Məhkəmə qərarları › İş №e-2(005)-2822/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2822/2022

17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2822/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, İ-13/207 saylı kredit müqaviləsi üzrə 12186 manat əsas, 71.48 manat faiz borcu olmaqla, cəmi 12257.48 manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 126.77 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, İ-13/207 saylı kredit müqaviləsi üzrə 12197.63 manat əsas, 569.22 manat faiz borcu olmaqla, cəmi 12766.85 manat məbləğində kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 126.77 manat dövlət rüsumunun, 0.40 manat bank xidmət haqqının, həmçinin daha sonra tələbin həcminin artırılması üçün ödənilmiş 1.53 manat dövlət rjlsumunun və 0.40 manat manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh1 arasında bağlanmış İ-13/207 nömrəli, xx.xx.2013-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 115 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 27334.22 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit borcunun təminatı kimi iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında İ-13/207 nömrəli, xx.xx.2013-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borc alan Cavabdeh1 müqavilədə göstərilən müddətdə və qaydada krediti, kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda Zaminlik müqaviləsinə əsasən borclu üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğini, hesablanacaq faizləri, dəbbə pulunu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşıyır. Lakin borc alan tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehlərə kreditin qaytarılması haqqında tərəfimizdən 08.04,2022-ci il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilərək, xəbərdarlıq edilsə də, Öhdəlik yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2022-ci il tarixə cavabdlərin Banka 12186 manat əsas və 71.48 manat faiz borcu olmaqla, cəmi 12257.48 manat məbləğində kredit borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün hesablanmış kredit borcunun cavabdehlərdən məhkəmə qaydasında tam tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən alınan arayışa əsasən müəyyən edilmişdir ki, cavabdeh Hüseynov X1 rayonu, Cəlilabad şəhəri, Qaçaq Nəbi küçəsi, ev 05 ünvanında qeydiyyatdadır. Həmçinin internet vergi idarəsindən əldə edilən məlumatdan müəyyən edilmişdir ki, ünvan 2 ünvanı cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanıdır. Bundan başqa, hazırki mübahisə üzrə iddianın qiyməti ümumilikdə 12257.48 manat olduğundan, tərəfimizdən 126.77 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, onu iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, İ-13/207 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 115 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə hesablanmaqla, 27334,22 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixli, İ-14/152 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə "xxxx" ASC ilə "xxxx" ASC-nin “Nərimanov” filialı arasında zaminlik müqaviləsi bağlamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1657 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 12186 manat, faiz borcu üzrə 71,48 manat olmaqla, ümumilikdə 12257,48 manat kredit borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh1 ünvanlanmış xəbərdarlıqdan görünür ki, öhdəliyin 5 gün ərzində yerinə yetirilməyəcəyi təqdirdə bankın borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin tutulması barədə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/5915 nömrəli, 15 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2013-cü il tarixli, İ-13/207 №-li Kredit Müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2022-ci il tarixədək (sualda göstərilən tarix) banka olan borcu 12.494,44 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2022ci il tarixə: əsas borc üzrə 12197,63 manat, faiz borcu üzrə 296,81 manat. İş materiallarından göründüyü kimi, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2013-cü il tarixli, İ-13/207 №-li Kredit Müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2022-ci il tarixədək (ekspert rəyi verilən tarix) banka olan borcu 12.766,85 manat məbləğində müəyyən olunur, o cümlədən: xx.xx.2022-ci il tarixə əsas borc üzrə-12197,63 manat, faiz borcu üzrə-569,22 manat müəyyən olunur. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş iddia üzrə cavabdeh "xxxx" ASCnə münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilələrdə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edir, kredit müqaviləsi üzrə əsas və faiz borcu onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə mülki işə əlavə olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada əsas borc üzrə 12197,63 manat, faiz borcu üzrə 569,22 manat olmaqla, ümumilikdə 12766,85 manat kredit borcu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 128,3 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4 maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada əsas borc üzrə 212197,63 manat, faiz borcu üzrə 569,22 manat olmaqla, ümumilikdə 12766,85 manat kredit borcu, 128,3 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh1 və "xxxx" ASC-dən müştərək qaydada tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar