Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2910/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Əmirxanova Kəmalə Fərman qızının sədrliyi, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı Firudun oğlunun vəkili və nümayəndəsi Vəkil oğlunun, Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Firudun oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Firudun oğlu Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı Firudun oğlunun xeyrinə 152000(bir yüz əlli iki min) manat pul məbləğinin alınaraq İddiaçı Firudun oğluna ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Firudun oğlunun vəkili və nümayəndəsi Vəkil oğlu məhkəməyə barışıq sazişi təqdim edərək, barışıq sazişinin təsdiq edilməklə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirdi və barışıq sazişinin təsdiqlənməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını, barışıq sazişini və iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 52.3-cü maddəsinə əsasən tərəflər işi barışıq sazişi bağlamaqla qurtara bilərlər. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanunauyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməlidir. Məhkəmə iclasında, tərəflərə barışıq sazişini təsdiq edənə qədər müvafiq prosessual hərəkətlərin nəticələri izah edilmiş, tərəflərin barışıq sazişinin şərtləri məhkəmə iclasının protokoluna yazılmış və protokol müvafiq surətdə iddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası MPM-in 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 52, 191, 261.0.5, 262- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı İddiaçı Firudun oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə bir tərəfdən İddiaçı Firudun oğlu və digər tərəfdən Cavabdeh arasında 12 iyul 2021-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Tərəflər aşağıdakı şərtlərlə barışıq sazişi bağlamaq qərarına gəlirlər: 1.İddiaçı və Cavabdeh, iddia tələbini təşkil edən 152.000 (bir yüz əlli iki min) manat borcun cavabdeh tərəfindən hiss-hissə, bu sazişə əlavə edilmiş cədvələ uyğun tarixlərdə və məbləğlərdə ödənilmə barədə razılığa gəlirlər. 2.Borc məbləği 20 avqust 2021-ci il tarixdən etibarən hər ay üçün 3000 (üç min) manat son ay 20 oktyabr 2014-cü il üçün 2000 (iki min) manat olmaqla 51 aya ödəniləcəkdir. 3.Cavabdeh tərəfindən bu sazişin 2-ci bəndində göstərilmiş tarixlər üzrə nəzərdə tutulmuş məbləğdən artıq ödənildiyi halda, tərəflər arasında ödəniş cədvəlinə müvafiq dəyişiklər ediləcəkdir. 4.Tərəflərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 5.4, 4.3, 52.3 və 191 -ci maddələrindən irəli gələn hüquq və vəzifələri, həmçinin barışıq sazişinin hüquqi nəticələri məlumdur. İddiaçı İddiaçı Firudun oğlunun Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Kəmalə Əmirxanova
Məhkəmə qərarları › İş №e-2(005)-2910/2021
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2910/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver