Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2997/2025 15.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia ərizəsinin və ona etirazın dəlilləri: a) İddia ərizəsinin dəlilləri İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 9061,35(dqquz min altmış bir manat,35 qəpik) manat sığorta ödənişi, 117(yüz on yeddi) manat dövlət rüsumu və 2(iki) manat xidmət haqqının,325 (üç yüz iyirmi beş) manat məbləğində vəkil xidməti xərci, cəmi 9505,35 (doqquz min beş yüz beş manat,35 qəpik) manat məbləğində pul vəsaitinin tutulub iddiaçı "xxxx"ASC(Ləğv prosesindədir) hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki,"xxxx" MMC ilə "xxxx" АSC (Ləğv prosesindədir(bundan sonra “ASC”) arasında xx.xx.2023-cü il tarixdə **********3 saylı sığorta şəhadətnaməsi imzalanmış və “Chery Tiggo 2 Pro minik” markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hava limanı yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdehin mülkiyyətində olmaqla onun idarə etdiyi “BMW 318 minik” markalı ** MB *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 190 minik” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz V250 minik” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (hibrid) minik” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı və ASC-də “avtokasko” risklərindən sığortalanmış “Chery Tiggo 2 Pro minik” markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir.İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ”-dan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Surxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis baş leytenantı Mətin İsmayılvoun xx.xx.2024-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi yol - nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli bilinərək, AR İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir.İddia ərizəsinə əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ”-dan (Forma 4) və avtomobilin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi törədilən vaxt “BMW 318 minik” markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdeh olmuşdur.İddia ərizəsinə əlavə edilmiş “İcbari Sığorta Bürosu” nun informasiya sistemindən çıxarışdan göründüyü kimi, hadisə törədilən vaxt “BMW 318 minik” markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən "xxxx" qaydasında sığortalanmışdır.İddia ərizəsinə əlavə edilmiş ASC-nin xx.xx.2024-cü il tarixli, BS-K-24/1604 nömrəli məktubdan göründüyü kimi ASC Cavabdehə müraciət edilərək,“Chery Tiggo 2 Pro minik” markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər məbləğinin qiymətləndirilməsində iştirak təklifini etmişdir.Cavabdeh Cəmiyyətə şəxsən müraciət edərək BS-K-24/1604 nömrəli məktubu və “Zərərin hesablanması aktı”nı (zərər aktı) xx.xx.2024-cü il tarixdə təhvil almış, lakin akta əsasən avtomobilə baxış keçirməkdən imtina etmişdir.İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Zərərin hesablanması aktı” na (zərər aktı) əsasən “Chery Tiggo 2 Pro minik” markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərər məbləği 12000 (on iki min) manat məbləğində müəyyən edilmişdir.İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin 04.04. 2025-ci il tarixli, № 242 nömrəli məktubundan müəyyən edilmişdir ki, sonuncu zərərin 12000 (on iki min) manat məbləğində olması ilə razılaşmış və sığorta ödənişinin "xxxx" MMC-nin hesabına ödənilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, **********3 saylı sığorta şəhadətnaməsinin xüsusi şərtlərin 4-cü bəndində əsasən tərəflər arasında razlaşdırılmışdır ki, sığorta hadisəsi baş verməsi nəticəsində sığortalı avtomobilə dəymiş zərər məbləğinin müəyyən edilməsi və ya təmir üçün təmir emalatxanasının (servis mərkəzi və sş) təyin etmək səlahiyyəti Sığortaçının hüququdur.İddia ərizəsinə əlavə edilmiş, ASC-nin xx.xx.2025-ci il tarixli, № AZ********** nömrəli ödəniş tapşırığından göründüyü kimi, “Chery Tiggo 2 Pro minik” markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 12000 (on iki min) manat məbləğində 500 (beş yüz) manat razılaşdırılmış şəxrtsiz azadolma məbləği çıxılmaqla 11500 (on bir min beş yüz) manat məbləğində sığorta ödənişi ASC tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir.İddia ərizəsinə əlavə edilmiş, ASC-nin xx.xx.2025-ci il tarixli, BS-S-25/0245 nömrəli, xx.xx.2025-ci il tarixli, BS-S-25/0331 nömrəli məktublardan göründüyü ki, ASC tərəfindən hadisə törədilən vaxt “BMW 318 minik” markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilinsahibinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti sığortalamış "xxxx" ASC-yə müraciət edərək 5000 (beş min) manat məbləğində sığorta ödənişinin ASC-yə geri ödənilməsi xahiş olunmuşdur.İddia ərizəsinə əlavə edilmiş, ASC-nin bank hesabından çıxarışdam göründüyü kimi "xxxx" ASC tərəfindən ASC-nin hesabına 2188.65 (iki min bir yüz səksən səkkiz manat, altmış beş qəpik) manat məbləğində vəsait ödənilmişdir.İddia ərizəsinə əlavə edilmiş, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, CCL22301/2024 nömrəli sığorta aktından və xx.xx.2024-cü il tarixli zərər aktından göründüyü kimi “Mercedes Benz 190 minik” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində dəymiş zərər tərəflər arasında 2970 (iki min doqquz yüz yetmiş) manat məbləğində razılaşdırılmaqla bu məbləğə mütənasiblik tətbiq edilməklə 665.44 (altı yüz altmış büş manat, qırx dörd qəbik) manat məbləğində sığorta ödənişi ödənilmişdir.İddia ərizəsinə əlavə edilmiş, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, CCL23490/2024 nömrəli sığorta aktından və xx.xx.2024-cü il tarixli zərər aktından göründüyü kimi “Chery Tiggo 2 Pro minik” markalı, ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində dəymiş zərər tərəflər arasında 12 000 (on iki min) manat məbləğində razılaşdırılmaqla bu məbləğə mütənasiblik tətbiq edilməklə 2188.65 (iki min bir yüz səksən səkkiz manat, altmış beş qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir.İddia ərizəsinə əlavə edilmiş, "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, CCL7380/2025 nömrəli sığorta aktından və xx.xx.2025-ci il tarixli zərər aktından göründüyü kimi “Mercedes Benz V250 minik” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində dəymiş zərər tərəflər arasında 5110 (beş min bir yüz on) manat məbləğində razılaşdırılmaqla bu məbləğə mütənasiblik tətbiq edilməklə 1144.92 ( bir min bir yüz qırx dörd manat, doxsan iki qəpik) manat məbləğində sığorta ödənişi ödənilmişdir.İddia ərizəsinə əlavə edilmiş, "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli zərər aktından və xx.xx.2025-ci il tarixli məktubundan göründüyü kimi Toyota Prius (hibrid) minik” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində dəymiş zərər tərəflər arasında 2236 (iki min iki yüz otuz altı) manat məbləğində razılaşdırılmaqla bu məbləğə mütənasiblik tətbiq edilməklə 500,99 ( beş yüz manat, doxsan doqquz qəpik ) manat məbləğində sığorta ödənişini ödəməyə hazır olduğu barədə zərər çəkən şəxsə bildirilmişdir.İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, BS-S-25/0376 nömrəli pretenziya məktubundanmüəyyən olunur ki, cavabdehə mübahisənin nizama salınması üçün ASC tərəfindən pretenziya məktubu göndərilməklə 9311,35 (doqquz min üç yüz on bir manat, otuz beş qəpik) manat manat məbləğində ödənilmiş sığorta ödənişi məbləğinin 3 (üç) gün müddətində ASC-nin həmin məktubda qeyd edilmiş bank hesabına ödənilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında verilən izahatlar Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi xəbərdarlıq verilməsinə baxmayaraq baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Eyni zamanda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) nümayəndəsi və vəkili Vəkil “Elektron Məhkəmə“ İnformasiya Sistemi vasitəsilə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilmişdir ki, cavabdeh tərəfindən 250 manat məbləğində ödəniş edilib, bu səbəbdən iddia tələbinin həcminin azaldılması xahiş edilir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdi ki, qəzadan sonra qiymətləndirilmə aparılan zaman çağırılıb və 22561 manat xərc müəyyən edilmişdir, məbləğ qeyri real və şişirdilmiş olduğundan, real zərəri ödəyə biləcəyini bildirib. Baş verən hadisədə təqsirli olub, 40 manat cərimə ödəyib. Məbləğlə razı olmadığına görə ödəniş etməyib. İddia ərizəsində qeyd olunan məbləği ödəməyə etiraz etmədiyini qeyd etdi. Ailəlidir və kredit öhdəliyi var. İddia ərizəsində göstərilən zərər məbləği ilə razı olduğu barədə yazılı ərizəni məkəməyə təqdim etdi. Mülki işin materialları - "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan görünür ki, 01 iyul 2024-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 10DY907 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması üçün görüləcək işlərin zəhmət haqqı 1060.00 manat yekun olaraq isə 2236 manat müəyyən edilmişdir. - Paşa Sığorta ASC tərəfindən X1 göndərilən 13 may 2025-ci il tarixli 5442/C saylı məktubdan görünür ki,”Paşa Sığorta” ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** MB *** dövlət qeydiyyat nişanlı Bmw 318 markalı avtonəqliyyat vasitəsinin zərərvuran qismində iştirak etdiyi 01 iyul 2024-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ** NG *** dövlət qeydiyyat nişanlı Mercedes Benz 190 markalı avtonəqliyyat vasitəsinə, ** XM *** dövlət qeydiyyat nişanlı Mercedes Benz V250 markalı avtonəqliyyat vasitəsinə və ** YE *** dövlət qeydiyyat nişanlı Cherry Tiggo 2 Pro markalı avtonəqliyyat vasitəsinə və 10DY 907 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsinə zərər dəymişdir. Avtobomilə dəymiş ümumi zərər məbləği 2236 azn təyin edilmiş və mütənasib bölgü üzrə isə 500,99 azn ödəniş həyata keçiriləcəkdir.Qeyd olunanları nəzərə alaraq,ödənişi 3 iş günü ərzində müstəqil ekspert seçimi edib sığortaçıya bildiirlməli və ya sığorta ödənişini mütənasib qaydada alınması məqsədi ilə "xxxx"ASC-yə yaxınlaşması bildirilmiş,əks təqdirdə digər zərərçəkənlərə və 10DY907 dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtonəqliyyat vasitəsinə qeyd olunan 500.99 azn məbləğ üzərində həyata keçiriləcəyi barədə məlumat verilmişdir. - "xxxx"ASC tərəfindən göndərilmiş xx.xx.2025 tarixli zərərin hesablanması aktın surətindən görünür ki, “Chery Tiggi PRO2” ** YE *** dövlət qeydiyyat nişanlı əmlaka dəymiş ziyanın ümumi məbləği 12000(on iki min)AZN təşkil edir. - "xxxx"ASC tərəfindən "xxxx"ASC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli BS-S-25/0245 saylı məktubdan görünür ki,xx.xx.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”növü ilə sığortalanmış “BMW 318 minik” markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü "xxxx"ASCdə “avtokasko” risklərindən sığortalanmış “Chery Tiggo 2 PRO minik” markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur.Qeyd edilən sığorta hadisəsi nəticəsində “Chery Tiggo 2 PRO minik” markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 12000(on iki min) manat məbləğində qiymətləndirilmiş və müqavilə üzrə razılaşdırılmış 500(beş yüz) manat məbləğində azadolma məbləği çıxılmaqla "xxxx"ASC tərəfindən 11500(on bir min beş yüz)manat məbləğində sığorta ödənişi ödənilmişdir.Qeyd olunanları nəzərə alınaraq və Mülki Məcəllənn 936-cı maddəsinin tələblərinə əsaslanaraq 5000(beş min) manat sığorta ödənişi məbləğiin qanunvericilikdə müəyyən edilmiş müddətdə “Bakı Sığortanın” göstərilən hesaba geri ödənilməsini xahiş etmişdir. - xx.xx.2025-ci il tarixli sığorta aktının surətindən görünür ki,xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Mercedes Benz 190 markalı,10NG332 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 665,44 manat sığorta ödənişi etməklə dəymiş zərərin məbləği 2970,00 manat Mercedes Benz V250 markalı,90XM700 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 1144,92 manat sığorta ödənişi etməklə dəymiş zərərin məbləği 5110,00 manat.Cheri Tiggo 2PRO markalı,77YE851 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 2188,65 manat sığorta ödənişi edilməklə dəymiş zərərin məbləği 12000,00 manat müəyyən edilmişdir. -"xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan görünür ki, 01 iyul 2024-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 10NG332 dövlət qeydiyyat nişanlı Mercedes Benz 190 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması üçün görüləcək işlərin zəhmət haqqı 950 manat yekun olaraq isə 2970 manat müəyyən edilmişdir. - "xxxx"MMC tərəfindən xx.xx.2025-ci il tarixində "xxxx"ASC-yə göndərilmiş 242 saylı məktubdan görünür ki,"xxxx"MMC-yə məxsus Chery Tiggo 2 PRO-minik markalı,77YE851 qeydiyyat nişanlı avtomobilə 12 000 AZN(on iki min manat) sığorta ödənişi ilə razıdır,avtomobilə dəymiş 12 000(on iki min m)manat məbləğində maddi ziyanı "xxxx"MMC-nin nəzərdə tutulmuş hesabına köçürülməsi barədə göstəriş verilməsini xahiş etmişdir. -xx.xx.2025-ci il tarixli "xxxx" ASC-nin “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan görünür ki, 01 iyul 2024-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 90XM700 dövlət qeydiyyat nişanlı Mercedes Benz V250 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması üçün görüləcək işlərin zəhmət haqqı 2080.00 manat yekun olaraq isə 5110 manat müəyyən edilmişdir. -xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”dan görünür ki, 01 iyul 2024-cü il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 10DY907 dövlət qeydiyyat nişanlı Chery TİGGO 2 markalı ,77YE851 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması üçün görüləcək işlərin zəhmət haqqı 3010 manat yekun olaraq isə 12000 manat müəyyən edilmişdir. - “Cinayət işinə başlanmasının rədd edilməsi haqqında” 05 avqust 2024-cü il tarixli Qərarından görünür ki,qərarın təsviri hissəsində göstərilənlərə əsasən,toplanmış material üzrə Azərbaycan Respublikası CM-nıb 263.1.1-ci maddəsi ilə cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən rədd olunmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X3” Publik hüquqi şəxsi tərəfindən verilmiş 5989 nömrəli ekspert rəyinə əsasən, Vətəndaş M.B.Rzayevanın bədən səthində sol tərəfli hemopnevmotoraksla müşayiət olunan sol 1 qabırğa yerdəyişməsi,İİ,İİİ,İV,V qabırğaların yerdəyişmiş ikili,sol Vİ,Vİİ,Vİİİ qabırğaların arxa qoltuqaltı xətt üzrə yerdəyişən sınıqları sağ baza sümüyü başının yerdəyişməyən sınığı,sağ bazanın distal 3/1 hissəsinin yerdəyişməsi,oynaqdaxili,kondiluslara keçən sınığı,sol körpücük sümüyünün akromial ucunun qəlpəli yerdəyişən sınığı,sol kürəkaltı nahiyənin hematoması xəsarətləri aşkar edilmiş,qeyd edilən xəsarətlər bərk küt əşyanın(əşyaların) təsirindən törənmişdir.Qərarda göstərilən müddətdə və şəraitdə,yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddirlər. - "xxxx"ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli BS-S-25/0376 saylı pretenziyadan görünür ki,xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx"ASC-də “avtokasko” risklərindən sığortalanmış “Chery Tiggo 2 Pro minik”markalı ** YE *** ödövlət qeydiyyat nişanlı avtomobillərə madi zərər vurulmuşdur. "xxxx"ASC tərəfindən sığorta müqaviləsi ilə razılaşdırılmış 500(beş yüz) manat məbləğində azadolma məbləği çıxılmaqla Cəmiyyət tərəfindən xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən **********3 nömrəli sığorta şəhadətnaməsinə əsasən faydalanan şəxs qismində çıxış edən "xxxx" ASC-nin bank hesabına 11 500(on bir min beş yüz) manat məbləğində sığorta ödənişi ödənilmiş və "xxxx"ASC tərəfindən geri ödənilmiş 2188,65 manat məbləği çıxılmaqla 9311,35(doqquz min üç yüz on bir manat,35 qəpik,) manat sığorta ödənişini cavabdehdən müştərək qaydada tələb etmək hüququna malik olunmuşdur,həmin məbləğ 3 gün müddətində göstərilən məbləği cəmiyyətin qeyd edilən bank hesabına ödənilməsi xahiş olunmuşdur,əks təqdirdə Cəmiyyət tərəfindən cavabdeh haqqında müvafiq məhkəmə orqanına 9311,35(doqquz min üç yüz on bir manat,35 qəpik)manat məbləğində pulun ödənilməsi tələbi ilə müraciət olunacaq və iddia təmin olunduğu təqdirdə,bu məbləğlə yanaşı,məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi müştərək qaydada cavabdehin üzərinə düşəcəkdir. -"xxxx" tərəfindən "xxxx"ASC-yə göndərilmiş xx.xx.2025-ci il tarixli BS-S-25/0331 saylı məktubdan görünür ki,xx.xx.2024-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”növü ilə sığortalanmış “BMW 318 minik” markalı ** MB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü "xxxx"ASCdə “avtokasko” risklərindən sığortalanmış “Chery Tiggo 2 PRO minik” markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurmuşdur.Qeyd edilən sığorta hadisəsi nəticəsində “Chery Tiggo 2 PRO minik” markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərər 12000(on iki min) manat məbləğində qiymətləndirilmiş və müqavilə üzrə razılaşdırılmış 500(beş yüz) manat məbləğində azadolma məbləği çıxılmaqla "xxxx"ASC tərəfindən 11500(on bir min beş yüz)manat məbləğində sığorta ödənişi ödənilmişdir.Bu əsasla ödənilmiş sığorta ödənişinin 5000(beş min) manat hissəsi geri ödənilməsi xahiş edilmiş ,lakin ödənilmədiyi üçün sığorta ödənişinin təmin edilməsini xahiş etmişdir. -"xxxx"ASC-nin xx.xx.2025-ci il tarixli AZ********** saylı Ödəniş Tapşırığı cədvəlindən görünür ki, "xxxx" ASC-nin "xxxx" MMC-in AZ48RBTA**********0944680247 nömrəli bank hesabına köçürülən məbləğin ümumi miqdarı 11,500(on bir min beş yüz manat) təşkil edir. - "xxxx"ASC tərəfindən tərtib edilmiş “zərərin hesablanması” aktının surətindən görünür ki,”Chery Tiggo 2 PRO minik markalı ** YE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 22561 manat müəyyən edilmişdir. -“X5,X2 Təmin Edilməsi və Avtomobil Yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pzozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə” haqqında xx.xx.2024-cü il tarixli ******* saylı qərara əsasən,Cavabdeh xx.xx.2024-cü il tarixində,saat 22:30-da BMW 318 minik markalı 99MB679 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə,barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. - Ödəniş qəbzinin surətindən görünür ki,iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 114 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən şəxsə qarşı istifadə edə bilər. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 1099.2-ci maddəsinə əsasən, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2-ci maddəsin əsasən, yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115-ci maddəsinə görə isə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “İcbari sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 49.2-ci maddəsinə əsasən sığortaçının sığortalıya və ya sığorta olunana qarşı subroqasiya hüququnun yaranmasının bu Qanunun 25.1.2-ci maddəsində müəyyən edilmiş əsası o halda tətbiq edilir ki, sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqol, narkotik və ya toksikoloji sərxoşluq vəziyyətində istismar etməsinin, o cümlədən inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılmasının müvafiq hadisənin baş verməsinə şərait yaratması sübut edilmiş olsun. “İcbari sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ ( iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. İşə baxan məhkəmənin mövqeyi Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir? Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacid amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur. Mülki Məcəllənin qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Məhkəmə ilk növbədə qeyd edir ki, işin mübahisəsiz halıdır ki, Cavabdeh təqsirliliyi, inzibati xəta haqqında protokolla və işdə olan digər sübutlarla təsdiq edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia təmin olunmalıdır. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. Göründüyü kimi, Cavabdeh mülkiyyətində olan, idarə etdiyi “BMW 318 minik”markalı markalı, 99MB 679 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə “Mercedes Benz 190 minik” markalı, ** NG *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz V250 minik” markalı, ** XM *** dövlət qeydiyyat nişanlı, “Toyota Prius (hibrid) minik” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı və ASC-də “avtokasko” risklərindən sığortalanmış “Chery Tiggo 2 Pro minik” markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobillərə zərər vurulmuşdur. Həmin yolnəqliyyat hadisəsində müvafiq qərarla törətdiyi əmələ görə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 maddəsi ilə təqsirli bilinmişdir. İşin hallarından görünür ki, Fast Leasing” MMC ilə "xxxx" АSC (Ləğv prosesindədir(bundan sonra “ASC”) arasında xx.xx.2023-cü il tarixdə **********3 saylı sığorta şəhadətnaməsi imzalanmış və “Chery Tiggo 2 Pro minik” markalı ** YE *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, kasko növü üzrə sığorta təminatı almışdır. "xxxx"ASC-də “avtokasko” risklərindən sığortalanmış “Chery Tiggo 2 Pro minik”markalı ** YE *** ödövlət qeydiyyat nişanlı avtomobil ilə bağlı sığorta müqaviləsi ilə razılaşdırılmış 500(beş yüz) manat məbləğində azadolma məbləği çıxılmaqla Cəmiyyət tərəfindən xx.xx.2025-ci il tarixli ödəniş tapşırığına əsasən **********3 nömrəli sığorta şəhadətnaməsinə əsasən faydalanan şəxs qismində çıxış edən "xxxx" ASC-nin bank hesabına 11 500(on bir min beş yüz) manat məbləğində sığorta ödənişi ödənilmiş və "xxxx"ASC tərəfindən geri ödənilmiş 2188,65 manat məbləği çıxılmaqla 9311,35(doqquz min üç yüz on bir manat,35 qəpik,) manat sığorta ödənişi borcu yaranmışdır. Daha sonra cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixdə həmin borcun 250 manat olan hissəsi ödənilmişdir. Hazırda iddiaçı "xxxx"ASC-də Cavabdeh 9061,35(doqquz min altmış bir manat,35 qəpik,) manat sığorta ödənişini tələb edir. Cavabdeh həmin məbləğin tutulmasına etiraz etmədiyini məhkəmə iclasında bildirmişdir. Məhkəmə yuxarıda qeyd edilən normalara istinad edərək hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməli, cavabdehdən 9061,35 manat məbləğində dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin hüquqi xidmətlərə görə xərclərin ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2025-ci il tarixli, EM-2803VK-28987/24 saylı müqavilədən və xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı LPO "xxxx" ASC ilə “De Fendo” vəkil bürosu arasında müqavilə imzalanmış və iddiaçı tərəfindən sonuncuya 325 manat məbləğində pul vəsaiti köçürülmüşdür. AR MPM-nin: Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 115.0.6. Vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə işin faktiki hallarına və yuxarıda şərh olunan hüquq normalarının göstərişlərinə əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Qeyd edilənlərə əsasən, cavabdehdən 9061,35 manat məbləğində sığorta ödənişi; 325(üç yüz iyirmi beş) manat məbləğində hüquqi xidmət xərci, 117 manat dövlət rüsumu və 2 (iki) manat xidmət haqqının, cəmi 9505,35 (doqquz min beş yüz beş manat,35 qəpik)manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 9061,35 manat sığorta ödənişi; 325 (manat məbləğində hüquqi xidmət xərci; 114 manat dövlət rüsumu və (iki) manat xidmət haqqı olmaqla, cəmi 9505,35 (doqquz min beş yüz beş manat,35 qəpik)manat məbləğində pul vəsaiti tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-2997/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2997/2025
15.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver