Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-31/2024 16.04.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı ASC-nin (Ləğv prosesindədir) Cavabdeh qarşı (açar sözlər: kredit borcu, gecikdirilmiş müddət üçün faiz borcu, cərimənin azaldılması) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (Ləğv prosesindədir) Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 9456 (doqquz min dörd yüz əlli altı) ABŞ dolları- bundan 6199 (altı min bir yüz doxsan doqquz) ABŞ dolları əsas, 683 (altı yüz səksən üç) ABŞ dolları faiz borcu, 2326 (iki min üç yüz iyirmi altı) ABŞ dolları cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 248 (iki yüz qırx səkkiz) ABŞ dolları hesablanmış faiz borcu və iş üzrə ödənilmiş 114.96 (bir yüz on dörd manat doxsan altı qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 aprel 2015-ci il tarixli, 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə illik 20 (iyirmi) faiz dərəcəsi ilə 40000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli, 1 saylı əlavə razılığa əsasən, Kreditor tərəfindən Borcalana 2657,1 (iki min altı yüz əlli yeddi tam onda bir) ABŞ dolları məbləğində krediti restrukturizasiya edir, bununla da kreditin ümumi məbləği 33815,34 (otuz üç min səkkiz yüz on beş tam yüzdə otuz dörd) ABŞ dolları təşkil etmişdir. xx.xx.2018-ci il tarixli, 2 saylı əlavə razılığa əsasən, Kreditor ilə Borcalan arasında 21 aprel 2015-ci il tarixində bağlanmış 100.LN.1002.210415.00001 saylı Kredit Müqaviləsinin müddəti 21 noyabr 2020-ci il tarixinədək uzadılmışdır. Bu əlavə razılığın şərtlərinə əsasən, Kreditor Borcalanın xeyrinə açılmış kreditin ümumi məbləği 22373.98 (iyirmi iki min üç yüz yetmiş üç tam yüzdə doxsan səkkiz) ABŞ dolları təşkil etmişdir. Həmçinin, kreditin illik faiz dərəcəsi 20 (iyirmi) faizdən 13,40 (on üç tam yüzdə qırx) faizə endirilmiş və kredit müqaviləsinə edilmiş 3 №-li əlavə qüvvəyə minmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 9456 (doqquz min dörd yüz əlli altı) ABŞ dolları təşkil edir. Bundan 6199 (altı min bir yüz doxsan doqquz) ABŞ dolları əsas, 683 (altı yüz səksən üç) ABŞ dolları faiz borcu, 2326 (iki min üç yüz iyirmi altı) ABŞ dolları cərimə vəAzərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 248 (iki yüz qırx səkkiz) ABŞ dolları hesablanmış faiz borcu təşkil edir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. II. Tərəflərin mövqeləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək onun təmin olunmamasını məhkəmədən xahiş etdi. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - İddiaçı ASC və borcalan Cavabdeh arasında bağlanmış 21 aprel 2015-ci il tarixli, 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 40000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditə görə borcalan kreditora 20% ödəyir. - 21 aprel 2015-ci il tarixli, 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə 1 №-li Əlavədən görünür ki, kreditin məbləği 40000, % dərəcəsi 20%, aylıq tarix 1,67%, müddət 36 aydır. - 15 mart 2016-cı il tarixli 1 saylı razılaşmadan görünür ki, Bank 21 aprel 2015-ci il tarixli, 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə əsasən borcalana ayrılmış 2657,1 ABŞ dolları məbləğində krediti restrukturizasiya edir, bununla ümumi kredit məbləği 33815,34 ABŞ dolları təşkil edir. - 21 aprel 2015-ci il tarixli, 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə 2 №-li əlavədən görünür ki, kredit məbləği 33815,34 USD, % dərəcəsi 13.40 %, aylıq tarif 1,12 %, müddət 26 aydır. - 27 fevral 2018-ci il tarixli 21 aprel 2015-ci il tarixli, 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə əlavə 2 №-li razılıqdan görünür ki, razılığa əsasən 21 aprel 2015-ci il tarixli, 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinin müddəti 21 noyabr 2020-ci il tarixinədək uzadılmışdır. Əlavə razılığın şərtlərinə əsasən kreditor borcalanın xeyrinə açılmış kreditin ümumi məbləği 22373,98 (iyirmi iki min üç yüz yetmiş üç ABŞ dolları doxsan səkkiz sent) ABŞ dolları təşkil edir. Krediti vaxtında ödəmədiyi halda borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək olan dövr ərzində illik 40% məbləğində artırılmış faizləri kreditora ödəməlidir. - 21 aprel 2015-ci il tarixli, 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsinə 3 №-li əlavədən görünür ki, kredit məbləği 22373,98 USD, % dərəcəsi 13.40 %, aylıq tarif 1,12 %, müddət 33 aydır. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən təqdim edilmiş 15 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 21 aprel 2015-ci il tarixli, 100.LN.1002.210415.00001 nömrəli kredit müqaviləsi üzrə 09 sentyabr 2021-ci il tarixə müqavilə üzrə əsas borcu 6199 ABŞ dolları, müqavilə müddəti üçün hesablanmış və tələb olunan faizlər 683 ABŞ dolları, tələb olunan cərimə 2326 ABŞ dolları, gecikdirilmiş gün sayısı 288 gün, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 248 ABŞ dolları, ümumi borc 9456 ABŞ dollarıdır. - Ləğv prosesində olan İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış 21 sentyabr 2021-ci il tarixli bildirişdən görünür ki, borcun xəbərdarlıq məktubu alındığı gündən 3 gün müddətində könüllü olaraq banka ödənilməsi xahiş olunmuş, əks təqdirdə borc məbləğinin tutulması ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/5917 nömrəli rəydən görünür ki, tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla, iş üzrə Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə Razılaşmaların şərtləri nəzərə alınmaqla sual üzrə iddia tələbinin tarixinə, xx.xx.2021-ci il tarixə Cavabdeh iddiaçı ‘AGBank” ASC-yə olan borcu 8034, 66 ABŞ dolları məbləğində olmaqla əsas borc üzrə 7109,83 ABŞ dolları, faiz borcu üzrə 924,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/8340 nömrəli rəydən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 100.LN. 1002.210415.00001 saylı kredit müqaviləsinə xx.xx.2016- cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə Razılaşmalar üzrə müəyyən edilmiş əsas borc məbləğləri hesablanarkən iddiaçı tərəfindən əvvəlki dövr üzrə hesablanmış lakin ödənilməmiş faiz borcları yenidən müəyyən edilmiş əsas borc məbləğinə daxil edilməmişdir. İş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi və həmin müqaviləyə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə Razılaşmaların şərtləri nəzərə alınmaqla sual üzrə iddia tələbinin tarixinə, xx.xx.2021-ci il tarixə Cavabdeh iddiaçı ‘AGBank” ASC-yə olan borcu 8034, 66 ABŞ dolları məbləğində olmaqla əsas borc üzrə 7109,83 ABŞ dolları, faiz borcu üzrə 924,83 ABŞ dolları məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/3986 nömrəli rəydən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2015-ci il tarixli 100.LN.1002.210415.0001 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 1 saylı və xx.xx.2018-ci il tarixli 2 saylı əlavə razılaşmalar üzrə müəyyən edilmiş əsas borc məbləğləri hesablanarkən razılaşma günlərinə olan əsas borc məbləğinin üzərinə həmin günə bank tərəfindən hesablanmış faizlər də cəmlənərək (kapitallaşdırılaraq) kreditin qalıq məbləğləri (əsas borc + faizlər) müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 21 aprel 2015-ci il tarixli, 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi, 15 mart 2016-cı il tarixli, 01 №-li "Razılaşma” və 27 fevral 2018-ci il tarixli, 02 №-li "Əlavə Razılıq”da qeyd olunan şərtlərə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixə (iddia tarixinə) “AG Bank" ASC-nə 14.231,52 USD məbləğində artıq ödənişi müəyyən edilir. Qeyd edilir ki, mülki iş üzrə məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən təkrar məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və 9/8340 saylı, xx.xx.2023cü il tarixli ekspert rəyi verilmişdir. Həmin rəylə hazırki ekspert rəyi arasındakı fərq onunla izah edilir ki, 9/8340 saylı ekspert rəyində tədqiqat 27 fevral 2018-ci il tarixli, 02 №-li "Əlavə Razılıq”dan sonrakı dövrü, 9/3986 saylı rəydə isə ekspert tədqiqatı 21 aprel 2015ci il tarixli, 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi bağlanan tarixdən xx.xx.2021-ci il tarixədək (iddia tarixinə) olan dövrü (15 mart 2016-cı il tarixli, 01 №-li "Razılaşma” və 27 fevral 2018-ci il tarixli, 02 №-li “Əlavə Razılıq" daxil olmaqla) əhatə edir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 fevral 2024-cü il tarixdə verilmiş 9/8658 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilərlərə əsasən, iş materiallarına əlavə edilmiş cari hesabdan çıxarış məlumatları, 21 aprel 2015-ci il tarixli, 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi, 15 mart 2016-cı il tarixli, 01 №-li “Razılaşma” və 27 fevral 2018-ci il tarixli, 02 №-li “Əlavə Razılıq"da qeyd olunan şərtlərə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixə (iddia tarixinə) “AG Bank" ASC-nə olan borcu 6.561,15 USD məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5.805,93 USD, faiz borcu üzrə 522,99 USD, faiz (illik 5%-lə hesablanmaqla) 232,24 USD. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi, cavabdehin nümayəndəsi və vəkilinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı ASC və borcalan Cavabdeh arasında bağlanmış 21 aprel 2015-ci il tarixli, kredit müqaviləsinə əsasən, illik 20% olmaqla borcalana 36 ay müddətinə 40000 (qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqaviləyə əlavə 15 mart 2016-cı il tarixli 1 saylı razılaşmaya əsasən, borcalana ayrılmış kredit restrukturizasiya edilmiş, ümumi kredit məbləği 33815,34 ABŞ dolları müəyyən edilmişdir. Həmin müqaviləyə əlavə 27 fevral 2018-ci il tarixli 2 №-li razılıqa əsasən, kredit müqaviləsinin müddəti 21 noyabr 2020-ci il tarixinədək uzadılmışdır. Əlavə razılığın şərtlərinə əsasən kreditor borcalanın xeyrinə açılmış kreditin ümumi məbləği 22373,98 (iyirmi iki min üç yüz yetmiş üç ABŞ dolları doxsan səkkiz sent) ABŞ dolları təşkil etmişdir. Kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixdə bitmişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi təmin etməsinə baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini tam yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-cı maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. - 445.2-ci maddəsinə əsasən, aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. - 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. - 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Göründüyü kimi hazırda tərəflər arasında bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir. Müqavilə üzrə nəzərdə tutulmuş kredit məbləği cavabdehin hesabına daxil edilmişdir. Lakin Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə götürülmüş öhdəliklər tam yerinə yetirilməmişdir. Bununla da o, müqavilənin şərtlərini pozmuşdur. Buna görə Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Məhkəmə araşdırması mülki iş üzrə təyin edilmiş, iddiaçı tərəfindən təqdim edilmiş bütün zəruri sənədlər (hesabdan çıxarış, müqaviləyə əlavə sazişlər və s.) əsasında verilmiş son 08 fevral 2024-cü il tarixli 9/8658 nömrəli ekspert rəyinə əsasən, iş materiallarına əlavə edilmiş cari hesabdan çıxarış məlumatları, 21 aprel 2015-ci il tarixli, 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi, 15 mart 2016-cı il tarixli, 01 №-li “Razılaşma” və 27 fevral 2018-ci il tarixli, 02 №-li “Əlavə Razılıq"da qeyd olunan şərtlərə əsasən Cavabdeh xx.xx.2021-ci il tarixə (iddia tarixinə) “AG Bank" ASC-nə olan borcu 6.561,15 USD məbləğində müəyyən edilir, o cümlədən: əsas borc üzrə 5.805,93 USD, faiz borcu üzrə 522,99 USD, faiz (illik 5%-lə hesablanmaqla) 232,24 USD. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. İddiaçı cavabdehdən kredit müqaviləsi üzrə 6199 (altı min bir yüz doxsan doqquz) ABŞ dolları əsas, 683 (altı yüz səksən üç) ABŞ dolları faiz borcu tutulmasını xahiş edir. Məhkəmə kredit müqaviləsi üzrə əsas borc məbləğini və kredit müqaviləsi müddəti üzrə 21 noyabr 2020-ci il tarixədək tutulmalı olan faiz borcun məbləğini müəyyən edərkən iş materiallarına əlavə edilmiş cari hesabdan çıxarış məlumatları, 21 aprel 2015-ci il tarixli, 100.LN.1002.210415.00001 saylı kredit müqaviləsi, 15 mart 2016-cı il tarixli, 01 №-li “Razılaşma” və 27 fevral 2018-ci il tarixli, 02 №-li “Əlavə Razılıq"da qeyd olunan şərtlərə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 08 fevral 2024-cü il tarixdə verilmiş 9/8658 nömrəli ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, həmin ekspert rəyi sübut kimi qəbul edilməli, cavabdehin kredit müqaviləsi üzrə əsas borc məbləği və kredit müqaviləsi müddəti üzrə faiz borc məbləği, ekspertin gəldiyi nəticəyə uyğun olaraq müvafiq olaraq - əsas borc üzrə 5.805,93 ABŞ dolları, faiz borcu üzrə 522,99 ABŞ dolları həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarınm şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayrıd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasmı və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. İddiaçı həmçinin gecikdirilmiş günlər üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 248 (iki yüz qırx səkkiz) ABŞ dolları hesablanmış faiz borcu faiz məbləğinin tutulmasını xahiş etmişdir. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Hazırki iş üzrə kredit müqaviləsinin müddəti 21 noyabr 2020-ci il tarixdə bitmişdir. Cavabdeh iddiaçının müraciətindən sonra da pul vəsaitini banka geri qaytarmamışdır. Məhkəmə yuxarıda istinad olunan Mülki Məcəllənin normalarının və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər. Belə ki, istənilən bankın əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kreditlərin verilməsidir. Hər hansı kredit müqaviləsi üzrə isə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi bank həmin vəsaitləri ona müraciət edən digər müştərilərə kredit verərək gəlir götürmək imkanından məhrum odur ki, bu da nəticə etibarilə banka əldən çıxmış zərər formasında zərərin dəyməsi ilə nəticələnir. Pul öhdəliyi icra olunaraq borcun tam qaytarılmaması nəticəsində kreditora vurulan zərərin həcmi günbəgün artmaqda davam edir. Məhkəmə gecikdirilmiş borca illik 5%-lə hesablanmış faiz borcun məbləğini müəyyən edərkən ekspert rəyini iş üzrə tədqiq edilmiş digər sübutlarla yanaşı qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməli, gecikdirilmiş borca illik 5%-lə faiz borc məbləği ekspertin gəldiyi nəticəyə uyğun olaraq 232,24 (iki yüz otuz iki ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları həddində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin 2326 (iki min üç yüz iyirmi altı) ABŞ dolları cərimənin ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Yuxarıda göstərilən maddi hüquq normalarının tələblərindən göründüyü kimi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Məhkəmə dəbbə borcu ilə əlaqədar qeyd edir ki, kredit müqaviləsinə görə istənilən dəbbə pulu kredit müqaviləsinə görə yaranmış borca tənasüb olmamaqla gələcəkdə də həmin öhdəliyin icrasına əhəmiyyətli dərəcədə maneə yaradacaqdır. Bu isə öhədliyin icrası üçün qəbul edilmiş məhkəmə aktının icrasını xəyali etməklə, kreditorun da mənafeyinə mənfi formada təsir edəcəkdir. Belə ki, həmin məbləğin vaxtında icra edilməsinə maneə yaratmaqla müəyyən edilmiş məbləğdən əlavə gəlir əldə etməyinə mənfi təsir edəcəkdir. Buna görə də məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə iddiaçı tərəfindən istənilən penya hissəsində işin faktiki halları, götürülmüş kreditin və hesablanmış faiz borcunun məbləğini nəzərə alaraq hesab edir ki, 2326 (iki min üç yüz iyirmi altı) ABŞ dolları cərimə yaranmış borc məbləğinə mütənasib olmadığından həmin cərimə məbləği azaldılmalı, 232 (iki yüz otuz iki) ABŞ dolları məbləğinə endirilməlidir. Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. -119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. - 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh münasibətdə qismən təmin edildiyindən, onun dövlət rüsumundan azad olması halları məhkəmə tərəfindən müəyyən olunmadığından iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 114,96 (bir yüz on dörd manat doxsan altı qəpik) manat dövlət rüsumunun iddia tələbinin təmin edildiyi hissəsinə mütənasib olaraq 83 (səksən üç) manat hissəsi Cavabdeh tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. Eyni zamanda cavabdehdən işə baxılması ilə əlaqədar məsrəfi olaraq 300 (üç yüz) manat ekspertiza xərci tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməlidir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5805,93 (beş min səkkiz yüz beş ABŞ dolları doxsan üç sent) ABŞ dolları məbləğində əsas borc, 522,99 (beş yüz iyirmi iki ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları məbləğində faiz borcu, 232 (iki yüz otuz iki) ABŞ dolları məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5% hesablanmış 232,24 (iki yüz otuz iki ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 6793,16 (altı min yeddi yüz doxsan üç ABŞ dolları on altı sent) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli. Cavabdeh 83 (səksən üç) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməli. Cavabdeh 300 (üç yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilməli. Ərizə qalan hissədə təmin edilməməli. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilməlidir. V. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5805,93 (beş min səkkiz yüz beş ABŞ dolları doxsan üç sent) ABŞ dolları məbləğində əsas borc, 522,99 (beş yüz iyirmi iki ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları məbləğində faiz borcu, 232 (iki yüz otuz iki) ABŞ dolları məbləğində cərimə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5% hesablanmış 232,24 (iki yüz otuz iki ABŞ dolları iyirmi dörd sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 6793,16 (altı min yeddi yüz doxsan üç ABŞ dolları on altı sent) ABŞ dolları məbləğində pul Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh 83 (səksən üç) manat dövlət rüsumu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Cavabdeh 300 (üç yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ 22) ödənilsin. Ərizə qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2(005)-31/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-31/2024
16.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver