Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-3097/2022 03.11.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının ünvan 7anov rayonu, Xətai prospekti, ev 21, mənzil 117 (Yeni qaydalarla: ünvan 7anov rayonu, Xətai prospekti, 41, M18, m5) ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, ünvan 7anov rayonu, Xətai prospekti, ev 21, mənzil 117 (Yeni qaydalarla: ünvan 7anov rayonu, Xətai prospekti, 41, M18, m5) ünvanında yerləşən mənzil 2006-cı ildə mərhum atası tərəfindən alındı və iddiaçı ailə üzvləri ilə, yəni atası, anası və bacıları ilə birlikdə orada yaşamağa başlamışdır. Həmin mənzil ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş **********80-05301-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən anası Cavabdeh2 mülkiyyətində olmuşdur. İddiaçı 2006-cı ildən 2014-cü ilə qədər bu mənzildə qeydiyyatda olsa da 2014-cü ildə ailə həyatı quraraq həyat yoldaşıyla birlikdə ünvan 2 ünvanında yerləşən mənzilə köçdü və orada qeydiyyata düşərək yaşamağa başladı. 2020-ci ilin əvvəllərində atası ağır xəstəlikdən əziyyət çəkdiyinə və onun müalicəsi üçün yüksək məbləğdə pul lazım olduğuna görə iddiaçı anası Cavabdeh2 təklifinə əsasən ailəsi ilə birlikdə yaşadığı ünvan 2 ünvanında yerləşən mənzili satdı və həmin mənzilin pulunu atasının müalicəsinə xərcləmişdir. İddiaçı yaşamağa başqa mənzili olmadığına görə ailəsi ilə birlikdə köçərək anasının mülkiyətində olan ünvan 7anov rayonu, Xətai prospekti, ev 21, mənzil 117 (Yeni qaydalarla: ünvan 7anov rayonu, Xətai prospekti, 41, M18, m5) ünvanında yerləşən mənzildə qeydiyyatsız yaşamağa başladı və hazırda da həyat yoldaşı X3, övladları X4 və X5 ilə birlikdə həmin ünvanda yaşayır. 2021-ci ilin dekabr ayının ortalarında anası Cavabdeh2 iddiaçıya xəbər etmədən birlikdə yaşadığı evi tərk edərək bacısının yaşadığı evə köçmüş və bundan bir neçə gün sonra iddiaçıyla əlaqə saxlayaraq onun ailəsilə birlikdə yaşadığı ünvan 7anov rayonu, Xətai prospekti, ev 21, mənzil 117 (Yeni qaydalarla: ünvan 7anov rayonu, Xətai prospekti, 41, M18, m5) ünvanında yerləşən mənzili başqa şəxsə satdığını və onun evi onlara təhvil verməli olduğunu bildirmişdir. İddiaçı isə buna qəti etiraz edərək hazırda heç bir yerdə işləmədiyini, bu səbəbdən nə başqa mənzil ala bilməyəcəyini, nə də kirayədə yaşamaq üçün maddi imkanının olmadığını, həmçinin mənzilin onun razılığı olmadan satılmasının qanunsuz olduğunu, onun ailəsi ilə əvvəllər birlikdə yaşadığı mənzili sataraq pulunu atasının müalicəsinə xərclədiyini və hazırda ikiazyaşlı övladıyla başqa qalacaq yerinin olmadığını ona bildirmişdir. Hər nə qədər hazırda yaşadıqları mənzildə qeydiyyatda olmasa da faktiki olaraq onun və ailənin həmin mənzildən istifadə hüququ var. İddia ərizəsinə əlavə edilmiş Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN- İ № ******* saylı alqı-satqı müqaviləsi və ona əlavə edilmiş sənədlərin təsdiq olunmuş surətlərindən görünür ki, anası Cavabdeh2 onunla ailəsilə birlikdə yaşadığı ünvan 7anov rayonu, Xətai prospekti, ev 21, mənzil 117 (Yeni qaydalarla: ünvan 7anov rayonu, Xətai prospekti, 41, M18, m5) ünvanında yerləşən mənzili Cavabdeh1 adlı şəxsə satmışdır. İddia ərizəsinə əlavə edilmiş ƏMDK-nin yanında DƏDRX tərəfindən xx.xx.2021ci il tarixdə verilmiş **********80-05301-093008 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın surətindən görünür ki, hazırda onun ailəsilə birlikdə yaşadığı ünvan 7anov rayonu, Xətai prospekti, ev 21, mənzil 117 (Yeni qaydalarla: ünvan 7anov rayonu, Xətai prospekti, 41, M18, m5) ünvanında yerləşən mənzilin mülkiyyətçisi Cavabdeh1dur. İddia ərizəsinə əlavə edilmiş Nərimanov-26 MMMC-nin arayışından görünür ki, iddiaçı hazırda ailəsi ilə, yəni həyat yoldaşı X3, övladları X4 və X5 ilə birlikdə ünvan 7anov rayonu, Xətai prospekti, ev 21, mənzil 117 (Yeni qaydalarla: ünvan 7anov rayonu, Xətai prospekti, 41, M18, m5) ünvanında yerləşən mənzildə yaşayır. Bütün bu deyilənlərə və aşağıda göstərilən hüquq normaları əsasında hesab edir ki, onun ünvan 7anov rayonu, Xətai prospekti, ev 21, mənzil 117 (Yeni qaydalarla: ünvan 7anov rayonu, Xətai prospekti, 41, M18, m5) ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçı heç bir zaman ünvan 4 ünvanında yaşamamışdır. Bu halla bağlı qonşullar tərəfindən tərtib olunmuş aktı məhkəməyə təqdim etdiyini bildirmışdir.İddiaçı ailə qurduqdan sonra ailə üzvləri ilə yaşadığı ünvanda yaşamaqdadır və həmin mənzilə iddiaçının qeydiyyata düşməsindən xəbərləri olmadığını bildirmışdir və bununla əlaqədar hal-hazırda Baki İnzibati Məhkəməsinə müraciət edilib. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş “Elektron məhkəmə” informasiya sistemində alınmış məlumatdan görünür ki, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş İddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1425/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi” tələbinə dair ilk iddia ərizəsi təmin edilməməsi, İddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı cavabdehin ailə üzvləri ilə birlikdə ona məxsus mənzildən çıxarılması və mənzilin onun sahibliyinə verilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilərək, İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri Nərimanov rayonu, Xətai prospekti 21 saylı evin 117 saylı mənzilindən (yeni qaydalarla ünvan 7anov rayonu, Xətai prospekti 41 M18 mənzil 5) çıxarılması və mənzilin Cavabdeh1 sahibliyinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası 2(103)-5310/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1425/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, iddiaçı ünvan 5 ünvanında qeydiyyatdadır. İddiaçı ünvan 7anov rayonu, Xətai prospekti, ev 21, mənzil 117 (Yeni qaydalarla: ünvan 7anov rayonu, Xətai prospekti, 41, M18, m5) ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesində ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallara onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşıb-uzlaşmamasına hüquqi qiymət verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallara əsasən, iddiaçının istifadə hüququnun tanınmasını istədiyi ünvan 7anov rayonu, Xətai prospekti, ev 21, mənzil 117 (Yeni qaydalarla: ünvan 7anov rayonu, Xətai prospekti, 41, M18, m5) ünvanında yerləşən mənzildə faktiki olaraq yaşamaqdadır. Hazırda qeyd olunan mənzilin mülkiyyətçisi Cavabdeh1dur. Belə ki, digər Cavabdeh2 əvəllər mülkiyyətində olmuş həmin mənzil Bakı şəhəri 14 saylı Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli, AN- İ № ******* saylı alqı-satqı müqaviləsi əsasında Cavabdeh1 satılmılşdır. Lakin iddiaçı qeyd olunan mənzildə daimi qeydiyyatda olmasa da ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşaması səbəbindən onun istifadə hüquqlarının tanıması niyyətindədir. Bununla əlaqədar olaraq məhkəmə qeyd edir ki, şəxsin yaşayış sahəsində istifadə hüququnun olması onun həmin mənzildə daimi qeydiyyatda olub-olmamasından asılı deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestirində qeydiyyat anından keçir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Bundan başqa «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır; Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer - onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür; Bu Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları (bu halda Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.3-cü maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. Qeyd olunan maddi hüquq normalarının tələblərindən göründüyü kimi, qanunverici yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxsin pozulmuş hüquqlarının bərpasını təmin etməyi mümkün hesab etmişdir. Hazırda iddiaçının tələbi qeyd olunan mənzilə istifadə hüququnun tanınması olmasından ibarət olmuşdur. Belə olan halda məhkəmə iddiaçının bu hüququnun olub-olmaması halına dair müvafiq hüquqi qiymətləndirmənin aparılmasını zəruri hesab edir. İşin hallarından da göründüyü kimi hazırda ünvan 7anov rayonu, Xətai prospekti, ev 21, mənzil 117 (Yeni qaydalarla: ünvan 7anov rayonu, Xətai prospekti, 41, M18, m5) ünvanında yerləşən mənzilin Cavabdeh1 tərəfindən qanunla müəyyən edilmiş qaydada əldə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evin paylı mülkiyyətçisidir və həmin evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa, məhrumetmə qanunsuz sayılır. Məhkəmə araşdırması zamanı tələbin müzakirə olunan hissəsi üzrə iddiaçının hüquqlarının mövcud olması, yəni hazırda iddiaçının ünvan 7anov rayonu, Xətai prospekti, ev 21, mənzil 117 (Yeni qaydalarla: ünvan 7anov rayonu, Xətai prospekti, 41, M18, m5) ünvanında yerləşən mənzilə istifadə hüququnun tanınması ünvanında yerləşən mənzilə istifadə hüququnun olması müəyyən edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 2014-cü il 16 dekabr tarixli Qərarında göstərmişdir ki, istifadə hüququ öz-özlüyündə konkret hüququn əşya və yaxud öhdəlik hüququna aid edilməsini müəyyənləşdirmir. Hüquqi mahiyyəti baxımından bir-birindən çox fərqli olmalarına baxmayaraq, belə hüquqların ortaq cəhəti ondan ibarətdir ki, “istifadə” sözünün işlədilməsi yalnız əşyadan öz sahibinin istifadə etmək səlahiyyətini təmin edir. Lakin bu hüquqların məzmunundan görünür ki, onlardan hər birinin əşyadan istifadə etmək imkanını təmin etməsi şərtləri, istifadənin həcmi, istifadənin hüquqi baxımdan yaranması və ona xitam verilməsi ilə bağlı qayda və şərtlər, başqa sözlə istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Beləliklə məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə istifadə hüququnun tanınması” tələbinə dair ərizə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-3097/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-3097/2022
03.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver