Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2972/2022 28.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Novruzova Aytən Nazim qızının sədrliyi, Nəsibova Təhminə Nizami qızının katibliyi, Cavabdehlər X2 və X5 iştirakları ilə, İddiaçı BOKT "xxxx" ASC-nin cavabdehlər X3, X6 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə pul” tələbinə dair iddiası üzrə mülki işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT "xxxx" ASC cavabdehlər X3, X6 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış «18» Mart 2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsinə əsasən əsas borc üzrə 3000.00 (üç min) manat, faiz borcu üzrə 189.31 (bir yüz səksən doqquz manat 31 qəpik) manat, cərimə üzrə 240 (iki yüz qırx) manat olmaqla ümummilikdə 3429.31 (üç min dörd yüz iyirmi doqquz manat 31 qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 55 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC-nin Bakı filialı ilə Cavabdeh3 arasında bağlanmış «18» Mart 2022-ci il il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə «20» Mart 2023-cü il il tarixə qədər aylıq qalıq borcun 29 % dərəcəsini tətbiq etməklə 3000 manat (üç min manat) məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.2 və 4.1-ci bəndləri). Kredit müqaviləsinin 2.1-ci bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh3 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh3 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh3 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" ASC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 və Cavabdeh1 arasında «18» Mart 2022-ci il il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 və Cavabdeh1 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh3 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqavilənin 1.1-ci maddəsində qeyd olunur ki, borclu öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 «20» İyun 2022-ci il il tarixli arayışa əsasən BOKT "xxxx" ASC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 3000.00 (üç min) manat, faiz üzrə 189.31 (yüz səksən doqquz manat 31 qəpik) manat, cərimə üzrə 240.00 (iki yüz qırx) manat olmaqla ümumilikdə 3429.3 1 (üç min dörd yüz iyirmi doqquz manat 31 qəpik) manat təşkil edir. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddiaçıya olan kredit və kreditdən istifadəyə görə faiz borcları cavabdehdən iddiaçının xeyrinə tutulmalı, həmin şəxsə məxsus əmlakların üzərinə həbs qoyularaq götürülməli, həmin əmlaklara tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı, onun satışından əldə edilmiş pul vəsaiti hesabına cavabdeh iddiaçı olan borcları ödənilməlidir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin həcmini artıraraq, Borclu Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ei il tarixli, LD22076Ö0001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 əsas məbləğ üzrə 3000 AZN, faiz üzrə 275.09 AZN, cərimə üzrə 590 AZN, cəmi 3865.09 AZN və dövlət rüsünıu kimi ödənilmiş 55 AZN pul vəsaitin BOKT "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin həcmini artıraraq, Borclu Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 əsas məbləğ üzrə 3000 AZN, faiz üzrə 320.81 AZN, cərimə üzrə 935 AZN, cəmi 4255.81 AZN və dövlət rüsümu kimi ödənilmiş 55 AZN pul vəsaitin BOKT "xxxx" ASC-nin xeyrinə tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı BOKT "xxxx" ASC elektron qaydada ərizə təqdim edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X8 verdiyi izahatında bildirmişdir ki, maddi vəziyyətlə əlaqədar oğlu (Cavabdeh3) borc məbləğini ödəyə bilməmişdir. Məhkəmə iclasında cavabdeh X7 iddianı qəbul etməyərək bildirmişdir ki, Cavabdeh3 2014-cü ildən tanıyır. Dəfələrlə ona borcunu ödəməli olduğunu demişdir. İddianın ona aid hissədə rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə digər cavabdehə məlumat verilməsinə baxmayaraq, cavabdeh hər hansı üzrlü səbəb təqdim etmədən məhkəmə iclaslarında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: BOKT "xxxx" ASC ilə borcalan Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LD ********** saylı kredit müqaviləsindən görünür ki, BOKT "xxxx" ASC Cavabdeh3 12 ay müddətinə «20» Mart 2023-cü il il tarixə qədər illik 29% ödəmək şərti ilə 3000 (üç min) manat məbləğində kredit verməyi, Cavabdeh3 isə kredit müqaviləsinə əsasən krediti qəbul etməyi və müqavilədə göstərilən müddətlərdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri ödəməyi barədə öhdəlik götürmüşdür; BOKT "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LD ********** nömrəli kredit müqaviləsinin şərtlərinə uyğun tərtib edilmiş ödəniş cədvəlinin surətinə əsasən Cavabdeh3 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 250 manat ödəməli idi; BOKT "xxxx" ASC ilə X7 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LD ********** saylı zaminlik müqaviləsinə əsasən zamin X7 BOKT "xxxx" ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsindən Cavabdeh3 irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün BOKT "xxxx" ASC qarşısında tam məsuliyyəti və Cavabdeh3 ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür; BOKT "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LD ********** saylı zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 BOKT "xxxx" ASC ilə Cavabdeh3 arasında xx.xx.2022-ci il tarixdə bağlanmış kredit müqaviləsindən Cavabdeh3 irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün BOKT "xxxx" ASC qarşısında tam məsuliyyəti və Cavabdeh3 ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür; BOKT "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2022-ci il tarixli, LD ********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə BOKT "xxxx" ASC-yə 3000 məbləğində əsas, 189.31 manat məbləğində faiz, 240 manat cərimə, cəmi 3429.31 manat məbləğində borcu var; BOKT "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2022-ci il tarixli, LD ********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə BOKT "xxxx" ASC-yə 3000 məbləğində əsas, 275.09 manat məbləğində faiz, 590 manat cərimə, cəmi 3865.09 manat məbləğində borcu var; BOKT "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 xx.xx.2022-ci il tarixli, LD ********** saylı kredit müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə BOKT "xxxx" ASC-yə 3000 məbləğində əsas, 320.81 manat məbləğində faiz, 935 manat cərimə, cəmi 4255.81 manat məbləğində borcu var; BOKT "xxxx" ASC tərəfindən cavabdehlər X3, X6 və Cavabdeh3 ünvanlanmış xəbərdarlıq məktublarına əsasən cavabdehlərdən qeyd olunan borcun ödənilməsi və ya müqavilənin ləğvi tələb edilmiş, əks halda borcun tutulması tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlər xəbərdar edilmişdilər; xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, BOKT "xxxx" ASC tərəfindən qaldırılmış iddia üçün 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, BOKT "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LD ********** nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh3 12 ay müddətinə 3000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdeh3 həmin məbləğdə krediti Bankdan qəbul etmiş və kredit, habelə ona hesablanmış faizləri, gecikdirməyə yol verdiyi təqdirdə isə hesablanmış cərimə məbləğini ödəməyi barədə öhdəlik götürmüşdür. Həmçinin xx.xx.2022-ci il tarixində bağlanmış müqavilə çərçivəsində zaminlər X7 və Cavabdeh1 borcalan Cavabdeh3 borc öhdəliyi ilə bağlı öz vəzifələrini yerinə yetirməməsinə görə və ya lazımi qaydada yerinə yetirməməsinə görə Banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla onunla eyni həcmdə Bank qarşısında birgə cavabdehlik daşımağı barədə öhdəlik götürmüşdürlər. Lakin Cavabdeh3 Cavabdeh3 kredit yenidən razılaşması üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. İddiaçı BOKT "xxxx" ASC Cavabdeh3 xx.xx.2022-ci il tarixli, LD ********** saylı kredit razılaşması üzrə xx.xx.2022-ci il tarixə Banka 3000 məbləğində əsas, 320.81 manat məbləğində faiz, 935 manat cərimə, cəmi 4255.81 manat məbləğində borcunun yarandığını iddia edir və həmin məbləğləri cavabdehlərdən tələb edir. Kredit müqavilənin icra müddəti bitməmiş, iddiaçı müqavilənin ləğv olunmasını xahiş edir. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 55 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə qeyd edir ki, Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh3 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən Cavabdeh3 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Məhkəmə kredit razılaşması üzrə cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan kredit borcunun, yəni əsas və faiz borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi həmin hissədə tam təmin edilməli, cavabdehlərdən kredit müqaviləsinə əsasən, 3000 məbləğində əsas, 320.81 manat məbləğində faiz borcu tutulmalıdır. Eyni zamanda, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı BOKT "xxxx" ASC ilə zaminlər X7 və Cavabdeh1 arasında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalan Cavabdeh3 kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi təqdirdə onunla birlikdə iddiaçı qarşısında birgə məsuliyyət daşımağı barədə öhdəlik götürmüşdülər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Eyni zamanda məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış müqavilə üzrə cavabdeh ödənişləri gecikdirdiyi təqdirdə hesablanacaq cərimə məbləğinin ödənilməsi barədə yazılı formada vəd verməklə öhdəlik götürmüşdür. Hazırda iddiaçı öhdəliyin icrasını, o cümlədən hesablanmış cəmi 935 manat məbləğində dəbbə pulu ödəniməsini tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun (dəbbə pulunun) tutulması hissəsində qismən təmin edilməli, müqavilə üzrə hesablanmış cərimə əsas borc məbləğinə mütənasib olmadığından dəbbə pulu 140 manat məbləğində müəyyən edilməli və həmin məbləğ cərimə borcu qismində cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 226.2-ci maddəsinə əsasən məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LD ********** №-li kredit müqaviləsi ləğv edilməli, cavabdehlər X1, X4 və Cavabdeh3 iddiaçı BOKT "xxxx" ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən, 3000 məbləğində əsas, 320.81 manat məbləğində faiz borcu, 140 manat məbləğində dəbbə pulu, cəmi 3460.81 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 55 manat məbləğində pul tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu, 216- 220-ci, 226-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. BOKT "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, LD ********** nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər X1, X4 və Cavabdeh3 xx.xx.2022-ci il tarixli, LD ********** saylı kredit müqaviləsinə əsasən müştərək qaydada iddiaçı BOKT "xxxx" ASC-nin xeyrinə 3000 (üç min) məbləğində əsas, 320.81 (üç yüz iyirmi manat səksən bir qəpik) manat məbləğində faiz borcu, 140 (bir yüz qırx) manat məbləğində dəbbə pulu, cəmi 3460.81 (üç min dörd yüz altmış manat səksən bir qəpik) manat borcun və ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aytən Novruzova
Məhkəmə qərarları › İş №e-2(005)-2972/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2972/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver