Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2858/2023 11.07.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC BOKT-a qarşı, Cavabdeh1 qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 və X5 cəlb edilməklə, “ipoteka predmetinin ipotekadan azad edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC BOKT-a, Cavabdeh3 MMC-nə, Cavabdeh1, üçüncü şəxslər X4 və X1 qarşı “kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi, ipotekaya xitam verilməsi və miras əmlaka payın tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər "xxxx" MMC BOKT, Cavabdeh3 MMC və üçüncü şəxslər X4 və X1 qarşı kredit müqavilələri üzrə öhdəliklərinə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi, ipotekaya xitam verilməsi və miras əmlaka payın tanınması tələbi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC BOKT qarşısında Cavabdeh3 MMC-nin 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi, 16 mart 2011-ci il tarixli 8/1 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, X3 məxsus Tovuz rayonu Alakol kəndində 0.30 torpaq sahəsində yerləşən 887.7 kv.m ümumi, 887.7 kv.m əsas sahədən ibarət olan əmlak kompleksinin ipotekadan azad edilməsi, 10 mart 2011-ci il tarixli 8/2 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, İddiaçı3 məxsus Tovuz rayonu Əlimərdanlı kəndində 0.12 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 91.9 kv.m yaşayış, 236.9 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin ipotekadan azad edilməsi, 10 mart 2011-ci il tarixli 8/3 nömrəli ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, İddiaçı2 məxsus Tovuz rayonu, Qaraxanlı kəndində 0.08 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 57.2 kv.m yaşayış, 88 kv.m kğməkçi sahədən ibarət olan yaşayış evinin ipotekadan azad edilməsi, mərhum X3 məxsus Tovuz rayonu Alakol kəndində 0.30 torpaq sahəsində yerləşən 887.7 kv.m ümumi, 887.7 kv.m əsas sahədən ibarət olan miras əmlaka İddiaçı1 vərəsəlik hüququnun tanınması və miras əmlaka payının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Gəncə şəhər Məhkəməsinin 02 may 2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı3, İddiaçı2 və X2 cavabdeh "xxxx" MMC BOKT, Cavabdeh3 MMC və üçüncü şəxslər X4 və X1 qarşı kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi, ipotekaya xitam verilməsi və miras əmlaka payın tanınması tələbinə dair iddia ərizəsi mərhum X3 məxsus Tovuz rayonu Alakol kəndində 0.30 torpaq sahəsində yerləşən 887.7 kv.m ümumi, 887,7 kv.m əsas sahədən ibarət olan miras əmlaka İddiaçı1 vərəsəlik hüququnun tanınması və miras əmlaka payının müəyyən edilməsi hissəsində baxılmamış saxlanılmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh "xxxx" MMC BOKT, Cavabdeh3 MMC və üçüncü şəxslər X4 və X1 qarşı "kredit müqavilələri üzrə öhdəliklərə xitam verilməsi, ipoteka predmetinin ipotekadan azad edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddia tələbinin "xxxx" MMC BOT qarşısında "xxxx" MMC-nin xx.xx.2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi, 16 mart 2011-ci il tarixli 1 nömrəli əlavə və xx.xx.2013-cü il tarixli 2 saylı əlavə üzrə öhdəliklərə xitam verilməsi hissəsində xitam verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh "xxxx" MMC BOKT və üçüncü şəxslər X4 və X1 qarşı "ipoteka predmetinin ipotekadan azad edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılması üçün Bakı şəhər Nərimanov rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehlərə və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, mülki iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə aşağıdakılara əsasən mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılmalı olmaması barədə qənaətə gəlir. Mülki işin materiallarından müəyyən edilir ki, Gəncə Şəhər Məhkəməsi mülki işi icraata qəbul edilmiş, mülki işin məhkəmədə baxılmağa hazırlanması müddətində, 05 iyun 2023-cü il tarixli Qərardad ilə icraatamüəyyən hissədə - iddia tələbinin "xxxx" MMC BOKT qarşısında "xxxx" MMC-nin 10 mart 2011-ci il tarixli 8 nömrəli kredit müqaviləsi, 16 mart 2011-ci il tarixli 1 nömrəli əlavə və 03 aprel 2013-cü il tarixli 2 saylı əlavə üzrə öhdəliklərinə xitam verilməsi hissəsində xitam verilmişdir. Eyni tarixli digər qərardadla işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşdən görünür ki, AR MPM-nin 44.2-ci maddəsində nəzərdə tutulmuş işin başqa məhkəmədə baxılmağa verilməsi əsaslarından hər hansı biri yaranmamışdır. Digər tərəfdən, mülki işin materiallarında olan “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, iş üzrə cavabdeh olan "xxxx" MMC BOKT-un hüquqi ünvanı ünvan 1 işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində baxılması üçün əsas müəyyən edilməmişdir. AR MPM-nin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Bu Məcəllənin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Həmin Məcəllənin 44.2-ci maddəsinə əsasən məhkəmə işi əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, mülki qanunvericiliyin tələblərinə görə iş göstərilən məhkəmənin icraatına qəbul edildiyindən, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, mülki iş AR MPM-nin 45.4-cü maddəsinə əsasən məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığının həll olunması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Yuxarıdakıları və Azərbaycan Respublikası MPM-nin 32, 35, 45 və 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdeh "xxxx" MMC BOKT-a qarşı, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində X4 və X5 cəlb edilməklə “ipoteka predmetinin ipotekadan azad edilməsi, ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyətinin müəyyənləşdirilməsi məqsədilə Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan onun verildiyi gündən 10 gün müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-2858/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2858/2023
11.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver