Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-288/2023 20.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X3, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı, "xxxx" ASC mübasihə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə İddiaçı Cavabdeh qarşı, "xxxx" ASC mübasihə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmaqla, “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Mazda CX-5” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 14500.75 manat məbləğind əziyanın və 134 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz ML350” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə K.Rəhimov küçəsi istiqamətindən üzü Atatürk prospekti prospekti istiqamətində hərəkətdə olan zaman Caspian Shoping Ticarət Mərkəzinin qarşısında düzgün ara məsafəsi seçməməsi səbəbindən idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin zaman qarşısında dayanmış vəziyyətdə olan X7 idarə etdiyi “Toyota Prius” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı yaranmış zərbənin təsirindən “Toyota Prius” minik markalı avtomobilin ön hissəsi qarşısında dayanmış vəziyyətdə olan İddiaçı məxsus, X4 tərəfindən idarə edilən “Mazda CX-5” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlıavtomobilin arxa hissəsi ilə, “Mazda CX-5”minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ hissəsi isə qarşısında perpendikulyar vəziyyətdə dayanmış X2 idarə etdiyi “Volksvagen Passat” minik markalı **-KK- *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan hissəsi ilə toqquşmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri BPİ-nin Nərimanov Rayon Polis İdarəsi tərəfindən hadisə ilə əlaqədar olaraq araşdırılma aparılmış, əməldə cinayət tərkibi olmadığı müəyyən edildiyindən “cinayət işi başlanmasının rədd edilməsi barədə” Qərar qəbul edilmişdir. Toplanmış materiallar əsasında Cavabdeh barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bəhs edilən hadisədən sonra "xxxx" ASC tərəfindən “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilərək “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün hesablama aktı tərtib olunmuşdur. Qeyd edilən hesablama aktında “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 3.870 manat müəyyən edilmişdir. Lakin İddiaçı şəxsi vəsaiti hesabına "xxxx" MMC-də həyata keçirtdiyi texniki baxış zamanı “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilə 14500.75 manat ziyan vurulduğu müəyyən edilmişdir. “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın düzgün qiymətləndirilmədiyindən iddiaçı “hesablama aktı” imzalanmamış, yenidən ekspertiza həyata keçirilməsi barədə "xxxx"ASC-yə məktub ünvanlasaq da müsbət nəticə əldə edə bilməmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 mülki iş üzrə yekun məhkəmə aktının qəbul edilməsini gözləmədən nəqliyyat vasitəsini iddiaçı tərəfin təmir etdirdiyini, avtomobilin son dövlərdə istehsal edilməsi səbəbindən detallarının baha olmasını və ödəniş qəbzlərindən təmir nəticəsində iddiaçının ödəməli olduğu pul məbləğinin 13000 manat olduğunun göründüyünü əsas gətirərək həmin məbləğdə pulun cavabdehdən tutulmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil2 ayrı-ayrılıqda izahat verərək, iddiaçının vəkili tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş qəbzlər saxta olduğunu, qəbzlərə qoyulmuş tələblərə cavab vermədiyini bildirərək iddia tələbinin qismən təmin edilməsini xahiş etdilər. Əsaslandırıcı hissə: a) Mülki işin materialları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri BPİ-nin Nərimanov Rayon Polis İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli arayışında qeyd olunur ki, xx.xx.2022-ci il tarixə saat 11 radələrində Cavabdeh idarə etdiyi Mercedes Benz ML350 minik markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə K.Rəhimov küçəsi istiqamətindən üzü Atatürk prospekti istiqamətində hərəkətdə olan zaman Caspian Shoping Ticarət Mərkəzinin qarşısında düzgün ara məsafəsi seçməməsi səbəbindən idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin zaman qarşısında dayanmış vəziyyətdə olan X8 idarə etdiyi Toyota Prius markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı yaranmış zərbənin təsirindən Toyota markalı avtomobilin ön hissəsi özü qarşısında dayanmış vəziyyətdə olan X1 idarə etdiyi Mazda CX-5 markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə, Mazda markalı avtomobilin ön sağ hissəsi isə, qarşısında ona perpendikulyar vəziyyətdə dayanmış X2 idarə etdiyi Volksvagen Passat markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan hissəsi ilə toqquşmuşdur. Bakı Şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı polis mayoru X13 tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda qeyd olunur ki, aparılmış təhqiqat araşdırması zamanı xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X10 və X6 dərəcəsi təyin edilməyən bədən xəsarətləri aldıqları müəyyən edilmişdir. Hazırda qüvvədə olan cinayət qanunvericiliyinə əsasən qeyd olunan xəsarətlər cinayət məsuliyyətinə səbəb olmadığından və toplanmış materialda hər hansı bir cinayətin tərkib əlamətləri müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilməlidir. Lakin yol-nəqliyyat hadisəsi Mercedes-Benz ML350 minik markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ehtiyyatsızlığından baş verdiyindən və hərəkətlərində “X21“ Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 111 hissəsinin tələbinə uyğunsuzluq olduğundan barəsində Azərbaycan Respublikası İXMnin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməlidir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MZ-65253 nömrəli iş kartında “Mazda CX-5” modelli, 10CC171 dövlət qeydiyyat nişanlı avtombilə dəymiş zərərin təmiri üçün 14500,75 manat xərc çəkildiyi qeyd olunmuşdur. "xxxx" ASC-nin sığorta aktında “Mazda CX-5” modelli, 10CC171 dövlət qeydiyyat nişanlı avtombilə dəymiş zərərin məbləği olaraq 3870 manat olduğu və ümumi zərərdə payı 46,43% olmaqla 2321,50 manat ödəniş edilməli olduğu qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixli mədaxil qəbzlərindən Məmmədov Sərxan (VÖEN **********) adlı şəxs tərəfindən ümumi təmirin dəyəri olan 13300 manat puldan 300 manat endirim məbləği çıxıldıqdan sonra 13000 manat ödəniş edildiyi görünür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyinin məzmunundan görünür ki nəzəri hesablama yolu ilə, "Atasığorta” ASC-nin xx.xx.2022-ci il tarixli və “Rotary Motors" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı "Mazda CX-5” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12841,0 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinin məzmunundan görünür ki nəzəri hesablama yolu ilə, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli və "Rotary Motors” MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktlarındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2017-ci il buraxılışlı “Mazda CX-5” markalı, ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 12841 manat müəyyən edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyinin məzmunundan görünür ki,Nəqliyyat nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2017-ci il buraxılışlı “Mazda CX 5 markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin bərpası məqsədilə zədələnmiş hissələrin (dəyişilməli və bərpa oluna bilən) və görüləcək əl işlərinin qiymətləndirilməsi üzrə ekspertiza tədqiqatı 2(005)-288/2023 №-li mülki iş materiallarında olan (cild i.v 21-27) 28.07.202-ci il tarixli, “Hesabat” və “Atəşgah" ASC-nin xx.xx.2022-ci il tarixli “Hesabat aktı” əsasında hesablanır. 1.1. Beləliklə, nəzəri hesablama yolu ilə, iş materialında olan "xxxx" MMC- nin xx.xx.2022-ci il tarixli dəymiş zərərin qiymətləndirilməsi barədə “Hesabat”a əsasən 2017-ci il buraxılışlı “Mazda CX 5” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinə aşınma tətbiq etməklə təmir-bərpa xərci təxminən 12871,00 manat müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 10070,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 2771,00 manat. 2. Beləliklə, nəzəri hesablama yolu ilə, iş materialında olan "xxxx" ASC-ci il tarixli dəymiş zərərin qiymətləndirilməsi barədə “Hesabat"a əsasən 2017-ci il buraxılışlı “Mazda CX 5” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyyat hissələrinə aşınma tətbiq etməklə təmir-bərpa xərci təxminən 3785,00 manat müəyyən edilir ki, bundan dəyişilməli hissələrinin qiyməti 3115 manat, təmirbərpa işlərinin qiyməti 670 manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X24 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli vəkil sorğusuna cavab məktubunda qeyd olunur ki, xx.xx.2023-cü il tarixdə qeyd olunan “Mazda CX-5” markalı, **-CC-*** dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsini “X21” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş müddətdə texniki baxışdan keçirmədən etibarnamə əsasında idarə etdiyinə görə vətəndaş X15 barəsində İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə EQ 13309761 nömrəli elektron qərar qəbul edilmiş, həmçinin xx.xx.2023-cü il tarixdə həmin Qanunun 42-ci maddəsinin tələbinə riayət etməyərək əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna görə etibarnamə əsasında idarə edən vətəndaş X11 barəsində Məcəlləsinin 327.1-ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib edilmişdir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: xx.xx.2022-ci il tarixə saat 11 radələrində Cavabdeh idarə etdiyi Mercedes Benz ML350 minik markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi ilə K.Rəhimov küçəsi istiqamətindən üzü Atatürk prospekti istiqamətində hərəkətdə olan zaman Caspian Shoping Ticarət Mərkəzinin qarşısında düzgün ara məsafəsi seçməməsi səbəbindən idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin zaman qarşısında dayanmış vəziyyətdə olan X8 idarə etdiyi Toyota Prius markalı ** FY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı yaranmış zərbənin təsirindən Toyota markalı avtomobilin ön hissəsi özü qarşısında dayanmış vəziyyətdə olan X1 idarə etdiyi Mazda CX-5 markalı ** CC *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə, Mazda markalı avtomobilin ön sağ hissəsi isə, qarşısında ona perpendikulyar vəziyyətdə dayanmış X2 idarə etdiyi Volksvagen Passat markalı ** KK *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sol yan hissəsi ilə toqquşmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı Şəhəri BPİ-nin Nərimanov Rayon Polis İdarəsi tərəfindən hadisə ilə əlaqədar olaraq araşdırılma aparılmış, əməldə cinayət tərkibi olmadığı müəyyən edildiyindən “cinayət işi başlanmasının rədd edilməsi barədə” Qərar qəbul edilmişdir. xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara əsasən yol-nəqliyyat hadisəsi Mercedes-Benz ML350 minik markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh ehtiyyatsızlığından baş verdiyindən və hərəkətlərində “X21“ Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 111 hissəsinin tələbinə uyğunsuzluq olduğundan barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri görülməli olduğu qeyd olunmuşdur. "xxxx" ASC tərəfindən “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilərək “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün hesablama aktı tərtib olunmuşdur. Qeyd edilən hesablama aktında “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 3.870 manat müəyyən edilmişdir. Lakin İddiaçı şəxsi vəsaiti hesabına "xxxx" MMC-də həyata keçirtdiyi texniki baxış zamanı “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilə 14500.75 manat ziyan vurulduğu müəyyən edilmişdir. “Mazda CX-5” minik markalı 10CC171 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın düzgün qiymətləndirilmədiyindən iddiaçı “hesablama aktı” imzalanmamışdır. Hazırda iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilə dəymiş zərərin Cavabdeh tutulmasını xahiş edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə qeyd edir ki, iş materialları ilə “Mazda CX-5” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, zərərin Cavabdeh qanunsuz hərəkəti nəticəsində vurulması və hadisədə Cavabdeh təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər Cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə ödənilməli olan zərər məbləği ilə bağlı qeyd edir ki, nəqliyyət vasitəsinə vureulmuş zərərin məbləğini müəyyən etmək üçün mülki iş üzrə ekspertiza təyin edilmişdir. Ekspert rəyində qeyridəqiqliklər olduğundan mülki iş rəy verilməsi üçün yenidən ekspertizaya gönərilmişdir və alınmış son ekspert rəyindən avomobilə vurulmuş zərərin 12871 manat təşkil etdiyi müəyyən olunmuşdur. Cavabdeh idarə etdiyi “Mercedes Benz ML350” minik markalı, **-UE-*** dövlət qeydiyyat nişanlı avtomobil sığortalı olduğundan sığortaçı "xxxx" ASC tərəfindən 2321,50 manat pul faydalanan şəxs İddiaçı ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənilməli olan zərərin məbləği müəyyənləşdirilərkən avomobilə dəymiş zərərin məbləği olan 12871 manat puldan ödənilməli sığortalı ödənişinin məbləği, yəni 2321,50 manat pul çıxılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh “Mazda CX-5” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 10549,50 manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə dövlət rüsumunun tutulmasını iddianın təmin olunmasına mütənasib olaraq müəyyən edir. Belə ki, tələb olunan 14500,75 manatın 10549,50 manatı təmin olunduğu halda (72 faizi), bu məbləğə mütənasib olaraq ödənilmiş 134 manat dövlət rüsumunun 96,50 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə dövlət rüsumu iddiaçıya aid edilməli, keçirilmiş məhkəmə ekspertizalarının cəmi xərci olaraq 300 manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinə ödənilməlidir. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh ““Mazda CX-5” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 10549,50 (on min beş yüz qırx doqquz manat əlli qəpik) manat və ödənilmiş 134 manat dövlət rüsumunun 96,50 manatı tutularaq İddiaçı ödənilsin. Dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Keçirilmiş məhkəmə ekspertizası xərci olaraq 300 (üç yüz) manat Cavabdeh tutularaq Azərbaycan Respublikasi Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasi Mərkəzinin (VÖEN **********, AZ34CTRE********************, X5, KOD 210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22) hesabına keçirilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-288/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-288/2023
20.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver