Məhkəmə qərarları › İş №e-2(005)-2999/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-2999/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-2999/2023 02.11.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO "xxxx" QSC KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" QSC KB Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM101900432 saylı restrukturizasiya müqaviləsi üzrə 3041.35 (üç min qırx bir manat, 35 qəpik) manat məbləğində əsas borc, 109.78 (bir yüz doqquz manat, 78 qəpik) manat məbləğində faiz borcu, 16.18 (on altı manat, 18 qəpik) manat məbləğində cərimə borcu, cəmi 3167.31 (üç min bir yüz altmış yeddi, 31 qəpik) manat məbləğində; xx.xx.2019-cu il tarixli LM101900433 saylı restrukturizasiya müqaviləsi üzrə 317.68 (üç yüz on yeddi manat 68 qəpik) manat məbləğində əsas borc, 12.24 (on iki manat, 24 qəpik) manat məbləğində faiz borcu, 1.45 (bir manat, 45 qəpik) manat məbləğində cərimə borcu, cəmi 331.37 (üç yüz otuz bir manat, 37 qəpik) manat məbləğində; xx.xx.2019-cu il tarixli LM101900434 saylı restrukturizasiya müqaviləsi üzrə 2660.13 (iki min altı yüz altmış manat, 13 qəpik) manat məbləğində əsas borc, 95.86 (doxsan beş manat, 86 qəpik) manat məbləğində faiz borcu, 12 (on iki) manat cərimə borcu, cəmi 2767.99 (iki min yeddi yüz altmış yeddi manat, 99 qəpik) manat məbləğində pulun, 82.67 (səksən iki manat, altmış yeddi qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ləğv prosesində olan QSC "xxxx" KB (bundan sonra – Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında “Azərbaycan Respublikası fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanına əsasən xx.xx.2019-cu il tarixli LM101900433 saylı, LM101900434 saylı və LM101900432 saylı restrukturizasiya müqavilələri bağlanmışdır. xx.xx.2015-ci il tarixli 1xx/xx/131981/15 (LM1********) saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 317.68 (üç yüz on yeddi manat 68 qəpik) manat restruktrizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2024-cü il müəyyən olunmuşdur. xx.xx.2013-cü il tarixli 1xx/xx/35527/13 (LM1********) saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2660.13 (iki min altı yüz altı yüz altmış manat 13 qəpik) manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2024-cü il müəyyən olunmuşdur. xx.xx.2015-ci il tarixli 1xx/xx/3142/15 (LM1********) saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3041.35 (üç min qırx bir manat 35 qəpik) manat restrukturizasiya olunmuş və cavabdeh bu müqavilə ilə müəyyən olunan şərtlərə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanır. Restrukturizasiya müqaviləsi 60 ay müddətinə bağlanmış, borcun ödənilməli olduğu son tarix xx.xx.2024-cü il müəyyən olunmuşdur. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin Banka xx.xx.2019-cu il tarixli LM101900432 saylı restrukturizasiya müqaviləsi üzrə 3041.35 (üç min qırx bir manat, 35 qəpik) manat məbləğində əsas borc, 109.78 (bir yüz doqquz manat, 78 qəpik) manat məbləğində faiz borcu, 16.18 (on altı manat, 18 qəpik) manat məbləğində cərimə borcu, cəmi 3167.31 (üç min bir yüz altmış yeddi, 31 qəpik) manat məbləğində; xx.xx.2019-cu il tarixli LM101900433 saylı restrukturizasiya müqaviləsi üzrə 317.68 (üç yüz on yeddi manat 68 qəpik) manat məbləğində əsas borc, 12.24 (on iki manat, 24 qəpik) manat məbləğində faiz borcu, 1.45 (bir manat, 45 qəpik) manat məbləğində cərimə borcu, cəmi 331.37 (üç yüz otuz bir manat, 37 qəpik) manat məbləğində; xx.xx.2019-cu il tarixli LM101900434 saylı restrukturizasiya müqaviləsi üzrə 2660.13 (iki min altı yüz altmış manat, 13 qəpik) manat məbləğində əsas borc, 95.86 (doxsan beş manat, 86 qəpik) manat məbləğində faiz borcu, 12 (on iki) manat cərimə borcu, cəmi 2767.99 (iki min yeddi yüz altmış yeddi manat, 99 qəpik) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən cavabdehə yazılı xəbərdarlıq edilmişdir, lakin bundan sonra da Kredit Müqaviləsi üzrə öhdəliklər onun tərəfindən lazımınca icra edilməmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz etmədiyini bildirərək, maddi vəziyyəti ilə əlaqədar olaraq, kredit borcunu ödəmədiyini, borcunu ödəməkdən boyun qaçırmadığını bildirdi. Məhkəmə iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək, belə hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. Belə ki, iş üzrə təqdim olunmuş sübutlardan görünür ki, Cavabdeh LPO "xxxx" QSC KB ilə xx.xx.2019-cu il tarixində bağladığı LM101900434 saylı restruktrizasiya müqaviləsi əsasında xx.xx.2013-cü il tarixli 1xx/xx/35527/13 (LM1********) saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 2660.13 manat restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərə əsasən qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanmış, müqavilə 60 ay müddətinə bağlanmış bağlanmışdır. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli arayışdan məlum olur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli LM101900434 saylı kredit müqaviləsi üzrə 1 iyun 2023-cü il tarixə əsas kredit borcu 2660 manat, onun üzərinə hesablanmış faiz borcu 95.86 manat, 12 manat cərimə olmaqla, ümumi borcu 2767 manat təşkil edir. İş üzrə təqdim olunmuş sübutlardan görünür ki, Cavabdeh LPO "xxxx" QSC KB ilə xx.xx.2019-cu il tarixində bağladığı LM101900432 saylı restruktrizasiya müqaviləsi əsasında xx.xx.2015-ci il tarixli 1xx/xx/3142/15 (LM1********) saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 3041.35 manat restrukturizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərə əsasən qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanmış, müqavilə 60 ay müddətinə bağlanmışdır. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli arayışdan məlum olur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli LM101900432 saylı kredit müqaviləsi üzrə 1 iyun 2023-cü il tarixə əsas kredit borcu 3041.35 manat, onun üzərinə hesablanmış faiz borcu 109.78 manat, 16.18 manat cərimə olmaqla, ümumi borcu 3167.31 manat təşkil edir. İş üzrə təqdim olunmuş sübutlardan görünür ki, Cavabdeh LPO "xxxx" QSC KB ilə xx.xx.2019-cu il tarixində bağladığı LM101900433 saylı restruktrizasiya müqaviləsi əsasında xx.xx.2015-ci il tarixli 1xx/xx/131981/15 (LM1********) saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 317.68 manat restruktrizasiya olunmuş və borclu bu müqavilə ilə müəyyən olunan şərtlərə əsasən qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Faizlər restrukturizasiya olunan tarixdən borc məbləği banka tam məbləğdə faktiki qaytarılan günədək restruktrizasiya müddəti ərzində illik 1% olmaqla hesablanmış, müqavilə 60 ay müddətinə bağlanmışdır. İş materiallarında olan 13 iyun 2023-cü il tarixli arayışdan məlum olur ki, Cavabdeh xx.xx.2019-cu il tarixli LM101900433 saylı kredit müqaviləsi üzrə 1 iyun 2023-cü il tarixə əsas kredit borcu 317 manat, onun üzərinə hesablanmış faiz borcu 12,24 manat, 1,45 manat cərimə olmaqla, ümumi borcu 331,37 manat təşkil edir. İş materiallarında olan LPO "xxxx" QSC KB tərəfindən Cavabdehya ünvanlanmış bildirişdən görünür ki, borcun 5 iş (beş) günü müddətində banka ödənilməsini təmin edilməsi tələb olunmuşdur. Əks təqdirdə bank tərəfindən mülki qaydada kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbi ilə məhkəməyə müraciət ediləcəkdir. Beləliklə, məhkəmə iclasında sübutların tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, iddiaçı müqavilə ilə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etmiş, lakin qarşı tərəf müqavilə üzrə öz üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Məhkəmə iş üzrə maliyyə arayışını və hesabdan çıxarışı əsas götürərək hesab edir ki, iddia tələbi əsas, faiz və cərimə borcunun tutulması hissəsində əsaslıdır, LPO "xxxx" QSC KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM101900432 saylı restrukturizasiya müqaviləsi üzrə 3041.35 manat məbləğində əsas borc, 109.78 manat məbləğində faiz borcu, 16.18 manat məbləğində cərimə borcu, cəmi 3167.31 manat məbləğində; xx.xx.2019-cu il tarixli LM101900433 saylı restrukturizasiya müqaviləsi üzrə 317.68 manat məbləğində əsas borc, 12.24 manat məbləğində faiz borcu, 1.45 manat məbləğində cərimə borcu, cəmi 331.37 manat məbləğində; xx.xx.2019-cu il tarixli LM101900434 saylı restrukturizasiya müqaviləsi üzrə 2660.13 manat məbləğində əsas borc, 95.86 manat məbləğində faiz borcu, 12 manat cərimə borcu, cəmi 2767.99 manat məbləğində pul məbləği Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə ödənilməlidir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin edilməli olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 82,67 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. LPO "xxxx" QSC KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli LM101900432 saylı restrukturizasiya müqaviləsi üzrə 3041.35 manat məbləğində əsas borc, 109.78 manat məbləğində faiz borcu, 16.18 manat məbləğində cərimə borcu, cəmi 3167,31 (üç min bir yüz altmış yeddi, 31 qəpik) manat məbləğində; xx.xx.2019-cu il tarixli LM101900433 saylı restrukturizasiya müqaviləsi üzrə 317.68 manat məbləğində əsas borc, 12.24 manat məbləğində faiz borcu, 1.45 manat məbləğində cərimə borcu, cəmi 331.37 (üç yüz otuz bir manat, 37 qəpik) manat məbləğində; xx.xx.2019-cu il tarixli LM101900434 saylı restrukturizasiya müqaviləsi üzrə 2660.13 manat məbləğində əsas borc, 95.86 manat məbləğində faiz borcu, 12 manat cərimə borcu, cəmi 2767.99 (iki min yeddi yüz altmış yeddi manat, 99 qəpik) manat məbləğində pul məbləği və 82.67 manat dövlət rüsumu Cavabdeh ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar