Məhkəmə qərarları › İş №e-2(005)-2939/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2939/2024

02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2939/2024 02.08.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Novruzova Aytən Nazim qızı, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnın xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 1278.55 (min iki yüz yetmiş səkkiz manat əlli beş qəpik) manat təşkil edir. Bundan 1249.39 (min iki yüz qırx doqquz manat otuz doqquz qəpik) manat əsas, 29.16 (iyirmi doqquz manat on altı qəpik) manat faiz və iş üzrə ödənilmiş 32.79 (otuz iki manat yetmiş doqquz qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat filialı ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2019-cu il tarixli MBNP ***-*******FİMSA260819- 01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 1307.16 (min üç yüz yeddi manat on altı qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Cavabdehnın xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 1278.55 (min iki yüz yetmiş səkkiz manat əlli beş qəpik) manat təşkil edir. Bundan 1249.39 (min iki yüz qırx doqquz manat otuz doqquz qəpik) manat əsas, 29.16 (iyirmi doqquz manat on altı qəpik) manat faiz borcu təşkil edir. Beləliklə, cavabdehə dəfələrlə xəbərdarlıq edilsədə sonuncu dəfə xx.xx.2019-cu il tarixində 30 (otuz) manat məbləğində ödəniş etmişdir. Kredit müqaviləsinin 2.4-cü və 3.1.4-cü bəndlərinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və xx.xx.2022-ci il tarixli **********668 saylı bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat filialı ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2019- cu il tarixli ***- *******FİMSA260819-01 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 1307.16 (min üç yüz yeddi manat on altı qəpik) manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı ASC Cavabdeh 26 avqust 2019-cu il tarixli ***-*******FİMSA260819-01 nömrəli kredit müqaviləsinə əsasən öhdəliklərini 3 təqvim günü ərzində icra etməyi, digər təqdirdə öhdəliyin lazımi qaydada icra olunmaması ilə bağlı məsələnin məhkəmə qaydasında həll olunacağı ilə bağlı xəbərdar etmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 1278.55 (min iki yüz yetmiş səkkiz manat əlli beş qəpik) manat olmaqla, bundan 1249.39 (min iki yüz qırx doqquz manat otuz doqquz qəpik) manat əsas, 29.16 (iyirmi doqquz manat on altı qəpik) manat faiz borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli № ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən 32.79 (otuz iki manat yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı müqavilələrin predmeti olan və yuxarıda göstərilən məbləğdə kredit vermişdir. Cavabdeh həmin məbləği almış, lakin müqavilə üzrə müəyyən edilmiş müddətlərdə və məbləğlərdə ödənişlər etməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməli Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 26 avqust 2019- cu il tarixli ***-*******FİMSA260819-01 nömrəli kredit müqaviləsinə əsasən cəmi borcu 1278.55 (min iki yüz yetmiş səkkiz manat əlli beş qəpik) manat olmaqla, bundan 1249.39 (min iki yüz qırx doqquz manat otuz doqquz qəpik) manat əsas, 29.16 (iyirmi doqquz manat on altı qəpik) manat faiz və ödənilmiş 32.79 (otuz iki manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 26 avqust 2019cu il tarixli ***-*******FİMSA260819-01 nömrəli kredit müqaviləsinə əsasən cəmi borcu 1278.55 (min iki yüz yetmiş səkkiz manat əlli beş qəpik) manat olmaqla, bundan 1249.39 (min iki yüz qırx doqquz manat otuz doqquz qəpik) manat əsas, 29.16 (iyirmi doqquz manat on altı qəpik) manat faiz və ödənilmiş 32.79 (otuz iki manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 26 avqust 2019-cu il tarixli ***-*******FİMSA260819-01 nömrəli kredit müqaviləsinə əsasən cəmi borcu 1278.55 (min iki yüz yetmiş səkkiz manat əlli beş qəpik) manat olmaqla, 1249.39 (min iki yüz qırx doqquz manat otuz doqquz qəpik) manat əsas, 29.16 (iyirmi doqquz manat on altı qəpik) manat faiz və ödənilmiş 32.79 (otuz iki manat yetmiş doqquz qəpik) manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aytən Novruzova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar