Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(005)-31/2025 24.01.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əfəndizadə Mehriban Xalid qızının sədrliyi, Məhkəmə iclas katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-ya qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-dan müştərək qaydada iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə əsas borc üzrə 209173.11 manat, faiz borcu üzrə 64584,97 manat, cəmi 273758.08 manat borcun, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 30,77 (otuz manat yetmiş yeddi qəpik) manat dövlət rüsumu və 15,68 (on beş manat altmış səkkiz qəpik) manat xidmət haqqının cavabdehlərdən tutulması, Cavabdeh2 ipotekaya qoyulmuş Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 73, m. 65 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 155.4 kv.m olan mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması, "xxxx" ASC-yə ipotekaya qoyulmuş Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 73, m. 65 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 155.4 kv.m olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh2 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi və ödənilmiş 563,76 (beş yüz altmış üç manat yetmiş altı qəpik) manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə qəbul etməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti ilə Cavabdeh2 arasında bağlanmış 12-xx-xx-2017-AF-BP saylı, xx.xx.2017ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 223 ay müddətinə illik 8 % dərəcəsi ilə hesablanmaqla, 215500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh1 MTK arasında 12-xx-xx-2017-AF-BP saylı, xx.xx.2017-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.2-ci maddəsinə əsasən borclu qeyd olunan kredit müqaviləsi üzrə öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi və vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Həmçinin kredit müqaviləsinin təminatı kimi bankla Cavabdeh2 arasında Bakı şəhəri, Nərimanov ray, X.Şuşinski küç, ev 73, m 65 (yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 155.4 kv/m olan mənzil (Seriya RX, № 1338833, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) ipotekaya qoyulması barədə xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi bağlanmış və müvafiq mənzil "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir. Cavabdeh2 kredit vəsaitindən istifadə etmiş, müqavilənin şərtlərini pozmuş, kredit üzrə əsas borcu və faizləri vaxtında və lazımi qaydada ödəməmişdir. Cavabdehlərin xx.xx.2023-cü il tarixinə Banka 209173.11 manat əsas, 64584.97 manat faiz borcu olmaqla cəmi 273758.08 manat borcu mövcuddur. Cavabdehlər Kredit müqavilələrinə əsasən öz üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada icra olunmasına dair bizim tərəfimizdən dəfələrlə xəbərdar olunmuşdur, lakin buna baxmayaraq cavabdehlər tərəfindən kredit borcunun və kreditə hesablanmış faizlərin vaxtı-vaxtında ödənilməsi üçün tədbirlər görülməmişdir. Cavabdehlərin borcu ödəmək qabiliyyəti yoxdur. Buna görədə borcun təminatı kimi Cavabdeh2 tərəfindən ipotekaya qoyulmuş mənzil açıq hərracdan satılmalı və əldə olunmuş vəsait borcun ödənilməsinə yönəldilməlidir. Daha sonra xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdehlər Cavabdeh2 və “Baku Palace" Mənzil Tikinti Kooperativindən iddiaçı “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə 209173.11 manat əsas borc, 78250.97 manat faiz borcu, cəmi 287424.08 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, Cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh2 iddiaçı "xxxx" ASC-nin xeyrinə 12xx-xx-2017-AF- BP nömrəli xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinə əsasən 209173.11 manat əsas, 0.04 manat cərimə faizi, 90708.37 manat faiz borcu olmaqla, cəmi 299881.52 manat məbləğindəki borcun tutulması, İpoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 30.77 AZN məbləğindəki dövlət rüsumu və 15.68 AZN xidmət haqqının cavabdehlərdən tutulması, 12xx-xx-2017-AF-BP nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Bank arasında bağlanan Bakı şəhəri, Nərimanov ray, X.Şuşinski küç, ev 73, m 65 (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 73, M8, m 1) ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh2 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh2 məxsus ipoteka qoyulmuş Bakı şəhəri, Nərimanov ray, X.Şuşinski küç, ev 73, m 65 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzilindən (Seriya RX, № 1338833, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılmaları və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin Cavabdeh1 MTK və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, məhkəməyə müraciət üçün ödənilmiş 589.68 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqının Cavabdeh1 MTK və Cavabdeh2 tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirılər. Məhkəmə onların iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 kredit müqaviləsi üzrə borc olduğunu qəbul etdiyini, borcun ödənilməsi məqsədi ilə ona məxsus torpaq sahəsinin satıldığını və beh olaraq 3000 manat ödənildiyini bildirmiş, hazırda sənədlər hazırlama mərhələsində olduğundan torpaq sahəsi satılan kimi banka gecikmə məbləğini ödəyəcəyini bildirdi. Əsaslandırıcı hissə: a)Mülki işin materialları Kreditor "xxxx" ASC və borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 12-xx-xx-2017-AF-BP saylı, təminatlı krediti müqaviləsinə əsasən bank tərəfindən borcalana 223 ay müddətinə illik 8 % dərəcəsi ilə hesablanmaqla, 215500 manat məbləğində kredit verilmişdir. Borcverən Borcalana borcalan ilə Cavabdeh1 MTK arasında imzalanmış 11 iyul 2017-ci il tarixli ABB YM-14 müqavilənin predmeti olan mənzilin alınması üçün öhdəsinə götürmüşdür. xx.xx.2017-ci il taixli Zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 MTK xx.xx.2017-ci il tarixli 12-xx-xx-2017-AF-BP saylı kredit müqaviləsinə əsasən 215.500.00 manat məbləğində 223 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasımın təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduu pul vəsaitləri, daşınar və daşınmaz əmlak bank vəsaitləri, qiymətli kağızlar və s. hesabına ödənilməsini öhdəsinə götürür. AR ƏN MEM-nin xx.xx.2023-cü il tarixli 9/5113 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2017-ci il tarixli, 12-xx-xx-2017-AF-BP saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixə 209.173,41 manat; faiz borcu üzrə 64.630,38 manat; xx.xx.2023-cü il tarixə əsas borc üzrə 209.173,41 manat, fazi borcu üzrə 71.928,21manatdır. AR ƏN MEM-nin xx.xx.2023-cü il tarixli 9/5113 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 73 yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzilin hazırki orta bazar qiymətlərinə uyğun emumi dəyəri təribən 428900 manat, 10 % azalma tətbiq edilməklə həmin tikilinin hazırki orts bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 386000 manat məbləğində müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 73 yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə yüklü edilmişdir. Yüklülüyün müddəti 223 aydır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehlərə ipoteka edmetinə yönəldilmə barədə bildiriş göndərilərək, M.Taliyənin kredit müqaviləsinə əsasən 209173,11 manat əsas, 60076,13 manat faiz borcunun mövcudluu qeyd edilib və borcunun tam şəkildə ödənilməsi tələb edilib. c) Mülki iş üzrə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 319.4. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Maddə 34. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İşə baxan məhkəmənin mövqeyi Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Beləliklə, müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə şərtlərə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki, tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir Məhkəmə ilk növbədə əsas və faiz borcların məbləği ilə bağlı aşağıdakıları qeyd edir. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə əsas borcun məbləğinin 209.173.41 manat olduğu qeyd edilib. İddiaçı tərəfindən iddia ərizəsində 209173.11 manat məbləğində əsas borcun tutulması xahiş edilib. Eyni zamanda cavabdehlərə göndərilən bildirişdə də eyni məbləğ qeyd edilmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməli, cavabdehlərdən əsas borcun əvəzi olaraq 209173,11 manat məbləğində pul tuulmalıdır. Faiz borcu ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədənkənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehlərdən pretenziya məktubunda göstərilən məbləğ – 60076.13 manat məbləğində faiz borcu tutulmalıdır. İddia tələbinin bildirişlərin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 30.77 manat məbləğində dövlət rüsumu və 15.68 xidmət haqqının ödənilməsi mülki işin materialları ilə təsdiqini tapdığından iddia tələbi bu hissədə də təmin edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2021 tarixli ipoteka müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə , Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 73 yeni qaydalarla: ünvan 3 fərdi yaşayış evi iddiaçı "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir.). Beləliklə, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda fərdi yaşayış evininsatılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh2 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh2 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 73 yeni qaydalarla: ünvan 3 fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır. Mülki işin materiallarında olan ekspert rəyi ilə daşınmaz əmlakın likvid dəyəri 386000 manat məbləğində müəyyənləşdirilmişdir. Ekspert rəyi qanunvericiliyə uyğun həyata keçirildiyindən və ekspert rəyini təkzib edən hər hansaı dəlil məhkəməyə təqdim edilmədiyindən məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-31/2025 saylı qərardadı ilə icraata Cavabdeh2 istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılmaları və mənzilin boşaldılması hissəsində icraata xitam verildiyindən, məhkəmə həmin hissəyə təkrar qiymət vermir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2017-ci il tarixli, 12-xx-xx-2017-AF-BP nömrəli kredit müqaviləsi üzrə 209173,11 manat əsas borc, 60076.13 manat faiz borcu;0,04 manat cərimə borcu; ipotekaya qoyulmuş əmlaka tutulmanın əmlaka yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ümümilikdə ödənilmiş 30.77 manat dövlət rüsumu və 15.68 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutulmalı; tutma xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 73 yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, satışdan əldə ediləcək vəsait hesabına borc ödənilməli, borc ödənildikdən sonra artıq qalan məbləğ müvafiq olaraq Cavabdeh2 qaytarılmalı; İpoteka predmeti Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 73 yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 386000 məbləğində müəyyən edilməli; satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir; 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 589,68 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun 535 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2017-ci il tarixli, 12-xx-xx-2017-AF-BP nömrəli kredit müqaviləsi üzrə 209173,11 manat əsas borc, 60076.13 manat faiz borcu;0,04 manat cərimə borcu; ipotekaya qoyulmuş əmlaka tutulmanın əmlaka yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ümümilikdə ödənilmiş 30.77 manat dövlət rüsumu və 15.68 manat xidmət haqqı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-dan iddiaçı "xxxx" ASCnin xeyrinə tutulsun. Tutma xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X.Şuşinski küçəsi, ev 73 yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin. Həmin əmlak açıq hərrac yolu ilə realizə edilsin. Mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait Cavabdeh2 verilsin. Satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTKdan müştərək qaydada tutulsun. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 589,68 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun 535 manatı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-dan müştərək qaydada tutulsun. Aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdehlər Cavabdeh2 və Cavabdeh1 MTK-dan müştərək qaydada tutularaq (Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mehriban Əfəndizadə
Məhkəmə qərarları › İş №e-2(005)-31/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №e-2(005)-31/2025
24.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver