Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2823/2022 17.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh2 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-yə qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, İ-14/152 saylı kredit müqaviləsi üzrə 28174.14 manat əsas, 7167.56 manat faiz borcu olmaqla, cəmi 35341.70 manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 196.02 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC xx.xx.2022-ci il tarixdə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, İ-14/152 saylı kredit müqaviləsi üzrə 29048.73 manat əsas, 8637.16 manat faiz borcu olmaqla, cəmi 37685.89 manat məbləğində kredit borcunun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 196.02 manat dövlət rüsumunun, 0.40 manat bank xidmət haqqının, həmçinin daha sonra tələbin həcminin artırılması üçün ödənilmiş 7.04 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh2 arasında bağlanmış İ-14/152 nömrəli, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 114 ay müddətinə, illik 12 faiz ödəmək şərtilə 53155.32 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit borcunun təminatı kimi iddiaçı ilə cavabdeh "xxxx" ASC arasında İ-14/152 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən borc alan Cavabdeh2 müqavilədə göstərilən müddətdə və qaydada krediti, kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda Zaminlik müqaviləsinə əsasən borclu üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğini, hesablanacaq faizləri, dəbbə pulunu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət dafıyır. Lakin borc alan tərəfindən kredit müqaviləsi üzrə müəyyən edilmiş öhdəliklər vaxtında yerinə yetirilmədiyindən müqavilənin şərtləri pozulmuşdur. Cavabdehlərə kreditin qaytarılması haqqında tərəfimizdən xx.xx.2022-ci il tarixli bildiriş (mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması barədə) göndərilərək, xəbərdarlıq edilsə də, öhdəlik yerinə yetirilməmişdir. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2022-ci il tarixə cavabdlərin Banka 28174.14 manat əsas və 7167.56 manat faiz borcu olmaqla, cəmi 35341.70 manat məbləğində kredit borcu mövcuddur. Beləliklə, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün hesablanmış kredit borcunun cavabdehlərdən məhkəmə qaydasında tam tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsindən alınan arayışa əsasən müəyyən edilmişdir ki, cavabdeh Əliyeva X4 rayonu, Neftçala şəhəri, Heydər Əliyev prospekti, ev 24, mənzil 14 ünvanında qeydiyyatdadır. Həmçinin internet vergi idarəsindən əldə edilən məlumatdan müəyyən edilmişdir ki, ünvan 2 ünvanı cavabdeh "xxxx" ASC-nin hüquqi ünvanıdır. Bundan başqa, hazırki mübahisə üzrə iddianın qiyməti ümumilikdə 35341.70 manat olduğundan, tərəfimizdən 196.02 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verib iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi X3 iddia tələbinin əsassız olduğunu, cavabdehin aylıq ödənişləri maddi vəziyyətinin ağır olması səbəbindən gecikdirdiyini, habelə həmin mənzilin sahəsinin müqavilə üzrə olan ölçüsündən 19,3 kv metr əksik olduğunu, bankdan kreditin həmin mənzilin ölçüsünə uyğun məbləğdə götürüldüyünü, buna görə də əksik sahənin pulunun borc məbləğindən çıxılmalı olduğunu, ondan əsassız olaraq borc pul tələb edildiyni, belə ki, "xxxx" ASC tərəfindən kredit müqaviləsində göstərilmiş 53155,32 manat məbləğində pul onun əvəzindən “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasın ASC ödənilmiş pul tərəfindən müqavilə müddətində artıqlaması ilə tam şəkildə borc verən “Azərbaycan Beynəlxalq Bankı" ASC-yə ödənildiyini, bu səbəbdən də iddia tələbində göstərilmiş məbləğin cavabdeh "xxxx" ASC-dən alınıb iddiaçı "xxxx" ASC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh "xxxx" ASC-nə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, onu iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin “Nərimanov” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, İ-14/152 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 114 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə hesablanmaqla, 53155,32 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, İ-14/152 nömrəli zaminlik müqaviləsindən görünür ki, kredit öhdəliyinin icrasının təmin edilməsi məqsədilə "xxxx" ASC ilə "xxxx" ASC-nin “Nərimanov” filialı arasında zaminlik müqaviləsi bağlamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 1658 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 28174,14 manat, faiz borcu üzrə 7167,56 manat olmaqla, ümumilikdə 35341,7 manat kredit borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "xxxx" ASC tərəfindən Cavabdeh2 ünvanlanmış xəbərdarlıqdan görünür ki, öhdəliyin 5 gün ərzində yerinə yetirilməyəcəyi təqdirdə bankın borc məbləğindən başqa borcun tutulması ilə bağlı yaranmış bütün xərclərin tutulması barədə məhkəməyə müraciət edəcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/6030 nömrəli, 21 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, i-14/152 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş sual üzrə 08 iyul 2022-ci il tarixə, habelə ekspertiza rəyi verilən 21 sentyabr 2022-ci il tarixinə Cavabdeh2 iddiaçı "xxxx" ASC-yə olan cəmi borcu banka olan borcu – xx.xx.2022-ci il tarixə əsas borc üzrə 29048,73 manat, faiz borcu üzrə 7930,30 manat; xx.xx.2022-ci il tarixə, banka olan borcu - əsas borc üzrə 29048,73 manat, faiz borcu 8637,16 manat müəyyən olunur. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə bununla yanaşı nəzərə alır ki, Mülki Məcəllənin 472.1-ci və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Ona görə də əsas kredit öhdəliyi üzrə zamin durmuş iddia üzrə cavabdeh "xxxx" ASCnə münasibətdə də iddia tələbi qanuni və əsaslıdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sonuncu zaminlik müqaviləsini imzalamış, həmin müqavilələrdə zaminin birgə məsuliyyəti nəzərdə tutulmuşdur. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdeh kreditor (iddiaçı) qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edir, kredit müqaviləsi üzrə əsas və faiz borcu onlardan müştərək qaydada tutulmalıdır. Məhkəmə mülki işə əlavə olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada əsas borc üzrə 29048,73 manat, faiz borcu üzrə 8637,16 manat olmaqla, ümumilikdə 37685,89 manat kredit borcu, iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 203,06 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat cavabdehlərdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4 maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada əsas borc üzrə 29048,73 manat, faiz borcu üzrə 8637,16 manat olmaqla, ümumilikdə 37685,89 manat kredit borcu, 203,06 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat cavabdehlər Cavabdeh2 və "xxxx" ASC-dən müştərək qaydada tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-2823/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2823/2022
17.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver