Məhkəmə qərarları › İş №e-2(005)-2970/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2970/2025

02.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2970/2025 02.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdeh qarşı pul tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000(iyirmi min) əsas borc və 151(bir yüz əlli bir) manat dövlət rüsumunun, cəmi 20151,00 (iyirmi min bir yüz əlli bir) manat məbləğində pulun alınıb iddaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Oğuz rayon Dəymədərə kəndində yaşayır. Cavabdeh iddiaçının uzaq qohumudur. O əvvəllər Oğuz şəhərində yaşamış, sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçı onun sahibi olduğu mağazada satıcı işləmişdir. Cavabdeh satıcısı olduğu müddətdə ondan öz adına 25000(iyirmi beş min) manat kredit götürüb ona verməyini xahiş etmiş, kredit borcunu banka müvafiq cədvəl üzrə özü həyata keçirəcəyini bildirmişdir. İddiaçı 29 yanvar 2009-cu il tarixdə “Aqrarkredit” SKT-nin Şəki 18 ay müddətinə illik 27 % olmaqla 25000(iyirmi beş min) manat məbləğində kredit götürüb Cavabdeh vermişdir. Cavabdeh həmin məbləği iddiaçıdan aldıqdan sonra 3 ay ərzində hər ay 562,50 manat faiz borcu qismində, 4 ay müddətində isə hər ay 1982,21 manat olmaqla ödəmələr həyata keçirmiş, sonrakı 14 ay üçün isə hər hansı bir ödəmə həyata keçirməmişdir. Nəticədə iddiaçı kreditin qalan hissəsini ödəməli olaraq bu məsələ ilə bağlı maddi ziyan çəkmişdir. Cavabdeh bir il bundan əvvəl həmin kredit borcu ilə bağlı ona 20000(iyirmi min) manat ödəyəcəyinə söz vermiş və o da həmin məbləğlə onunla razılaşmışdır. Söz verməsinə baxmayaraq Cavabdeh razılaşdığı 20000(iyirmi min) manatı da iddiaçıya ödəmir.İddiaçı dəfələrlə Cavabdeh müraciət edərək öhdəsinə götürdüyü 20000 (iyirmi min) manat məbləği ona geri ödəməsini tələb etmişdir. Cavabdeh borclu olduğunu etiraf etsə də müxtəlif bəhanələr edərək həmin məbləği ödəməkdən imtina edir.İddiaçı təərfindən 151,00 manat dövlət rüsumu ödənilmişdir. İddiaçı Cavabdeh ödəməli olduğu 20000(iyirmi min) manat məbləği könüllü olaraq ödəməkdən imtina etdiyinə görə məcburiyyət qarşısında qalaraq bu işlə əlaqədar məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında verilən izahatlar Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, uzun müddət Oğuz rayonunda ticarətlə məşğul olmuşdur. 6 ilə yaxın həbsdə olub. Həbsdə olmamışdan öncə İddiaçı işçisi olub, pulu alıb özünə verib. Həbsdən çıxdıqdan sonra başqa borc öhdəlikləri olub, onları ödəmişdir. İddiaçıya hazırda 20.000 manat borcu var. İddiaçı həmin pulu borc olaraq verib. İddiaçıya olan 25000 manat borcun 5000 manatı ödədiyini, 20000 manat qalan borcu isə yaş həddinə görə təyin edilmiş müavinətdən ödəyəcəyini bildirdi. İddia tələbini qəbul edir. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq verilməsinə baxmayaraq baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin İddiaçı nümayəndəsi və vəkili Nümayəndə “Elektron Məhkəmə“İnformasiya Sistemi vasitəsilə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, təqdim olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Mülki işin materialları - 29 yanvar 2009-cu il tarixli kredit müqaviləsinə Əlavə olan ödəniş cədvəlindən görünür ki, “Aqrarkredit” SKT-nin Şəki filialı ilə İddiaçı arasında bağlanlmış kredit müqaviləsinə əsasən,05 avqust 2010-cu il tarixə ödənilməli əsas borcun məbləği 25000 manat,fiaz borcunun məbləği 6 420,70 manat olmaqla cəmi 31 420,70 manat borcu yaranmışdır. - Ödəniş qəbzinin surətindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 151 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; Maddə 448.1. Əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 462.1. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2.Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Məhkəmə ilk növbədə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, Cavabdeh təqsirliliyi işdə olan sübutlar və cavabdehin izahatından və iddiaçıya borcunun olması barədə etirafı ilə təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İşin hallarından görünür ki,İddiaçı 29 yanvar 2009-cu il tarixdə “Aqrarkredit” SKTnin Şəki filialı ilə 18 ay müddətinə illik 27 % olmaqla 25000(iyirmi beş min) manat məbləğində kredit verilməsi şərti ilə kredit müqaviləsi bağlamış vəhəmin məbləği Cavabdeh vermişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə ödənişlər edilmiş, lakin sonradan müqavilə üzrə öhdəliyə əməl edilməmişdir. Kredit müqaviləsi üzrə yaranan 20000(iyirmi min) manat borc iddiaçı tərəfindən “Aqrarkredit” SKT-nin Şəki filialına ödənilmişdir. Nəticədə, İddiaçı 20000(iyrmi min) manat məbləğində maddi ziyan dəymişdir. Hazırki halda iddiaçının tələb etdiyi 20000 manat əhəmiyyətsiz əqd (borc müqaviləsi) üzrə verilmiş olsa belə, həmin pul məbləği əvəzedilən əşya olmaqla, cavabdehin əmlakına qarışdığından və onun həmin əşya olan pul üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2 və 52.5-ci maddələrinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə uyğun olaraq, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmin Məcəllənin 191.3 və 220.4-cü maddələrinə görə isə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Hazırki iş üzrə cavabdeh məhkəmə iclarında iştirak etmiş və məhkəmə iclasının fasiləsiz audio yazısı aparılarkən 20000 manat borcunun olduğunu etiraf etmişdir. Məhkəmə tərəfindən həmin etirafın qəbul edilməsindən imtina olunması üçün hər hansı bir əsas, o cümlədən işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə yaradan hər hansı bir hal aşkar edilməmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 20000 manat pul və ödənilmiş dövlət rüsumuna görə 151 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 20000(iyirmi min) manat məbləğində pul vəsaiti və 151 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar