Məhkəmə qərarları › İş №e-2(005)-288/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-288/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-288/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Təhminə Nizami qızının katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdehnın iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı LPO İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5508 (beş min beş yüz səkkiz) manat əsas, 97.45 (doxsan yeddi manat, 45 qəpik) manat faiz, 14.24 (on dörd manat, 24 qəpik) cərimə olmaqla, cəmi 5619.69 (beş min altı yüz on doqquz manat, 69 qəpik) manat borcu məbləğində kredit borcunun və dövlət rüsumu kimi ödənilən 77 (yetmiş yeddi) manat məbləğində xərcin tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilməsi; - tutmanın ipoteka predmeti olan Hyundai Tucson minik markalı (Tip-Universal, dövlət qeydiyyat nişanı: **-ZH- ***, buraxılış ili 2009-cu il, Ban nömrəsi: KM8JU3AC1AU017253, rəngi gümüşü metalik) avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh borcunun tam ödənilməsinə kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra “Bank”) ilə Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 60 (altmış) ay müddətinə, illik 1% (bir faiz) ödənilmək şərtilə 5508 AZN (beş min beş yüz səkkiz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh ilə xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqavilənin təminatı olaraq Cavabdeh məxsus olan Hyundai Tucson minik markalı (Tip-Universal, dövlət qeydiyyat nişanı: **-ZH-***, buraxılış ili 2009-cu il, Ban nömrəsi: KM8JU3AC1AU017253, rəngi: gümüşü metalik) avtomobil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin Banka ödənilməmiş 5508 (beş min beş yüz səkkiz) manat əsas, 97.45 (doxsan yeddi manat, 45 qəpik) manat faiz, 14.24 (on dörd manat, 24 qəpik) cərimə olmaqla, cəmi 5619.69 (beş min altı yüz on doqquz manat, 69 qəpik) manat borcu mövcuddur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı LPO İddiaçı ASC-nin nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək borcalanın 2023-cü ilin fevral ayından borcunu ödəmədiyini, iddia ərizəsi məhkəmə verildikdən sonra da kredit borcundan heç bir məbləğ ödənilmədiyini bildirərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ayrı-ayrılıqda izahat verərək, iddiaçıya kredit borcunun olduğunu qəbul etmək, ödəmək niyyətləri olduğunu, lakin zamana ehtiyacı olduğunu bildirərək məhkəmədən möhlət verilməsini xahiş etdilər. Əsaslandırıcı hissə: a)Mülki işin materialları İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli restrukturizasiya müqaviləsinə əsasən, cavabdehə 60 ay müddətinə, illik 1% ödənilmək şərtilə 5508 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür; İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq ipotekaqoyan Cavabdeh mülkiyyətində olan, Hyundai Tucson minik markalı (Tip-Universal, dövlət qeydiyyat nişanı: **-ZH-***, buraxılış ili 2009-cu il, Ban nömrəsi: KM8JU3AC1AU017253, rəngi: gümüşü metalik) avtomobil ipotekasaxlayan qarşısında ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin dəyəri 17.000 (on yeddi min) manat məbləğində müəyyən edilmişdir; Cavabdeh tərəfindən İddiaçı ASC-yə ünvanlanan xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh 5508 manat borcunun 36 ay müddətində restrukturizasiya olunmasını və ona hesablanmış faizlərin silinməsini xahiş etmişdir. Problemli kreditlərin kompensasiyası barədə məlumatlardan görünür ki, Cavabdeh 5028 manat kompensasiya hesablanmışdır. AC 487468 №-li Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Hyundai Tucson minik markalı, **-ZH-*** qeydiyyat nişanlı avtomobil Cavabdeh mülkiyyətindədir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli restrukturizasiya müqaviləsinə dair Cavabdeh müqavilə üzrə 12 iyul 2023-cü il tarixə 5508 manat əsas, 97.45 manat faiz, 14.24 manat cərimə borcu olmaqla, cəmi 5619.69 manat borcu vardır. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 25 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə həmin tarixə yaranmış borcun 3 gün ərzində qaytarılması tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 19 dekabr 2022-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə həmin tarixə yaranmış borcun 5 iş günü ərzində qaytarılması tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 25 iyul 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə həmin tarixə yaranmış borcun 3 gün ərzində qaytarılması tələb olunmuş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən xx.xx.2015-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh məxsus Hyundai Tucson minik markalı, **-ZH-*** qeydiyyat nişanlı avtomobilin girova qoyulması dövlət qeydiyyatına alınmışdır və İpoteka saxlayan İddiaçı ASC “Uğur” filialıdır. İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilədən irəli gələn öhdəliyin icrasının təminat üsulu kimi İddiaçı ASC ilə xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli “İpoteka müqaviləsi” bağlanmış Hyundai Tucson minik markalı, **- ZH-*** qeydiyyat nişanlı avtomobil İddiaçı ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. Hal-hazırda Cavabdeh Bank qarşısında bağlanmış xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyi yaranmışdır və bu səbəblə də ərizənin dövlət qeydiyyatına alınması xahiş edilmişdir. Əmlak Ekspert Mərkəzinin xx.xx.2024-cü il tarixli, ƏEM/Y 13-013/24 saylı ekspert rəyinə əsasən Cavabdeh məxsus (2009-cu il buraxılışlı) “Hyundai Tucson” minik markalı, **-ZH-*** qeydiyyat nişanlı avtomobilin xx.xx.2024-cü il tarixinə bazar dəyəri 16 000 manat, 15 200 manat likvid dəyəridir. b)Məhkəmə tərəfindən müəyyən edilən hallar: Kreditor LPO İddiaçı ASC və borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli krediti müqaviləsinə əsasən bank tərəfindən borcalana illik 60 ay müddətinə, illik 1% ödənilmək şərtilə 5508 manat məbləğində kredit verilmişdir. İpoteka saxlayan LPO İddiaçı ASC və ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli ipoteka müqaviləsi ilə Cavabdeh məxsus Hyundai Tucson minik markalı, **- ZH-*** qeydiyyat nişanlı avtomobili LPO İddiaçı ASC-nin xeyrinə ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Hazırda ipoteka predmeti Cavabdeh mülkiyyəti olmaqla İddiaçı ASC-nin xeyrinə olan yüklülük saxlanılmışdır. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə LPO İddiaçı ASC və X2 arasında bağlanmış kredit müqaviləsi üzrə tələb olunan əsas, faiz və cərimə borcunun tutulması hissəsində iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsızlik) üçün məsuliyyət daşıyır; 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göründüyü kimi, Cavabdeh xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, belə qənaətə gəlir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində tam təmin edilməli, xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli restrukturizasiya müqaviləsi üzrə 5508 manat məbləğində əsas borc, 97.45 manat məbləğində faiz borcu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, aparılmış ödənişlərin və yaranmış borcun məbləğini nəzərə alır və iddia tələbinin penyanın tutulması hissəsi ilə bağlı belə qənaətə gəlir ki, dəbbə pulu müəyyən edilərkən tənasüblük qorunmamışdır. Bu səbəbdən iddiaçı tərəfindən hesablanmış 14.24 manat məbləğində dəbbə pulu endirilməli və 5 manat məbləğində müəyyən edilməli, həmin məbləğ Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, kredit müqaviləsinin təminatı kimi cavabdehə məxsus öhdəliyin icrasının təminat üsulu kimi İddiaçı ASC ilə xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli “İpoteka müqaviləsi” bağlanmış Hyundai Tucson minik markalı, **-ZH-*** qeydiyyat nişanlı avtomobil ipoteka saxlayan qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutmanın, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipotekasaxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdeh kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin ona məxsus Hyundai Tucson minik markalı, **-ZH-*** qeydiyyat nişanlı avtomobilinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikasının BDYPİ Qeydiyyat imtahan şöbəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır; 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir; 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir; 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu müqavilə üzrə öhdəliklərin icrası müddətlərini və qaydasını pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan avtomobilə yönəldilməli, avtomobil açıq hərrac vasitəsilə satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (cavabdehə) qaytarılmalıdır. Bundan əlavə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qeyd edilən məsələ iddia üzrə tələb kimi müəyyən edilsə də, hüquqi nəticə etibarı ilə qətnamənin icrası qaydasında həll olunmalı olduğundan, iddia tələbi “ipoteka predmetinin satışından əldə edilmiş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə, borcun qalan hissəsinin ümumi qaydada cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində təmin edilə bilməz və rədd edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə əmlakın hərracdan ilkin satış qiyməti ilə bağlı bildirir ki, Əmlak Ekspert Mərkəzinin xx.xx.2024-cü il tarixli, ƏEM/Y 13-013/24 saylı ekspert rəyinə əsasən Cavabdeh məxsus “Hyundai Tucson” minik markalı, **-ZH-*** qeydiyyat nişanlı avtomobilin xx.xx.2024-cü il tarixinə bazar dəyəri 16 000 manat, likvid dəyəri 15 200 manat müəyyən olunmuşdur. Daha sonra Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə əmlakın daha dəqiq bazar və likvid dəyərinin müəyyən edilməsi üçün ekspertiza avtomobilə baxış keçirilməklə aparılması üçün mülki iş üzrə qiymətləndirmə ekspertizası təyin edilmişdir. Lakin avtomobil ekspertiza baxışına təqdim edilmədiyindən ekspertiza aparılmasından imtina edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı avtomobilin qiymətini müəyyən etmək mümkün olmamışdır. Müstəqil ekspert rəyində qeyd olunan qiymət isə avtomobilə baxış keçirilmədən müəyyən olunduğundan, məhkəmə həmin rəyi mötəbər sübut kimi dəyərləndirə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli restrukturizasiya müqaviləsi üzrə 5508 manat əsas borc, 97.45 manat faiz borcu və 5 manat cərimə borcu olmaqla cəmi 5610,45 manat məbləğində pul Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulmalı; xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli restrukturizasiya müqaviləsi üzrə borcun tutulması ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Hyundai Tucson minik markalı, **-ZH-*** qeydiyyat nişanlı avtomobilə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına borc ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir; 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 160 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun 152 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 200 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli restrukturizasiya müqaviləsi üzrə 5508 manat əsas borc, 97.45 manat faiz borcu və 5 manat cərimə borcu olmaqla cəmi 5610,45 (beş min altı yüz on manat, qırx beş qəpik) manat məbləğində pul X1 İddiaçı ASC-nin xeyrinə tutulsun. xx.xx.2021-ci il tarixli, LM082100179 nömrəli restrukturizasiya müqaviləsi üzrə borcun tutulması ipoteka ilə yüklü edilmiş tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Hyundai Tucson minik markalı, **-ZH-*** qeydiyyat nişanlı avtomobilə yönəldilsin, həmin əmlak açıq hərracdan satılsın, satışdan əldə ediləcək vəsait hesabına borc ödənilsin. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 77 (yetmiş yeddi) manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertizanın dəyəri olaraq 200 manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMCnin hesabına (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar