Məhkəmə qərarları › İş №e-2(005)-2991/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №e-2(005)-2991/2024

18.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(005)-2991/2024 18.07.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, Cavabdeh “Real Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı2 və İddiaçı1 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Azərbaycan Tibb Universitetinin X3, Cavabdeh7nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı2 və İddiaçı1 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Azərbaycan Tibb Universitetinin X3, Cavabdeh7nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 2020-ci ilin oktyabr ayında implant diş qoydurmaq məqsədi ilə cavabdeh “Arash Estetik” klinikasına müraciət etmiş və həmin klinikanın ağız və üz cərrahı implantoloq həkim olan Cavabdeh3 tərəfindən müayinə edilmiş və sonuncu tərəfindən İddiaçı2 13 (on üç) ədəd, İddiaçı1 isə 11 (on bir) ədəd diş implantasiyası əməliyyatının aparılmasının zəruri olduğunu, İddiaçı2 13 (on üç) ədəd implant dişə görə 21.600 (iyirmi bir min altı yüz) manat, İddiaçı1 isə 11 (on bir) ədəd implant dişə görə 16.550 (on altı min beş yüz əlli) manat pul vəsaitinin Cavabdeh “Arash Estetik” klinikasının xəzinəsinə ödəməli olduqlarını iddiaçılara bildirmişdir. Həmin vəsait İddiaçılar tərəfindən “Arash Estetik” klinikasının xəzinəsinə ödənmişdir (xx.xx.2020ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli ödəniş qəbzləri əlavə edilir). Cavabdeh3 göndərişi iləxx.xx.2020-ci il tarixdə, yəni əməliyyat öncəsi İddiaçı1 Cavabdeh “Arash Estetik” klinikasında check up (ağız boşluğu, üz strukturlarının, gicgah, çənə oynağı və çənəaltı nahiyəsinin müayinəsi), rəqəmsal rentgen və 3D kompüter tomoqramması müayinəsindən keçmiş və buna görə check up (ağız boşluğu, üz strukturlarının, gicgah, çənə oynağı və çənəaltı nahiyəsinin müayinəsi) və rəqəmsal rentgen müayinəsinə görə 55 (əlli beş) manat və 3D kompüter tomoqrammasına görə 40 (qırx) manat, cəmi 95 (doksan beş) manat iddiaçı tərəfindən Cavabdeh “Arash Estetik” klinikasına ödənilmiş və ona “Müayinə ödənişi” verilmişdir (“Müayinə ödənişi” əlavə edilir). Cavabdeh3 göndərişi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 əməliyyat öncəsi “Referans” klinik laboratoriya mərkəzində qan analizi vermiş, bunun üçün İddiaçı1 115 (yüz on beş) manat, İddiaçı2 tərəfindən isə 120 (yüz iyirmi) manat“Referans” klinik laboratoriya mərkəzinə ödəmişlər (xx.xx.2020-ci il tarixli 00414735 və 00414741 nömrəli ödəniş qəbzləri əlavə edilir). Cavabdeh3 Cavabdeh “Arash Estetik” klinikasında 19 oktyabr 2020-ci il tarixdə İddiaçı1 üzərində diş implantasiya əməliyyatı apararaq 11 ədəd, 02 noyabr 2020-ci il tarixdə isə İddiaçı2 üzərində diş implantasiya əməliyyatı apararaq 13 ədəd diş implantı qoymuşdur. Üzərlərində diş implantasiya əməliyyatları aparıldıqdan sonra İddiaçı2 əməliyyat zamanı qoyulmuş diş implantlarının yerində ağrı, İddiaçı1 isə, əlavə olaraq, çənəsinin sağ tərəfində keyimə hiss etməyə başlamışlar. İddiaçılar Cavabdeh3 keçirdikləri ağrılarla bağlı müraciət etdikdə o iddiaçıların hiss etdikləri ağrıların və İddiaçı1 hiss etdiyi keyimə hissinin diş implantasiya əməliyyatı zamanı onlara verilmiş narkozun təsirinin nəticəsi olduğunu bildirmiş və onlara ağrıkəsicilərdən ibarət resept yazmışdır. İddiaçıların hiss etdikləri ağrılar və İddiaçı1 hiss etdiyi keyimə hissi keçmədiyindən onlar 2020-ci ilin noyabr ayı ərzində Cavabdeh3 təkrar müraciət etsələr də eyni cavabı almışlar. İddiaçılar 19 noyabr 2020-ci il tarixdə keçirdikləri ağrılarla bağlı Cavabdeh3 ilə görüşmək istədikdə sonuncu iddiaçıları həkim işlədiyi cavabdeh olan Cavabdeh4 klinikasında qəbul etmiş, İddiaçı2 ağrıların müvəqqəti olduğunu və zaman ötdükcə keçəcəyini bildirmiş, İddiaçı1 isə Cavabdeh4 klinikasında əlavə müayinələr üçün göndərmişdir İddiaçı1 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən cavabdehlər Cavabdeh3, “Arash Estetik” klinikasına, Cavabdeh4 klinikasına, Cavabdeh1, Cavabdeh2 klinikasına, Cavabdeh5, Azərbaycan Tibb Universitetinin X3na qarşı verilmişdir. İddiaçı1 nümayəndəsi və vəkili tərəfindən eməhkəmə sisteminə yerləşdirilən birgə iddia ərizəsi və əlavə edilən sənədlər üzrə e- 2(005)-2990/2024 saylı mülki iş məhkəmənin hakimi Nərgiz Tağıyevanın icraatındadır. Hər iki iş üzrə iddia eyni iddiaçılar tərəfindən eyni cavabdehlərə qarşı eyni predmet və əsasla əlaqədar verildiyi üçün onları bir icraatda birləşdirmək barədə qərardad qəbul edilməsini, məhkəmə iclasının onun iştirakı olmadana keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh “Real Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 iddia tələbini qəbul etmədiklərini bildirmişdir. Digər tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etmirlər. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, eyni tərəflər arasında, eyni predmet barədə və eyni əsaslarla mübahisə üzrə mülki xx.xx.2024cü il tarixdə daxil olmuşdur. Hazırda e-2(005)-2990/2024 nömrəli mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin digər hakiminin icraatındadır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi baxılmamış saxlanılmalıdır. 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında olduqda mülki iş baxılmamış saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarında qeyd edilir ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1, 259.0.6, 263-264, 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı2 və İddiaçı1 Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Azərbaycan Tibb Universitetinin X3, Cavabdeh7nə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. ********** nömrəli qəbzlə ödənilmiş 458 manat məbləğində dövlət rüsumu İddiaçı1 qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar