Məhkəmə qərarları › İş №e-2(005)-2991/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2991/2022

19.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2991/2022 19.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi Əhmədzadə Əhməd Elman oğlunun katibliyi İddiaçı "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı "əmlakın saxlanılması ilə əlaqədar yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti Cavabdeh qarşı "əmlakın saxlanılması ilə əlaqədar yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il - xx.xx.2021-ci il tarixləri dövründə kooperativ 2b binanın əmlakın saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2b №38 saylı 2 (iki) otaqlı mənzil üzrə yaranmış 363,60 (üç yüz altmış üç, 60 qəpik) manat borcun, həmçinin, 30,00 manat məhkəmə rüsumu xərcinin, cəmi 393,80 (üç yüz altmış üç, 60 qəpik) manat məbləğində pulun Cavabdeh alınaraq "xxxx" MMMC-yə ödənilməsi; Bina 2b №38 saylı 2 (iki) otaqlı mənzilin mülkiyyətçisi olduğu dövrdə Cavabdeh hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq "xxxx" MMMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, bildirir ki, vətəndaş Cavabdeh tərəfindən verilmiş məlumata əsasən, Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə yerləşən "xxxx" MMMC-nin (keçmiş "xxxx") balansında olan kooperativ 2b binanın №38 saylı 2 otaqlı mənzili, mülkiyyət hüququnda ona, Cavabdeh mənsubdur. Hazırda vətəndaş Cavabdeh Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi, ev (bina) 2b №38 saylı mənzildə qeydiyyatdadır. Aşağıdakı əsaslarla hesab edir ki, xx.xx.2019-cu il - xx.xx.2021-ci il tarixləri dövründə kooperativ 2b binaın əmlakın saxlanılması və idarə olunması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2b №38 saylı 2 (iki) otaqlı mənzil üzrə yaranmış 363,60 (üç yüz altmış üç, 60 qəp.) manat borc məbləğinin, həmçinin 30,00 (otuz) manat məhkəmə rüsumu ödənişi məbləğinin, cəmi 393,60 (üç yüz doxsan üç, 60 qəp.) manat məbləğində pulun vətəndaş Cavabdehdan alınaraq "xxxx" (keçmiş "xxxx") MMMC-yə ödənilməlidir. Bakı şəhəri Nərimanov rayonu, Koroğlu Rəhimov (keçmiş Əlişir Nəvai) küçəsi 865-ci məhəllədə ayrılmış 2855,2 m2 ərazidə, hər biri 9 mərtəbəli, 2 bloklu, 54 mənzildən ibarət 2a, 2b yaşayış binaları Neftmaşınqayırma Kompleksində işləyən 108 payçısının vəsaitləri hesabına tikilmiş, 25 avqust 1989- cu il tarixində istismara qəbul edilmiş, Bakı şəhəri X1 İcrayyə Komitəsi 22 sentyabr 1989-cu il tarixli № 10/358 qərarı ilə "xxxx"xxxx"xxxx" qeyri-kommersiya təşkilatı olaraq Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində (DSK) №1835180 sayla qeydiyyatda olmuş və müfaviq hesabatları təqdim etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin (MM) 109.5 maddəsinə edilmiş dəyişikliyi (18 dekabr 2018-ci il tarixli 1394-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu) nəzərə alaraq "xxxx"nın 2a, 2b binalarının mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında "xxxx"nın Mənzil Mülkiyyətçilərinin Məhdud Cəmiyyətinə (MMMC) çevrilməsi ilə bağlı qərar qəbul edilmişdir. "xxxx"xxxx"xxxx" MMMC-nin qeyri-kommersiya təşkilatı olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınması ilə bağlı Ədliyyə Nazirliyinin Qeydiyyat idarəsinə müraciət edilmişdir. Ədliyyə Nazirliyinin Qeydiyyat İdarəsində Azərrbaycan Resupublikasının, o cümlədən Bakı şəhərinin ərazasində yeni yaradılan MMMC-lər inzibati rayonlar üzrə sistemləşdirildiyindən, "xxxx" MMMC-nin abbreviaturası "xxxx" MMMC abbreviaturasına dəyişdililərək 30 sentyabr 2021-ci il tarixində qeyri-kommersiya təşkilatı olaraq qeydiyyata alınmışdır. Qeydiyyat sənədində xx.xx.2011-ci il tarixindən Bakı şəhəri, K.Rəhimov küçəsi, 865-ci məhəllə, bina 2a, 2b binaların əmlakının "xxxx" MMMC-nin balansında olması göstərilmişdir. "xxxx" MMMC (keçmiş "xxxx" MTK) Qeyri-Kommersiya təşkilatı tərəfindən Cavabdeh qarşı məhkəməyə təqdim edilmiş iddianın predmetini 2019- 2021-ci illər dövründə kooperativ 2b binasının əmlakın saxlanılması ilə bağlı yaranmış borc, iddianın tələbini isə 2b №38 saylı 2 (iki) otaqlı mənzil üzrə yaranmış 363,60 (üç yüz altmış üç, 60 qəp.) manat borc məbləğinin, həmçinin 30,00 (otuz) manat məhkəmə rüsumu ödənişi məbləğinin, cəmi 393,60 (üç yüz doxsan üç, 60 qəp.) manat pul məbləğinin vətəndaş Cavabdehdan alınaraq "xxxx" (keçmiş "xxxx") MMMC-yə ödənilməsi təşkil edir. Belə ki, Mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında 2019-cu il üzrə mənzil mülkiyyətçilərin xx.xx.2020-ci il tarixinə mövcud olmuş borcları təsdiq edilmişdir. Borclular sırasında 2019-cu il üzrə xx.xx.2020-ci il tarixinə Cavabdeh mülkiyyətində olan bina 2b №38 saylı 2 otaqlı mənzil üzrə 195,60 (bir yüz doxsan beş, 60 qəpik) manat məbləğində borc qeydə alınmışdır. “Nərimanov-29 (keçmiş Neftmaş MTK)” 2a, 2b binalarının mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında mənzil sahiblərinin aylıq tariflərlə ödənişlərin edilməməsi və yaranmış borcların qanunvericilik qaydasında alınması idarə heyyətinin sədrinə və idarə heyyətinin üzvlərinə tapşırılmışdır. Bax: “Nərimanov-29 (keçmiş Neftmaş MTK)” MMMC-nin balansına verilmiş 2a, 2b binalarının mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağının №01 Protokolu, səh.10. "xxxx" mənzil mülkiyyətçilərinin 26 yanvar 2020-ci il tarixli ümumi yığıncağında 2a və 2b binaların ümumi əmlakının saxlanılması və idarə olunması ilə bağlı məcburilik xüsusiyyəti daşıyan yeni tariflər təsdiq edilmişdir. 2019-2021-ci il tarixi dövrlərində mütəmadi olaraq Cavabdeh mülkiyyətində olan bina 2b №38 saylı 2 otaqlı mənzil üzrə borclarının olması ilə bağlı On-line SMS, həmçinin şifahi formada məlumatlandırılmışdır. Lakin, Cavabdeh yaranmış borcların ödənilməsi ilə bağlı dəfələrlə yazılı (SMS), şifahi formada müraciətlər edilsə də, o yaranmış borcun məcburi ödənilməsindən aşkar imtina etmişdir. 21 dekabr 2021-ci il taixində Cavabdeh xx.xx.2021ci il tarixinə bina 2b №38 saylı 2 otaqlı mənzil üzrə yaranmış 356,60 (üç yüz əlli atı, 60 qəpik) manat borcunun olması ilə bağlı xəbərdarlıq məktubu göndərilmiş və yaranmış borcun məhkəməyədək icra (pretenziya) qaydasında ödənilməsi təklif edilmişdir. Cavabdeh bu təklifə etinasız yanaşmış, hazırda məhkəmədə iddia qaldırılan tarixədək borcunun ödənilməsi ilə bağlı hərəkətsizlik edir, bununlada aşkar olaraq Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin imperiativ hüquq normalarının tələb və göstərişlərini yerinə yetirməkdən imtina edir. "xxxx" MMMC-nin (keçmiş Neftmaş MTK) xx.xx.2022-ci il tarixində X3-təftiş müfəttişi ilə keçirilmiş birgə iclasında xx.xx.2019xx.xx.2021-ci il tarixləri dövründə Cavabdeh mənsub olan bina 2b №38 saylı 2 otaqlı mənzil üzrə 363,60 (üç yüz altmış üç, 60 qəpik) manat borc qeydə alınmışdır. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılmasın dair ərizə təqdim edərək məhkəməyə təqdim olunan sübutlarının notariat qaydada təsdiq edilməsi ilə əlaqədar 45,00 manat notariat haqqı, cəmi 438,60 (dörd yüz otuz səkkiz, 60 qəpik) manat məbləğində pulun iddiaçı “Nərimanov -11" MMMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" MMMC-nin nümayəndəsi Nümayəndə yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdehin yazılı etirazına yazılı münasibət bildirərək, qeyd etmişdir ki, aşağıdakı əsaslarla hesab edir ki, cavabdeh tərəfindın İddiaya qarşı təqdim etdiyi Etiraz rədd edilməli, “Nərimanov-29'' MMMC Qeyri-Kommersiya təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş İddia təmin edilməlidir. Belə ki, iddiaçı Nərimanov-29 (keçmiş Neftemaş MTK)" MMMC Qeyri-Kommersiya təşkilatı tərəfindən Cavabdeh qarşı qaldırılmış İddianın obvektini Bakı şəhəri, K.Rəhimov küçəsi, 865-ci məhəllə, kooperativ 2b binada yerləşən № 38 saylı 2 (iki) otaqlı mənzil təşkil edir. Həmçinin, Cavabdeh qarşı məhkəməyə təqdim edilmiş İddianın predmetini xx.xx.2019-xx.xx.2022-ci il tarixləri dövründə kooperativ 2b binasının əmlakının saxlanılması ilə əlaqəli 2b №38 saylı 2 (iki) otaqlı mənzil üzrə yaranmış mütləq məcburi ödənişlərlə ilə bağlı borcunun olması təşkil edir. Göstərilənlərlə yanaşı İddia tələbini, ilkin iddia ərizəsində göstərilmiş 2b binam əmlakının saxlanılması ilə bağlı xx.xx.2022-ci il tarixinə 2b №38 saylı 2 (iki) otaqlı mənzil üzrə yaranmış (üç yüz altmış üç. 60 qəp.) manat borc məbləği, həmçinin 30.00 (otuz) manat məhkəmə rüsumu ödənişi məbləği ilə yanaşı, Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin 45,00 manat artırılmış məbləği, cəmi 438.60 (dörd yüz otuz səkkiz. 60 qəpik) manat pul məbləği təşkil edir. Hazırlıq iclasında cvabdeh Hüseynov X2 obyekti ilə bağlı özünü cavabdeh qismində tanınmağına etiraz etməmişdir. O. bu iş üzrə məhkəməyə cavabdeh qismində İddiaya qarsı Etiraz təqdim etmişdir. Göstərilənlərlə yanaşı, Cavabdeh hazırlıq iclasında Bakı şəhəri Nərimanov rayonu XDS-nin İcrayyə Komitəsi tərəfindən "xxxx" MTK-ya məxsus olan 2b binanın 2(iki) otaqlı №38 saylı mənzilnə verilmiş xx.xx.1990-cı il tarixli №026458 saylı order sənədini təqdim etmiş, lakin mənzilini özəlləşdirmədiyini bildirmişdir. Bax: cavabdeh tərəfindən MMMC-nin İdarə Heyyətinə təqdim edilmiş Bakı şəhəri Nərimanov rayonu XDS-nin İcrayyə Komitəsi tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli №026458 orderin kserokopiya sürəti (təqdim olunur). Adi çəkilən Orderin əsli cavabdehdədir və o, hazırlıq iclasında bu sənədi məhkəmədə göstərmişdir. Lakin, məhkəmə işinin hazırlıq iclasından sonra məhkəmə işinin materialları ilə tanış olarkən, bu order sənədinin məhkəmə işinin materiallarında olmaması müəyyən edilmişdir. Məhkəməyə bildirir ki, adı şəkilən order sənədi İddianın obyekti ilə bağlı olduğundan, bu orderin əslinin və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq olunmuş surətinin cavabdehdən alınaraq məhkəmə işinin materiallarına daxil edilməsi zərurəti yaranmışdır. Order sənədinin məhkəmə işinin materiallarına daxil edilməsi ilə bağlı 3 saylı Vəsatət təqdim olunur. Cavabdeh yaşadığı 2b binanın 2(iki) otaqlı №38 saylı mənzilnə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etdiyindən, o, mənzil mülkiyyətçisi hüququna malikdir (Azərbaycan Respublikasının Mülki Məcəlləsi, maddə 178.6). Beləliklə, bu məhkəmə işi üzrə İddianın obyekti ilə bağlı Cavabdeh özünü cavabdeh qismində tanıdığından, həmçinin o, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsaəıı kooperativ 2b binanının №38 saylı 2 (iki) otaqlı mənzilə mülkiyyətçi hüququna malik olduğundan, məhkəmə Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin (MPM) 54.2-ci maddəsinə əsasən məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxmağa haqlıdır. Bu məhkəmə işi üzrə Cavabdeh qarşı məhkəməyə təqdim edilmiş İddianın predmetini xx.xx.2019-xx.xx.2022-ci il tarixləri dövründə kooperativ 2b binasının əmlakın saxlanılması ilə bağlı 2b №38 saylı 2 (iki) otaqlı mənzil üzrə yaranmış mütləq məcburi ödənişləri üzrə borcunun olması təşkil edir. Cavabdeh məhkəməyə təqdim etdiyi Etiraz sənədində İddianın Predmeti ilə bağlı mütləq məcburi ödənişləri üzrə borcunun olmamasını mübahisələndirməmiş, borcunun ödənilməsi ilə başlı sübutlar təqdim etməmişdir. Məhkəməyə bildirir ki, Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, Cavabdeh yaşadığı 2b binanın ümumi əmlakının saxlanılması xərclərini (binaların təmiri, lift qurğularının istismarı və təmiri xərcləri, binaların zirzəmilərindən keçən su- qaz-istilik və kommunikasiya sisteminin işlək vəziyyətdə saxlanması, zirzəmilərdən keçən kanalizasiya xətlərinin işlək vəziyyətdə saxlanılması və təmiri, blokların və həyətyanı sahələrinin sanitariyası, bloka giriş sahələrin işıqlandırılması və s.) ümumi iclasda təsdiq edilmiş tariflərə uyğun ödəməyə borcludur. Mənzil Məcəlləsində digər hallar nəzərdə tutlmamışdır. Bu məhkəmə işi üzrə İddia tələbini isə 2b №38 saylı 2 (iki) otaqlı mənzil üzrə yaranmış 438.60 (dörd yüz otuz səkkiz, 60 qəpik) manat borc məbləği təşkil edir. Cavabdeh məhkəməyə təqdim etdiyi Etiraz sənədində yaşadığı 2b binanın №38 saylı 2 (iki) otaqlı mənzil üzrə yaranmış 438,60 (dörd yüz otuz səkkiz. 60 qəpik).manat pul məbləğini mübahisələndirməmişdir. Beləliklə, yuxarıda göstərilən əsaslarda hesab edir ki, Cavabdeh məhkəməyə təqdim etdiyi Etiraz sənədi Nərimanov-29 (keçmiş Neftemaş MTK)” MMMC Qeyri-Kommersiya təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş İddia Ərizəzinin obyektinə, predmetinə və iddia tələbinə qarşı olmadığından iddiaçı Nərimanov-29 (keçmiş Neftemaş MTK)” MMMC Qeyri-Kommersiya təşkilatı tərəfindən Cavabdeh qarşı məhkəməyə təqdim edilmiş İddia Ərizəsinin təmin edilməsi; Cavabdeh tərəfindən İddiaya qarşı məhkəməyə təqdim edilmiş Etirazın rədd edilməsi; Cavabdeh xx.xx.2019-cu il — xx.xx.2021 -ci il tarixləri dövründə kooperativ 2b binam əmlakın saxlanılması ilə bağlı cəmi 438.60 (dörd yüz otuz səkkiz. 60 qəpik) manat məbləğiində pulun alınaraq "xxxx" MMMCyə ödənilməsi, Cavabdeh Bakı şəhəri. K.Rəhimov küçəsi, 865-ci məhəllə, kooperativ 2b binada yerləşən № 38 saylı 2 (iki) otaqlı mənzil üzrə xx.xx.2022-ci il tarixindən mülkiyyətçisi olduğu dövrdə hər ay mənzil mülkiyyətçilərinin ümumi yığıncağında təsdiq edilmiş məcburilik xüsusiyyəti daşıyan tariflərlə pul məbləğləri alınaraq "xxxx" MMMC-nin hesabına ödənilməsi barədə məhkəmə qərarı çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Lakin əvvəlki məhkəmə iclasında iddia tələbinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, MTK-ların binaları idarə etməsi qanunsuzdur. Mənzil hüquqlarına dair münasibətlər 01 oktyabr 2009-cu il tarixdən qüvvəyə minmiş yeni Mənzil Məcəlləsi ilə tənzimlənir. Mənzil Məcəlləsinin 109.5- ci maddəsinin tələbinə görə, kooperativ binanın tikintisi yenidən qurulması başa çaldıqdan . həmin binada mövcud olan bütün yaşayış və qeyri yaşayış sahələrinə mülkiyyət hüququ bu Məcəllə . Azərbaycan respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil -tikinti kooperativinin üzvlərinə keçdikdən sonra altı ay- ərzində mənzil -tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğ edilməli və ya ‘‘ Mənzil mülkiyyətçilərinin müştərək cəıniyyə.inə“ (MMMC) çevrilməlidir. ( Bakı şəhəri . k. Rəhmov küçəsi 865 ci məhəllə bina 2a.2b binaları 25 avqust 1989 cu il tarixində istismara qəbul edilib.) X4 16 yanvar 2019-cıı il tarixində imzaladığı X5 Məcəlləsinə dəyişiklik edilib. Dəyişikliyə əsasən, məcəllədə mənzil qanunvericliyinin pozulmasına görə əlavə cərimələr tətbiq cdiliməsi nəzərdə tutulub. Belə ki. MTK-lar bir ay müddətində ləğv edilərək mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə (MVİMC) çevrilməli və ya həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görməlidirlər. Əks halda vəzifəli şəxslərə 2000 manat hüquqi şəxslərə 5000 manat cərimə nəzərdə tutulub. Mənzil Məcəlləsinin 109.5- ci maddəsinin tələbinə görə ‘'Neftmaş MTK“ 01 oktyabr 2009-cu ildən sonra MMMC-yə çevrilməli idi.Buna əməl olunmadı. X4 16 yanvar 2019-cu il fərmanı da ‘‘Neftmaş MTK” tərəfindən yerinə yetirilmədi. Bu tarixlərdən MTK-ların hər hansı xidmət göstərməyə hüququ yoxdur. Bu tələbləri yerinə yetirməyən MTK-lar sakinlərin mənzil hüquqlarını və eyni zamanda ölkə qanunvcrciliyini pozaraq qeyri-qanuni fəaliyyətlə məşğul olmuş sayılır. İddia üzrə izahatdan görünür ki, X4 16 yanvar 2019-cu il fərmanı ilə . Neftmaş MTK“- nın 26 yanvar 2020-ci il tarixli yiğmeağın № 1 protokol sənədinin tarixi arasından təxminən bir il vaxt ölüb. X4 16 yanvar 2019-cu il fərmanı ilə Azərbaycan respublikası Ədliyyə nazirliyində qeydiyyat tarixi (30 sentyabr 2021) arasında iki il doqquz ay fərq var. (Təxminən üç il ).(Protokollar ona təqdim olunmayıb) İddia üzrə izahatda qeydiyyat üzrə sənəddə xx.xx.2011-ci il tarixindən Bakı şəhəri. K.Rəhmov küçəsi 865 ci məhəllə bina 2a.2b binaların əmlakını Nərimanov-29 MMMC-nin balansında olması göstərilmişdir. Halbuki xx.xx.2011-ci il tarixində Nərimanov-29 MMMC yox idi. 2019-2021 illər ərzində “Neftmaş MTK“ adı altında tərtib olunmuş protokolların hec bir hüquqi əsası yoxdur. 16 yanvar 2019-cu il fərmanı da "xxxx" tərəfindən yerinə yetirilmədi. Bu tarixlərdən MTK-ların hər hansı xidmət göstərməyə hüququ yoxdur. ( Bütün ümumi işləri sakinlər öz hesablarına görürlər) Hüququ olmayan "xxxx"-nin xx.xx.2020 tarixli yığıncağının № 01 protokolunda MMMC-yə çevrilməkdən başqa qəbul olunan qərarların heç bir hüquqi qüvvəsi yoxdur. Hüququ olmayan “Neftmaş MTK“ nə maliyyə təftiş işləri nədə yeni tariflər müəyyən edə bilməz. (İddianın faktiki əsası .2- bəndə cavab) Kommunal tariflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-c il tarixli qərarı ilə tənzimlənir.( Misal: Bu qərarla 1 kvadrat metr sahə ucun aida 1.5 qəpik müəyyən edilib). Bu qərardan sonra tarif şurası yaradılib. Bu qurum enerji işıq su mavi yanacaq tariflərini müəyyən etsə də lift xidməti /ibil tullantıların daşınması və ətrafın təmizlənməsi xidmətləri əvvəlki qaydasiııda yəni Nazirlər Kabinetinin qəbul eldiyi normalar çərçivəsində həll edilir. Hüququ olmayan „ Neftmaş MTK"- Azərbavcan Respublikası Mənzil Məcəlləsinin tələblərini ciddi surətdə pozaraq özbaşına tarif müəyyən edə bilməz. Hüququ olmayan “Neftmaş MTK" bununla Azərbaycan Respublikası Knstitusiyasının 107-ci maddəsinin 3-cü bəndinə hakimiyyətin bölgü prisipinə müdaxilə və tarif şurasının səlahiyyətlərini icra etmiş sayılır. 119.6. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs hesab edilir. Mənzil mülkiyyətçiləri ıriiştərək cəmiyyətinin ii/ərində öz adı həkk olunmuş möhürü, bankda hesablama və digər hesabları, həmçinin digər rekviziıləri vardır. ''Nərimanov -29" MMMC-yə 30 sentyabr 2021 ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. (Qanunvericilikdə hüquqi şəxslərə dair verilən ümumi tələblərdən birincisi, bu cəmiyyətin dövlət qeydiyyatından keçməsinə dair tələbdir). ("Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti" dövlət qeydiyyatından keçdiyi andan hüquqi şəxs hesab edilir."). Heç vaxt qanuni ödənişlərin ödənilməsindən imtina etməyib. 27 dekabrda 2021-ci ildə “Nərimanov-29" MMMC-nin ödənişlə bağlı göndərdiyi 21 dekabr tarixli məktubuna cavab olaraq ( qəbzlə ) məktub göndərib. İddiaçının borcla bağlı göndərdiyi məktuba cavabında "xxxx" MMMC-nin qeydiyyata alındığı tarixdən sonra olan borcların ödənilməsi üçün bank hesabı təqdim etməyini təklif edib. Ancaq ödəmə üçün heç bir bank hesabı təqdim edilməyib, (yazılı göndərdiyi məktubun qəbzini və surətini əlavə edir). Ölkədə nağdsız ödənişlərin stimullaşdırılması ölkə prezidenti İlham Əliyevin 16 noyabr 20l6-cı il tarixli sərəncamıda da əksini tapıb. iddiaçi ancaq bu tarixdən müqavilə əsasında ödənişlər tələb edə bilər. Dövlət bilavasitə öz vətəndaşının xidmətlərini yerinə yetirən ali qurumdur. Dövlətin hansısa qurumu ləğv olunubsa, iyerarxik olaraq onun funksiyası, səlahiyyətləri müvafiq bir quruma, hansısa digər dövlət strukturlarına ötürülür. SSRİ dövründə tikilən kooperativ binaların varislik hüququ müvafiq qaydada rayon icra hakimiyyətlərinə, onların binaların varislik hüququ da bilavasitə Bakı Şəhər İcra Hakimiyyətinə, onun tabeliyindəki Mənzil-Kommunal Təsərrüfatı departamentinə ötürülüb. "Vətəndaşın borcu ola bilər. Bu olan şeydir. Ancaq MTK "Bu məlumatlar, yəni, telefon nömrəsi, şəxsin borcu, yaşadığı ünvan kimi məlumatların hamısı konfidensial fərdi məlumatlardır. Ad-soyad və ata adı özlüyündə açıq fərdi məlumat olsa da, digər məlumatların ad-soyadla yanaşı paylaşılması şəxsin kimliyini müəyyənləşdirə bilən məlumatlardır," Azərbaycanda fərdi məlumatların mülkiyyətçiləri əllərindəki fərdi məlumatları üçüncü şəxsə ötürdükləri üçün İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyət daşıyırlar. Online SMS -lə insan şəxsiyyətini aşağılayan sözlərlə ödəniş tələb etmək olmaz. Maddə 5. (Mənzil toxunulmazlığı hüququnun təmin edilməsi) 5.3. Bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdınla bilməz . İddiaçının qanunsuz tələblərinə etiraz edir. Hüququ olmayan Neftmaş MTK" nın maliyyə işləri təftiş olunarsa Bank hesabina ödəmələrin nə qədər faydalı və şəffaf olduğunu bilmək olar. Odur ki qanuni ödənişlərin Bank hesabina ödəmək üçün bank məlumatlarınin ona göndərilməsini istəyir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, onun izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş "xxxx" mənzil mülkiyyətçilərinin ümumi yığıncağının 01 saylı xx.xx.2020-cı il tarixli Protokolundan görünür ki, Cavabdeh borcu mülkiyyətində olan mənzil üzrə (mənzillərin sahələri və liftdən istifadələrinə görə 3,18 manat-7,30 manat arası) xx.xx.2020-ci il tarixə 195,60 manat təşkil edir. İş materiallarına əlavə olunmuş "xxxx" ("xxxx") MMMC İdarə Heyətinin və nəzarət-təftiş müfəttişi ilə birgə iclasının 01(05) saylı xx.xx.2021-ci il tarixli Protokolundan görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixinə borcu mülkiyyətində olan mənzil üzrə 356 manat təşkil edir. İş materiallarında olan Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, MMMC-nin 2b binasının ümumi əmlakının idarə olunması xərclərinin ödənilməsi ilə bağlı mülkiyyətçisi olduğunuz bina 2b iki otaqlı 38 №-li mənzil üzrə xx.xx.2021 -ci il tarixinə yaranmş 356,60 (üç yüz əlli altı, altmış) manat borcun məhkəməyədək icra (pretenziya) qaydasında 10 gün müddətində könüllü olaraq ödənilməsi təklif olunmuşdur. İş materiallarına əlavə olunmuş "xxxx" ("xxxx") MMMC İdarə Heyətinin və nəzarət-təftiş müfəttişi ilə birgə iclasının 01(08) saylı xx.xx.2022-ci il tarixli Protokolundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə borcu mülkiyyətində olan mənzil üzrə 363,60 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Nərimanov XDS-nin xx.xx.1990-cı il tarixli 026458 saylı Orderinin surətindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Nəvai küçəsi, ev (bina) 2b 38 saylı mənzil Cavabdeh istifadəsinə verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ("xxxx") MMMC İdarə Heyətinin və nəzarət-təftiş müfəttişi ilə birgə iclası Bakı şəhəri, K.Rəhimov (keçmiş Ə.Nəvai) küçəsi 865-ci Məhəllədə yerləşən kooperativ 2b binanın mənzil mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərarlar üzrə protokol tərtib edilmişdir. İdarə Heyətinin qərarları səs çoxluğu ilə qəbul edilmişdir. Həmin protokolun debitor borclarını əks etdirən abzasına görə mənzil qanunvericiliyinin tələb və göstərişlərinə əsasən, mənzil mülkiyyətçiləri (sakinlər) binaların ümumi əmlakının saxlanılması və idarə olunması 9binaların, lift qurğularının, binanın zirzəmisində olan kommunikasiya xətlərinin təmiri və istismarı; blokların və həyətin sanitariyası, bloklara giriş və liftə giriş sahəsinin, həmçinin lift kabinələrinin işıqlandırılması və sairə) xərclərini MMMC-nin xx.xx.2020-ci il tarixli ümumi iclasında təsdiq edilmiş tariflərə uyğun ödəməyə borcludurlar. "xxxx" ("xxxx") MMMC İdarə Heyətinin və nəzarət-təftiş müfəttişi ilə birgə iclasının 01(08) saylı xx.xx.2022-ci il tarixli Protokolundan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə borcu mülkiyyətində olan mənzil üzrə 363,60 manat təşkil edir. Cavabdeh binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr üzrə (Lift xidməti idarəsi, Sanitariya Təmizlik və Kommunal Xidmətlər və sairə), həmçinin qanunvericilikdə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş digər məqsədləri həyata keçirmək üçün lazım olan maliyyə vəsaitlərini təmin etmək məqsədilə, yuxarıda qeyd edilən əsaslara baxmayaraq, yaşayış sahəsinə görə mütləq (məcburi) olan pul ödənişlərini etməkdən yayınır. "Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 nömrəli Qərarının 3-cü bəndinin "b” yarımbəndinə əsasən, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 120.5-ci maddəsinə görə tikilməkdə olan çoxmənzilli binalarda yaşayış və qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqları məxsus olacaq (hüquqlarını əldə edəcək) şəxslər bu fəslin müddəalarına uyğun olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaq hüququna malikdirlər. Həmin Məcəllənin 122.3-cü maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi xərclərdə iştirak üzrə öz vəzifələrini yerinə yetirmədikdə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin mütləq ödəniş və haqların əvəzinin məcburi ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin Məcəllənin 140.1-ci maddəsinə görə çoxmənzilli binanın sahə mülkiyyətçisi ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borcludur. Həmin Məcəllənin 140.3-cü maddəsinə görə əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Həmin Məcəllənin 141.3-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. Həmin Məcəllənin 142.4-cü maddəsinə görə çoxmənzilli binanın idarə edilməsi müqaviləsində binanın bütün mülkiyyətçiləri (kirayəçiləri, istifadəçiləri) üçün eyni şərtlər müəyyən edilir və mülkiyyətçilər (kirayəçilər, istifadəçilər) tərəfindən ödənilən haqqın miqdarı yalnız yaşayış sahəsinin ölçüsünə mütənasib olan ümumi əmlakın saxlanmasına çəkilən xərclərdəki iştirakdan və faktiki istifadə edilmiş kommunal xidmətlərin miqdarından asılı olaraq fərqlənə bilər. Həmin Məcəllənin 142.10-cü maddəsinə görə idarəedici təşkilat çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin şərtlərini yerinə yetirmədikdə, çoxmənzilli binanın sahə mülkiyyətçiləri həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən birtərəfli qaydada bu müqavilənin icrasından imtina edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən normaların hazırki mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğlər xx.xx.2022-ci il tarixdə MMMC-nin İdarə Heyətinin və nəzarət-təftiş müfəttişi ilə birgə iclasının Bakı şəhəri, K.Rəhimov (keçmiş Ə.Nəvai) küçəsi 865-ci Məhəllədə yerləşən kooperativ 2b binanın idarə heyətinin üzvlərinin səs çoxluğu ilə qəbul edilmiş, hər bir mənzil mülkiyyətçisinin və mənzildə yaşayan sakinlər "xxxx" mənzil mülkiyyətçilərinin ümumi yığıncağının 01 saylı xx.xx.2020-cı il tarixli Protokolu ilə müəyyən edilmiş tariflərlə pul məbləğini hər ay MMMC-yə ödəmələri öhdəliyinin icra edilməsini nəzərdə tutulan mütləq pay haqlarıdır. Mütləq pay haqqının məbləği ilə bağlı çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması, blokların sanitariyası ilə bağlı xidmətlər, giriş bloklarının işıqlandırılması ilə bağlı olan elektrik enerjisi xərclərinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilmişdir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ona məxsus olan sahənin saxlanması xərclərini çəkməyə, habelə yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq ödəmək yolu ilə çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına çəkilən xərclərdə onun həmin əmlaka ümumi mülkiyyət hüququnda payına mütənasib olaraq iştirak etməyə borclu olduğu halda borcu ödəməmişlər. Məhkəmə cavabdehin etirazındakı hallarla bağlı qeyd edir ki, həmin dəlillər əsassız olmaqla binanın saxlanılması və s. xərclərinin ödənilməsinin zəruriliyi yuxarıda sadalanan qanunvericiliyin tələblərindən irəli gəlir. Belə ki, istifadə etdiyi liftin istismarı, eləcə də, yaşayış sahəsinin saxlanması, blokların sanitariyası ilə bağlı xidmətlər, giriş bloklarının işıqlandırılması ilə bağlı olan elektrik enerjisinin haqqını, daha sonra binada onun yaşadığı mənzilin mühafizəsi və MMM-nin binanın istismarı və idarəçiliyi ilə bağlı digər ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməsinin zəruriliyi faktı mübahisəsizdir. Məhkəmə belə olan halda qeyd edir ki, cavabdehin etirazındakı dəlillərə istinad etməsi kommunal xidmət haqlarını ödəməkdən yayınması kimi qiymətləndirilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 393,60 manat məbləğində borc iddiaçı "xxxx" MMMC-nin xeyrinə tutulmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa 45 manat notariat haqqı Cavabdeh tutularaq iddiaçı "xxxx" MMMC-nin xeyrinə ödənilməlidir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 393,60 manat məbləğində borc, 45 manat notariat haqqı və 30 manat dövlət rüsumu iddiaçı "xxxx" MMMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar