əsasən 800000 manat pul üçüncü şəxs X35 tərəfindən ödənilmişdir. Qeyd olunan ******* manat pulun Cavabdeh verilməsi üçün notarius tərəfindən "xxxx" ASC-nin Dəmiryol şöbəsinə X/O-26 saylı 23 yanvar 2018-ci il tarixli məktub da verilmişdir. Göründüyü kimi, cavabdeh İddiaçı məxsus qeyri-yaşayış sahəsini üçüncü şəxsə satmış və satışdan əldə olunan ******* manat vəsaiti qəbul etmişdir. Lakin bu müddət ərzində cavabdeh bu barədə İddiaçı nə yazılı, nə də şifahi formada heç bir məlumat verməmiş, satışdan əldə olunan vəsaiti İddiaçı qaytarmamışdır. İddiaçı bu barədə yalnız 2023-cü ilin may-iyun aylarında xəbər tutmuş və bundan sonra notariat kontorundan müvafiq sənədləri əldə etmişdir. Odur ki, hesab edir ki, Cavabdeh həmin qeyri-yaşayış sahəsinin satılmasından əldə olunan vəsaiti İddiaçı verməlidir. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının ziddiyyətli mövqeyi aşkar ortadadır və diqqət olunası hallar mövcuddur. İddiaçının riayət etməli olduğu mülki hüquq münasibətlərinin əsas prinsipləri gözlənilməmiş və təhrif olunmuş dəlliləri irəli sürməklə məhkəməyə yanlış sübutlar təqdim edilməsinə cəhd olunmuşdur. Cavabdeh iddiaçını uzun illərdir tanıyır və aralarında pul-borc münasibətləri olmuş, Azər Cavabdeh külli miqdarda borca pul götürmüşdür. Aralarında olan yaxın əlaqələrə və inam etibara dayanıqlı olaraq əmlaklarının bəzilərini də onun adında saxlamışdır. ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 160.3 kv.m, yaşayış sahəsi 73.6 kv.m-dan ibarət 3 otaqlı mənzil Cavabdeh tərəfindən hər kvadratı 1100 ABŞ dollarına 2017-ci ilin fevral ayında "xxxx" MTK- dan müqavilə ilə alınmış eyni zamanda həmin tikinti şirkətindən ümumi sahəsi 116 kv.m olan iki otaqlı və ümumi sahəsi 230 kv.m olan 5 otaqlı mənzilləri müqavilə ilə almışdır. Beş otaqlı mənzili oğlu X24 adına, iki otaqlı mənzili yaxın dostu Hikmətin qızı X10 adına və üç otaqlı mənzili isə yaxın dostu, iş üzrə İddiaçı adına rəsmiləşdirməklə almışdır. Mənzillər eyni mərtəbədə yerləşməklə Cavabdeh sərəncamındadır və proyekti tərəfindən dəyişdirilərək təmir olunurdu. Mənzillər 2017-ci ilin may ayından rəsmən dövlət qeydiyyatından keçirilməklə qeyd olunan şəxslərin adına çıxarış verilmişdir. Bundan əlavə "xxxx" MTK tərəfindən Bakı şəhəri A.M.Şərifzadə küç.571-ci məhəllə,qapı-1 ünvanında yerləşən ümumi sahəsi 1119,8 kv.m qeyri-yaşayış sahəsini də hər kvadratına 1000 manat ödəməklə Azərin adına sənədləşdirmişdir. Mübahisəli obyektlə bağlı illər öncə Azər hansısa digər şəxslərə olan borcları müqabilində ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 160.3 kv.m, yaşayış sahəsi 73.6 kv.m-dan ibarət 3 otaqlı mənzil və ünvan 6 ünvanında inşa edilən, ümumi sahəsi 1119,8 kv.m-dan ibarət qeyri yaşayış sahəsini ünvan 7 ünvanında qeydiyyatda olan Şahid1 adına verilmiş xx.xx.2017-ci il tarixli 7E- 26704 reyestr qeydli Etibarnamə əsasında “girov qoymuşdur”. xx.xx.2017-ci il tarixdə Bakı şəhər 41 saylı Notariat Kontorunda 4Ə-394 və 4Ə-395 reyestr qeydli alqı-satqı müqavilələri ilə özgəninkiləşdirmişdir. Həmin sənədləşmə ilə əmlaklar Yaşarın yoldaşı X15 adlı şəxsin adına keçirmişdilər. Cavabdeh Nərimanov rayon Məhkəməsinə müraciət edərək “ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 160.3 kv.m, yaşayış sahəsi 73.6 kv.m-dan ibarət 3 otaqlı mənzilin özgəninkiləşdirilməsinə dair Bakı şəhər 41 saylı notariat kontorunun xx.xx.2017-ci il tarixli , 4Ə-395 reyestr qeydli AN-İ 065363 saylı və ünvan 8 ünvanında inşa edilən, ümumi sahəsi 1119,8 kv.m-dan ibarət qeyri yaşayış sahəsini özgəninkiləşdirilməsinə dair 74Ə-394 reyestr qeydli AN-İ ******* saylı alqı-satqı müqavilələrinin etibarsız hesab olinması, tərəflərin əvvəlki vəziyyətinə qaytarılması” barədə iddia qaldırmışdır. Sonradan Nərimanov rayon Məhkəməsinə edilən iddia nəticəsində qarşı tərəf məcbur qalıb əmlakları geri qaytarmış və razılaşma əldə olunmuşdur. Qeyri yaşayış sahəsi isə İddiaçı adında qalmaqla Cavabdeh etibarnamə verilmişdir. Razılaşmaya əsasən iş üzrə adı keçən X16 borc götürülərək Azərin Yaşara olan borcu bağlanmışdır. Bu pul vəsaitinin qarşılığı olaraq Faiqin təkidinə əsasən A.M.Şərifzadə küç.571-ci məhəllə,qapı-1 ünvanında yerləşən ümumi sahəsi 1119,8 kv.m qeyri- yaşayış sahəsi müvəqqəti olaraq onun adına sənədləşdirilmişdir. Rəsmiləşmədən Azərin xəbəri olmuş və hətta həyat yoldaşının razılıq ərizəsini də alıb gətirmişdir. Müqaviləyə də Cavabdeh imza etmişdir. Həmin alqı-satqı formal olmuş və görünüş məqsədilə notariatda banka pul qoyulub götürülmüşdür. Birinci müqavilənin sənədləri və vergi ödənişləri əsasında ikinci rəsmiləşmə aparılmışdır. Qeyd olunanlar iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdə aşkar görünür. İddiaçı bilmədən özü bütün sənədləri aşkar təqdim etmişdir. Hazırda İddiaçı illər sonra haqq etmədiyi pul vəsaitini istəməklə Cavabdeh ziyan vurmaq, ona olan borclarını qaytarmamaq üçün yalançı iddia vermişdir. Belə ki AR DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinə edilən şikayətdən sonra münasibətlərində soyuqluq yaranmışdır. Orada aparılan araşdırma zamanı Azər özü Cavabdeh borclu olduğunu izahatında etiraf etmişdir. Hazırda qüvvədə olan AR Mülki Məcəlləsinin 372,373, 375-ci maddələrinin məzmununa əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mövcud mübahisəli işdə iddiaçı şəxs qeyd olunan əsaslar üzrə iddia müddətini də əldən vermişdir. Müqavilə 2018-ci ildə bağlanmışdır. Lakin iddiaçı 2023-cü ildə iddia qaldırıb pul tələb edir. Ona görə də, hazırkı iş üzrə iddia müddətinin tətbiq olunması və iddiadan imtina olunması məhkəmənin vəzifəsi olaraq ortadadır. Hazırda iddiaçı məhkəməyə müraciət edə bilmək hüququndan sui istifadə edərək əsassız tələb irəli sürmüşdür. İddia bu məzmunda tamamilə əsassızdır və təmin oluna bilməz. Ona görə də, hazırkı iddia sübut edilən əsaslara malik deyildir və rədd olunmalıdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında bildirdi ki, İddiaçı ona olan borcunun müqabilində ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsini vermişdir. Lakin əmlakın ******* manata alqı-satqısından sonra İddiaçı ona 395000 ABŞ dolları və 200000 evro borcu qalmışdır. İddiaçı onunla yanaşı X29 da 300000 ABŞ dolları borcu olmuşdur. Sonradan ona yaxınlaşaraq əmlaklara dair sənədlərin verilməsini xahiş etmiş, əvəzində əmlakları banka qoyaraq onlara olan borcunu qaytaracağını bildirmişdir. Lakin sonradan məlum olmuşdur ki, İddiaçı bu əmlakları, yəni həm yoldaşının (Cavabdeh) adına olan əmlakı, həm də İddiaçı özünə məxsus qeyri-yaşayış sahəsini X17 adına keçirdiyi, onun ailə üzvlərindən birinin adına rəsmiləşdirildiyini müəyyən etmişlər. X34 da əmlakın qaytarılması üçün əvvəl 500000 ABŞ dolları, daha sonra məbləği azaldaraq 300000 ABŞ dolları pul istəmişdir. Cavabdeh da X18 300000 ABŞ dolları alaraq X25 vermişdir. Bundan sonra İddiaçı Cavabdeh olan ******* ABŞ dolları, və digər şəxslərə olan borclarını da hesablayaraq qeyri-yaşayış sahəsini ******* ABŞ dollarına X26 adına özgəninkiləşdirmişdir. Sonradan İddiaçı dəfələrlə Cavabdeh yanına gələrək bu sahənin satılmasını təklif etmiş, hətta almaqda maraqlı olan şəxslər də tapmışdır. Cavabdeh və X35 həmin şəxslərlə danışmış, lakin razılıq əldə olunmamışdır. Qeyri-yaşayış sahəsi X26 adına İddiaçı böyük qardaşının yanında özgəninkiləşirilmiş və bu zaman heç bir ödəniş olmamışdır. Hazırda İddiaçı X25 ödənilməmiş 300000 ABŞ dolları, Cavabdeh 395000 ABŞ dolları borcu qalır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iddianı əsassız hesab etdiyini bildirərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində çağırılmış X34 ifadəsində bildirdi ki, İddiaçı ilə əvvəldən münasibəti olmuşdur, eyni rayondandırlar. Cavabdeh isə tanısa da onunla münasibəti olmamışdır. Özü İddiaçı pul borc vermiş, əvəzində isə İddiaçı onun adına etibarnamə vermişdir. Lakin İddiaçı hansı əsasla Cavabdeh adına etibarnamə verdiyini bilmir. Cavabdeh İddiaçı borcu olmuşdur. Həmin dövrdə İddiaçı şok vəziyyətində olmuş, hətta intihara cəhdlər etmişdir. İddiaçı etdiyi hərəkətləri tam qavramaya bilərdi. Buna görə də özü İddiaçı yaxınlaşaraq onun mülkiyyətində olan 1100 kv.m sahədən ibarət əmlaka dair ona etibarnamə verilməsini təklif etmiş, əmlakı satdıqdan və İddiaçı ona olan borcunu satış məbləğdən çıxdıqdan sonra qalan pulu ona qaytaracağını bildirmişdir. Həmin vaxt İddiaçı başqa şəxslərə də borcu olmuşdur. Məhkəmə iclasına şahid X34 Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 suallarına cavab olaraq bildirdi ki, Cavabdeh İddiaçı aylıq 10%-lə borc pul vermiş, bununla da İddiaçı maddi cəhətdən pis vəziyyətə salmışdır. Məhkəmə iclasına cavabdeh tərəfindən şahid qismində çağırılmış Şahid2 ifadəsində bildirmişdir ki, tərəflərlə qohumluq münasibətləri yoxdur. Cavabdeh yaşadığı evdə 12 ildir ki xadimə işləyir, İddiaçı da həmin evə gəlib-getdiyi vaxtdan tanıyır. İddiaçı Cavabdeh evinə borc almaq məqsədi ilə bir neçə dəfə gəlmişdir. Cavabdeh bir neçə dəfə Şahid2 ilə əlaqə saxlayaraq evində olan pul məbləğindən İddiaçı pul borc verilməsini istəmiş, Şahid2 da bu pul məbləğini yoxlayaraq İddiaçı vermişdir. Cavabdeh hissə-hissə ona cəmi ******* ABŞ dolları borc vermişdir. Sonradan İddiaçı Cavabdeh qeyri-yaşayış sahəsinin satılmasını və əldə olunan pulla işlərin görülməsini təklif etmiş, Cavabdeh isə əmlakın onun deyil, X26 mülkiyyəti olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid X36 ifadəsində bildirdi ki, İddiaçı bağ sahəsi olmuş, Cavabdeh da ona şərik olmuşdur. İddiaçı X25 borcu olmuş, borc müqabilində Yasamalda olan qeyri-yaşayış sahəsini X25 vermişdir. Cavabdeh və İddiaçı onun yanına gələrək borc pul istəmişlər. X8 Vaqif Qulu oğluna 300000 ABŞ dolları borc vermiş, o da bu pulu X25 vermişdir. Cavabdeh X29 borcu olmuşdur, əvəzində əmlakı X29 vermişdir. Məhkəmə iclasında şahid X30 ifadəsində bildirmişdir ki, X31 və Cavabdeh tanıyır, dostları olmuşdur. İddiaçı Cavabdeh olan münasibətlərindən tanıyır. 5 il əvvəl Çinar kafesində olan zaman İddiaçı Vaqifin ona pul verəcəyini, əvəzində isə Yasamalda olan əmlakı Cavabdeh verəcəyini demişdir. Əmlak borc əvəzində X29 verilib. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestriindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 160,3 kv.m olan mənzilin İddiaçı tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2017-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. xx.xx.2017-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ona məxsus olan ünvan 10 ünvanında yerləşən, ümumi sahəsi 160,3 kv.m, yaşayış sahəsi 73,6 kv.m olan 3 otaqlı mənzili 200000 manata alıcı X2. Müqaviləni İddiaçı əvəzinə onun nümayəndəsi X34 imzalamışdır. xx.xx.2016-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X33 ona məxsus olan ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsini 500000 manata alıcı İddiaçı satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsinin İddiaçı tam payda xüsusi mülkiyyətində olmasına dair xx.xx.2016-ci il tarixdə ********** nömrəli qeydiyyat aparılmışdır. xx.xx.2017-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ona məxsus olan ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyriyaşayış sahəsini ******* manata alıcı X2. Müqaviləni İddiaçı əvəzinə onun nümayəndəsi X34 imzalamışdır. xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin ləğvi barədə sazişdən müəyyən olunur ki, ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsinin alqı-satqısına dair xx.xx.2017-cı il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi tərəflərin razılı ilə ləğv olunmuşdur. Müqavilənin qiymətindən vergi məbləği çıxıldıqda sonra qalan məbləğ İddiaçı tərəfindən X12 qaytarılmış, X15 da bu məbləği qəbul etmişdir. Sazişi İddiaçı əvəzinə onun nümayəndəsi X34 imzalamışdır. xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, Abdullayev X11 Ramazandan 60000 ABŞ dolları pulu borc götürdüyünü və xx.xx.2015-ci il tarixədək qaytaracağını bildirmişdir. Qəbz İddiaçı, Mütəllimov Ramazan və Cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2015-ci il tarixli qəbzdən görünür ki, Abdullayev X11 Ramazandan 50000 ABŞ dolları pulu borc götürdüyünü və xx.xx.2015-ci il tarixədək qaytaracağını bildirmişdir. Qəbz İddiaçı, Mütəllimov Ramazan və Cavabdeh tərəfindən imzalanmışdır. xx.xx.2015-ci il tarixli iltizamdan müəyyən olunur ki, Abdullayev X11 Ramazandan xam mal alışı üçün 300000 ABŞ dolları borc pul götürdüyünü və bu məbləği xx.xx.2015-ci il tarixə kimi qaytaracağını bildirmişdir. İltizama İddiaçı, Mütəllimov Ramazan və şahid qismində Cavabdeh imza atmışdır. İddiaçı və Cavabdeh tərəfindən imzalanmış iltizamdan müəyyən olunur ki, İddiaçı Cavabdeh 1695,000 ABŞ dolları və 200000 ABŞ dolları borc aldığını, bu məbləğə görə Cavabdeh faizlə birlikdə 1372,250 ABŞ dolları və evin sənədləşdirilməsinə görə 10000 ABŞ dolları pul qaytardığını və qalıq borcunun 395000 ABŞ dolları + 200000 ABŞ dolları təşkil etdiyini qeyd etmişdir. Bakı şəhəri 51 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq olunmuş xx.xx.2017-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, İddiaçı harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri bağlamağı və s. Cavabdeh etibar etmişdir. Etibarnamə 50 il müddətinə verilmişdir və xx.xx.2087-ci il tarixədək qüvvədədir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı ona məxsus olan ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyriyaşayış sahəsini ******* manata alıcı X3. Müqavilənin 5-ci bəndinə əsasən əmlakın dəyəri ola ******* manat puldan 200000 manat alıcı tərəfindən notariusun bank hesabında açılan depozit hesabı vasitəsi ilə satıcıya ödənmiş, satıcı həmin məbləği qəbul etmiş və qalan ******* manat pul isə müqavilə rəsmiləşdirildikdən sonra alıcı hissə-hissə ödəmək şərti ilə 30 yanvar 2018-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləni İddiaçı əvəzinə onun nümayəndəsi Cavabdeh imzalamışdır. xx.xx.2018-ci il, xx.xx.2018-ci il və xx.xx.2018-ci il tarixli qəbzlərdən müəyyən olunur ki, X35 müvafiq olaraq 200000 manat, 500000 manat, 800000 manat məbləğində pul notariusun depozit hesabına köçürülmüşdür. Bakı şəhəri 41 saylı notariat kontorunun notariusu Qazı-zadə N.T. tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda X26 xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ******* manat məbləğində pulu bütünlüklə ödədiyi qeyd olunmuş və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi xahiş olunmuşdur. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəsisinə ünvanlanmış izahatında İddiaçı qeyd edir ki, bizneslə məşğul olur və Qusarda meyvə bağları salmaq üçün Mütəllimov Ramazan vasitəsi ilə tanıdığı Cavabdeh 70000 ABŞ dolları, 200000 avro, 150000 ABŞ dolları, sonra yenidən 150000 ABŞ dolları, 300000 ABŞ dolları və xatırlamadığı başqa məbləğdə pulu borc almışdır. Bu borcdan 300000 ABŞ dolları ödəmiş, eyni zamanda borc məbləğinə hesablanmış faizlər də ödəmişdir. Borc məbləğinin əvəzinə Yasamal rayonu, Şərifzadə küçəsində qeyri-yaşayış sahəsini vermişdir. İddiaçı yazılı tərtib etdiyi və imzaladığı iltizamda Cavabdeh 2015-ci ildə 6%-lə 110000 ABŞ dolları, 5%-lə 100000 ABŞ dolları, 6%-lə 300000 ABŞ dolları, 2016-cı ildə 1 illik 3%-lə 200000 ev, 2017-ci ildə 2%-lə 100000 ABŞ dolları, 10%-lə 150000 ABŞ dolları, yenə 10%-lə 150000 ABŞ dolları, 10%-lə 300000 ABŞ dolları, 30%-lə 70000 ABŞ dolları, 10%-lə 70000 ABŞ dolları, əmlakı Yaşara girov qoymaqla 300000 ABŞ dolları, ümumilikdə Cavabdeh ******* ABŞ dolları və 200000 evro pulu borc aldığını, 300000 ABŞ dolları borc məbləğini qaytardığını bildirmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsini İddiaçı X13 xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında almış, İddiaçı bu əmlaka tam payda xüsusi mülkiyyət hüququ xx.xx.2016-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. İddiaçı qeyd edilən əmlakı onun etibarnamə üzrə nümayəndəsi X34 tərəfindən xx.xx.2017-cı il tarixdə X1. Lakin sonradan bu müqavilə İddiaçı adından nümayəndəsi X34 və X15 arasında xx.xx.2018-ci il tarixdə bağlanmış sazişlə ləğv edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdə ona məxsus bütün əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu Cavabdeh etibar etmişdir. Cavabdeh etibarnamə əsasında İddiaçı mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2018-ci il tarixli alqısatqı müqaviləsi ilə X3. Müqavilənin qiyməti olan ******* ABŞ dolları pul X35 tərəfindən müqavilə üzrə razılaşdırılmış qaydada hissə-hissə, xx.xx.2018-ci il tarixdə 200000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 500000 ABŞ dolları və xx.xx.2018-ci il tarixdə 800000 ABŞ dolları pul notariusun depozit hesabına köçürülmüşdür. Hazırda İddiaçı köçürülmüş bu məbləği Cavabdeh tələb edir və iddiasını etibar edilənin etibar edənin adından və onun mənafelərinə uyğun hərəkət etməli olması ilə əsaslandırır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin : 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. İş materiallarından aydın olur ki, İddiaçı qanunvericiliyə uyğun qaydada ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsini alqı-satqı müqaviləsi əsasında əldə etmişdir. Bu əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Əmlakın İddiaçı tam payda xüsusi mülkiyyətində olması cavabdeh tərəfindən mübahisələndirilmir. Mübahisəli məsələ iddiaçının cavabdehə verdiyi etibarnamə üzrə cavabdehin ona verilmiş səlahiyyətlərdən sui-istifadə etməsi ilə əlaqədardır. Belə ki, İddiaçı xx.xx.2017-ci il tarixdə ona məxsus bütün əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu Cavabdeh etibar etmişdir. Cavabdeh da etibarnamə əsasında İddiaçı mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsini xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə X3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. 362.1-ci maddəsinə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Qanuna əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir. İddiaçı tərəfindən Cavabdeh verilmiş etibarnamədən aydın olur ki, İddiaçı məxsus bütün əmlaklar barəsində öz mülahizəsinə görə sərəncam verilməsi, qanunvericiliklə qadağan olunmayan bütün əqdlərin bağlanılması Cavabdeh həvalə edilmişdir. Buna görə də Cavabdeh İddiaçı məxsus ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsini alıq-satqı müqaviləsi əsasında özgəninkiləşdirməsi etibarnamə üzrə ona verilmiş səlahiyyətləri aşmamışdır. İddiaçı da öz növbəsində iddia tələblərini cavabdehin özgəninkiləşdirmə zamanı etibarnamə ilə verilmiş səlahiyyətlərdən kənara çıxılması ilə deyil, əmlakın əvəzli müqavilə ilə özgəninkiləşdirilməsi və müqavilənin qiymətinin cavabdeh tərəfindən iddiaçıya ödənilməməsi ilə əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşı qarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən (umulan) fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər. Yəni Cavabdeh İddiaçı əmlakı barədə öz mülahizəsinə görə şərtləri müəyyən etməklə alqı-satqı müqaviləsi bağlasa da, təsadüfi deyil ki, müqavilədə satıcı olaraq əmlakın mülkiyyətçisi olan İddiaçı qeyd edilmişdir. Yəni Cavabdeh müqaviləni İddiaçı adından bağlamışdır. Hazırda baxılan iş üzrə iddiaçı iddia tələbini alqı-satqı müqaviləsi üzrə alıcının ödədiyi məbləğin Cavabdeh tərəfindən ona verilməməsi ilə əsaslandırır. İş materiallarında olan ödəniş qəbzlərindən X26 müqavilənin predmeti olan qeyri-yaşayış sahəsinin dəyərini hissə-hissə - xx.xx.2018-ci il tarixdə 200000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə 500000 ABŞ dolları, xx.xx.2018-ci il tarixdə isə 800000 ABŞ dolları ödədiyi müəyyən olunur. Notarius tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda X26 xx.xx.2018-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ******* manat məbləğində pulu bütünlüklə ödədiyi qeyd olunmuş və Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın verilməsi xahiş olunmuşdur. İddiaçı bu sübutlara əsaslanaraq cavabdehin əmlakın dəyərini ona vermədiyini, bununla da etibarnamə üzrə ona verilmiş səlahiyyətlərdən sui-istifadə etdiyini bildirir. Məhkəmə qeyd edir ki, iş materialları ilə İddiaçı mülkiyyətində olan ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsi onun etibarnamə üzrə nümayəndəsi Cavabdeh tərəfindən alqı-satqı müqaviləsi ilə X4 sübuta yetirilir. İddianın əsaslandırılması bu hissədə öz təsdiqini tapsa da, əmlakın dəyərinin Cavabdeh ödənilməsi iş materialları ilə təsdiqini tapmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Normanın mənasından aydın olduğu kimi qanunverici əmlakın dəyərinin alqı-satqı müqaviləsini imzalamış şəxsə ödənilməsi kimi imperativ norma müəyyən etməmişdir. X9 müqavilənin qiymətini İddiaçı nümayəndəsi olan Cavabdeh şəxsən ödəmək vəzifəsi olmamışdır. Bu məbləğ alıcı tərəfindən notariusun depozit hesabına yerləşdirilmişdir. Notariusun Reyestr Xidmətinə ünvanlandığı məktub da ödənişin Cavabdeh edildiyini təsdiq etmir. Məktubda çıxarışın verilməsinə əsas olaraq məbləğin məhz notariusun depozit hesabına tam köçürüldüyü qeyd olunmuşdur. Lakin məhkəməyə təqdim olunmuş notariat işinin materiallarından bu məbləğin Cavabdeh tərəfindən götürüldüyü və ya onun bank hesabına köçürüldüyü müəyyən olunmur. Belə olan halda iddianın əsaslandırılmasının ən önəmli elementi – iddiaçı tərəfindən tələb olunan pul məbləğinin Cavabdeh tərəfindən əldə edilməsi və saxlanılması sübuta yetirilmir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Plenum Qərarında qeyd olunur ki, Mülki Prosessual Məcəllədə çəkişmə prinsipi və Məcəllədə birbaşa göstərilməyən, lakin nəzərdə tutulan dispozitivlik prinsipi xüsusi yer tutur. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar). Məhkəmə tərəfindən müəyyən olunmuş hallarla və yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən iddiaçı əmlakın dəyərinin cavabdeh tərəfindən əldə olunması və saxlanılmasını sübut etməli olduğu halda buna dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə onu da qeyd ki, məhkəmə araşdırması zamanı tərəflər arasında biznes fəaliyyəti ilə əlaqədar pulun borc verilməsindən irəli gələn münasibətlər mövcud olmuşdur. İşin hərtərəfli araşdırılması baxımından tərəflər arasında borc münasibətinin olmasını təsdiq edən sübutlar araşdırılsa da, hazırkı mülki iş üzrə tərəflərin hansının biri-birinə borclu olması, borc məbləğinin həcminin müəyyən edilməsi zərurəğti yoxdur, belə ki, bu hallar məhkəmə araşdırmasının predmeti deyil. Tərəflər arasında çoxsaylı borc münasibətinin olması halının müəyyən edilməsi iş üzrə qanuni və ədalətli qətnamə qəbul edilməsi üçün zəruri olduğundan məhkəmə tərəflərin polis orqanlarına verdikləri izahatlarına, həmçinin məhkəmə iclaslarında verdikləri izahatlarına və şahid ifadələrinə əsasən tərəflər arasında olan münasibətlərin həqiqi xarakterini aşkara çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. İddiaçı polis orqanına ünvanlandığı izahatında Cavabdeh müxtəlif tarixlərdə borc pul məbləğləri aldığını, əvəzində isə dəyəri ******* manat olan Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən qeyriyaşayış sahəsini Cavabdeh verdiyini bildirmişdir. Məhkəmə iclaslarında iddiaçının da vəkili tərəflər arasında borc münasibətlərinin olmasını inkar etməmişdir. Hətta əmlakın satış dəyərindən iddiaçının cavabdehə olan borcu çıxıldıqdan sonra qalan məbləğin iddiaçıya qaytarılmalı olduğunu qeyd etmişdir. İş materiallarında olan sübutlarla müəyyən edilmişdir ki, İddiaçı tərəfindən ona məxsus əmlaklar üzərində sərəncam vermək səlahiyyəti vermiş X34 ilə də aralarında borc münasibətləri olmuşdur. X5 Azər Həsənpaşa oğluna borc olaraq pul məbləği vermiş, qarşılığında isə İddiaçı X17 adına müvafiq etibarnamə vermişdir. X34 da öz növbəsində aralarında olan borc münasibətləri üzrə borcun ödənilməməsinə əsaslanaraq əmlakı özgəninkiləşdirmişdir. Bu zaman qeyd edilən qeyri-yaşayış sahəsi ilə yanaşı mənzil də əvəzli müqavilə ilə qeyri-yaşayış sahəsinin alıcısının adına keçirilmişdir. Daha sonra hazırki iş üzrə Cavabdeh məhkəmədə iddia qaldıraraq mənzilin ona məxsus olduğunu bildirmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, onun ərizəsi əsasında iddia baxılmamış saxlanılmışdır. Bundan qısa müddət sonra X34 hər iki əmlakın alıcısı olan X15 ilə saziş bağlayaraq alqı-satqı müqavilələrini qarşılıqlı razılıq əsasında ləğv etmişlər. Bu zaman diqqət edilməli məqam odur ki, X5 Azər Həsənpaşa oğlunun adından müqavilə bağlayaraq əmlak özgəninkiləşdirildikdən sonra İddiaçı buna etirazını bildirən hər hansı hərəkət etməmiş, məhkəmədə iddia qaldıran şəxs Cavabdeh olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmiş xronoloji ardıcıllıqla edilmiş bu hərəkətlər, yəni İddiaçı borc münasibətlərindən irəli gələrək X25 etibarnamə verməsi və əmlakın X34 tərəfindən özgəninkiləşdirilməsi, sonradan isə öz razılığı ilə müqavilənin ləğv edilməsi və əmlakın Cavabdeh tərəfindən İddiaçı adından özgəninkiləşdiirlməsi, onlar arasında olan borc münasibətlərindən irəli gələrək qeyri-yaşayış sahəsinin İddiaçı kreditorları qarşısında təminat olaraq qoyulduğunu təsdiq edir. Yuxarıda müəyyən olunan halların əhəmiyyəti ondan ibarətdir ki, hazırki mülki üzrə iddiaçı cavabdehdən ******* manat pul tələb edir və bunu cavabdehin iddiaçıya məxsus əmlakı X7 və əldə edilən pulu iddiaçıya verməməsi ilə əsaslandırır. Məhkəmə tərəfindən isə İddiaçı Cavabdeh ilə yanaşı X35 ilə borc münasibətlərində olduğu və ondan da pul məbləği borc alması müəyyən olunmuşdur. Belə ki, İddiaçı 28 yanvar 2021-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində qeyd etmişdir ki, 2018-ci il tarixdə biznes məsələləri ilə əlaqədar pul lazım olduğundan Cavabdeh pul borc verməsini istəmiş, Cavabdeh isə ona pulunun olmadığını, lakin ona məxsus mənzili girov qoyaraq ona borc pul tapa biləcəyini demişdir. Tapılan şəxs X35 olmuş, o da mənzilin əvəzinə 6 ay müddətinə faizlə pul borc verə biləcəyini bildirmişdir. Yuxarıda qeyd olunanlardan aydın olur ki, Cavabdeh və X34 ilə yanaşı İddiaçı X16 da borc pul məbləği almış, aralarında borc münasibətləri olmuşdur. Tərəflərin izahatlarından və şahid ifadələrindən Cavabdeh özünün İddiaçı borc pul verdiyi, buna imkanı olmadıqda isə İddiaçı borc verə biləcək şəxslər tapdığı aydın olur. Buna görə də İddiaçı borclu olduğu şəxslərin Cavabdeh tanıması və narazılıq olduğu halda pulun Cavabdeh tələb edilməsi barədə cavabdehin izahatları ağlabatandır. Bu hal İddiaçı Cavabdeh yuxarıda qeyd edilən etibarnamə verilməsinin səbəbini də izah edir. Aydındır ki, bütün əmlak üzərində sərəncam verilməsi hüququnun digər şəxsə, hazırki halda heç bir qohumluq münasibətlərinin olmadığı Cavabdeh etibar edilməsi və etibarnamənin 50 il müddətinə verilməsi etibarnamə verən şəxsin lazimi ehtiyat və diqqət göstərməklə edəcəyi hərəkətdir. İddiaçı özü də iddia ərizəsində cavabdehlə biznes fəaliyyəti ilə bağlı əlaqələrinin olduğunu və ondan borc pul istədiyini bildirmişdir. Beləliklə, məhkəmə tərəfindən işin düzgün və ədalətli həlli üçün aşağıdakı hallar araşdırılmış və mövcudluğu təsdiq edilmişdir : İddiaçı Cavabdeh və X16 borc pul almış, onlar arasında borc münasibətləri olmuşdur; İddiaçı X25 olan borcu müqabilində ona etibarnamə vermiş, İddiaçı məxsus ünvan 9 ünvanında yerləşən, ümumi sahəsi 1119,8 kv.m olan qeyri-yaşayış sahəsi X34 tərəfindən özgəninkiləşdirilmişdir, İddiaçı sonradan buna hər hansı etirazını bildirməmişdir ; İddiaçı X29 olan borcu müqabilində ünvan 5 ünvanında yerləşən mənzili X29 vermişdir; xx.xx.2018-ci il tarixli müqavilə üzrə X35 tərəfindən edilmiş ödənişlərin Cavabdeh tərəfindən qəbul edilməsini təsdiq edən heç bir sübut mövcud deyil. Yuxarıda sadalanan bu hallar xx.xx.2018-ci il tarixli müqavilənin İddiaçı Cavabdeh və X29 olan borc münasibətlərindən irəli gələrək bağlanıldığına dəlalət edir. İş materiallarında X26 əmlakın dəyərinin hissə-hissə ödənildiyini göstərən qəbzlər olsa da, yeganə bu sübuta əsaslanaraq digər sübutlarla yuxarıda müəyyən edilmiş halların təkzib edilməsi əsaslı deyil. X6 bu pulu görünüş üçün notariusun depozit hesabına köçürməsi və sonradan geri götürməsi istisna edilmir. Bunun əksini təsdiq edən heç bir sübut mövcud deyil. Beləliklə, məhkəmə araşdırması zamanı xx.xx.2018-ci il tarixli tarixli əqdin yalan əqd olması İddiaçı, Cavabdeh və X35 arasında olan borc münasibətlərini pərdələmək məqsədi ilə bağlanmadığı müəyyən edilir. Yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Məhkəmə hesab edir ki, xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi borc münasibətlərinin pərdələnməsi məqsədi ilə bağlanmış müqavilədir. X35 əmlakın dəyərini İddiaçı mülkiyyətinə və ya ona verilməsi üçün nümayəndəsi Cavabdeh verməmişdir və bundan İddiaçı və Cavabdeh xəbərdar olmuşlar. Belə ki onlar aralarında müvafiq razılığa əsasən yalan əqd bağlanmışdır. Bu səbəbdən də hazırki iddia tələblərinin qanuni əsasları mövcud deyil. Məhkəmə cavabdehin vəkilinin iddia müddətinin tətbiq edilməsi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırda baxılan iş üzrə iddia tələbi xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən irəli gəlir ki, bu tələblərə 6 illik iddia müddəti tətbiq edilir. İddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Hazırki halda isə müqavilənin bağlanma tarixindən iddia ərizəsinin məhkəməyə təqdim olunduğu tarixədək keçən müddət 6 ildən az vaxt dövrünü əhatə edir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunvericiliklə müəyyən olunan iddia müddətini ötürməmişdir. Bununla yanaşı mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, məhkəmə araşdırması zamanı iddia tələbinin qanuni əsasları öz təsdiqini tapmadığından İddiaçı Cavabdeh qarşı, X35 və X33 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə, pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı (X35 və X33 mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) pul tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar