Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2915/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20 avqust 2019 il tarixli, 100821-158607/10 nömrəli kredit müqaviləsi üzrə 349,83 (üç yüz qırx doqquz manat 83 qəpik) manat məbləğində əsas bоrc və 4,01 (dörd manat 01 qəpik) manat faiz borcu оlmaqla, cəmi 353,84 (üç yüz əlli üç manat 84 qəpik) manat borcu, 20 avqust 2019-cu il tarixli 100821-158607/11 nömrəli kredit müqaviləsi üzrə isə 762,09 (yeddi yüz altmış iki manat 09 qəpik) manat məbləğində əsas bоrc və 9,18 (doqquz manat 18 qəpik) manat faiz borcu оlmaqla, cəmi 771,27 (yeddi yüz yetmiş bir manat 27 qəpik) manat borcun, hər iki müqavilə üzrə ümumilikdə 1125,11 (min yüz iyirmi beş manat 11 qəpik) manat məbləğində borcun və 31.66 (otuz bir manat 66 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxsləri problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 20 avqust 2019 il tariхli 100821-158607/10 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 418,36 manat məbləğində kredit vеrilmişdir. Həmçinin, Fərmana əsasən, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, 100821-158607/11 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 889.47 manat məbləğində kredit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafkini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 25 may 2022-ci il tarixinə cavabdehin 20 avqust 2019-cu il tarixli 100821-158607/10 nömrəli kredit müqaviləsi üzrə 349,83 (üç yüz qırx doqquz manat 83 qəpik) manat məbləğində əsas bоrc və 4,01 (dörd manat 01 qəpik) manat faiz borcu оlmaqla, cəmi 353.84 (üç yüz əlli üç manat 84 qəpik) manat borcu məbləğində, 20 avqust 2019 il tarkli 100821-158607/11 nömrəli kredit müqaviləsi üzrə isə 762,09 (yeddi yüz altmış iki manat 09 qəpik) manat məbləğində əsas bоrc və 9.18 (doqquz manat 18 qəpik) manat faiz borcu оlmaqla, cəmi 771.27 (yeddi yüz yetmiş bir manat 27 qəpik) manat məbləğində borcu yaranmışdır. Güzəştli kredit müqavilələrinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan kreditləri vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxsləri problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 20 avqust 2019-cu il tarixli, 100821-158607/11 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 889.47 manat məbləğində kredit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafkini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 25 may 2022-ci il tarixinə cavabdehin 20 avqust 2019-cu il tarixli 100821-158607/10 nömrəli kredit müqaviləsi üzrə 349,83 (üç yüz qırx doqquz manat 83 qəpik) manat məbləğində əsas bоrc və 4,01 (dörd manat 01 qəpik) manat faiz borcu оlmaqla, cəmi 353.84 (üç yüz əlli üç manat 84 qəpik) manat borcu məbləğində, 20 avqust 2019-cu il tarixli, 100821-158607/11 nömrəli kredit müqaviləsi üzrə isə 762,09 (yeddi yüz altmış iki manat 09 qəpik) manat məbləğində əsas bоrc və 9.18 (doqquz manat 18 qəpik) manat faiz borcu оlmaqla, cəmi 771.27 (yeddi yüz yetmiş bir manat 27 qəpik) manat məbləğində borcu yaranmışdır. Hazırda da İddiaçı ASC Cavabdeh ümumilikdə 1125,11 (min yüz iyirmi beş manat 11 qəpik) manat məbləğində borcunun yarandığını iddia edir və bu məbləği, habelə dövlət rüsumu qismində ödədiyi 31,66 (otuz bir manat 66 qəpik) manat məbləğində pulu tələb edir. Cavabdeh tərəfindən iddiaçının tələbinə dair münasibət bildirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış istehlak məqsədli kredit müqaviləsinə əsasən iddiaçı müqavilədə qeyd olunan məbləği nağd şəkildə qəbul etmiş və yuxarıda göstərilən müəyyən edilmiş müddətlərdə iddiaçıya geri qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin məbləği qəbul etmiş, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə ödənişlər etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və tam təmin edilməli, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, cavabdehdən 20 avqust 2019 il tarixli, 100821-158607/10 nömrəli kredit müqaviləsi üzrə 349,83 (üç yüz qırx doqquz manat 83 qəpik) manat məbləğində əsas bоrc və 4,01 (dörd manat 01 qəpik) manat faiz borcu оlmaqla, cəmi 353,84 (üç yüz əlli üç manat 84 qəpik) manat borc, 20 avqust 2019-cu il tarixli 100821-158607/11 nömrəli kredit müqaviləsi üzrə isə 762,09 (yeddi yüz altmış iki manat 09 qəpik) manat məbləğində əsas bоrc və 9,18 (doqquz manat 18 qəpik) manat faiz borcu оlmaqla, cəmi 771,27 (yeddi yüz yetmiş bir manat 27 qəpik) manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir ; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20 avqust 2019 il tarixli, 100821-158607/10 nömrəli kredit müqaviləsi üzrə 349,83 (üç yüz qırx doqquz manat 83 qəpik) manat məbləğində əsas bоrc və 4,01 (dörd manat 01 qəpik) manat faiz borcu оlmaqla, cəmi 353,84 (üç yüz əlli üç manat 84 qəpik) manat borc, 20 avqust 2019-cu il tarixli 100821- 158607/11 nömrəli kredit müqaviləsi üzrə isə 762,09 (yeddi yüz altmış iki manat 09 qəpik) manat məbləğində əsas bоrc və 9,18 (doqquz manat 18 qəpik) manat faiz borcu оlmaqla, cəmi 771,27 (yeddi yüz yetmiş bir manat 27 qəpik) manat borc olmaqla hər iki müqavilə üzrə ümumilikdə 1125,11 (min yüz iyirmi beş manat 11 qəpik) manat məbləğində borc və 31,66 (otuz bir manat 66 qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 799, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 20 avqust 2019 il tarixli, 100821-158607/10 nömrəli kredit müqaviləsi üzrə 349,83 (üç yüz qırx doqquz manat 83 qəpik) manat məbləğində əsas bоrc və 4,01 (dörd manat 01 qəpik) manat faiz borcu оlmaqla, cəmi 353,84 (üç yüz əlli üç manat 84 qəpik) manat borc, 20 avqust 2019-cu il tarixli 100821-158607/11 nömrəli kredit müqaviləsi üzrə isə 762,09 (yeddi yüz altmış iki manat 09 qəpik) manat məbləğində əsas bоrc və 9,18 (doqquz manat 18 qəpik) manat faiz borcu оlmaqla, cəmi 771,27 (yeddi yüz yetmiş bir manat 27 qəpik) manat borc olmaqla hər iki müqavilə üzrə ümumilikdə 1125,11 (min yüz iyirmi beş manat 11 qəpik) manat məbləğində borc və 31,66 (otuz bir manat 66 qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2915/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2915/2022
27.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver