Məhkəmə qərarları › İş №e-2(005)-2978/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2978/2022

19.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2978/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əhmədzadə Əhməd Elman oğlunun katibliyi İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanədək saxlanmasına dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3478/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan aliment məbləğinin artırılaraq xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin tutulub iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-3478/2021 saylı, xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməsi, Cavabdeh ilə X4 arasında 06 dekabr 2018-ci il tarixdə Babək rayonu İH Qanah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 16 nömrəli akt qeyd ilə bağlanmış nigah pozulması, qarşılıqlı iddia qismən təmin edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X5 iddiaçı X2 yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı Cavabdeh hər ay 175 (yüz yetmiş beş ) manat sabit məbləğdə aliment tutulub iddiaçı X3 verilməsi, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 üç yaşınadək, yəni 26 oktyabr 2022-ci il tarixinədək hər ay 50(əlli) manat tutulub X3 verilməsi, alimentin və əlavə xərcin tutulma vaxtı 26 iyul 2021-ci il tarixdən hesablanması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir. Cavabdeh valideynlik hüquqlarını yerinə yetirməkdən, uşağın əvvəlki şəraitinin saxlanılmasını təmin etmək, çəkilmiş xərclərində iştirak etmək kimi həm insani, həm də qanuni vəzifələrini yerinə yetirməyi könüllü olaraq yerinə yetirmir. Belə ki, cavabdeh xx.xx.2021 -ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimentdən əlavə bir manat belə olsun könüllü olaraq heç bir inkişafında dəstək olmur. Cavabdeh uşağın atası kimi nə onların qayğısını çəkir, nə onların saxlanmasında iştirak edir, nə də heç bir valideynlik borcunu yerinə yetirmir. İddiaçı uşağını çox sevir, onun normal yaşam tərzini təmin etmək üçün əlindən gələni edir, onun inkişafı üçün ən yaxşı şəraiti yaratmağa çalışır. Bunun üçün onu məşğələlərə, hazırlıqlara aparır. Bununla bağlı iddiaçıya 175 manat bəs etmir. Cavabdehə dəfələrlə müraciət etsə də alimentin artırılması tələbini qəbul etməyərək, əksinə alimenti verməyəcəyi və azaldacağı ilə iddiaçını hədələyir. Həmçinin onu da qeyd edir ki, istirahət, yarışlarla yanaşı bəzən uşağın və özümün müalicə və özümün işlə əlaqəli qısa müddətli ölkə xaricinə çıxma zərurəti yaranır ki, bu zamanda cavabdehin razılıq verməməklə alimentdən imtina etməyimi tələb edir. Cavabdehin uşağa qarşı heç bir valideylik etmədiyi halda, onun uşaqlara qarşı tək daşıdığı vəzifə qanunla müəyyən olunmuş alimenti ödəmək olduğu halda onu belə məcburi şəkildə etməli olması, ödəməmək üçün iddiaçını bu razılıqla alimentdən imtina etməyə məcbur etməsi və bu razılığı verməməsi iddiaçının və uşaqların istirahət, müalicə və s. hüquqlarını məhdudlaşdırır. Cavabdehin uşağın hüquq və mənafelərini müdafiə etmək, onun yaxşı inkişaf etməsinə, fiziki və psixi sağlamlığına çalışmaq əvəzinə onun saxlanması üçün tələb olunan pulu belə könüllü ödəməməsi uşağın qanuni hüquqlarını məhdudlaşdırır. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahdan bir övladı doğulmuşdur, tərəflərin ailə münasibətləri baş tutmadığından nikahları pozulmuş, onlar faktiki olaraq ayrı yaşayırlar, uşaq anasının yanında qalır və onun saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılmasını xahiş edir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 3478/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ilk iddia təmin edilməsi, Cavabdeh ilə X4 arasında 06 dekabr 2018-ci il tarixdə Babək rayonu İH Qanah kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 16 nömrəli akt qeyd ilə bağlanmış nigah pozulması, qarşılıqlı iddia qismən təmin edilməsi, xx.xx.2019-cu il təvəllüdlü X5 iddiaçı X2 yanında saxlanılması, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı Cavabdeh hər ay 175 (yüz yetmiş beş ) manat sabit məbləğdə aliment tutulub iddiaçı X3 verilməsi, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 üç yaşınadək, yəni 26 oktyabr 2022-ci il tarixinədək hər ay 50(əlli) manat tutulub X3 verilməsi, alimentin və əlavə xərcin tutulma vaxtı 26 iyul 2021-ci il tarixdən hesablanması, qarşılıqlı iddianın qalan hissədə təmin edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən edir. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırda tələb olunan aliment miqdarının uşaq üçün yaşayış minimumundan az miqdarda olması üçün əsaslar müəyyən edilmir. Məhkəmə yuxarıda göstərilən əsaslara görə hesab edir ki, əsas diqqət yetkinlik yaşına çatmamış uşağın mənafeyinə, onun maddi cəhətdən təmin olunmasına yönəlməli, Azərbaycan Respublikasında bir uşaq üçün yaşayış minimumunun 193 manat olmasını nəzərə alaraq, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment X6 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il, 8-2 №-li Plenum Qərarının 8.14-cü bəndinə əsasən, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Belə olan halda məhkəmə hesab edir ki, alimentin tutulması barədə qətnamə mövcud olduğundan və hazırda tələb qeyd edilən alimentin məbləğinin dəyişdirilməsi olduğundan, alimentin tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehdən 50 manat dövlət rüsumu tutulmalı dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119-cu, 124-cü və 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3478/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilsin. Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment İddiaçı ödənilsin. Cavabdeh 50 (əlli) manat dövlət rüsumu tutulsun və dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar