Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3090/2022 29.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Ədilova Solmaz İmran qızının sədrliyi, Əkbərli Samiq Sadiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sığorta ödənişinin tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 430 manat sığorta ödənişi, 30,40 manat dövlət rüsumu, cəmi 460,40 (dörd yüz altmış manat qırx qəpik) manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri M.Hadi küçəsində "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü ilə sığortalanmış “Mercedes Benz E200 CDİ” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh1 tərəfindən idarə olunarkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Kia Rio” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. AR DİN Bakı şəhər DYPŞ-nin “Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışına, İXP ******* saylı inzibati xəta haqqında protokoluna əsasən yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh1 təqsirli şəxs olaraq müəyyən edilmişdir və barəsində AR İXM-nin 327.1, 332.1-ci maddələri ilə İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş 40 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. AR DİN Bakı şəhər DYPŞ tərəfindən “Mercedes Benz E200 CDİ” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 barəsində tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, Cavabdeh1 nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmiş və hadisə yerindən yayınmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuş “Mercedes Benz E200 CDİ” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh1 Bakı şəhəri DYPŞ-nə verdiyi izahatında “Mercedes Benz E200 CDİ” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyini etiraf etmişdir. İddia ərizəsinə əlavə edilmiş “Mercedes Benz E200 CDİ” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin PBA********** saylı sığorta şəhadətnaməsindən (müqavilə) göründüyü kimi həmin avtomobil “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" ASC-də sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş müvafiq tarixli zərərin hesablanması aktına əsasən hadisə nəticəsində “Kia Rio” minik markalı, **- FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 430 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, 184 saylı sığorta aktına və xx.xx.2021-ci il tarixli AZ0010076 saylı ödəniş tapşırığına əsasən 430 manat məbləğində sığorta ödənişi hadisə nəticəsində zərər dəymiş “Kia Rio” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 "xxxx" ASC-dəki hesabına köçürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli, BS-S-21/4409 saylı geriyə tələb (subroqasiya) məktublarından görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 430 manat sığorta ödənişinin 5 gün müddətində Cavabdeh2 və Cavabdeh1 tərəfindən geri ödənilməsi tələb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş AE 002479 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi hadisə anında X5 tərəfindən idarə olunan “Kia Rio” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 mülkiyyətində (sahibliyində) olmuşdur. İddia ərizəsinə əlavə edilmiş AC 953365 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən göründüyü kimi hadisə anında “Mercedes Benz E200 CDİ” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" MMC-nin mülkiyyətində (sahibliyində) olmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qаydаdа xəbərdar edilmələrinə bахmаyаrаq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumаt vеrməmişlər. Məhkəmə, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. İş materiallarında olan: İXP xx.xx.2021-ci il tarixli ******* №-li inzibati xəta haqqında protokoldan və xx.xx.2021-ci il tarixli TP ******* №-li inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2021-ci il tarixdə saat 00:05-də “VAZ 21013” minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etməsi, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol-nəqliyyat hadisəsi yerindən yayınması, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməsi nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş və barəsində 100 manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2021-ci il tarixli 1174/2/ İş PBA-837/21 №-li sığorta aktından, əmlaka dəymiş zərərin qiymətləndirilməsinə dair xx.xx.2021-ci il tarixli aktdan və izahatlardan görünür ki, X6 xx.xx.2021-ci il tarixdə saat 00:05-də Pirşağı qəsəbəsində “VAZ 21013” minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən X4 məxsus “Opel Astra” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, “Opel Astra” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği 1750 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli AZ0011434 №-li ödəniş tapşırığından görünür ki, 1750 manat məbləğində sığorta ödənişi məbləği "xxxx" ASC tərəfindən “Opel Astra” markalı, **-OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi sığortalı X2 hesabına köçürülmüşdür. İşin tədqiq olunan hallarına əsasən iddiaçı, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri M.Hadi küçəsində Cavabdeh1 “Mercedes Benz E200 CDİ” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində “Kia Rio” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzi olaraq 430 manat məbləğində sığorta ödənişinin “Kia Rio” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3 "xxxx" ASC-dəki hesabına köçürülməsini iddia edərək, 430 manat sığorta ödənişinin və 30,40 manat dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmasını tələb etmiş, lakin iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə sübut təqdim etməmiş, təqdim edilmiş sübutlarla isə iddia tələbi öz təsdiqini tapmamışdır. Belə ki, iddia ərizəsində yol-nəqliyyat hadisəsinin xx.xx.2021-ci il tarixdə Bakı şəhəri M.Hadi küçəsində baş verdiyi, Cavabdeh1 “Mercedes Benz E200 CDİ” minik markalı, **- GD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətməsi nəticəsində “Kia Rio” minik markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərərin dəydiyi, sığorta ödənişinin Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olduğu, lakin “Mercedes Benz E200 CDİ” minik markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobilin "xxxx" MMC-nin mülkiyyətində (sahibliyində) olduğu qeyd edilmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərlə isə müəyyən edilmişdir ki, X6 xx.xx.2021-ci il tarixdə saat 00:05-də Pirşağı qəsəbəsində “VAZ 21013” minik markalı, **-FO-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən X4 məxsus “Opel Astra” markalı, **- OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, “Opel Astra” markalı, **- OH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş zərərin məbləği 1750 manat təşkil etmişdir. Göründüyü kimi mülki iş üzrə təqdim edilmiş sübutlar hazırki mübahisəyə hər hansı aidiyyəti olmayan dəlillərdir, həmin pozuntunun aradan qaldırılması üçün iddia icraatına keçirilməsi barədə qərardad qəbul olunmuş, mülki işin şifahi məhkəmə icraatı qaydasında baxılması zəruri hesab edilmişdir. Lakin iddiaçı iddia ərizəsinə iştirakı olmadan baxılmasını xahiş edərək, iddia tələbini müdafiə etdiyini bildirmişdir. Beləliklə, məhkəmə tərəfindən yuxarıda göstərilənlər ümumiləşdirilərək məhkəmə iclasında tədqiq edilən sübutlar hərtərəfli qiymətləndirilmiş və məhkəmə, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda məhkəmə bildirir ki, iddiaçı cavabdehləri dəqiqləşdirməklə (iddia ərizəsinin əsaslandırıcı və nəticə hissəsində fərqli cavabdehlər müəyyən edilib) yenidən məhkəməyə iddia ilə müraciət etmək hüququndan məhrum olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affиrmantи, non negantи, иncumbиt probatиon (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbяr tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.(§68) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sığorta ödənişinin tutulması tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu "xxxx" ASC-nə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Solmaz Ədilova
Məhkəmə qərarları › İş №e-2(005)-3090/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3090/2022
29.09.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver