Məhkəmə qərarları › İş №e-2(005)-2919/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2919/2022

27.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2919/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi Məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc olaraq aldığı 20000 (iyirmi min) manat və 30 manat dövlət rüsumu, cəmi 20030 (iyirmi min otuz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əliyeva X1 Nərmin Fuad qızı arasında Bakı şəhəri 9 saylı Notariat ofisində, 23 sentyabr 2019-cu il tarixli (Reyestr nömrəsi 3M-1186) kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Cavabdeh 20000 (iyirmi min) manat məbləğində borc pul verilmişdir. Həmin kredit müqaviləsinə əsasən, borclu Cavabdeh iddiaçıdan borc olaraq aldığı 20000 (iyirmi min) manat pulu hər ay 1700 bir min yeddi yüz) manat, lakin axırıncı ay yəni 2020-ci ilin sentyabr ayında 1300 (bir min üç yüz) manat ödəmək şərti ilə 1 (bir) il ərzində, yəni 23 sentyabr 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh tərəfindən 23 sentyabr 2020-ci il tarixədək ödəməli olduğu borc olaraq aldığı 20000 (iyirmi min) manat pul vəsaitə dair bir ay belə olsa ödəniş etməmişdir. Dəfələrlə borcunu tələb etməsinə baxmayaraq hər dəfə Cavabdeh borcu ödəyə bilmədiyi üçün möhlət istəmişdır. İddiaçı cavabdehə möhlət verməyə razı olaraq 20000 (iyirmi min) borc pulun qaytarılması müddətini müqavilədə dəyişiklik edərək azaltmağa razılaşmışdır. Belə ki, onunla Cavabdeh arasında 23 sentyabr 2019-cu il tarixli 3M-1186 reyestr № kredit müqaviləsinə 01 iyul 2021-ci il tarixində kredit müqaviləsinə əlavə edilmişdir. Həmin əlavəyə əsasən, Cavabdeh ondan borc olaraq aldığı 20000 (iyirmi min) manat pul vəsaitini 1 (bir) il ərzində, yəni 01 iyul 2022-ci il tarixinədək qaytarmağa öhdəsinə götürmüşdür. Onunla Cavabdeh arasında bağlanmış 23 sentyabr 2020-ci il tarixli M-1186 reyestr nömrəli kredit müqaviləsinin bağlanmasından 3 ilə yaxın müddətin keçməsinə baxmayaq cavabdeh tərəfindən 20000 (iyirmi min) manat pul qaytarılmamışdır. Hal-hazırda Cavabdeh borc olaraq aldığı 20000 (iyirmi min) manat pul vəsaitini tələb etsə də, cavabdeh pulu ödəməkdən qəsdən yayınır və borcu qaytarmağdan imtina edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 9 saylı Notariat Ofisinin xüsusi notariusu R.Z.Sadıqov tərəfindən təsdiq olunmuş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı 20.000 (iyirmi min) manat məbləğində pulu Cavabdeh borc vermiş, borclu Cavabdeh borc olaraq aldığı 20000 (iyirmi min) manat pulu hər ay 1700 bir min yeddi yüz) manat, lakin axırıncı ay yəni 2020-ci ilin sentyabr ayında 1300 (bir min üç yüz) manat ödəmək şərti ilə 1 (bir) il ərzində, yəni 23 sentyabr 2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əlavədən görünür ki, xx.xx.2019-cu il tarixli, 3M- 1186 reyestr nömrəli kredit müqaviləsinin qaytarılmasının müddəti uzadılmış, Cavabdeh xx.xx.2022-ci il tarixədək 20.000 manat məbləğində pulu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür; xx.xx.2022-ci il tarixli qəbzə əsasən İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmədə iddia qaldırmaq üçün 150 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2. və 445.2.1-ci maddələrinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3M-1186 reyestr nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh İddiaçı 20.000 manat məbləğində pulu borc almış və həmin məbləği xx.xx.2020-ci il tarixədək İddiaçı qaytarılması barədə öhdəlik götürmüşdür. Daha sonra kredit müqaviləsinə əlavə imzalanmış, kredit müqaviləsinin qaytarılmasının müddəti uzadılmış, Cavabdeh xx.xx.2022-ci il tarixədək 20.000 manat məbləğində pulu İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı borc müqaviləsi üzrə yaranmış 20.000 manat məbləğində borcu Cavabdeh tələb edir. İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 150 manat məbləğində dövlət rüsumu ödənilmiş, lakin 30 manat məbləği cavabdehdən tələb edir. Göründüyü kimi, İddiaçı ilə cavabdeh İddiaçı arasında onların qarşılıqlı iradə ifadəsi əsasında yazılı borc müqavilələri bağlanmışdır. Həmin borc müqaviləsinə əsasən İddiaçı cavabdehə müqavilə üzrə 20.000 manat məbləğində pul vermiş və bununla da həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Cavabdeh həmin məbləğdə pulu iddiaçıdan almışdır. Lakin cavabdeh iddiaçıdan aldığı məbləği müqavilə ilə müəyyən edilmiş müddətdə, həm də bundan sonra qaytarmamış, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, yaranmış borc məbləğini və 30 manat dövlət rüsumunu iddiaçıya ödəməlidir. Məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 20.000 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20.000 (iyirmi min) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin119-cu, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20.000 (iyirmi min) manat pul vəsaiti və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar