Məhkəmə qərarları › İş №e-2(005)-3007/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3007/2025

16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3007/2025 16.07.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1810,00 (bir min səkkiz yüz on) manat sığorta ödənişi məbləğinin və 38,10 (otuz səkkiz manat on qəpik) manat dövlət rüsumunun, cəmi 1848,10 (bir min səkkiz yüz qırx səkkiz manat on qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “X10” markalı, ** TL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “X10” markalı,** TL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, “Porsche Panamera 4S” markalı, ** AS *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 4660,00 (dörd min altı yüz altmış) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Nəsimi RPİ DYPŞ-dən ünvanlarına İnzibati xəta haqqında Qərar daxil olmuş, həmin Qərara əsasən CavabdehAR İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinmiş və Protokolda Cavabdeh hadisə yerindən yayındığı qeyd olunmuşdur. Nəsimi RPİ DYPŞ-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Cavabdeh 4660 manat sığorta ödənişi məbləğindən 2850 manat ödəmiş, lakin qalan məbləğ 1810 manat bugünədək ödənilməmişdir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq və iddianın qiymətini nəzərə alaraq, ərizəyə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, iddiaya qarşı əsaslandırılmış etiraz məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sübutları araşdıraraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə tərəfindən tədqiq edilmiş: - “Elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat forması”dan görünür ki,”AtaSığorta” ASC-nin Cavabdeh “X10” markalı 90TL808 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödədiyi yekun sığorta haqqı 75,00(yetmiş beş) manat təşkil edir. - "xxxx" ASC tərəfindən Cavabdeh göndərilən xx.xx.2025-ci il tarixli AS-25/907 nömrəli məktubdan görünür ki,”X10”markalı ** TL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində PAA********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixində “X11” markalı,** TL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir,”Porsche Panamera 4S”markalı, ** AS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur.Qalıq məbləğ,yəni 1810,00(bir min səkkiz yüz on)manat bugünədək "xxxx"ASC-yə ödənilməmişdir.Cavabdeh göstərilən məbləği 5(beş) gün müddətində "xxxx" ASC-yə ödəməsi xahiş olunur,ödəmədiyi təqdirdə "xxxx" ASC tərəfindən müvafiq məhkəməyə Cavabdeh 1810(bir min səkkiz yüz 10) manat sığorta ödənişi məbləğinin,500,00(beş yüz) manat işlərin görülməsi xərcinin,cəmi 2310(iki min üç yüz on) manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə,müraciət olunacaq və bu məbləğlə yanaşı,məhkəmə icraatının başlanmasına sərf olunan dövlət rüsumunun və digər məsrəflərin də ödənilməsi öhdəliyi Cavabdeh üzərinə düşəcəkdir. - xx.xx.2025-ci il tarixli eUVdF1 saylı ödəniş qəbzindən görünür ki,iddiaçı "xxxx" ASC məhkəmə qarşısında iddia qaldırmaq üçün 38.10(otuz səkkiz manat 10 qəpik) manat məbləğində rüsum ödəmişdir. - "xxxx" tərəfindən "xxxx" ASC-yə göndərdiyi 19 mart 2021-ci il tarixli 291-03/21H saylı məktubdan görünür ki,18 fevral 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx"ASC-də PAA********** nömrəli icbari sığorta şəhadətnaməsi ilə sığortalanmış Cavabdeh idarə etdiyi “X11” markalı ** TL *** dövlət nömrə qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri,Nəsimi rayonu,K.Səfərəliyeva küçəsi ilə hərəkət edən zaman manevretmə qaydasını pozmuş,nəticədə "xxxx" ASC-də “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” növü üzrə sığortalanmış “Porsche Panamera 4S” markalı ** AS *** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir.Sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı baxış keçirilmiş və həmin avtomobilə 4660(dörd min altı yüz altmış) manat məbləğində maddi zərər dəyməsi müəyyən olunmuşdur.”Meqa Sığorta” ASC tərəfindən 4660(dörd min altı yüz altmış) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. - 16 mart 2021-ci il tarixli 005588 nömrəli Ödəniş tapşırığından görünür ki,”Meqa Sığorta” ASC tərəfindən "xxxx"MMC-nin AZ311BAZ******************** nömrəli bank hesabına 4600(dörd min altı yüz altmış) manat məbləğində ödəniş edilmişdir. - X3 tərəfindən "xxxx"ASC-yə göndərilən xx.xx.2021-ci il tarixli 072/21 saylı məktubdan görünür ki, “Hermes Finance”-nə məxsus olan Porsche Panamera 4S markalı,**-AS-*** dövlət qeydiyyat nişanlı avtomobili təmirdən təhvil alınmışdır,”Meqa Sığorta” ASC-nə və zərərvuran şəxsə qarşı gələcəkdə heç bir iddiaları olmayacaq. - "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, Cavabdeh məxsus “Porsche Panamera 4S” markalı 90 as 409 dövlət qeydiyyat nişanlı maşının ümumi sığorta qiyməti 4660,00(4 min altı yüz altmış) manatdır. -"xxxx" MMC tərəfindən tərtib olunan xx.xx.2021-ci il tarixli 00143 nömrəli hesab fakturadan görünür ki,”Meqa Sığorta”MMC tərəfindəbn ödənilən ümumi məbləğ 4660,00(4 min altı yüz altmış) manatdır. -İnzibati tənbeh vermə haqqında ******* nömrəli qərardan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixində,saat 08:22-də Nəsimi rayonu ərazisində X12 minik markalı,** TL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə nəticəsində Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə,barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi nəzərdə tutulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 13 avqust 2019-cu il tarixdə X1 xüsusi mülkiyyətində olan “Daevoo Nexia” markalı **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili X8 oğlu tərəfindən sürücülük vəsiqəsi olmadan idarə edərkən yolnəqliyyat hadisəsi baş vermiş və “X9 50” markalı nəqliyyat vasitəsinə zərər dəymişdir. İddiaçı tərəfdən dəymiş zərərə görə 190 manat sığorta ödənişi həyata keçirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, digər cavabdeh Rövşən Qasımov avtomobili Gəsənov gəray Rövşən oğlundan nəqliyyat vasitəsini idarə etmək üçün aldığı etibarnamə əsasında idarə edir. Rövşən Qasımov avtonəqiyyat vasitəsini sürücülük vəsiqəsinin olmadığını bilə-bilə idarə etmək üçün Quliyev Zahirə təhvil vermişdir. X4 barəsində AR İXM-nin 327.6-cı və 332.2-ci maddələrinə, X2 barəsində isə AR İXM-nin 335.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirləri tətbiq edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 23.1.6-cı maddəsinə əsasən Sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. MM-in 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. MM-in 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. MM-in 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. MM-in 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. MM-in 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyində hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə, sığorta hadisəsi baş Cavabdeh hadisə yerindən yayındığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1810,00 (bir min səkkiz yüz on) manat pul və ödənilmiş 38,10 (otuz səkkiz manat 10 qəpik) manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 284-1-284-6 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh, Cavabdeh 1810,00 (bir min səkkiz yüz on) manat pul və ödənilmiş 38,10 (otuz səkkiz manat 10 qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Mehriban Əfəndizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar