Məhkəmə qərarları › İş №e-2(005)-287/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-287/2022

09.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-287/2022 09.02.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclasının katibi X12, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontoruna və Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna qarşı “maddi ziyan, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər 9 saylı notariat ofisindən və 11 saylı notariat ofisindən müştərək qaydada 120.700 (yüz iyirmi min yed yüz) manat pulun, əldən çıxmış faydaya görə 50.000 (əlli min) manat pulun, iddiaçıya vurulmuş mənəvi ziyana görə 10000 (on min) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 19.02.2018-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 80, giriş B, 66 nömrəli mənzili 120.700 (yüz iyirmi min yeddi yüz) manata X6 almışdır. X38 öz borclarının ödənilməsi ilə bağlı alqı-satqı müqaviləsində satış qiymətinin 93.500 (doxsan üç min beş yüz) manat rəsmiləşdirilməsini xahiş etmiş, ona görə alqı-satqı müqaviləsində qeyd olunan məbləğ göstərilmiş, qalan 27.200 (iyirmi yed min beş yüz) manat pula dair formal borc müqaviləsi bağlanmaqla X31 verilmişdir. Bundan sonra İddiaçı qeyd olunan mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən 22.02.2018-ci il tarixli, **********8 qeydiyyat nömrəli mülkiyyət hüquqlarına dair çıxarış verilmişdir. 2018-ci ilin mart ayında İddiaçı məlum olmuşdur ki, aldığı mənzilə müdaxilə olunmuşdur. İddiaçı MTK-nın ofisində X35 ilə görüşmüş və o bildirmişdir ki, qeyd olunan mənzil 2014-cü ildən həyat yoldaşı X10 adına rəsmiləşdirilmişdir və onlar mənzili 212,000 (iki yüz on iki min) manata satın almışlar. Onlar birgə 5 saylı ASAN Xidmət Mərkəzinə getmişlər. Orada məlum olmuşdur ki, X23 həyat yoldaşı X20 tərəfindən X16 verilmiş etibarnamə əsasında Dibirov Nəsruddin 16.02.2018-ci il tarixdə mənzili X8, o isə mənzili 19.02.2018-ci il tarixi İddiaçı satmışdır. Bundan sonra X4 Əli Rasim oğluna, X31 və X24 qarşı “etibarnamənin və müqavilələrin etibarsız hesab edilməsinə” dair iddia tələbi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə onun tələbləri təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 26 noyabr 2018-ci il tarixli 2(103)-11949/2018 saylı qətnaməsi ilə X22 İddiaçı xeyrinə 120.700 (yüz iyirmi min yeddi yüz) manat pulun tutulması barədə qərar qəbul edilmişdir. Lakin hal-hazıradək qeyd olunan məbləğ İddiaçı ödənilməmişdir. Məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, X38 dələduzluq yolu ilə X10 mənzilini ələ keçirmiş və daha sonra İddiaçı sataraq onun külli miqdarda pulunu mənimsəmişdir. Əlavə olaraq müəyyən olunmuşdur ki, X38 yuxarıda qeyd olunan qanunsuz hərəkətləri törədərkən müvafiq notariat qurumları da çoxsaylı qanun pozuntularına yol vermiş və qanunsuzluqlar törədilməsində iştirakçı olmuşdurlar. Notariat qurumlarının qanunsuz hərəkətləri nəticəsində İddiaçıRasim oğluna maddi ziyan vurulmuşdur. Bu hallara dair aşağıdakılar göstərilə bilər. X20 bütün əmlakının idarə edilməsi ilə bağlı X16 qanuni əsaslarla 09.02.2018-ci il tarixli ƏN-1-689029 nömrəli etibarnamə verməmişdir. 9 saylı notariat ofisi isə X17 iştirakı olmadan və onun belə etibarnamə verilməsinə razılığı olub-olmamasını araşdırmadan etibarnamə qeydiyyata almışdır. X25 mülki iş üzrə məhkəmə baxışı zamanı bildirmişdir ki, o X13 tanımır. Göründüyü kimi X10 X18 tanıması, səbəbindən ona hər hansı etibarnamə verməsi mümkün olmadığı halda, notariusa belə məzmunda etibarnamə verilməsi razılığını bildirmədiyi halda notariat kontoru etibarnaməni qeydiyyata almışdır. Göründüyü kimi 9 saylı notariat ofisi X10 iştirakı olmadan etibarnaməni təsdiq etmişdir. 9 saylı notariat ofisi tərəfindən yuxarıda göstərilən qanun pozuntularına yol verildiyi üçün Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi ilə 9 saylı notariat kontoru (ofisi) tərəfindən qeydiyyata alınmış etibarnamə etibarsız hesab edilmişdir. Notariat qurumu tərəfindən təsdiq edilmiş qanunsuz etibarnamədən istifadə edilməsi ilə mənzilin satılması nəticəsində, sonda iddiaçıya maddi ziyan vurulmuşdur. X25 yuxarıda göstərilən qanunsuz etibarnamə əsasında 16.02.2018-ci il tarixli X10 adından AN-1 seriyalı ******* saylı alqı-satqı müqaviləsi bağlayaraq, mənzili X49: oğluna satmışdır. Həmin alqı-satqı müqaviləsi 11 saylı notariat kontorunda qeydiyyata alınmışdır. Bu zaman 11 say notariat kontoru (ofisi) qanun pozuntusuna yol verərək, X10 adına alqı-sal müqaviləsini onun həyat yoldaşının razılığı olmadan rəsmiləşdirmişdir. Halbuki Azərbaycan Respublikası Ailə və Mü Məcəlləsinin tələblərinə əsasən qeyd olunan mənzil birgə nikah dövründə əldə edilmişdir və X20r razılığı olmadan satıla bilməzdir. 11 saylı notariat kontoru bu qanunsuzluğa əsas tapmaq üçün X11 ərizə almışdır ki, guya X1. Halbuki notariat qurumları sadəcə elektron sistem X10 şəxsiyyət vəsiqəsinin nömrəsi ilə belə müəyyən edilə bilərdi ki, o evlidir. Göründüyü kimi 11 saylı notariat kontorunun (ofisinin) vəzifəli şəxsləri “Notariat haqqında” Azərbayca Respublikası Qanununun tələblərini pozmuşdurlar. Notariat qurumu tərəfindən alqı-satqı müqaviləsi qanun pozuntuları ilə qeydiyyata alınması nəticəsində iddiaçıya maddi ziyan vurulmuşdur. X38 16.02.2018-ci il tarixdə 120 000 (yüz iyirmi min) manata aldığı mənzili 3 gün son 19.02.2018-ci il tarixində 53 saylı notariat kontorunda 4Ə-170 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı 93.500 (doxsan üç min beş yüz) manata satmışdır. Alınmış mənzilin 3 gün sonra təxminən 27.000 manat aşağı qiymətə satılması notariat kontorunda heç bir şübhə yaratmamışdır. 3 gün əvvəl bağlanmış alqı-satqı müqaviləsindən fərqli olaraq, təxminən 27.000 manat aşağı qiymətə mənzil satılır və xeyli miqdarda dövlət büdcəsində verginin ödənilməsindən yayınılır, lakin notariat qurumu bu halı gördüyü halda, qanunun tələblərini pozaraq, bu halı araşdırmır və notariat hərəkətinin aparılmasını dayandırmır. Odur ki, 53 saylı notariat kontorunun (ofisinin) vəzifəli şəxsləri pozuntuya yol verərək, qeyd olunan hallara nəzər yetirmədən müqaviləni qeydiyyata almışlar və nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Göründüyü kimi notariat qurumları tərəfindən çoxsaylı qanun pozuntularına yol verilməsi nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Odur ki, cavabdehlər 9 saylı notariat ofisindən, 11 saylı notariat ofisindən və 53 saylı notariat ofisindən müştərək qaydada 120.700 (yüz iyirmi min yeddi yüz) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat pulun tutulara İddiaçı ödənilməsi zəruridir. Bundan başqa nəzərə alınmalıdır ki, İddiaçı aldığı evin qiyməti hazırda təxminən 170.000 (yüz yetmiş min) manatdır. Bunu həmin ərazidə daşınmaz əmlak alqı-satqısı ilə məşğul olan şəxslər təsdiq edir. Odur ki əldən çıxmış fayda şəklində 50.000 (əlli min) manat pulun da cavabdehlər 9 saylı notariat ofisindən, 11 saylı notariat ofisindən və 53 saylı notariat ofisindən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi zəruridir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçı xeyli məbləğdə pul xərcləyərək əldə etdiyi əmlakı əldə edə bilməmiş, uzun müddət ailəsi ilə evsiz qalmış, bu hal onun sarsıntı keçirməsinə səbəb olmuşdur. Belə ki, iddiaçı mənzilin alınmasına verdiyi pulu uzun müddət işləyərək, əziyyətlər çəkərək, maddi məhrumiyyətlərə məruz qalaraq qazanmışdır. Uzun müddətdir ki, pulunun qaytarılmaması, notariat qurumlarının qanunsuz hərəkətləri onun psixoloji və mənəvi sarsıntı keçirməsinə səbə olmuşdur. Odur ki, mənəvi ziyana görə 10.000 manat pulun da cavabdehlər 9 saylı notariat ofisindən, 11 saylı notariat ofisindən, 53 saylı notariat ofisindən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi zəruridir. Qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi, barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdehlərin nümayəndələri heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Eyni zamanda əvvəlki məhkəmə iclasında cavabdehlər Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontoru və Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi Vəkil2 verdiyi izahatında bildirmişdir ki, iddia tələbi hər iki cavabdehə münasibətdə əsassızdır. Belə ki, notariat hərəkətlərinin aparılmasında qanun pozuntularına yol verilməmişdir, mülki hüquq pozuntusunun müəyyən olunması üçün təqsir vacib şərtlərdəndir, lakin iş materialları ilə notariusların hərəkətlərində təqsir mövcud deyil, “Notariat haqqında” Azərbayca Respublikası Qanununun tələbləri pozulmamışdır. X2 olması barədə məlumat elektron informasiya sistemi vasitəilə aşkar olunmuşdur. Bu səbəbdən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Birinci tərəf” X19 əvəzinə X26 ilə “İkinci tərəf” X38 arasında 15.02.2018-ci il tarixdə bağlanmış Mənzilin alqı-satqısına dair ilkin müniqavilədən görünür ki, "Birinci tərəf"- X10 nümayəndəsi X3 mənzili 120000 (yüz iyirmi min) manata qiymətləndirir və həmin qiymətə "ikinci tərəf"- X7, "ikinci tərəf"- X15 məbləğindən 117000 (yüz on yeddi min) manatın notariusun bankda açılan depozit hesabı vasitəsi ilə "Birinci tərəf"- X10 nümayəndəsi X16 ödəməyi, satış qiymətindən qalan 3000 (üç min) manatını mənzilin alqı satqısına dair əsas müqavilə bağlanarkən ödəməyi öhdəsinə götürmüşlər. Bakı şəhəri 11 saylı notariat kontorunun xüsusi notariusu X36 tərəfindən təsdiq edilmiş reyestrdə 7E-2054 № ilə qeyd edilmiş X10 ərizəsindən görünür ki, X38 ilə ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 80, giriş B, mənzil 66 ünvanında yerləşən ümumi sahəsi 124,4 kv.m olan 3 otaqlı mənzilin 68000 manata satılması barədə razılığa gəlmişlər. Müqavilə təsdiq edildikdən sonra yaranmış 2799 manat vergi öhdəliklərinin hesabınız vasitəsilə dövlət xəzinədarlığına köçürülməsi üçün mənzilin dəyərindən tutulmasını xahiş edir. Buna dair heç bir iddia və tələbi olmayacaqdır. X14 ilə alıcı- İddiaçı arasında bağlanmış AN-İ ******* №-li 19.02.2018-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Satıcı sahəsi 124,4 kv.m olan Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 80, giriş B, 6 saylı mənzili Alıcının mülkiyyətinə verməyi, alıcı isə mənzilin dəyəri kimi 93500 (doxsan üç min beş yüz) manat məbləğində pulu Satıcıya verməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaklara görə X5 2799 manat miqdarda sadələşdirilmiş vergi tutulmuşdur. Azərbaycan Rspublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış 16.04.2018-ci il tarixli, **********79 №-li məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 80, giriş B, 6 saylı mənzil haqqında məlumatın verilməsi ilə bağlı 03 aprel 2018-ci il tarixli ərizəyə baxılmışdır. Bununla əlaqədar bildirilir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 80, giriş B, 6 saylı mənzil ilkin olaraq X9 adına qeydiyyatdan keçmişdir. 52 saylı DNK-nın 20.10.2014-cü il tarixli 4Ə-818 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X10 adına qeydiyyatdan keçmişdir. 11 saylı DNK-nın 16.02.2018-ci il tarixli 4Ə-78 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil X29 adına qeydiyyatdan keçmişdir. 53 saylı DNK-nın 19.02.2018-ci il tarixli 4Ə-170 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən sözügedən mənzil İddiaçı adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı Apelyasiya Məhkəməsinin MK-nın 26.11.2018-ci il tarixli, 2(103)-11949/2018 saylı qətnaməsi ilə cavabdeh İddiaçı apelyasiya şikayəti qismən təmin edilərək, həmin iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 20 iyul 2018-ci il tarixli qətnaməsi X27 İddiaçı xeyrinə tutulmalı olan pul vəsaitinin məbləği 120.700 (yüz iyirmi min yeddi yüz) manat məbləğində pul tutulması, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 80, giriş B, 66 saylı mənzil X10 adına ********** qeydiyyat nömrəsi ilə 06.11.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İddiaçı ünvanlanmış 09.09.2021-ci il tarixli, 05/V-20-13 saylı mətubundan görünür ki, Bakı şəhərinin 9, 11 və 53 saylı notariat ofislərində qanun pozuntuları ilə rəsmiləşdirilmiş əqdlər barədə şikayəti araşdırılmışdır. Müəyyən edilmişdir ki, 09.02.2018-ci il tarixdə Bakı şəhəri 9 saylı notariat ofisində Züleyxa Quliyevanın adından Nasruddin Dibirovun adına etibarnamə təsdiqlənmişdir. Həmin etibarnamə əsasında 16.02.2018-ci il tarixdə Bakı şəhəri 11 saylı notariat ofisində N.Dibirov Z.Quliyevanın Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, ev 80, 66 saylı mənzilini 120.000 manata Vasif Hacıyevə satmışdır. Müqavilə rəsmiləşdirilərkən N.Dibirov həmin vaxt qüvvədə olan “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimafın 49-cu hissəsinə əsasən mülkiyyətçinin ərinin olmaması (subay, dul olması) haqqında ərizə vermişdir. V.Hacıyev isə 19.02.2018-ci il tarixdə Bakı şəhəri 53 saylı notariat ofisində sözügedən mənzili 93.500 manata İddiaçı satmışdır. Z.Quliyeva mülkiyyətində olan mənzilinin xəbəri olmadan özgəninkiləşdirildiyini öyrəndikdən sonra etibarnamənin və müqavilələrin etibarsız hesab edilməsi, habelə İddiaçı mülkiyyət hüquqlarının ləğv olunması barədə Xətai Rayon Məhkəməsində iddia qaldırmış və tələb 20.07.2018-ci il tarixdə təmin edilmişdir. Bununla yanaşı məhkəmə 93.500 manat məbləğin V.Hacıyevdən alınaraq İddiaçı ödənilməsini qət etmişdir. Lakin, Bakı Apelyasiya Məhkəməsi 26.11.2018-ci il tarixli qərarı ilə V.Hacıyevin İddiaçı ödəniləcək pul vəsaitinin məbləğinin 120.700 manat olmasını qət etmiş, qalan hissədə qətnaməni dəyişdirmədən qüvvədə saxlamışdır. Ali Məhkəmə bu qərarla razılaşmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçıla V.Hacıyev arasında əldə olunmuş razılığa əsasən mənzilin dəyərindən 27.200 manat borc qalığını alıcı bir neçə gün sonra ödəməyi öhdəsinə götürmüş, məbləğin verilməsində özü iştirak edə bilmədiyi üçün bunu onun dostu etmiş və pulun verilməsini rəsmiləşdirmək məqsədilə 21.02.2018-ci il tarixdə İsmayıl Quliyevlə V.Hacıyev kredit müqaviləsi bağlanmışlar. Bildirilir ki, eyni məsələ üzrə Bakı şəhəri 9 və 11 saylı notariat ofislərinin notariuslan R.Sadıqov və İ.Məmmədovun hərəkətləri barədə Xətai Rayon Məhkəməsinin 06.08.2018-ci il tarixli təqdimatı üzrə Ədliyyə Nazirliyində araşdırma aparılmışdır. Bununla bağlı etibar edən şəxsin şəxsiyyətini düzgün müəyyən etmədən etibarnamə rəsmiləşdirilməsi R.Sadıqovun, mülkiyyətçinin iradə ifadəsinin mövcudluğunu araşdırmadan, Balakən rayonunda yaşayan 19 yaşlı gəncin Bakı şəhərinə gələrək etibarnamə əsasında 120.000 manata mənzil satmasından şübhələnmədən alqı-satqı müqaviləsini təsdiq etməsi İ.Məmmədovun diqqətinə çatdırılmış, habelə istintaq nəticəsində onların əməlində digər qüsurların aşkar edilməsi halında daha ciddi tədbirin görülməsi qərara alınmışdır. Eyni zamanda qeyd olunur ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsindən alınmış 27.08.2021-ci il tarixli məktubda Vasif Hacıyev barəsində 09.04.2018-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2-ci, 320.1 -ci və 320.2-ci maddələri ilə cinayət işinin başlandığı, lakin onun cinayət təqibini həyata keçirən orqandan gizlənməsi səbəbindən dayandırıldığı bildirilmişdir. Göründüyü kimi İddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 80, giriş B, 66 nömrəli mənzili 19.02.2018-ci il tarixdə əldə etmişdir. Alqısatqı müqaviləsi bağlanılarkən mənzilin dəyəri müqavilədə 93500 manat göstərilmiş, 27200 manat isə borc müqaviləsi kimi rəsmiləşdirilərək, ümumilikdə 120.700 (yüz iyirmi min yeddi yüz) manata X6 almışdır. Lakin sonradan İddiaçı məlum olmuşdur ki, qeyd edilən mənzil 2014-cü ildən X10 mülkiyyətində olmuşdur və alqı-satqı müqavilələri bağlanılarkən ilkin olaraq X10 nümayəndəsi kimi təqdim edilmiş X26 və sonradan X14 tərəfindən saxtakarlığa yol verilmişdir. Hazırda İddiaçı məhkəmə müraciət edərək ona dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqisrli davranışa yolu verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Məhkəmə onu da qeyd edir ki, Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Mülki iş üzrə tədqiq ediliş sübutlara məcmu halda qiymət verərək, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə maddi ziyanın ödənilməsi ilə bağlı iddia tələbini əsassız hesab edir və belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən ona alqı-satqı müqaviləsinin bağlanması nəticəsində maddi zərərin vurulması sübuta yetirilmiş olsa da, mülki iş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin MK-nın 26.11.2018-ci il tarixli, 2(103)-11949/2018 saylı qətnaməsi ilə həmin zərərin X30 təqsirli hüquqazidd hərəkətləri nəticəsində törədildiyi müəyyən edilmiş və hazırkı iddia ərizəsi ilə tələb edilən 120700 manat məbləğində maddi zərərin İddiaçı ödənilməsi X32 aid edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddiası maddi zərərin ödənilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdehkzh tərəfindən hüquqi nəticə etibarı ilə ona qarşı mülki hüquq pozuntusunun (deliktin) törədildiyini və nəticədə ona maddi ziyanın vurulduğunu iddia etsə də, zərərin cavabdehlərin qanunsuz hərəkəti nəticəsində vurulması müəyyən edilməmiş, bu tələbini təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. İddia ərizəsinin “əldən çıxmış faydanın ödənilməsi” tələbi “maddi zərərin ödənilməsi” tələbinin törəmə tələbi olduğundan, əsas tələb təmin edilmədiyindən, ondan törənmiş tələb də təmin edilə bilməz. Ona görə də, iddia tələbi “əldən çıxmış faydanın ödənilməsi” hissəsində də təmin edilməməlidir. Məhkəmə İddiaçı mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X28 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X28 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X28 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Yuxarıda qeyd olunan qanunvericilik aktlarına əsasən məhkəmə qeyd edir ki, hazırkı iddia üzrə cavabdehlərin hər hansı hərəkəti nəticəsində iddiaçıya mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərərin tutulması hissəsində də təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontoruna və Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna qarşı “maddi ziyan, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu və 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Bakı şəhəri 11 saylı Dövlət Notariat Kontoruna və Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontoruna qarşı “maddi ziyan, əldən çıxmış fayda və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar