Məhkəmə qərarları › İş №e-2(005)-2971/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(005)-2971/2025

09.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2971/2025 09.09.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı Dehghaneian Mansoorun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Dehghaneian Mansoorun Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbinin dəlilləri İddiaçı Dehghaneian Mansoorun Cavabdeh qarşı borc müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh-Cavabdeh 15.600 (on beş min altı yüz) manat pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 137 manat olmaqla, cəmi 15.737 (on beş min yeddi yüz otuz yeddi) manat pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehlə arasında borc münasibətləri yaranmış və cavabdeh öz öhdəliklərini icra etməmişdir. Belə ki, xx.xx.2023cü il tarixdə 5 saylı Bakı Asan Xidmət mərkəzi notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 6000 manat borc vermişdir.Müqavilənin şərtlərinə görə borcalan borc məbləğini aprel ayından başlayaraq hər ay 1000 (min) manat olmaqla xx.xx.2023-cü il tarixinədək qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı Asan Xidmət mərkəzi notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 5000 manat borc vermişdir. Müqavilənin şərtlərinə görə borcalan krediti xx.xx.2023-cü il tarixindən hər ay 500 manat olmaqla xx.xx.2024-cü il tarixədək geri qaytaracağına dair öhdəlik götürmüşdür. Bundan başqa xx.xx.2023-cü il tarixdə aralarında imzalanmış sənəddə, qeyd edilmişdir ki, “X1 X2 ilə aralarında yaranmış ümumi borc 16.800 AZN-dir. Bu məbləğin 11000 AZN-i Asan Xidmətdə Notarius tərəfindən ödəniləcək. Qalıq 5800 AZN hissə-hissə nağd şəkildə ödəniləcək”. Buna baxmayaraq cavabdeh nə kredit müqaviləsi üzrə verilmiş borc məbləğindən, nə də hissə-hissə nağd şəkildə ödəməyi öhdəsinə götürdüyü 5800 manat məbləği ödəməmişdir. Yekun 16800 manat məbləğdən iddiaçıya cəmi 1200 manat ödəniş etmişdir. Cavabdehun hazırda iddiaçıya 15.600 (on beş min altı yüz) manat borcu qalmışdır. Bakı şəhəri 5 saylı Asan Xidmət mərkəzindən notariat ofisinin xüsusi notariusu Gülməmmədova Nərmin kamal qızı tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, 8İ-47352 reyestr nömrəli icra qeydinə əsasən, Cavabdeh 5025 manat pul tutulmalıdır. Lakin həmin icra qeydi də icra edilməmişdir. Göründüyü kimi cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və iddiaçıya zərər vurmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Dehghaneian Mansoorun nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlmədiyindən və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat vermədiyindən, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair yazılı razılığı olduğundan məhkəmə müvafiq qərardad qəbul etməklə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini və işdə olan sübutları işin faktiki hallarının tam və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia aşağıda qeyd olunanlara əsasən təmin edilməlidir. Mülki işin materialları: - xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki,”borc verən”- Dehghaneian Mansoor,”borc alan”a- Cavabdeh notariusun bankda açılan depozit hesabı vasitəsi ilə 6000 manat 00(altı min manat 00 qəpik) məbləğində pul borc verir. ”Borc alan”- Cavabdeh krediti xx.xx.2023-cü il tarixinədək ”Borc verən”ə- Dehghaneian Mansoora notariusun bankda açılan depozit hesabı vasitəsi ilə aprel ayından başlayaraq hər ay 1.000.00 (bir min manat 00 qəpik) qaytarmağı öhdəsinə götürür.Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. - xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən,”borc verən”- Dehghaneian Mansoor, ”borc alan”a- Cavabdeh 5000 manat 00 qəpik(beş min manat 00 qəpik) məbləğində pul borc verir. Borc verən borcu borc alana notariusun bankda açılan depozit hesabı vasitəsi ilə verir,borc alan isə aldığı borcu borc verərənə notariusun bankda açılan depzoit hesabı vasitəsi ilə qaytaracaqdır.”borc alan”a- Cavabdeh xx.xx.2024-cü il tarinədək ”borc verən”- Dehghaneian Mansoora qaytarmağı öhdəsinə götürür.Borc alan xx.xx.2023-cü il tarixindən hər ay 500 manat 00 qəpik (beş yüz manat sıfır qəpik) olmaqla borc alana qaytaracaqdır. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. - xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən, 5 saylı Bakı “Asan xidmət” mərkəzində Notariat ofisində Dehghaneian Mansoorun xeyrinə Cavabdeh vaxtında ödənilməmiş 5000 manat pul vəsaitinin və 25 manat dövlət rüsumu olmaqla, 5025 manat pul vəsaitinin tutulması barədə icra qeydi aparılmışdır. - xx.xx.2023-cü il tarixli, Cavabdeh və Dehghaneian Mənsur tərəfondən imzalanmış iltizama əsasən, ərizəyə əsasən, Dehghaneian Mansoorun ümumi borcun 16800 manat olması,həmin məbləğin 11000 manatı Asan xidmətdə Notarius tərəfindən ödəniləcəyi, qalıq 5800 manat borcun isə hissə-hissə nağd şəkildə ödəniləcəyi qeyd edilmişdir. - Ödəniş qəbzindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 137 manat dövlət rüsumu ödəmişdir. Mülki iş tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 491.3-cü maddəsinə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 882.1-ci maddəsinə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 191.3. cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 238.1. İclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. 238.3. İşdə cavabdehin lazımi qaydada xəbərdar edilməsi barədə məlumatlar olmalıdır. 238.4. İşə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. 238.5. İşə qiyabi icraat qaydasında baxılması barədə məhkəmə qərardad çıxarır. 241.1. Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır.

242. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir.

244. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır.

248. Qiyabi qətnamənin ləğvi haqqında ərizəyə hakim, həmin ərizə məhkəməyə daxil olduğu vaxtdan 10 gün müddətində məhkəmə iclasında baxır. Məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş şəxslərin məhkəmə iclasına gəlməməsi ərizəyə baxılmasına mane olmur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 100- cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

İşə baxan məhkəmənin mövqeyi:

Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə 5 saylı Bakı Asan Xidmət mərkəzi notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı Dehghaneian Mansoor Cavabdeh 6000 manat, xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı Asan Xidmət mərkəzi notariat ofisində bağlanmış kredit müqaviləsinə əsasən iddiaçı cavabdehə 5000 manat faizsiz kredit verilmişdir. Sözügedən müqavilələrdən sonra, xx.xx.2023-cü il tarixli razılaşmada cavabdehin iddiaçı Dehghaneian Mansoor ilə aralarında yaranmış ümumi borcun 16800 manat olması, həmin məbləğin 11000 manatı Asan xidmətdə Notarius təərfindən ödəniləcəyi, qalıq 5800 manat borc isə hissə-hissə nağd şəkildə ödəniləcəyi qeyd etmişdir. 5000 manat məbləğində borc məbləği ilə bağlı xx.xx.2023-cü il tarixdə icra qeydi aparılmışdır. Hazırda iddiaçı iddia ərizəsi ilə müraciət edərək, 15.600 (on beş min altı yüz) manat məbləğində pul vəsaitlərinin və ödənilmiş dövlət rüsumunun ona qaytarılmasını xahiş edir. xx.xx.2023-cü il tarixdə hissədə mülki iş üzrə icraata Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(005)-2971/2025 saylı qərardadı ilə xitam verilmişdir. Bu səbəbdən məhkəmə iddia tələbinə həmin hissədə münasibət bildirmir. Beləliklə, mülki qanunvericiliklə tənzimlənən müqavilələrin növü olan borc və borcun etirafı müqaviləsinin bağlanması, icra olunması, habelə bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ümumi qaydada müqavilə azadlığı prinsipinə əsaslanır. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş və müqavilənin onun tərəfindən imzalanmadığına dair hər hansı bir sübut təqdim edilməmişdir. Borcun etirafına dair müqavilə dair hüquqi proseslər barəsində iddiaçının müqavilə tərəfi kimi azadlığı olmuş, “müqavilə azadlığı” prinsipi çərçivəsində o, tam sərbəst iradəsi ilə hərəkət edərək öz razılığı çərçivəsində müəyyənləşdirilmişdir. Borcunu etiraf etməsi barədə yazılı müqavilənin mahiyyətcə qeyri obyektiv olması və həqiqəti əks etdirmədiyi təsdiq edilmir. Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının qarşısında 10600 (on min altı yüz ) manat məbləğində pul öhdəliyinin olduğu təsdiqini tapır. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 16800 manat pulun verilməsi, bundan 5000 manat məbləğlə bağlı icra qeydinin verilməsi, 1200 manat pulun ödənilməsi öz təsdiqini tapır. pul verməsi təqdim edilmiş həmin sübutlarla təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı, yəni cavabdehin hazırda iddiaçiya 10600 (on min altı yüz ) manat manat məbləğində pul əsas borcu olduğunu sübut etmişdir. Göründüyü kimi, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımi qaydada icra etməmişdir. Hazırki iş üzrə cavabdeh - Cavabdeh (borc alan) əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ona qarşı tələb irəli sürmək hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki prosessual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddiaçı cavabdehə pulun borc verilməsini sübut etməlidir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh bağlanmış borc müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Məhkəmə həmçinin nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, cavabdehin hüquqlarının müdafiəsi üçün müvafiq tədbirlər görməməsi, onun hüquqlarını həyata keçirməkdə passiv və laqeyd mövqe sərgilədiyini açıq şəkildə nümayiş etdirir. Belə bir vəziyyətdə, subyektin hüququnun müdafiəsi məsələsinə baxılarkən onun yalnız formal hüquq sahibi olması deyil, bu hüququ həyata keçirməkdəki aktivlik səviyyəsi və davranış səmimiyyəti də nəzərə alınmalıdır. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 10600 manat borc məbləği, mülki iş üzrə ödənilmiş 137 manat dövlət rüsumu tutularaq iddiaçı Dehghaneian Mansoora ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 10600 (on min altı yüz) manat borc məbləği, mülki iş üzrə ödənilmiş 137 manat dövlət rüsumu tutularaq iddiaçı Dehghaneian Mansoora ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar