Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3074/2022 01.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair ərizəsi üzrə işə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin binasında, qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 6000 (altı min) manat və xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 5000 (beş min) manat olmaqla cəmi 11000 (on bir min) manat, Cavabdeh1 xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4000 (dörd min) manat və xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3000 manat olmaqla cəmi 7000 (yeddi min) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməsi, habelə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada hüquqi yardımın göstərilməsi üzrə ödənilmiş 350 (üç yüz əlli) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 144 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflərin arasında olan işgüzar münasibətlər zamanı hər iki cavabdeh sənəd məsələlərin həll edilməsi üçün 3 saylı Bakı Asan Xidmət Mərkəzində yerləşən notariusda kredit müqaviləsi bağlayaraq cəmi 18.000 manat pulu müştərək qaydada almışdırlar. Həmin vaxt borc müqaviləsi cavabdehlərdən Cavabdeh2 ilə 10 iyul 2020-ci il tarixdə 6000 manat və 21 fevral 2020-ci il tarixdə isə 5000 manat məbləğində Bakı 3 saylı Asan Xidmət mərkəzinin xüsusi notariusunda bağlanmışdır. Digər cavabdeh X2 isə 10 iyun 2020-ci ildə 4000 manat, 5 avqust 2020-ci ildə isə 3000 manat olmaqla 3 saylı Bakı ASAN Xidmətin xüsusi notariat ofisində kredit müqaviləsi bağlanmışdır. Cavadehlər həmin məbləği iddiaçı kredit müqaviləsi adı altında ayrı-ayrı rəsmiləşdirsələr də əsl həqiqətdə həmin məbləğ müştərək qaydada alınmışdır. Bir müddət sonra cavabdehlər aldıqları pul məbləğinin əvəzində verdikləri vədi yerinə yetirmədikləri üçün tərəfindən vermiş olduğu pul məbləği onlardan geri tələb edilməyə başladı. Lakin hər dəfəsində müxtəlif bəhanələr gətirməklə pul məbləğinin geri qaytarılmasından yayınmağa davam etdilər. Həmin 18.000 manat pul məbləği cavabdehlərdən müştərək qaydada tutulmaldır. Belə ki, pulun geri ödənilməsi ilə bağlı tərəfindən hər iki cavabdehə pretenziya məktubu ünvanlanmış, cavabdeh Həsənov X1 məktubunu rəsmi poçt vasitəsi ilə xx.xx.2022-ci ildə qəbul etsədə digər Cavabdeh1 pretenziya məktubunu qəbul etməkdən imtina etmişdir. Bununla bağlı “X4” MMC tərəfindən müvafiq akt tərtib edilmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, təqdim edilmiş sübutları araşdırıb, mülki işin materiallarını tədqiq edib hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2020-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən cavabdehə xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə 5000 manat pulu borc verilməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh2 arasında imzalanmış xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən cavabdehə xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə 6000 manat pulu borc verilməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən cavabdehə xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə 3000 manat pulu borc verilməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli Kredit Müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2020-ci il tarixli borc müqaviləsinə əsasən cavabdehə xx.xx.2020-ci il tarixədək qaytarmaq şərti ilə 4000 manat pulu borc verilməsi razılaşdırılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış bildirişdən görünür ki, iddiaçı 5 gün müddətində tərəflər arasında bağlanmış müqavilənin götürülümüş ümumilikdə 18000 manat vəsaitinin ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının izahatı və təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında borc müqaviləsi bağlanmış, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam icra etsə də, lakin cavabdehlər tərəfindən iddiaçıya müqavilə predmeti pulu ödəməmişdir. Bu səbəbdən də iddiaçı tərəflər arasında bağlanmış müqavilələr üzrə öhdəliklərin cavabdehlər tərəfindən yerinə yetirilmədiyini əsas gətirərək, həmin müqavilələrin predmeti olan borc məbləğlərinin ona geri qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Məhkəmə iddiaçının cavabdehlərdən borc müqavilələri üzrə üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməməsinə görə yaranmış borcun ödənilməsi tələbi ilə bağlı qeyd edir ki, tərəflər arasında borca dair müqavilələr üzrə öhdəlik münasibətləri yaranmış, iddiaçı razılaşma üzrə nəzərdə tutulmuş borc məbləğini cavabdehlərə ödəmiş, cavabdehlər isə həmin borc müəyyən edilmiş qaydada ödəmədiyindən iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 350 manat hüquqi yardım xərci və 144 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 6000 (altı min) manat və xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 5000 (beş min) manat olmaqla cəmi 11000 (on bir min) manat pul, Cavabdeh1 xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4000 (dörd min) manat və xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3000 (üç min) manat olmaqla cəmi 7000 (yeddi min) manat pul tutularaq İddiaçı xeyrinə ödənilməli və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada hüquqi yardımın göstərilməsi üzrə ödənilmiş 350 (üç yüz əlli) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 144 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 6000 (altı min) manat və xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 5000 (beş min) manat olmaqla cəmi 11000 (on bir min) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh1 xx.xx.2020-ci il tarixli müqavilə üzrə 4000 (dörd min) manat və xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 3000 (üç min) manat olmaqla cəmi 7000 (yeddi min) manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada hüquqi yardımın göstərilməsi üzrə ödənilmiş 350 (üç yüz əlli) manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 144 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3074/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3074/2022
01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver